Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 103
www.elkhan-suleymanov.az məsuliyyət daşıdığını təsdiq edir”. Eyni məzmunlu müddəalar
İKT-nin digər sənədlərində də öz əksini tapmışdır. Məsələn,
“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qar-
şı təcavüzü haqqında” 10/11-P (IS) saylı qətnaməsinin 22-ci
bəndində qeyd olunur ki İKT: “Azərbaycanın məruz qaldığı
zərərlərə görə müvafiq kompensasiya hüququ olduğunu he-
sab edir və bu zərərlərə görə adekvat kompensasiya ödənilməsi
məsuliyyətini Ermənistanın üzə rinə qoyur”.
Beləliklə, aydındır ki, Azərbaycana vurulmuş maddi və
mənəvi zərərin ödənilməsi problemi Ermənistanın təcavüzünün
nəticələrinin aradan qaldırılmasının və bütövlükdə Ermənistan-
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması pro-
sesinin vacib aspektlərinin biridir.