Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
104
www.elkhan-suleymanov.az
Nəticə
Aparılmış tədqiqat və təhlilləri ümumiləşdirərək, aşağıdakı
nəticələrə gəlirik:
1. Ermənistan əsassız ərazi iddialarını reallaşdırmaq
məqsədilə Azərbaycana qarşı silahlı təcavüz etmiş, 20%
Azərbaycan ərazisini, o cümlədən keçmiş Dağlıq Qarabağ
Muxtar Vilayətini (DQMV) və digər 7 rayonu işğal etmişdir.
Ermənistan dövləti Azərbaycana qarşı silahlı təcavüz etməklə
beynəlxalq sülhə qarşı cinayət əməli törətmişdir. Təcavüz
cinayətkarlığı insanlığa qarşı cinayət hesab edilir və Ermənistan
həyata keçirdiyi silahlı təcavüz aktına görə beynəlxalq-hüquqi
məsuliyyət daşıyır.
2. Azərbaycana qarşı silahlı təcavüz zamanı Ermənistanın si-
lahlı qüvvələri tərəfindən 20 mindən çox insan öldürülmüş, 50
mindən çox insan yaralanmış və şikəst edilmiş, minlərlə insan
itkin düşmüş, məhkəməsiz edamlar və mülki əhalinin kütləvi
qırğını, girov götürülməsi, onlardan icbari işlərdə istifadə olun-
ması halları baş vermişdir. Hərbi əsirlər və girovlar işgəncələrə
və digər qeyri-insani rəftarlara məruz qalmış, yaralılar və
xəstələrə adi tibbi yardım belə göstərilməmişdir. Beləliklə,
Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibə
zamanı beynəlxalq humanitar hüquq normaları kobud şəkildə
pozulmuşdur.
3. Ermənistan silahlı qüvvələri 1992-ci il fevralın 25-dən
26-a keçən gecə Xocalı şəhərində soyqırım cinayəti törətmişdir.
Şəhərin işğal zamanı dinc əhalinin 613 nəfəri, o cümlədən 63
uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öl-
dürülmüş, insanların başları kəsilmiş, gözləri çıxarılmış, hamilə
qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir. Qanlı ak-
siya zamanı 1275 insan əsir götürülmüş, 150 insan itkin düş-
müş, 487 insan şikəst olmuşdur. Kütləvi qırğınlar zamanı 8 ailə
tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideyinini, 130 uşaq
isə bir valideyinini itirmişdir, 56 insan işgəncələr verilərək öl-
Ermənistanın Azərbaycana qarşı silahlı
təcavüzünün nəticələri
Ermənistanın Azərbaycana qarşı silahlı
təcavüzünün nəticələri
Ermənistanın Azərbaycana qarşı silahlı
təcavüzünün nəticələri
Ermənistanın Azərbaycana qarşı silahlı
təcavüzünün nəticələri
Ermənistanın Azərbaycana qarşı silahlı
təcavüzünün nəticələri
Ermənistanın Azərbaycana qarşı silahlı
təcavüzünün nəticələri
Ermənistanın Azərbaycana qarşı silahlı
təcavüzünün nəticələri
Ermənistanın Azərbaycana qarşı silahlı
təcavüzünün nəticələri
|