Azərbaycan dilində latın qrafikası ilə kütləvi
nəşrlərin həyata keçirilməsi haqqında
2004
YANV
AR
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev klassik və müasir milli və dünya ədəbiyyatı
nümunələrinin yenidən təkmilləşdirilərək nəşr
edilməsinin vacib olduğunu nəzərə alaraq 2004-cü
ilin 12 yanvarında “Azərbaycan dilində latın qra-
fikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haq-
qında” Sərəncam imzalamışdır.
Azərbaycançılıq
ideologiyasının,
kütləvi
maariflənmənin özüllərindən birini təşkil edən
bu sənəd böyük bir böhran dalğasına son qoy-
du. Sərəncamda qeyd edilmişdir ki, “Müstəqil
Azərbaycan Respublikasında həyatın müxtəlif
sahələrində aparılan islahatlar içərisində latın
qrafikalı Azərbaycan əlifbasının bərpa edilməsi
böyük tarixi əhəmiyyət kəsb edir. Ulu öndər
Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin
təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il
tarixli və “Azərbaycan əlifbası və Azərbaycan
dili gününün qeyd edilməsi haqqında” 9 avqust
2001-ci il tarixli fərmanları ölkənin ictimai-siyasi
həyatında mühüm hadisə olmuş və latın qrafika-
lı Azərbaycan əlifbasına keçidi bütövlükdə təmin
etmişdir. Latın qrafikalı Azərbaycan əlifbası artıq
həyatımızın bütün sahələrində tam yerini tutmuş-
dur”.
Dövlət müstəqilliyinin başlıca rəmzlərindən
biri sayılan ana dilinə dövlət qayğısının daha da
artırılmasını təmin etmək, Azərbaycan ədəbiyyatı,
mədəniyyəti və elminin ən gözəl nümunələrini
müasir dövrdə təbliğ etmək və gələcək nəsillərə
çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər
kiril qrafikasında çap olunmuş əsərlərin latın qra-
fikası ilə yenidən nəşrinin kütləvi şəkildə həyata
keçirilməsi zərurəti meydana çıxmışdır. Bunu
nəzərə alan ölkəmizin başçısı bu kitabların çapa
hazırlanması ilə bağlı aidiyyəti qurumlara rəsmi
göstəriş vermişdir. Dörd maddədən və bir neçə
bənddən ibarət olan sərəncamda bu işin icrası
Nazirlər Kabineti, Prezident Administrasiyası,
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Azərbaycan Respublikasının Mədəniyyət Nazir-
liyi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan
Milli Elmlər Akademiyasına həvalə edilmişdir.
Onlara tapşırılmışdır ki, birlikdə 2005-2008-ci
illərdə latın qrafikası ilə yenidən çapı nəzərdə tu-
tulan əsərlərin siyahısını bir ay müddətində hazır-
layıb təsdiq olunmaq üçün Azərbaycan Respubli-
kasının Prezidentinə təqdim etsinlər.
Artıq respublikanın bütün kitabxanaları Prezi-
dent İlham Əliyevin çap etdirərək ictimaiyyətə,
Azərbaycan xalqına hədiyyə etdiyi ədəbiyyat
nümunələrilə təmin edilmişdir. Bu kitabların sırf
kitabxanalara hədiyyə olaraq nəzərdə tutulduğu
bəllidir. Onun satışı birmənalı olaraq qadağandır.
Bu nəşrlər Azərbaycan kitabxanalarının həm
fondunda, həm virtual səhifəsində yerləşdirilib.
Azərbaycançılığa,
milli-mənəvi
dəyərlərə,
bəşər incilərinə sayğı və qayğı Azərbaycan
dövlətinin dəst-xəttidir. Prezidentin kitabxanala-
ra hədiyyə etdiyi nəşrlər gələcəyin sağlam ruhlu
gənclərinin, mənəviyyat daşıyıcılarının, yeni nəsil
azərbaycançıların formalaşmasına bir vasitədir.
Dostları ilə paylaş: |