Alüminium amfoter xassə daşıdığına görə bütün qələvi məhlulları ilə qarşılıqlı təsirdə olaraq hidro-oksoalüminatlara çevrilir.
2Al + 6NaOH + 6H2O → 2Na3Al(OH)6 + 3H2 Alüminium duru turşulardan hidrogeni çıxarır.
2Al +6HCl → 2AlCl3 + 3H2 2Al + 3H2SO4 → Al2(SO4)3 + 3H2 Alüminium duru nitrat turşusunda asanlıqla həll olur.
8Al + 30HNO3 → 8Al(NO3)3 + 3N2O + 15H2O Qatı sulfat və nitrat turşuları alüminiumu passivləşdirir, çünki üzərində oksid təbəqəsi əmələ gəlir. Buna görə də, bu turşuları alüminium qablarda daşımaq və saxlamaq mümkündür. Lakin qızdırdıqda qatı sulfat turşusunda həll olur.
6Al + 6H2SO4 → Al2(SO4)3 + 3SO2 + 6H2O Titan, təbii birləşmələri, alınması, kimyəvi xassələri və tətbiq sahələri.
IV qrup d-elementləri daxildir. Valent elektronlarının ikisi atomların xarici elektron təbəqəsində, ikisi isə xaricdən əvvəlki təbəqənin d-əlavə səviyyəsində yerləşir: .Kimyəvi reaksiyalarda +2, +3, +4 oksidləşmə dərəcəsi göstərir.
Təbiətdə tapılması. Titanın 5 izotopu var və süni yolla alınmış bir sıra radioaktiv izotopları məlumdur. Titan yer qabığının çəki ilə 0,63% təşkil edir. Təbiətdə yayılmasına görə dördüncü yeri ( sonra) tutur. Titanın mühüm təbii birləşmələri: - rutil, - ilmenit, - perovskit, sfen .
Alınması. - ı rulitdən alırlar. Bu məqsədlə onu əvvəlcə titan 4-xloridə çevirib, sonra alınan duzu və ya mühitində maqnezium və ya natriumla reduksiya edirlər.
Titanı yüksək təmizlikdə almaq üçün birləşməsinin termiki parçalanmasından (800-900o C) istifadə olunur:
Xassələri. Titan gümüşü ağ, çətin əriyən metaldır, yüngüldür. Mexaniki xassələri onun təmizlik dərəcəsindən asılıdır. Oksigen, azot, hidrogen, karbon, bor və s. qarışıqlar bu metalın plastikliyini azaldır.
havada qaldıqda onun səthi qoruyucu oksid təbəqəsi ilə örtülür. Adi şəraitdə az aktiv metaldır. Oksigendə yandıqda bu elementin baş oksidi adlanır . Titanın tipli oksidləri də vardır. əsasi oksiddir, duru və - də həll olduqda reduksiyaedici xassə göstərir.
-i 1550o C-də vakuumda və ya arqon mühitində aşağıdakı reaksiya əsasında almaq olar:
suda həll olmur; ona uyğun gələn hidroksid almaq üçün - yə qələvilərlə təsir edirlər.
Tətbiqi. müasir texnikanın əsas konstrukçiya materiallarından biridir. Onun əsasında alınan ərintilər, yüksək temperatur və korroziyaya qarşı davamlı olur. Tərkibində olan ərintilər aviasiyada, raket texnikasında, atom reaktorlarında, gəmi və maşınqayırmada, elektrotexnikada və s. tətbiq olunur.