Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə47/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   43   44   45   46   47   48   49   50   ...   507
Ə d ə b i y y a t

Qanlı 20 Yanvar 1990-cı il 

həqiqətləri [Mətn] /tərt. ed. 

X.Muxtarlı.- Bakı: Mütərcim

2005.-116 s.

Məhərrəmov, V. Qanlı 

gecə, qanlı tarix [Mətn] 

/V.Məhərrəmov.- Bakı: Hərbi 

Nəşriyyat, 2011.- 95 s.

Şıxlar, N. Dünyamızın 

20 Yanvar faciəsi [Mətn] 

/H.N.Şıxlar; red. R.Əsgər.- 

Bakı: Müəllim, 2011.- 92 s.

Yanardağ, S. Yanvar 

qırğınının intiqamı [Mətn] 

/S.Yanardağ; red. Ş.Vəfadar.- 

Bakı: Şəms, 2009.- 122 s.

Kamalqızı, R. Xalqımızın 

istiqlal mübarizəsinin ən 

şərəfli səhifələri : 20 yanvar 

faciəsi xalqımızın azadlıq 

mübarizəsinin zirvəsidir 

[Mətn] /R.Kamalqızı //Səs.-

2010.- 13 yanvar.- S.6.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org 

20


35

Tarixdə bu gün

Ucar rayonu    

1939 

YANV

AR

Ərazi  867  km²,    Əhali  77  903  nəfər 

olan  Ucar  rayonu    1939-cu  il  yanvar 

ayının  24-də  təşkil  olunmuşdur.  Ucar 

rayonu Bakıdan 240 km qərbdə, Şirvan 

düzündə  yerləşir.  Ərazisində  32  yaşa-

yış  məntəqəsi  var.  Şimaldan  Göyçay, 

Şərqdən  Kürdəmir,  cənubdan  Zərdab, 

qərbdən  Ağdaş  rayonları  ilə  əhatə  olu-

nur.  Rayonun  coğrafi  mövqeyi  ol-

duqca  əlverişlidir.  Bakı-Tbilisi  dəmir 

yolunun  və  magistral  avtomobil  yolu-

nun  Ucar  rayonundan  keçməsi,  habelə 

Qədim  İpək  yolunun  bərpa  olunmaq-

la  Ucardan  keçməsi  yerləşdiyi  yerin 

iqtisadi  əhəmiyyətini  olduqca  artırır. 

Ucar  rayonunda  azərbaycanlılar,  ruslar, 

ləzgilər, türklər, tatarlar, ukraynalılar və 

digər  millətin  nümayəndələri  yaşayır. 

Təsərrüfatı  pambıqçılıq,  taxılçılıq,  hey-

vandarlıq,  baramaçılıq,  quru  subtropik 

meyvəçilik,  üzümçülük,  bostançılıq  və 

toyuqçuluqdan ibarətdir.

Rayonun adı, yaranma tarixi haqqında 

müxtəlif  fikirlər söylənilir. Ərəb coğrafi-

yaşünası  Əl-Sitəkri-nin  “Məmləkətlərin 

yolları”  kitabında  adı  çəkilir.  Ucar 

Azərbaycanda orta əsr şəhəri kimi qeyd 

olunur.  XV  əsrdə  yaşamış  Azərbaycan 

şairi Bədr Şirvaninin yazılarında da Ucar 

sözünə  rast  gəlinir.  Bəzi  mülahizələrə 

görə  rayonun  adı Azərbaycan  dilindəki 

“Uçar” sözundən əmələ gəlmişdir. Digər 

mülahizələrdə rayonun adının qədim Şir-

vanda yaşamış “Uçar” tayfasının adından 

götürüldüyü iddia olunur. Ucar sözünün 

“Ucqar”  sözündən  götürülməsi  fikrini 

söyləyənlər də var. 

Ucar rayonunun ərazisi keçmişdə Şir-

van  bəylərbəyliyinin,  sonralar  Şamaxı 

xanlığının, daha sonra 1840-cı ilin  ap-

rel ayının 10-da inzibati islahata əsasən 

Kaspi vilayətinin, 1846-cı ildə isə Şama-

xı  qurberniyasının  tərkibində  olmuşdur. 

1859-cu ildə Şamaxı zəlzələ nəticəsində 

dağılandan  sonra  quberniyanin  mərkəzi 

Bakıya  köçürülmüşdür.  1867-ci  ildə 

Bakı  quberniyasının  tərkibində  Göyçay 

qəzası yaradılmış və  Ucar rayonu Göy-

çay  qəzasının  tərkibinə  daxil  olmuşdur. 

1930-cu ildə qəza bölgüsü ləgv edilmiş 

və  rayon  inzibati  ərazi  bölgüsünə  ke-

çilmişdir. Bu vaxt Ucar rayonu Göyçay 

rayonunun  tərkibində  saxlanılmışdır. 

1939-cu  il  yanvar  ayının  14-də  Ucar 

Göyçay rayonunun tərkibindən ayrılaraq 

müstəqil rayon statusu almışdır.

1902-ci ildən fəaliyyət göstərən Biyan 

zavodu  Ucarın ilk sənaye müəssisəsi sa-

yılır.  1953-cü  ildə  zavodda  yanğın  baş 

vermiş  və  nəticədə  zavod  yanmışdır. 

Yanğından  sonra  zavod  öz  fəaliyyətini 

müəyyən müddət dayandırmış və 1956-

cı ildən  bu günə kimi Konserv zavodu 

adı ilə fəaliyyət göstərir.

Ucar  rayon  Mədəniyyət  və  Turizm 

şöbəsinin tabeliyində 18 mədəniyyət evi, 

8  klub,  47  kitabxana,  2  muzey,  1  Uşaq 

İncəsənət  məktəbi  var.  Ucar  rayonun-

da  hazırda  8  abidə  qorunub  saxlanılır. 

Bu  abidələr  rayon  mədəniyyət  şöbəsi 

tərəfindən uçota alınıb, Ümumrespublika 

əhəmiyyətli abidə hesab olunur.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin