Kitab Elxan muellim indd


Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri



Yüklə 20,65 Mb.
Pdf görüntüsü
səhifə72/120
tarix30.12.2021
ölçüsü20,65 Mb.
#24499
1   ...   68   69   70   71   72   73   74   75   ...   120
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
70
www.elkhan-suleymanov.az
Nümunə üçün göstərmək lazımdır ki, Bəsitçay Dövlət Təbiət 
Qoruğu 1974-cü ildə Azərbaycanın cənubi-qərbində, hazırda iş-
ğal altında olan Zəngilan rayonu ərazisinin Bəsitçay dərəsində 
şərq çinarını qorumaq məqsədilə yaradılmışdır və onun sahəsi 
107 hektardır. Çay boyu şərq çinarı meşəliyi 12 km məsafədə 
uzanır və yaşı 500 ilə qədər olan şərq çinarı ağacları “Azərbaycan 
Respublikasının  Qırmızı  Kitabı”na  daxil  edilmişdir.  Eyni  za-
manda qeyd edilməlidir ki, Laçın rayon Dövlət Təbiət Yasaqlığı 
Azərbaycanın  işğal  olunmuş  Laçın  rayonu  ərazisində  1961-ci 
ildə təşkil edilmişdir. Sahəsi 21, 4 min ha olan bu yasaqlıqda 
dağ keçisi (təqribən 400 baş), cüyür (500), çöl donuzu (400), tu-
rac (800), kəklik (2500) mühafizə olunurdu. Bu təbiət inciləri iş-
ğalçı Ermənistan tərəfindən kobudcasına məhv edilmişdir. 
Bütövlükdə,  Ermənistanın  işğalı  altında  olan  Azərbaycan 
ərazilərində  247352  ha  meşə  sahəsi,  o  cümlədən  13197,5  ha 
qiymətli meşə sahələri, 152 ədəd təbiət abidəsi və 5 ədəd geo-
loji obyekt qalmışdır və böyük əhəmiyyət kəsb edən bu təbiət 
abidələrinin əksəriyyəti işğalçı dövlət tərəfindən amansızcası-
na məhv edilmişdir. Belə ki, Kəlbəcər rayonunda “Azərbaycan 
Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş 968 ha ərazini 
əhatə  edən  ayıfındığı  ağacları  kütləvi  şəkildə  qırılaraq  xarici 
ölkələrə satılır. Rayon ərazisində 4 mindən artıq müxtəlif növ 
bitki vardır ki,  bunlardan 200-ə qədəri dərman bitkiləridir. On-
lar da xarici şirkətlər tərəfindən kütləvi şəkildə beynəlxalq hü-
quq normalarına zidd formada talan edilərək digər ölkələrə da-
şınır ki, bu da bitkilərin həmin ərazilərdə kökünün kəsilməsinə 
və regionda mövcud biomüxtəlifliyin məhv edilməsinə səbəb 
olur. 
Hazırda  işğalçı  Ermənistan  tərəfindən  Azərbaycanın 
təbiətinə  qarşı  planlaşdırılmış  ekosid  siyasəti  həyata  keçirilir. 
İşğal edilmiş ərazilərdə meşələrin qırılması və məhv edilməsi 
hesabına Ermənistanda ağac emalı sənayesi inkişaf edir. Təkcə, 
1993-cü ildə işğal  edilmiş ərazilərdən Ermənistana 206,6 min 
m
3
 qiymətli ağac növləri aparılmışdır. 
İşğal    edilmiş  regionun  faunasına  da  əvəzolunmaz  zərər 



Yüklə 20,65 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin