10Fe0 + 4NaOH + 6NaN+5O3 → 5Na2Fe+6O4 + 3N2 + 2H2O Dəmirin oksid və hidroksidlərinin alınması və xassələri.
Dəminin aşağıdakı oksidləri məlumdur:
FeO; Fe2O3; FeO3; Fe3O4(FeO∙ Fe2O3) əsasi oksid amfoter oksid turşu oksidi qarışıq oksid 1. Dəmir 2-oksid qara rəngli, suda həll olmayan əsasi oksid olub, nisbətən davamsızdır. Onu aşağıdakı reaksiyalar əsasında almaq olar.
Fe2O3 + H2 → 2FeO + H2O FeCO3 → FeO + CO2 FeC2O4→ FeO + CO + CO2 Dəmir 2-oksid suda həll olmadığına görə uyğun hidroksidi suda həll olan duzlarına qələvi məhlulu ilə təsir etməklə alınır.
FeSO4 + 2NaOH → Na2SO4 + Fe(OH)2 Dəmir 2-hiroksid bozumtul-yaşıl rəngli suda həll olmayan maddə olub, havada saxladıqda tədricən oksidləşərək qonur-qəhvəyi rəngli Fe(OH)3-ə çevrilir.
4Fe(OH)2 + O2 + 2H2O → 4Fe(OH)3 2. Dəmir 3-oksid qəhvəyi maddə olub dəmir sülügəni adlanır. Onu aşağıdakı reaksiyalarla almaq olur.
4Fe + 3O2 → 2Fe2O3 2Fe(OH)3→Fe2O3 + 3H2O 4Fe(NO3)3→ 2Fe2O3 + 12NO2 + 3O2 Dəmir 3-oksid amfoter xassəli olduğuna görə həm turşu, həm də əritdikdə qələvilər və qələvi metalların karbonatları ilə qarşılıqlı təsirdə olaraq ferritərə çevrilir.
Fe2O3 + 2NaOH → 2NaFeO2 + H2O Fe2O3 + Na2CO3 → 2NaFeO2 + CO2 Dəmir 3-oksid suda həll olmadığına görə onun hidroksidini dolayı üsulla alırlar.
FeCl3 + 3KOH → Fe(OH)3 + 3KCl O, qəhvəyi rəngli suda həll olmayan hidroksid olub, amfoter xassəlidir. Ona görə də, həm turşu, həm də qələvilərlə qarşılıqlı təsirdə olub, aşağıdakı müvafiq duzları əmələ gətirir.
2Fe(OH)3 + 3H2SO4 → Fe2(SO4)3 +6H2O Fe(OH)3 + KOH → KFeO2 + 2H2O
H3FeO3 - H2O → HFeO2 ortoferrit metaferrit 3. Dəmir 6-oksid (FeO3) turşu xassəli olub dəmir qatı HNO3-lə passivləşdiyi zaman qoruyucu örtük əmələ gətirir.
FeO3 və ona uyğun gələn ferrat turşusu – sərbəst halda alınmamışdır. Lakin ferrat turşusunun duzları olan ferratlar davamlı birləşmələrdir.
4. Fe3O4 qarışıq oksid olub qara rəngli birləşmədir. O, təbiətdə maqnetit mineralı şəklində tapılır ki, o həm maqnit, həm də yarım keçirici xassəyə malikdir. Onun düsturu belədir:
Ona metaferrit turşusunun dəmir duzu kimi də baxılır:
Fe3O4 Fe(FeO2)2 Dəmir 3+ və dəmir 2+ ionlarının sari və qırmızı qan duzları ilə təyini.
İki və üçvalentli dəmir duzlarına sianidlərlə təsir etdikdə suda həll olmayan Fe(CN)2 və Fe(CN)3 duzları alınır ki, onlar sianidin artıq miqdarda həll olaraq kompleks birləşmələr əmələ gətirir.
FeCl2 + 2KCN → Fe(CN)2 + 2KCl Fe(CN)2 + 4KCN → K4[Fe+2(CN)6 sarı qan duzu Sarı qan duzundan üçvalentli dəmir ionlarını təyin etmək üçün istifadə olunur ki, bu zaman Berlin abısı adlanan göy rəngli çöküntü alınır.
4FeCl3 + 3K4[Fe+2(CN)6 → Fe4+3[Fe+2(CN)63 + 12KCl Qırmızı qan duzu isə ikivalentli dəmir ionlarını təyin etmək üçün istifadə olunur. Onun ikivalentli dəmir duzları ilə qarşılıqlı təsirindən trunbul abısı adlanan tünd göy rəngli çöküntü alınır.
FeCl3 + 3KCN → Fe(CN)3 + 3KCl Fe(CN)3 + 3KCN → K3Fe+3(CN6) qırmızı qan duzu