Anar TURAN,
“Xalq qəzeti”
SƏMİMİYYƏT NÜMUNƏSİ
O
gün görüşəcəkdik... Vədələşmişdik ki, həmin gün re‑
daksiyada görüşək. Əslində, “görüşdük”... Həmişəki
kimi, heç birimiz vədimizə xilaf çıxmadıq. Lakin redaksiyada yox..,
Əmircan qəbiristanlığında...
Səhər tezdən işə gələrkən aldığımız bəd xəbər hamımızı
sarsıtdı: İbrahim dünyasını dəyişmişdi! Heç vaxt ağlımıza gəl‑
məzdi ki, onun yoxluğu ilə qarşılaşacağıq, özü də belə tez. İn‑
sanları sarsıdan da çox vaxt bu olur: ölümündən ehtiyat
etdiklərimizin deyil, etmədiklərimizin ölüm xəbəri...
Artıq bundan sonra dostları, yaxınları, 14 mart tarixini heç
vaxt xoş bir gün kimi xatırlaya bilməyəcəklər. Bu tarixdə “Xalq
qəzeti”nin kollektivi olaraq, biz bir dostumuzu, sevimli həm‑
karımızı itirdik. Təbii ki, dərin yasa batmış kollektivdə heç kəs
bu acı sonluğa inanmaq belə istəmirdi. Lakin bu, həqiqət idi.
Nə qədər acı olsa da barışmalı idik. Biz onu itirmişdik... O gün
bütün dostları, tanışları, yaxınları onun aramızdan vaxtsız,
cavan ikən köçməsinə göz yaşı axıtdı...
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
148
O, xaraktercə bütöv insan idi, yarımçıqlığı xoşlamazdı:
ürəkdən sevərdi, ürəkdən nifrət edərdi, ürəkdən sevinərdi,
ürəkdən gülərdi.., ürəkdən də vəfat etdi.
Bəli, comərdliyinə, səmimiyyətinə, ağlına hörmət bəslədi‑
yimiz bir Azərbaycan oğlunu itirdik. Nə etmək olar... Görünür,
bu da bir tale qisməti imiş. İbrahim iki ay da yaşasaydı, dost‑
tanış yığışıb onun 37 yaşını qeyd edəcəkdi. O, 1977‑ci il mayın
14‑də (Qəribəliyə bax: mayın 14‑də dünyaya gəldi, martın 14‑
də isə dünyasını dəyişdi) Qərbi Azərbaycanın Ağbaba maha‑
lının Göllü kəndində anadan olmuşdu. 1998‑cü ildə
Azərbaycan Dövlət Pedoqoji İnstitutunun fizika fakültəsini,
2006‑cı ildə Azərbaycan Memarlıq və İnşaat Universitetininin
mühəndis iqtisadiyyatı fakültəsini bitirmişdi. 2007‑ci ildə Azər‑
baycan Qafqaz Univesiteti biznesin təşkili və idarəedilməsi fa‑
kültəsinə qəbul olmuş, 2009‑cu ildə magistratura pilləsini
fərqlənmə diplomu ilə başa vurmuşdu.
İbrahim qeyri‑adi insan idi. İnsanlarla münasibətində ədalət
prinsiplərinə dəqiqliklə əməl etməyə çalışardı. İradı da elə bil‑
dirərdi ki, qarşı tərəfi ümidsizliyə salmasın, xətrinə dəyməsin.
Son dərəcə əməksevər idi. Ən gərgin iş saatlarında belə kabi‑
netinə daxil olan insanlara qarşı alicənablığını itirməzdi. Eşit‑
diyimizə görə, prorektor təyin olunduğu Sumqayıt Dövlət
Universitetində də mehriban, səmimi, işgüzar mühit yarat‑
mışdı. İşə çox böyük enerji sərf edər, başladığı işi yeni uğurlu
təməllər üzərində qurmaq üçün həvəslə çalışırdı. Buna görə
də qısa müddət ərzində kollektivin, rəhbərliyin etimadını qa‑
zanmışdı. Bir sözlə, o, əsl insan idi...
