Kitab Elxan muellim indd


Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri



Yüklə 20,65 Mb.
Pdf görüntüsü
səhifə65/120
tarix30.12.2021
ölçüsü20,65 Mb.
#24499
1   ...   61   62   63   64   65   66   67   68   ...   120
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
63
www.elkhan-suleymanov.az
çevriməsi, 20 min nəfərin həlak olması, 50 min nəfərin əlil olma-
sı və təxminən 5 min nəfərin əsir və itkin düşməsi ilə yanaşı, iş-
ğal olunmuş rayonlardan olan əhalinin təbii artımı 22-26 nəfərə 
(hər 1000 nəfərə) qədər azalmışdır ki, bu da Azərbaycanda de-
moqrafik vəziyyətə ciddi mənfi təsir etmişdir.
Ermənistanın  apardığı  etnik  təmizləmə  siyasəti  və  silah-
lı  təcavüzü  nəticəsində  Azərbaycanda  fövqəladə  humanitar 
vəziyyət yaranmışdır. Bu fakt, ilk növbədə, BMT Təhlükəsizlik 
Şurasının qətnamələrində öz əksini tapmışdır. 
Belə ki, BMT Təhlükəsizlik Şurası özünün  30 aprel 1993-cü il 
tarixli 822(1993) saylı qətnaməsində regionda çoxlu sayda mül-
ki  şəxslərin  yerdəyişməsi  və  fövqəladə  humanitar  vəziyyətin 
yaranması ilə bağlı öz dərin narahatlığını ifadə etmişdir [11].
BMT Təhlükəsizlik Şurası özünün 29 iyul 1993-cü il il tarixli 
853(1993)  saylı qətnaməsində Azərbaycanda çoxlu sayda mül-
ki  şəxslərin  yerdəyişməsi  və  fövqəladə  humanitar  vəziyyətin 
yaranması ilə bağlı yenidən öz dərin narahatlığını ifadə etmiş-
dir. Göründüyü kimi, qətnamədə regionda olan vəziyyət daha 
dəqiq  ifadə  olunmuşdur.  Yəni,  çoxlu  sayda  mülki  şəxslərin 
yerdəyişməsinin  məhz  Azərbaycanın  ərazisində  baş  verməsi 
vurğulanır [12].
BMT  Təhlükəsizlik  Şurası  özünün  14  oktyabr  1993-cü  il  il 
tarixli  874(1993)  saylı  qətnaməsində  təcavüz  nəticəsində  in-
sanların əziyyət çəkməsi, regionda yaranmış fövqəladə huma-
nitar  vəziyyətlə,  Azərbaycanda  çoxlu  sayda  mülki  şəxslərin 
yerdəyişməsi ilə bağlı yenidən özünün ciddi narahatlığını ifadə 
etmişdir [13].
BMT Təhlükəsizlik Şurası özünün 12 noyabr 1993-cü il il ta-
rixli 884(1993) saylı qətnaməsində çoxlu sayda mülki şəxslərin 
yerdəyişməsi  və  Zəngilan  rayonunda  və  Horadiz  şəhərində 
və  Azərbaycanın  cənub  sərhədində  fövqəladə  humanitar 
vəziyyətin yaranması ilə bağlı yenidən özünün ciddi narahatlı-
ğını ifadə etmişdir [14].
BMT Baş Assambleyası 20 dekabr 1993-cü ildə özünün 48/114 
saylı  “Azərbaycanda  qaçqınlara  və  köçkünlərə  fövqəladə  hu-



Yüklə 20,65 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin