Kitab Elxan muellim indd


Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri



Yüklə 20,65 Mb.
Pdf görüntüsü
səhifə73/120
tarix30.12.2021
ölçüsü20,65 Mb.
#24499
1   ...   69   70   71   72   73   74   75   76   ...   120
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
71
www.elkhan-suleymanov.az
vurulmuşdur.    Regionun  bioloji  müxtəlifliyi  təhlükə  altında-
dır,  çünki  bir  çox  növü  “Qırmızı  kitab”-a  salınmış  faunanın 
nəzarətsiz məhv olunması prosesi gedir. İşğal olunmuş Laçın 
rayonunda  yasaqlıq  məhv  edilir.  Bu  yasaqlıqda  yerləşən  Ha-
cışamlı  meşəsində  ermənilər,  sonradan  xaricə  satış  məqsədlə, 
qırmızı palıdın qırılması və tədarük edilməsi ilə məşğuldurlar. 
Bununla yanaşı, xarici ölkələrə satış məqsədilə, dekorativ me-
bel  və  parketin  hazırlamasında  əvəzsiz  olan  Bəsitçay  qoruğu 
ərazisində bitən genişyarpağlı palıd meşələri, çinar və qoz ağac-
ları da qırılır. Sahəsi 240 ha olan Qaragöl qoruğu da tamamilə 
məhv olunma təhlükəsi qarşısındadır. Burada 68 müxtəlif bitki 
növünə və 27 bitki ailələsinə mənsub olan bitkilər var idi. Sahəsi 
13160 ha meşə təsərrüfatı olan Qubadlıda da meşələr tamamilə 
məhv edilib. 2005-ci ilə kimi ermənilər işğal edilmiş ərazilərdən 
720 min m
3
 ağac tədarük etmişlər.
Bununla  yanaşı,  Şuşa  şəhərindən  cənubda,  dəniz 
səviyyəsindən 1365 m hündürlükdə yerləşən, Titon yaşlı əhəng 
daşlarından  ibarət  uzunluğu  114  m  olan  “Xan  Mağarası” 
mühafizə olunurdu. Müxtəlif mənbələrdən alınan məlumatlara 
görə,  həmin  abidələr  qəddarcasına  məhv  edilir  və  digər 
məqsədlər üçün istifadə olunur.
Ermənistanın  işğalı  altında  olan  Azərbaycan  ərazilərində 
ekoloji  əhəmiyyətə  malik  olan  bir  çox  göllər  hazırda  böyük 
antropogen təsirə məruz qalır və bununla da regionda ekoloji 
tarazlıq ciddi şəkildə pozulur. Belə ki, irili-xırdalı 7 relikt göl 
– Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, 
Kiçik  Alagöl,  Zalxagöl,  Qaragöl,  Canlıgöl,  İşıqlı  Qaragöl  və 
Ağdərə rayon ərazisində (Tərtərin qolu Torağaçayda) Qaragöl 
kimi şirin su ehtiyatları hazırda işğal altında qalmaqdadır.
İşğal  edilmiş  Azərbaycan  ərazilərində  böyük  müalicə 
əhəmiyyəti olan 120-dək müxtəlif tərkibli mineral su yataqla-
rı  mövcuddur.  Bunların  içərisində Kəlbəcər  rayonunda  Yuxa-
rı  və Aşağı  İstisu,  Bağırsaq,  Keşdək,  Laçın  rayonunda  İlıqsu, 
Minkənd, Şuşa rayonunda Turşçu, Sırlan və başqa mineral sular 
xüsusilə qeyd edilməlidir. Kəlbəcər rayonu ərazisində yerləşən 



Yüklə 20,65 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin