Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 49
www.elkhan-suleymanov.az 1993-cü ildə yaymışdır. Həmin bəyanatda Birlik və üzv dövlətlər
münaqişənin dərinləşməsindən narahatlıq keçirdiklərini, “hərbi
əməliyyatların Kəlbəcər və Füzuli rayonları ərazisinə yayılma-
sından təəssüfləndiklərini” bildirmiş, qoşunların “Azərbaycan
ərazilərindən dərhal çıxarılması və bu ərazilərdə döyüşlərin
dayandırılması məqsədilə Ermənistan hökumətini Dağlıq Qa-
rabağın hərbi birləşmələri üzərində olan təsirindən qətiyyətlə
istifadə etməyə” çağırmışdır.
Ermənistanın işğalçı qüvvələrinin cəbhə bölgəsində yeni
əməliyyatlar keçirməsi qurumu 1993-cü ilin 24 iyun və 3 sent-
yabr tarixlərində yeni bəyanatlarla çıxış etməyə məcbur etmiş-
dir. Bu sənəddə ermənilərin Azərbaycana qarşı hərbi hücum-
ları pislənilmiş və qaçqınların sayının həddən artıq çoxalma-
sından narahatlıq ifadə olunmuşdur. Birlik ATƏM-in Minsk
qrupunun bölgədə sülhün əldə edilməsi istiqamətində səylərini
dəstəklədiyini bildirmiş və tərəfləri bu prosesin həyata keçməsi
üçün əlverişli şərait yaratmağa çağırmışdır. Təşkilat BMT
qətnamələrinə hörmət göstərilməsini hər iki tərəfdən tələb et-
miş, silahlı qüvvələrin Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl ra-
yonlarından çıxarılmasının zəruriliyini qeyd emişdir. Bəyanatda
həmçinin Ermənistandan Azərbaycan ərazilərinə hücum edən
yerli erməni qüvvələrinə yardım göstərməmək tələbi ifadə
olunmuşdur.
Avropa İttifaqı 9 noyabr 1993-cü ildə yenidən Dağlıq Qarabağ
münaqişəsinə dair növbəti bəyanatını qəbul etmişdir. Təşkilat
toqquşmaların genişlənməsindən narahatlıq keçirdiyini və qaç-
qınların sayının artmasının bölgədə gərginliyin çoxalmasına
gətirib çıxaracağını vurğulamışdır. Bəyanatda Avropa İttifaqı
ATƏM-in prinsiplərinə uyğun olaraq Azərbaycan Respublika-
sının ərazi bütövlüyünə və suverenliyinə əhəmiyyət verdiyini
təsdiqləmişdir. Avropa İttifaqı silahlı toqquşmalardan qaçmaq-
la canını qurtaran on minlərlə mülki şəxsin taleyindən, xüsusilə
narahat olduğunu ifadə edərək, qaçqınların mövcudluğunun
münaqişənin beynəlxalq miqyas alması təhlükəsini artırdığını
və bütün regionun sabitliyi üçün təhdid olduğunu bildirmişdir.