astemizol, terfenadin, mizolastin, sizaprid, bepridil. pimozid, triazolam,
ebastin, halofantrin, etanol kimi preparatlarla eyni vaxtda qəbul etmək məsləhət deyil.
Mizolastin: mədəcik aritmiyalarının, əsasən piruet aritmiyaların
("torsade des pointes")
inkişaf riski artır;
Sizaprid, bepridil, pimozid: mədəcik aritmiyalarının, əsasən piruet aritmiyaların
("torsade
des pointes") inkişaf riski artır;
Nevirapin: bir tərəfdən ketokonazolun qaraciyər metabolizmini azaltmasına görə
nevirapinin plazmada konsentrasiyası artır, digər tərəfdən isə nevirapinin ketokonazolun
qaraciyər metabolizmini gücləndirməsinə görə ketokonazolun plazmada konsentrasiyas
azalır;
Triazolam, midazolam: qaraciyər metabolizminin azalması hesabına benzodiazepinin
plazmada konsentrasiyası yüksəlir və sakitləşdirici effekti güclənir;
Simvastatin, serivastatin, atorvastatin (HMG-CoA reduktazanın inhibitorları): rabdomioliz
kimi əlavə reaksiyaların yüksək riski (dozadan asılı olaraq);
Takrolimus: takrolimusun plazmada konsentrasiyası artır;
Etanol: etanolun istifadəsindən sonra yaranan effektlər güclənir (hərarət hissiyatı, qızartı,
qusma, taxikardiya). Ketokonazolla müalicə zamanı tərkibində etanol olan içkilərdən və
dərmanlardan boyun qaçırmaq lazımdır;
Tolterodin: plazmada konsentrasiyası yüksəlir və tolterodin ilə doza həddinin aşılması riski
yüksəlir;
Lerkanidipin: əlavə təsirlərin
yüksək riski;
Ebastin: mədəcik aritmiyasının yüksək riski, xüsusən risk qrupuna aid olan pasientlər
(anadangəlmə uzanmış QT intervalı sindromu);
Halofantrin: mədəcik aritmiyalarının, əsasən piruet aritmiyaların
("torsade des pointes")
inkişaf riski artır;
Busulfan: əgər yüksək dozada busulfan ketokonazolla
eyni vaxtda təyin olunursa
uşaqlarda qaraciyər veno-okklüzion xəstəliyinin riski yüksəlir;
Siklosporin: plazmada immunosupressorların konsentrasiyasının (immunosupressorların
metabolizminin ingibə olunması hesabına) və kreatininemiyanın artma riski;
Didanozin (tabletlər): ketokonazolun həzm yolu ilə sorulması azalır;
İzoniazid: ketokonazolun plazmada konsentrasiyası azalır;
Rifampisin: iki dərman vasitəsinin plazmada konsentrasiyası və effektivliyi;
Maqnezium, alüminium və kalsium duzları və oksidləri (daxilə qəbulu): ketokonazolun
həzm yolu ilə sorulması azalır;
Sildenafil: sildenafilin plazmada konsentrasiyası artır, bu da
arterial təzyiqin enməsinə
səbəb ola bilər;
H
2
-antihistamin preparatları: ketokonazolun həzm yolu ilə sorulması azalır;
Proton nasosunun inhibitorları: ketokonazolun həzm yolu ilə sorulması azalır;
Zolpidem: sakitləşdirici effektin mülayim artımı.
Dostları ilə paylaş: