Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 66
www.elkhan-suleymanov.az rudin bəy Köcərlinin, Zöhrabbəyovların malikanələrini, şair,
rəssam və alim Mir Mövsüm Nəvvabın evini, ümumiyyətlə
şəhərin Şərq memarlığı xususiyyətlərini əks etdirən milli üs-
lubda inşa edilmiş əksər yaşayış evlərini, buradakı qədim
qəbiristanlığı, boyuk Azərbaycan şairi, Qarabağ xanının vəziri
Molla Pənah Vaqifin türbəsini, Ağdamda Pənah xanın imarətini,
Cümə məscidini, Lacın rayonunda Həmzə Sultan və Soltan
Əhməd saraylarını, məscidləri, ziyarətgah və ibadətgahları, daş
heykəlləri, qədim qəbirləri, kurqanları, tarixi abidə olan yaşa-
yış binalarını vandalcasına dağıtmış, daşınması mümkün olan
maddi mədəniyyət abidələrini Ermənistana aparmışlar.
İşğal edilmiş ərazilərdə Azərbaycan xalqının maddi
mədəniyyət yadigarlarının dağıdılması prosesi indi də da-
vam edir. İşğalcılar geniş miqyaslı, qeyri peşəkar arxeoloji qa-
zıntı işləri aparır, kurqanları dağıdır, qarət etdikləri tapıntıları
Ermənistana daşıyırlar.
Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan tor-
paqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya
əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli
(119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270
memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə
abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət
abidələri qalmışdır. Bunlarla yanaşı, 40 mindən artıq eksponatın
toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana,
808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray,
8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi
məktəbi, 103200 ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481
kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitofon, 5920
dəst milli kişi və qadın geyimləri, 40 komplekt səsgücləndirici,
25 iri və 40 kiçik həcmli attraksion işğal olunmuş ərazilərdə qal-
mışdır.
Kecmiş SSRİ-də yeganə olan Ağdam Çörək muzeyi şəhərin
bombardmanı zamanı yerlə yeksan edilmiş, dunya şöhrətli
Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Lacın ta-
rix-diyarşünaslıq muzeyinin 5 mindən cox qiymətli və nadir