A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
138
– Dumanlı Albiondan atəşin salamlar! O qədər soyuqdur ki,
gələn kimi evdə istilik sistemini işə saldım. Amma bu istilik
sistemi bizimkindən çox fərqlidir. Elektriklə işləyir, sayğac az
pul yazır, qənaət rejiminə xüsusi fikir verilib.
– Sən istilik sisteminin iş prinsipini yox, media təcrübəsini
öyrən.
– Artıq iki redaksiyada olmuşam. Fərqli məqamlar var.
Amma,
sözün düzü, mən daha çox fərq olacağını düşünür‑
düm. Deyəsən, biz bunlardan o qədər də geridə deyilik. Ək‑
sinə, bunlar təəccüb edirlər ki, qısa müddət ərzində biz necə
böyük uğurlara imza atmışıq.
Londondan qayıdanda əsas yükü orada dərc edilən qəzet
və jurnallar idi. İşin təşkilində bəzi dəyişikliklər apardıq. Say‑
tımızı yeniləşdirdik. Qəzetin dizaynına, illüstrativ materiallara,
mövzu və müəllif seçiminə diqqəti artırdıq.
İbrahim texniki direktor kimi redaksiyanın maddi‑texniki
bazasının gücləndirilməsi işinə,
şöbələrin kompüter və yeni
proqram təminatına məsuliyyət daşıyırdı. Odur ki, tez‑tez
müxtəlif redaksiya və nəşriyyatlarda olur, yeniliklərlə maraq‑
lanır, elektronika mağazalarına baş çəkirdi.
Kompüter sexinin, serverin fəaliyyətini yaxşı qurmuşdu,
sahə ilə bağlı yeni proqramlara xüsusi diqqət göstərir, redak‑
siyada işin daha səmərəli təşkili üçün təkliflər verirdi.
Əvvəllər nəşriyyatda işlədiyinə görə, kitab tərtibatı işini
yaxşı bilirdi. Buna görə də dostları, tanışları kitablarına tərtibat
verməyi İbrahimdən xahiş edərdilər. Gecəni‑gündüzə qatır,
mövzuya uyğun
elə tərtibat verirdi ki, heyran qalırdın.
Dostlarından, keçmiş iş yoldaşlarından bəziləri xarici ölkə‑
lərə getmiş, yaxşı iş, gün‑güzəran sahibi olmuşdular. İbrahimi
də dəvət edir, hər cür kömək vəd edirdilər. Bir gün Kanadaya
getmək arzusunda olduğunu bildirdi.
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
139
– Niyə bu qərara gəlmisən? ‑ deyə soruşdum.
– Mən intellektual imkanlarımı orada daha yaxşı reallaşdıra
bilərəm.
– Sənin intellektual potensialına burada daha çox ehtiyac
var.
– Doğrudur, amma Kanada məni ahən‑rüba kimi özünə
çəkir. Ora ilə bağlı bəzi planlarım da var.
–
Sən həssas, istiqanlı adamsan, dostların, qohumların üçün
çox darıxarsan. Orada nə Fikrət müəllim var, nə Məsiağa müəl‑
lim, nə də Mehman müəllim. Hələ günün yarısını bir yerdə ke‑
çirdiyin professor Buludxan Xəlilovu, Mahir Qabiloğlunu,
Cavanşiri demirəm.
– Bax məni saxlayan da elə budur. Bilirəm, anam da mə‑
nimlə getməz.
– Bura Vətəndir, qürbətdən Vətən olmaz, ‑ dedim.
Başımı qaldırıb üzünə baxanda hər zaman həyat eşqi qay‑
İbrahim “Xalq qəzeti”ndə: Həsən Həsənov, Mahir Qabiloğlu və təcrübəçi
jurnalistlər
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
140
nayan, sevinc çağlayan gözlərində bir kədər gördüm, Vətəni
heç zaman tərk etməyəcəyini anladım.
Hərdən vaxt olanda bir günlüyə də olsa, Qubaya, Qusara,
Xızı dağlarına gedir, çay kənarında oturub nahar edir, Göy‑
çəni, Ağbabanı xatırlayıb kədərə, qəmə bürünürdük.
Hər şey
kino lenti kimi gözümüzün önündən keçir, xatirələr bizi qay‑
ğısız uşaqlıq illərinə aparırdı. İbrahim Arpa gölünü, mən isə
lacivərd Göyçə gölünün dumduru sularını, dağ yelinin nəva‑
zişlə sığal çəkdiyi qırçın ləpələrini xatırlayıb için‑için qovru‑
lardıq. Vətən həsrətinin göynərtisindən, ağır duyğulardan
təsirlənib daxilən sarsılırdıq. Axşam evə dönəndə maşına otu‑
rub, hərəmiz öz dünyamıza çəkilib uzun müddət susardıq.
Hərdən mənə elə gəlirdi ki, biz bu səfərlərə Vətən həsrətini içi‑
mizdə yaşatmaq üçün gedirik.
O həsrət bizi geriyə, yurdları‑
mıza səsləyir, doğmalarımızın gözü yolda qalmış ruhlarının
ağrısına məlhəm olmağa, yağı tapdağındakı torpaqlarımız uğ‑
runda son və qəti savaşa çağırır.
Türkün qisası yaman olur. Adil bir savaş var qarşıda. Məni
heç tək buraxmazdın, İbrahim. Bu savaşda tək buraxdın məni.
Yox, dönüklük sənə yad idi. Fələk niyə qıydı sənə?
Ünlü türk şairi Sezai Karakoçun "Sakın
kader deme, kaderin
üstünde bir kader vardır" şeirini çox sevirdi İbrahim...
* * *
Sevgili,
En sevgili,
Ey sevgili!
Uzatma dünya sürgünümü benim!
Ülkendeki kuşlardan ne haber vardır?
Mezarlardan bile yükselen bir bahar vardır.
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
141
Aşk celladından ne çıkar, madem ki yar vardır
Yoktan da, vardan da öte bir Var vardır.
Hep suç bende degil, beni yakıp yıkan bir nazar vardır
O şarkıya özenip söylenecek mısralar vardır.
Sakın kader deme, kaderin üstünde bir kader vardır
Ne yapsalar boş, göklerden gelen bir karar vardır
Gün batsa ne olur, geceyi onaran bir mimar vardır.
Yanmışsam, külümden yapılan bir hisar vardır
Yenilgi‑yenilgi büyüyen bir zafer vardır
Sırların sırrına ermek için sende anahtar vardır.
Göysünde sürgününü geri çağıran bir damar vardır
Senden umut kessem, kalbinde merhamet adlı bir çınar vardır.
Uzatma dünya sürgünümü benim!
Kader səni aramızdan vaxtsız apardı, nə sən gözləyirdin o
kaderi, nə də biz.
Dostları ilə paylaş: