Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə44/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   40   41   42   43   44   45   46   47   ...   507
Ə d ə b i y y a t

 

Axundov, T. Yeni il 



xalqımıza firavanlıq, 

xoşbəxtlik gətirsin [Mətn] 

/T..Axundov //Respubli-

ka.- 2013.- 1 yanvar.- S.6.

Yeni il bayramı [Mətn]        

//Əkbər Qocayev. Bay-

ramlar və tarixi günlər.- 

Bakı: Altun Kitab, 2006.- 

S.36. 

Valehoğlu, İ.Yeni il və 

onun təzadlı tarixi : Ayrı-

ayrı xalqların bayram 

adətləri və bu adətlərdəki 

türk izləri [Mətn] 

/İ.Valehoğlu//Ədalət 

.-2010.- 10 dekabr.- S. 5.

İ n t e r n e t d ə

www..anl.az

az.wikipedia.org

www. ebooks.preslib.az

www. qadin.net

1


32

Tarixdə bu gün

210  

ili

Gəncənin işğalı

1804 

YANV

AR

Gəncə 


xalqımızın 

qəlbində 

azadlıq, 

Cümhuriyyətin torpaqlarımızda fəaliyyətə başladı-

ğı ilk şəhər, ölkəmizin yadellilərdən azad edilməsi 

uğrunda  aparılan  ölüm-dirim  savaşının  mərkəzi 

kimi yadda qalıb. 

XVIII əsrin 20-ci illərində  Gəncə şəhəri  Os-

manlı və çar Rusiyasının hücumlarına məruz qa-

lırdı. Bu, şəhərin inkişafına mənfi təsir göstərirdi. 

1747-ci ildə Nadir şah Əfşarın  ölümündən sonra 

Gəncə şəhəri  müstəqil Gəncə xanlığının mərkəzi 

olmuş, o, təkcə Azərbaycanda deyil, bütün Cənubi 

Qafqazda  gözəl  və  böyük  şəhərlərdən  biri  sa-

yılmışdır.  Bu  şəhər  strateji  əhəmiyyətinə  görə 

düşmənlərin  diqqətini  həmişə  özünə  çəkmişdir. 

Məsələn,  Azərbaycanı  işğal  etməyə  göndərilmiş 

rus qoşunlarının komandanı Sisianov I Aleksandra 

məktubunda  yazırdı:  “Gəncə  qalası  yerləşməsinə 

görə  bütün  Azərbaycanı  qorxu  altında  saxlamaq 

imkanı  verdiyindən  onun  ələ  keçirilməsini  Rusi-

ya üçün çox önəmli saymağa əsas verir”. Əslində 

Gəncəni tutmaqla Rusiya bütün Azərbaycanı qor-

xu altında saxlamaq imkanı qazanırdı. XIX əsrin 

başlanğıcında  Azərbaycan  xanlıqlarının  işğalına 

başlayan  general  Sisianov  Gəncə  xanlığının  ələ 

keçirilməsinə  böyük  əhəmiyyət  verirdi.  Çün-

ki,  Gəncə  qalası  rus  qoşunlarının  Azərbaycanın 

içərilərinə  doğru  sonrakı  irəliləyişinin  açarı  idi. 

“Gəncə qalasının yerli mövqeyi bütün Azərbaycan 

üzərində hökmrandır. Bax buna görə də, bu istila 

Rusiya üçün birinci dərəcəli əhəmiyyətə malikdir”. 

Cavad  xan  general  Sisianovun  haqsız  tələblərini 

qətiyyətlə rədd etdiyi üçün rus qoşunları Gəncəni 

mühasirəyə aldılar. 

1803-cü  ilin  dekabrında  Sisianov  Cavad  xana 

təslim  olmaq  haqqında  ultimatum  verir.  Lakin 

Cavad  xan  ona  cavab  verir  ki,  Gəncəyə  yalnız 

meyitlərin üstündən keçə bilərsən. 

Sisianov  11  topu  olan  piyada  bataliyonunu,  3 

eskadron  və  2  kazak  yüzlüyündən  ibarət  qoşunu 

Gəncə  üzərinə  yeritdi.  Şəhərin  iki  verstliyindəki 

Quruqobu adlanan yerdə rus qoşunları ilə gəncəlilər 

arasında  ilk  vuruşma  oldu.  Cavad  xan  bir  qədər 

müqavimətdən sonra Gəncə qalasına qayıtdı. Rus 

qoşunları Gəncəni mühasirəyə alırlar. Mühasirə bir 

ay davam edir. 1804-cü il yanvar ayının 2-dən 3-nə 

keçən gecə ruslar qalaya hücuma başladılar. Qa-

lanın  müdafiəçiləri  inadlı  müqavimət  göstərdilər. 

Cavad  xan  və  oğlu  Hüseynqulu  ağa  göyüşlərdə 

qəhrəmancasına  həlak  oldular.  Gəncənin    təslim 

olunmasında şəhərdə yaşayan ermənilərin xəyanəti 

mühüm rol oynamışdı.

Gəncə  xanlığı  ələ  keçirilərək  ləğv  olundu  və 

hərbi dairəyə çevrildi, şəhər isə öz qədim adını itir-

di. Çar hökuməti Gəncənin işğalını böyük bir bay-

ram kimi qeyd etmiş, imperatorluq zərbxanasında 

Gəncənin alınmasında iştirakına görə döş medalı 

təsis olunmuşdu. I Aleksandrın arvadının şərəfinə 

şəhər  “Yelizavetpol”  adlandırıldı.  “Gəncə”  adını 

çəkmək qadağan olundu. Bu qaydanı pozanlar bir 

manat cərimə olunurdular.



Azərbaycan tarixi [Mətn]: VII cilddə.- Bakı, 2000.- C.4.- S.14-54.

Boran, Ə. İstiqlal tariximizdə Gəncə: əzəli və şanlı adın bərpası 

uğrunda mücadiləyə bir baxış [Mətn] /Ə.Boran  //525-ci qəzet.- 

2010.- 22 may.- S.14-15.

3


33

Tarixdə bu gün


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin