34
Tarixdə bu gün
Ümumxalq Hüzn Günü
1990
YANV
AR
1990-cı il yanvar ayının 20-si Azər-
baycanın müasir tarixinə ən faciəli
günlərdən biri kimi daxil olmuşdur.
Düz 24 il əvvəl doğma yurdunun, xal-
qının azadlığını, şərəf və ləyaqətini
hər şeydən uca tutan vətənpərvər
Azərbaycan övladları həmin müdhiş
gecədə canlarından keçərək şəhidlik
zirvəsinə ucalmışlar.
Bədnam M.Qorbaçov başda ol-
maqla, SSRİ rəhbərliyinin Azərbay-
cana qarşı qərəzli, ermənipərəst
siyasətinə, əzəli torpaqlarımıza id-
dia edən Ermənistanın təcavüzkar
hərəkətlərinin açıq-aşkar dəstək-
lənməsinə və o zamankı respublika rəh-
bərliyinin xəyanətkar mövqeyinə eti-
raz əlaməti olaraq ayağa qalxmış geniş
xalq kütlələrinə qarşı sovet ordusunun
iri hərbi birləşmələrinin yeridilməsi
Azərbaycanda, xüsusilə Bakıda misli
görünməmiş faciəyə gətirib çıxarmış-
dı, böyük itkilərlə, günahsız insanların
ölümü ilə nəticələnmişdi. Nəticədə
170 nəfər həlak olmuş, 400-ə yaxın
insan yaralanmışdı. Bunların içində
asudə insanlar: gənclər, uşaqlar, qoca-
lar və qadınlar da var idi, hətta hərbi
qulluqçular da.
Buna baxmayaraq, Azərbaycanın
o vaxtkı səriştəsiz, kölə psixologiya-
lı rəhbərlərinin əksinə olaraq, həmin
vaxt Moskvada yaşayan xalqımızın
dahi oğlu Heydər Əliyev həyatını
təhlükədə qoyaraq, faciənin ertəsi
günü Azərbaycanın daimi nüma-
yəndəliyinə gələrək, Qanlı Yanvar
qırğınını törədənləri pisləyən kəskin
bəyanatla çıxış etmişdi, xalqımızın ba-
şına gətirilən müsibəti dünyaya çatdır-
mışdı. Bununla da ulu öndərimiz cəsa-
rətini, mərdliyini, xalqının sədaqətli
oğlu olduğunu bir daha sübut etmişdi.
Xalqımızın ümummilli lide-
ri Heydər Əliyevin Azərbaycan
rəhbərliyinə
yenidən
qayıdışın-
dan sonra, 1994-cü ildə 20 Yanvar
hadisələrinə siyasi-hüquqi qiymət ve-
rilmiş və cinayəti törədənlərin adları
ictimaiyyətə çatdırılmışdı. 20 Yanvar
- Ümumxalq Hüzn Günü elan edilmiş-
di.
Bakının ən yüksək nöqtələrindən
birində hər bir azərbaycanlı üçün mü-
qəddəs and yerinə çevrilmiş bir yer
var. Bu, 20 Yanvar qurbanlarının və
Ermənistanın hərbi təcavüzünə qarşı
döyüşlərdə həlak olanların dəfn edildi-
yi Şəhidlər Xiyabanıdır. Hər il yanvar
ayının 20-də minlərlə insan Vətənin
azadlığı və suverenliyi uğrunda can-
larından keçmiş Azərbaycan oğul və
qızlarının əziz xatirəsini ehtiramla
yad etmək üçün buranı ziyarət edirlər.
Nəsillər dəyişəcək, lakin Vətən oğul-
larının xatirəsi ürəklərdə əbədi yaşaya-
caqdır.
Dostları ilə paylaş: