Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 69
www.elkhan-suleymanov.az 5. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dəymiş zərər Ermənistanın silahlı təcavüzü nəticəsində 1988-1993-cü illər
ərzində Azərbaycan Respublikasının 1,7 milyon ha ərazisi işğal
olunmuşdur. İşğal olunan ərazilər Kiçik Qafqazın dağlıq zonası
olmaqla Azərbaycanın iri meşə rayonlarıdır və Azərbaycanın
meşə örtüyünün 25%-i bu ərazilərdə yerləşir. Bundan əlavə,
işğal edilmiş ərazilərdə təbiət abidələri, nadir bitki və heyvan
növləri geniş yayılmışdır. Həmin ərazilərdə 460 növdən çox ya-
banı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i endemik növlər
olub, dünyanın heç bir yerində təbii halda bitmir. Qaracöhrə,
ayıfındığı, Araz palıdı, yalanqoz, şərq çinarı, adi nar, meşə üzü-
mü, pirkal, şümşad, eldar şamı, adi xurma, söyüdyarpaq ar-
mud və s. növ ağaclar işğal olunmuş ərazilərdə məhv edilərək,
dünya florasının xəzinəsindən silinmək üzrədir. Eyni zamanda,
bu ərazilərdə “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na
daxil edilmiş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və
reptililərin 3, həşaratların 8, bitkilərin isə 27 növü qorunurdu.
Qeyd etmək lazımdır ki, Kiçik Qafqazın təbii landşaftı, nadir
bitki və heyvanlar aləmini mühafizə etmək məqsədi ilə Dağlıq
Qarabağ münaqişəsindən əvvəlki illərdə Azərbaycanda həyata
keçirilən tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət
ərazilərinin sahəsi 890 min hektara çatdırılmışdı və bir sıra qo-
ruq və yasaqlıqlar təşkil olunmuşdu. Lakin bu ərazilərin 42997
hektarı Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.
Bəsitçay Dövlət Təbiət Qoruğu, Qaragöl Dövlət Təbiət Qoruğu,
Arazboyu Dövlət Təbiət Yasaqlığı, Laçın rayon Dövlət Təbiət
Yasaqlığı, Qubaqlı rayon Dövlət Təbiət Yasaqlığı və Daşaltı
Dövlət Təbiət Yasaqlığının ərazilərində olan qiymətli ağac və
biomüxtəlifliyin digər növləri hazırda Ermənistan tərəfindən
talan edilərək məhv edilməkdədir.