Kimyəvi rabitələr və onların yaranma mexanizmi. Kimyəvi rabitə müasir kimyanın ən mühüm problem¬lərindən biridir. Bu problemi dərk etmədən kimya kursunun faktik materialını öyrənmək çətindir. Maddələrin fiziki və kimyəvi xassələri, molekul və kristal quruluşları, xüsusilə, onların reaksiyaya girmə qabiliyyəti rabitənin təbiətindən çox asılıdır.Atomlar arasında kimyəvi rabitənin yaranması nəticəsində molekul əmələ gəlir.Bu rabitə ümumi halda bir atomun nüvəsi ilə digər atomun xarici elektron buludu arasında yaranan qarşılıqlı elektrostatik təsir qüvvəsindən ibarətdir. Atomlar arasında kimyəvi rabitə əmələ gəldikdə sistemin enerjisi azalır. Ona görə də maddənin molekul halı atom halından davamlı olur. İki atom bir-birinə yaxınlaşdıqda onların cazibə və dəfetmə qüvvələrindən ibarət qarşılıqlı təsir enerjisi yaranır. Cazibə və dəfetmə qüvvələrinin bərabərləşdiyi zaman tarazlıq yaranır, atomların bir-birinə yaxınlaşması prosesi dayanır.Nəticədə elektron buludlarının qapanması baş verir.
İon rabitəsi və yaranma mexanizmi. Bu rabitə əks-yüklü ionların qarşılıqlı elektrostatik təsiri hesabına yaranır.Tipik ion rabitəsi elektromənfilikləri ilə çox fərqlənən elementlər, məsələnqələvi metallarla halogenlər arasında əmələ gəlir. Bu halda rabitə 100% ion xarakteri daşımır. Alman alimi Kossel göstərmişdir ki, metal və qeyri-metal atomları qarşılıqlı təsirdə olduqda onlardan birincisi elektron verərək müsbət, ikincisi isə elektron alaraq mənfi iona çevrilir. Əmələ gəlmiş əks işarəli ionlar arasında aşağıdakı sxem üzrə ion rabitəsi yaranır:
Nəticədə natrium ionu xlor ionunu cəzb edir və NaCl molekulu əmələ gəlir. Na+ +Cl- = NaCl Kovalent rabitə, növləri, rabitənin doymuşluğu və istiqamətliyini. Valent rabitə nəzəriyyəsinə görə əks-spinli tək elektron orbitallarının qapanması hesabına atom nüvələri arasında elektron sıxlığının artması nəticəsində yaranan rabitə kovalent rabitə adlanır. Bu rabitə universal xarakter daşıyan lokallaşmış ikielektronlu, ikimərkəzli rabitədir. Kovalent rabitə əsasən iki müxtəlif mexanizm üzrə əmələ gəlir 1.Əks-spinli tək elektronların qoşalaşması ilə. 2.Donor-akseptor mexanizmi ilə.. Donor-akseptor əlaqəsi. Kovalent rabitə donor-akseptor mexanizmi ilə də əmələ gəlir.Bunun üçün bir atom və ya ionun bölünməmiş elektron cütü ilə digər atomun boş orbitalı qarşılıqlı təsirdə olmalıdır.Bölünməmiş elektron cütünü verən atom donor,həmin elektron cütünü qəbul edən atom və ya ion isə akseptor adlanır.