Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 67
www.elkhan-suleymanov.az eksponatı Ermənistana daşınmışdır.
Şuşanın işğal edilməsi nəticəsində 8 muzey, 31 kitabxana,
17 klub, 8 mədəniyyət evi dağıdılmış, viran edilmişdir. Şuşa
şəhərinin tarixi muzeyinin 5 minədək eksponatı, Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı-
nın, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək eksponatı,
Azərbaycan professional musiqisinin banisi, bəstəkar Üzeyir
Hacıbəyovun (300-dən cox əşya), Azərbaycan vokal sənətinin
əsasını qoymuş boyuk müğənni Bülbülün (400-dək əşya),
gorkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən
cox əşya) xatirə müzeylərinin, Ağdam tarix-diyarşünaslıq mu-
zeyinin (2 mindən cox əşya), Qubadlı tarix-diyarşünaslıq muze-
yinin (3 mindən cox əşya), Zəngilan tarix-diyarşünaslıq muze-
yinin (6 minədək əşya) fondları qarət edilmişdir.
Görkəmli Azərbaycan musiqiçisi Qurban Pirimovun Ağdam
rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli və Xocalı rayon-
larının tarix-diyarşünaslıq muzeyləri də dağıdılmışdır. Erməni
təcavüzkarlarının qarət etdikləri muzeylərdə Azərbaycan xal-
qının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və
heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları,
xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin
xatirə əşyaları, digər qiymətli materiallar olmuşdur. Şuşa, La-
cın və Qubadlı rəsm qalereyalarının Azərbaycanın görkəmli
rəssam və heykəltəraşlarının əsərlərindən ibarət fondları da da-
ğıdılmışdır.
Erməni təcavüzkarları Azərbaycan musiqisinin böyük
xadimləri Üzeyir Hacıbəyovun və Bülbülün, habelə şairə Xur-
şud Banu Natəvanın heykəllərini Şuşa şəhərindən Ermənistan
ərazisinə aparmışlar. Bu abidələr bütün mənəviyyat norma-
larının ziddinə olaraq vəhşicəsinə güllələnmiş və ağır tex-
nika vasitəsilə zədələnmişdir. Həmin abidələr çox çətinliklə
əldə edilərək Bakıya gətirilmiş və hazırda Azərbaycan Dövlət
İncəsənət Muzeyində numayiş etdirilir.
Beləliklə, Ermənistanın işğalı nəticəsində Azərbaycana
vurulmuş humanitar və mədəni-tarixi zərərin miqdarı çox