Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 102
www.elkhan-suleymanov.az rulmuş zərərə görə belə zərərin nəticələrinin aradan qaldırıl-
ması məqsədilə təzminat məbləğindən faiz almaq hüququ-
na malikdir. Misal olaraq göstərmək lazımdır ki, 1991-ci ildə
İraqın silahlı təcavüzü nəticəsində Küveytə vurulmuş zərərlə
bağlı məsələlərin kompleks şəkildə həllinə nail olmaq üçün
BMT Kompensasiya Komissiyası yaradıldı.BMT Kompensasi-
ya Komissiyasının İdarə Şurasının faiz haqqında məsələyə həsr
olunmuş qərarında göstərilir ki: “1. İşi udmuş iddiaçılara kom-
pensasiya qismində verilmiş əsas məbləğdən istifadə etmək
imkanının itirilməsini kompensasiya etmək üçün kifayət olan
faiz dərəcəsi üzrə faizlər zərər yaranmış tarixdən ödəniş edilən
tarixə qədər verilməlidir... 3. Faizlər kompensasiyanın əsas
məbləği ödənildikdən sonra verilməlidir.”
BMT Kompensasiya Komissiyasının İdarə Şurası müxtəlif
şəxslər, korporasiyalar və hökumətlər tərəfindən daxil olmuş
1550871 iddia ərizəsi əsasında İraqın Küveytə silahlı təcavüzü
nəticəsində vurulmuş zərəri 52 467 108 060 (əlli iki milyard
dörd yüz altmış yeddi milyon yüz səkkiz min altmış) ABŞ dol-
ları məbləğində müəyyən etmişdir [81]. BMT Kompensasiya
Komissiyasının verdiyi məlumata görə 28 oktyabr 2010-cu il
tarixinə qədər kompensasiya ediləcək məbləğin 30,7 milyard
ABŞ dolları ödənilib [82].
Göründüyü kimi, Azərbaycanın Ermənistanın beynəlxalq
hüquqazidd əməlləri nəticəsində vurulmuş maddi və mənəvi
zərərə görə təzminat almaq hüququ var və bunun üçün müva-
fiq beynəlxalq-hüquqi mexanizmlər mövcuddur. Azərbaycanın
ona dəymiş zərərin müqabilində müvafiq təzminat almaq hü-
ququna malik olması beynəlxalq təşkilatların qərarlarında da
təsdiqlənmişdir. Misal üçün, 13-14 Mart 2008 il Dakar, Sene-
qal Respublikasında keçirilmiş On Birinci Zirvə Görüşündə
(“Müsəl man Umması 21-ci əsrdə”), “İslamın müqəddəs
yerlərinin qorunması haqqında” 2/11-C (İS) saylı qətnaməsinin
4-cü bəndində İKT “Azərbaycanın ona dəymiş ziyanın
müqabilində təzminat almaq hüququna malik olduğunu he-
sab edir və bu təzminatın ödənilməsi üçün Ermənistanın tam