Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 105
www.elkhan-suleymanov.az dürülmüşdür. Xocalı şəhəri məhv edilərək yer üzündən silin-
mişdir. Xocalı faciəsi Ermənistanın rəsmi dövlət strukturları
tərəfindən əvvəlcədən planlaşdırılmış, şəhər sakinləri olan et-
nik azərbaycanlıların tamamilə və ya qismən məhv edilməsinə
yönəlmişdi. Bu cinayətlər Azərbaycan xalqına qarşı soyqırım
cinayətləri olaraq, insanlığa qarşı cinayətlər kateqoriyasına aid-
dir.
4. Azərbaycana qarşı silahlı təcavüzdən əvvəl Ermənistan
ərazisində yaşayan 250 mindən artıq etnik azərbaycanlı öz ta-
rixi torpaqlarından deportasiya edilmiş və qaçqın qismində
Azərbaycan ərazisində məskunlaşmışdır. Ermənistan işğal et-
diyi ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti
həyata keçirmiş və bu əraziləri monoetnik zonaya çevirilmişdir.
İşğal edilmiş ərazilərindən 760 mindən artıq yerli azərbaycanlı
əhali çıxarılaraq məcburi köçkünə çevrilmişdir. Nəticədə 1 mil-
yondan artıq azərbaycanlı öz tarixi vətənlərindən, evlərindən
didərgin salınaraq, qaçqın və məcburi köçkün vəziyyətinə düş-
müşdür. Həmin kateqoriyaya aid olan insanlar Azərbaycanın 62
şəhər və rayonunda müvəqqəti məskunlaşdırılmışlar. Beləliklə,
etnik azərbaycanlıların Ermənistan ərazilərindən deportasiya-
sı və Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü insan
hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə müşayiət
olunmuş, Azərbaycanda fövqəladə humanitar vəziyyət yaran-
mışdır.
5.Ermənistanın silahlı təcavüzü və işğalı nəticəsində
Azərbaycana külli miqdarda maddi zərər vurulmuşdur. İş-
ğal edilmiş Azərbaycan ərazilərində 900-dən artıq yaşayış
məntəqəsi, ümumi sahəsi 9,1 mln m
2
olan 150 minə yaxın yaşa-
yış evi və mənzil, 4366 sosial-mədəni təyinatlı obyekt, 7000 icti-
mai bina, 2389 sənaye və kənd təsərrüfatı obyekti, 1025 məktəb,
855 uşaq bağçası, 4 sanatoriya-müalicə kompleksi, 798 səhiyyə
müəssisəsi, 927 kitabxana, 1510 mədəniyyət müəssisəsi, 598
rabitə obyekti və digərləri dağıdılaraq məhv edilmişdir.
İşğal nəticəsində Azərbaycan xalqının milli mədəniyyət
abidələri dağıdılmış və mədəni irsinə misli görünməmiş zərər