Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 52
www.elkhan-suleymanov.az Bütövlükdə, Avropa Parlamentinin qətnaməsi bu quru-
mun regional təhlükəsizlik məsələləri və regionda mövcud
münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli
istiqamətində mövqeyin tam aydınlıq gətirmişdir. Şübhəsiz ki,
Avropa Parlamenti qətnamələrinin müddəaları, bir tərəfdən,
birbaşa Avropa Birliyinin digər rəhbər orqanlarının, digər
tərəfdən isə Avropa Birliyinə üzv olan ölkələrin rəhbərliyinin
mövqelərinə böyük təsir göstərir və Dağlıq Qarabağ problemi
üzrə bü nüfuzlu təşkilatın öz siyasətini formalaşdırır.
Qeyd edilməlidir ki, Avropa Komissiyasının sədri Jose Manu-
el Barrozo 2011-ci ilin yanvar ayında Bakıya səfəri çərçivəsində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ke-
çirilmiş birgə mətbuat konfransındakı bəyanatında və Bakı
Dövlət Universitetində etdiyi çıxışında Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinə toxunmuş, bu problemin həll
edilməməsinin regionda sülh və sabitlik üçün maneə olduğunu
diqqətə çatdırmışdır. Avropa Komissiyasının sədri bildirmişdir
ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü birmənalı
şəkildə dəstəkləyir və istəyir ki, Azərbaycan Respublikasının
ərazi bütövlüyü təmin edilsin.