Mərhum xalq şairimiz Cabir Novruzun “Sağlığında qiymət
verin insanlara” şeirini oxuyanda bu fani dünyadan nakam
getmiş, hələ sağ ikən dəyəri, qədri bilinməmiş şəxslər göz
önündə canlanır. Belə hallar həmişə olmuş və olacaqdır. İnsan‑
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
149
lar bəzən hə a özlərinə ən yaxın adamları belə sağ ikən qiy‑
mətləndirməyə tələsmirlər. Bu dünyadan köçəndən sonra isə
onlar haqqında ağız dolusu danışmağa başlayır və bununla
sanki mərhum qarşısında borclarını ödədiklərini sanırlar. Sağ‑
lığında dəyəri verilməmiş insanın öləndən sonra haqqında de‑
yilən ən xoş sözlər isə nə qədər cəlbedici görünsə də, bir o
qədər də mənasız alınır.
Bu baxımdan o, şanslı idi, ona görə ki, onun dəyəri hələ sağ‑
lığında verilmişdi. İbrahim layiqli ömür sürdü. Çalışdı, öy‑
rəndi, əziyyət çəkdi, illərini mətbuat orqanlarında keçirdi,
“Respublika” qəzetində, daha sonra isə “Xalq qəzeti”ndə işlədi.
Baş redaktorun müavini vəzifəsinədək yüksəldi. AMEA‑nın
Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun doktorantı
oldu. Ay yarım bundan əvvəl Sumqayıt Dövlət Universitetinin
prorektoru vəzifəsinə təyin edildi. Müxtəlif beynəlxalq semi‑
nar və konfranslarda iştirakçı oldu, çıxışlar etdi. Yəni, o, sağlı‑
ğında qiymətləndirilməmək kimi bir mənəvi problem
yaşamadı. Daim işlədiyi müəsisələrdə sevildi, seçildi, hörmət‑
izzət sahibi oldu. Üstəlik, Tanrı ona xoşbəxt ailə sahibi, iki gül
balanın atası olmaq kimi şərəfli hiss də yaşatdı. Yaşına görə
sanballı məqama, əhəmiyyətli uğurlara sahib olmuşdu. Lakin
onun çatışmayan bir şeyi var idi. Vaxtı. O, bunu bilməsə də,
tale onun barəsində öz hökmünü vermişdi. Amma o, az müd‑
dətdə əsl Azərbaycan oğluna yaraşan xasiyyəti ilə, karyerasın‑
dakı uğurlarla özünü sübut etməyi bacardı. Taleyi qısa, ömür
yolu isə zəngin oldu.
Sosial şəbəkələrdə onun vəfatı barədə xəbərləri paylaşdıq‑
dan dərhal sonra tanışların, yeni insanların, hə a həyatda gö‑
rüşmədiyi bəzi virtual dostların üzüntülü reaksiyası “isti‑isti”
özünü büruzə verdi. Onlardan birini diqqətə çatdırmaq istər‑
dik. Gənc tədqiqatçı‑alim Yusif Əliyev yazır: “Onun şəklini
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
150
görər‑görməz düşündüm ki, yəqin, dostumuz növbəti uğura
imza atıb, yüksək vəzifəyə təyinat alıb. Nə biləydim ki, İbra‑
him Allahın dərgahına yüksəlib. Onun ömrünün 37‑ci ilində
ölümü qəlbimizə 37‑ci illərin dağı qədər dağ çəkdi.”
Bəli, bu, həqiqətdir ki, İbrahim Nizami oğlu Ömərov belə
tezliklə “əlvida” deyiləcək insan deyildi. O, səmimiyyətin özü
idi...
Həyatın kimə aman verməsi ilə, kiminlə amansız davran‑
ması haqqında ədalət mühakiməsi qurmadan ailəsinə, yaxın‑
larına, dost‑tanışlarına “Başınız sağ olsun” deyirik. Uca
Allahdan İbrahimin ruhuna rəhmət diləyirik.
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
151
Dostları ilə paylaş: |