Kitab Elxan muellim indd


Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri



Yüklə 20,65 Mb.
Pdf görüntüsü
səhifə115/120
tarix30.12.2021
ölçüsü20,65 Mb.
#24499
1   ...   112   113   114   115   116   117   118   119   120
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
107
www.elkhan-suleymanov.az
şamaq hüquqlarının təmin edilməsi tələb edilmişdir. 
Eyni  zamanda  vurğulanmalıdır  ki,  beynəlxalq  ictimaiyyət 
yalnız  münaqişə  ilə  bağlı  müxtəlif  sənədlər  qəbul  etməklə 
kifayətlənmiş,  bu  sənədlərdə  öz  əksini  tapmış  müddəaların 
reallaşdırılması  istiqamətində  heç  bir  praktiki  iş  görməmiş, 
təcavüzkar  dövlət  olan  Ermənistana  qarşı  heç  bir  sanksiya 
tətbiq  etməmiş,  bu  dövlətə  qarşı  heç  bir  təzyiq  göstərməmiş, 
hətta  işğalçı  Ermənistanla  işğala  məruz  qalmış  Azərbaycan 
arasında heç bir fərq qoymamışdır. Bundan əlavə, beynəlxalq 
təşkilatlar  bir  çox  hallarda  “Ermənistanın  Azərbaycan 
ərazilərini  işğal  etməsi”,  “Ermənistanın  işğalı  və  həyata  ke-
çirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq 
azərbaycanlının qaçqın və məcburu köçkün halına düşməsi” və 
s. kimi ifadələr işlətməkdən belə yan keçməyi daha üstün tu-
turlar.
 Şübhəsiz ki, dünya ictimaiyyətin işğal altında olan ərazilərin 
azad edilməsi və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış 
sərhədləri  çərçivəsində  dövlət  suverenliyinin  təmin  edilməsi, 
qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpa 
edilməsi, onların öz vətənlərinə qayıtmaq və təhlükəsiz yaşa-
maq  hüquqlarının  təmin  edilməsi  məsələlərinə  biganə  yanaş-
maları Azərbaycan vətəndaşlarını ciddi narahat edir və onların 
narazılığının getdikcə artmasına səbəb olur. 
Nə üçün dünya ictimaiyyəti işğalçı Ermənistan dövlətinə qar-
şı sanksiyalar tətbiq etmək istəmir? Nə üçün dünya ictimaiyyəti 
Ermənistanın işğalçılıq  və işğal edilmiş ərazilərdə həyata ke-
çirdiyi  etnik  təmizləmə  cinayətlərinə  göz  yumur?  Nə  üçün 
dünya  ictimaiyyəti  işğalçı  Ermənistandan  beynəlxalq  hüqu-
qun imperativ prinsiplərinə riayət edərək işğal etdiyi əraziləri 
qeyd-şərtsiz  azad  etməyi  tələb  etmək  və  bu  istiqamətdə 
BMT  Nizamnaməsində  təsbit  olunmuş  mexanizmlərdən 
istifadə  etmək  əvəzinə, ATƏT-in  Minsk  qrupunun  vasitəçiliyi 
ilə  Azərbaycan  və  Ermənistan  prezidentlərinin  danışıqla-
rı  çərçivəsində  tərəfləri  kompromis  əldə  etməyə  çağırır? 
Görəsən,  Azərbaycan  Ermənistan  ərazilərini  işğal  etmiş  olsa 



Yüklə 20,65 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin