Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə
qabiliyyətinə təsiri
Kefungin
®
tabletləri nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri
idarəetmə qabiliyyətinə mənfi təsir göstərmir.
Əlavə təsirləri
Tez-tez rast gələn:
Mədə-bağırsaq pozğunluqları: ürəkbulanma, qusma, qarında ağrı, ishal.
Az rast gələn:
Baş ağrıları, başgicəllənmə;
Nadir hallarda qaraciyər fermentlərinin konsentrasiyasının plazmada artması;
Dismenoreya;
Qaşınma, dəri səpgiləri, örə, anafilaktik tipli allergik reaksiyalar.
Çox nadir rast gələn:
Trombositopeniya, leyko-neytropeniya;
Dazlaşma;
İmpotensiya, libidonun azalması, ginekomastiya, oliqospermiya (yüksək doza hallarında).
Ketokonazolun sutkada 200 mq dozada qəbulu zamanı müvəqqəti olaraq plazmada
testosteronun miqdarı aşağı düşə bilər, lakin onun miqdarı qəbuldan 24 saat sonra bərpa
olunur. Gündə ketokonazolun 200 mq dozada qəbulu ilə aparılan uzunmüddətli müalicə
zamanı testosteronun plazma konsentrasiyaları əhəmiyyətli dərəcədə dəyişilmir.
Müalicə dayandırıldıqdan sonra geri qayıdan yüksəlmiş kəllədaxili təzyiq (əsasən papilyar
ödem, qabarmış əmgək).
Hepatotoksiklik.
Dostları ilə paylaş: |