Kimyanın ilkin qanunları. Kütlə və enerjinin saxlanması qanunu


Elektroliz prosesi. Elektrolizin I və II qanunları



Yüklə 264,24 Kb.
səhifə14/25
tarix26.04.2023
ölçüsü264,24 Kb.
#103108
1   ...   10   11   12   13   14   15   16   17   ...   25
kimya imtahan cvb

Elektroliz prosesi. Elektrolizin I və II qanunları.

Əridilmiş və ya məhlul halında elektrolitdən sabit elektrik cərəyanı keçdikdə elektrodlarda gedən oksidləşmə-reduksiya nəticəsində maddələrin ayrılması prosesinə elektroliz deyilir. Elektroliz nəticəsində elektrik enerjisi kimyəvi enerjiyə çevrilir.
Elektroliz prosesini aparmaq üçün əridilmiş və ya məhlul halında elektrolitə elektrodlar daxil edilir və onlar sabit elektrik cərəyanı mənbəyi ilə biləşdirilir. Dövrə qapandıqda ionların nizamsız hərəkəti müəyyən istiqamət alır. Müsbət yüklü ionlar katoda, mənfi yüklü ionlar isə anoda doğru hərəkət edərək yüksüzləşir və neytral atom­lara, molekullara çevrilir. Nəticə etibarilə katodda reduksiya, anodda isə oksidləşmə prosesləri gedir. Beləliklə, elektrolizin mahiyyəti elektrik enerjisi hesabına əldə edilən kimyəvi reaksiyalardır.
I qanun. Elektroliz zamanı elektrod üzərində ayrılan maddənin kütləsi elektrolitdən keçən elektrik yükünün miqdarı ilə düz mütənasibdir.

- maddənin kütləsi, - mütənasiblik əmsalı, - elektrik yükünün kulonlarla miqdarı.
olduqda, . Deməli, mütənasiblik əmsalı məhluldan yük keçdikdə, elektrod üzərində toplanan maddənin kütləsinə bərabərdir.
II qanun. Elektroliz zamanı ayrılan maddənin kütləsi ilə elektrolitdən keçən cərəyanın miqdarı arasındakı asılılığı öyrənərək ingilis fiziki M. Faradey elektrolizin II qanununu kəşf etmişdir.
Elektrodlarda ayrılan hər bir maddənin miqdarı bir ekvivalentə bərabər olduğundan Faradeyni II qanunu xüsusi halda belə ifadə olunur. Müxtəlif elektrolit məhlulundan 96500 Kl elektrik yükü keçdikdə, elektrodlarda bir ekvivalent maddə ayrılır.



  1. Metalların təbiətdə yayılması. Ərintilər

  2. Metalların sənayedə alınma üsulları (pirometallurgiya, elektroliz, hidrometallurgiya üsulları.)

  3. Berillium. Təbii birləşmələri, alınması, xassələri və tətbiqi.


  4. Yüklə 264,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin