Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 108
www.elkhan-suleymanov.az idi, dünya ictimaiyyəti indi Ermənistana göstərdiyi münasibəti
Azərbaycana da göstərərdimi? Azərbaycan ictimaiyyəti
tərəfindən haqlı olaraq bu qəbilədən olan sualları daha tez-tez
səsləndirilir və onlara obyektiv cavab axtarılır.
Bəlkə, dünya ictimaiyyətinin Ermənistanın silahlı təcavü-
zünə, onun Azərbaycan ərazilərini işğal etməsinə və indiyədək
həmin əraziləri işğal altında saxlamasına, yüz minlərlə
Azərbaycan vətəndaşının hüquqlarının kütləvi və kobud
şəkildə pozulmasına biganə münasibət nümayiş etdirməsinin
səbəbi işğalçı Ermənistanın xristian, işğala məruz qalmış
Azərbaycanın isə müsəlman dövləti olmasıdır. Bu fikir hazır-
da Azərbaycan ictimaiyyətində özünə yer tapmaqdadır və
son dövrlər cəmiyyətdə bu fikrin tərəfdarlarının sayı getdikcə
artmaqdadır. Belə meyllərin artması, sözsüz ki, Azərbaycan
cəmiyyətində dünya ictimaiyyətinə, əsasən də inkişaf etmiş Qərb
ölkələrinə inamın azalmasına, onların etibarlılığına şübhələrin
artmasına gətirib çıxarır. Odur ki, dünya ictimaiyyəti tezliklə
işğalın aradan qaldırılması, qaçqın və məcburi köçkünlərin öz
vətənlərinə qaytarılması və təhlükəsiz yaşamaq hüquqlarının
təmin edilməsi istiqamətində praktiki səylərini artırmalı, ikili
standartlara son qoymalıdır.