doxsan iki milyon) ABŞ dollarından artıq təşkil edir və işğal
aradan qaldırılmayanadək ilbəil artacaq.
Beynəlxalq hüquq normalarına və beynəlxalq silahlı
münaqişələrin tənzimlənməsi praktikasına əsasən işğala son
qoyulması özündə işğalçı dövlət tərəfindən işğala məruz qalmış
dövlətə vurduğu zərərə müvafiq olaraq təzminatın ödəməsini
də ehtiva edir. Odur ki, Azərbaycan ərazilərinin işğalına son qo-
yulması, həm də işğalçı dövlət olan Ermənistanın Azərbaycana
vurduğu zərər müqabilində təzminat ödəməsi məsələsinin
gündəmdə saxlanılmasını aktual edir.
6. BMT Təhlükəsizlik Şurasının 822(1993), 853(1993),
874(1993), 884(1993) saylı qətnamələrində, Avropa Şurası Par-
lament Assambleyasının 1416(2005) saylı qətnaməsində, Av-
ropa Parlamentinin 20 may 2010-cu idə qəbul etdiyi “Avropa
İttifaqının Cənubi Qafqaz üzrə Strategiyası” adlı qətnaməsində,
İslam Konfransı Təşkilatının (indiki İslam Əməkdaşlıq
Təşkilatı), ATƏT-in və digər beynəlxalq təşkilatların çoxsay-
lı sənədlərində Azərbaycanın ərazilərinin işğal edilməsi, yüz
minlərlə Azərbaycan vətəndaşının məcburi köçkünə çevrilməsi
və Azərbaycanda humanitar böhran vəziyyətinin yaranması
faktları təsbit edilmişdir. Beynəlxalq təşkilatların sənədlərində
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlər
çərçivəsində ərazi bütövlüyü dəstəklənmiş, Azərbaycanın iş-
ğal altında olan Dağlıq Qarabağ bölgəsindən və digər rayon-
ların ərazilərindən silahlı qüvvələrin qeyd-şərtsiz çıxarılması,
məcburi köçkünlərin öz vətənlərinə qayıtmaq və təhlükəsiz ya-