Mis, gümüş, qızıl dövri sistemin I B qrupunda yerləşir. Mis nisbətən geniş yayılmış elementdir. Təbiətdə əsasən birləşmələr şəklində olur. Passiv metal olduğu üçün bəzi halda külçə şəklində də ola bilir.
O yer qabığının çəki ilə 4,710-3%-ni təşkil edir. Onun ən geniş yayılmış təbii birləşmələri aşağıdakılardır:
Alınması. Misi almaq üçün çox pirometallurgiya, az hallarda isə hidrometallurgiya üsulundan istifadə olunur. Pirometallurgiya üsulu ilə mis almaq üçün sulfidli filizləri əvvəlcə qismən oksidləşdirərək oksidə çevirir, sonra onu sulfidin orta miqdarı ilə reduksiya edirlər.
2Cu2O + Cu2S → 5Cu + SO2 Hidrometallurgiya üsulu ilə mis almaq üçün filizə əvvəlcə müxtəlif duzların məhlulları və ya H2SO4 ilə təsir edərək onu məhlula keçirir, sonra isə misi duzundan elektrolizlə, ya də əvəzetmə reaksiyası ilə ayrılırlar