Cr(OH)2 + 2HNO3 → Cr(NO3)2 + H2O
b. Xrom 3-oksid yaşıl rəngli toz halında çətin əriyən maddə olub suda və turşularda həll olmur.
2Cr(OH)3 → Cr2O3 + 3H2O
Laboratoriyada isə xrom 3-oksidi ammonium-bioxromat duzunu parçalamaqla alırlar.
(NH4)2Cr2O7 Cr2O3 + N2 + 4H2O
Xrom 3-oksid qələvilərdə və qələvi metalların karbonatları ilə əridildikdə, amfoter xassəli olduğundan müvafiq xromitlərə çevrilir.
Cr2O3 + 2KOH → 2KCrO2 + H2O
Cr2O3 + K2CO3 → 2KCrO2 + CO2
Xrom 3-oksid suda həll olmadığına görə onun uyğun hidroksidini üçvalentli xrom duzlarına qələvilərlə təsir etməklə əldə edirlər. O, bozumtul-yaşıl rəngli çöküntüdür, amfoter xassəyə malikdir.
Cr2(SO4)3 + 6NaOH → 3Na2SO4 + 2Cr(OH)3
Cr(OH)3 + 3NaOH → Na3Cr(OH)6 (məhlulda)
c. Xrom 6-oksid tünd qırmızı rəngli kristal maddə olub, zəhərlidir. O, qüvvətli oksidləşdiricilər sırasına daxil olub, qızdırıldıqda asanlıqla parçalanır.
4CrO3 2 Cr2O3 + 3O2
Xrom 6-oksidi bixromit və xromatlara qatı H2SO4 turşusu ilə təsir etməklə əldə edirlər.
K2Cr2O7 + H2SO4 = K2SO4 + 2CrO3 + H2O
Xrom 6-oksid turşu oksidi olub suda yaxşı həll olaraq aşağıdakı turşularla çevrilir.
CrO3 + H2O → H2CrO4 – xromat turşusu
2CrO3 + H2O → H2Cr2O7 – bixromat turşusu
Mühitdən asılı olaraq xromatların bixromatlara və əksinə çevrilmə reaksiyaları.
Xromat və bixromat turşuları yalnız məhlulda məlumdur. lakin duzları davamlı birləşmələr olub, xromat və bixromatlar adlanırlar. Mühitin pH-dan asılı olaraq xromatlar və bixromatlar bir-birinə çevrilirlər. Turş mühitdə xromatlar bixromatlara çevrildiyindən məhlulun sarı rəngi narıncı rəngə çevrilir.
2K2CrO4 + 2HCl → K2Cr2O7 + 2KCl + H2O
sarı narıncı
Əsasi mühitdə isə bixromatlar xromatlara çevrildiyindən məhlulun narıncı rəngi sarı rəngə çevrilir.
K2Cr2O7 + 2KOH = 2K2CrO4 + 2H2O
narıncı sarı
Manqan, təbii birləşmələri, sənayedə alınması, xassələri və tətbiqi.
Manqan geniş yayılmış elementlər sırasına daxil olub, yer qabığının çəkisinin 0,1%-ni təşkil edir. Onun təbiətdə ən çox yayılmış mineralları aşağıdakılardır.
Dostları ilə paylaş: |