Kimyanın ilkin qanunları. Kütlə və enerjinin saxlanması qanunu



Yüklə 264,24 Kb.
səhifə1/25
tarix26.04.2023
ölçüsü264,24 Kb.
#103108
  1   2   3   4   5   6   7   8   9   ...   25
kimya imtahan cvb


  1. Kimyanın ilkin qanunları. Kütlə və enerjinin saxlanması qanunu. Kimyanın bir sıra ilkin qanunları stexiometrik qanun¬lar adı ilə məlumdur. (Stexiometriya - yunanca tərkib hissə¬lə¬rini ölçmək deməkdir). Kütlə və enerjinin saxlanması qanunu. Təbiətşünaslığın ümumi qanunu materiya və hərəkətin saxlanması qanunu¬dur. Bu qanunun ümumi prinsipi Lomonosov tərəfindən müəyyən¬ləşdi¬rilmiş (1748) və kimyəvi reaksiyalara tətbiq edil¬dikdə iki müstəqil qanun kimi əlaqəsiz halda öyrə¬nil¬miş¬dir. Bunlardan biri maddə kütləsinin saxlanması, digəri isə enerjinin saxlanması qanunlarıdır. 1905-ci ildə Eynşteyn kütlə ilə enerjinin qarşılıqlı əla¬qə¬si¬ni ifadə edən tənliyi müəyyən etdikdən sonra, həmin qanunlara dialektik vəhdətdə baxılır və birgə öyrənilir. m - kütlə, c - işığın vakuumdakı sürəti , E - enerji. Eynşteyn tənliyi kütlə ilə enerjinin bir-birinə mütənasibliyini göstərir. Deməli, küt¬lə¬nin saxlanması qanunu necə ödənilirsə, enerjinin saxlanması qanunu da o cür ödənilməlidir.

  2. Maddə kütləsinin və enerjisinin saxlanması qanunu. Kütlə və enerji arasında əlaqə.

  3. Tərkibin sabitliyi qanunu. Daltonoidlər və Bertoloidlər. Tərkibin sabitliyi qanunu. 1801-ci ildə fransız alimi Prust tərəfindən kəşf olunan bu qanun aşağıdakı kimi ifadə olunur: Alınma üsullarından asılı olmayaraq hər bir kimyəvi birləşmənin tərkibi sabit qalır. Tərkibin sabitliyi qanunun klassik ifadəsi hər bir maddənin dəyişməz kimyəvi tərkibə malik olduğunu qəbul edir. Tərkibin sabitliyi qanunu dəyişkən tərkibli maddələrdə pozulur. Deyilənlərə əsasən tərkibin sabitliyi qanununun müasir ifadəsi belədir: alınma üsullarından asılı olmayaraq molekulyar quruluşlu birləşmələrin tərkibi sabit qalır. Kurnakovun təklifilə dəyişən tərkibli kimyəvi maddələrə bertollidlər, sabit tərkibli birləşmələrə isə daltonidlər adi verilmişdir.

  4. Ekvivalentlər qanunu.Mürəkkəb maddələrin (oksid, əsas, turşu, duz) ekvivalentlərinin hesablanması. Tərkibin sabitliyi qanunundan belə bir nəticə çıxır ki, hər bir kimyəvi birləşmə maddələrin istənilən miqdarından deyil, onların yalnız müəyyən miq¬da¬rın¬dan əmələ gəlir. Məsələn, azot hidrogenlə birləşib ammonyak əmələ gətirdikdə azotun 14q-ı hidrogenin 3q-ı ilə qalıqsız birləşir. Bu, o deməkdir ki, reaksiyaya daxil olan maddələrin verilmiş miqdarı bir - birilə kimyəvi cəhətdən eyni qiymətlidir. Başqa sözlə, 14q azot 3q hidrogenə ekvivalentdir.


Yüklə 264,24 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin