Kitab-ibrahim-esas Layout 1


Mikayıl Cabbarov, üzr istəyirəm!



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə47/67
tarix02.01.2022
ölçüsü4,35 Mb.
#2063
1   ...   43   44   45   46   47   48   49   50   ...   67
Mikayıl Cabbarov, üzr istəyirəm! 
Həsən müəllim, bağışla...
H
əmişə ailəmlə bir yerə yığışanda onlarla belə zarafat‑
laşırdım. Mən yetiməm. Nə atam var, nə anam, nə
bacım, nə qardaşım. İki qızım, bir arvadım da deyirdilər ki,
yetim niyə olursan? Bəs biz?
Əlbə ə ki, bu bir zarafatdır edirəm onlarla. Bir az cırnadı‑
ram, bir az kövrəldirəm. Qardaşlarım, bacılarım olmasa da
yaxşı xala, əmi, dayıuşaqlarım, bacanaqlarım, qayınlarım, bal‑
dızlarım var. Tələbəlik, AzTV , “Xalq qəzeti”ndə işlədiyim il‑
lərdən qazandığım gözəl dostlarım, yoldaşlarım var.
Mənə deyirdilər ki, bəs dost bir olar. İkinci dost sayılmır. Sa‑
dəcə yoldaşdır. Buna hardasa inanırdım. Amma 2008‑ci il yan‑
varın 1‑də “Xalq qəzeti”nə ayağımı basandan inandım ki, dost
məhdud söz deyil. Həyatın boyu özünə nə qədər istəsən dost
qazana bilərsən. Məni “Xalq qəzeti”nə özümə dost bildiyim
Həsən Həsənov gətirmişdi. Axşamlar gəlib kabinetində oturar,
qəzetçiliyin mənə məlum olmayan incəliklərini ondan öyrə‑
nərdim. İş gecə saat on ikiyə, birə çəkəndə deyərdi ki, düşək
bir şam edək. Bir dəfə də şama gedəndə əlini selektora apardı.
Ərkyana “İbrahim, düş, aşağıda gözləyirik” dedi. Küçəyə çı‑
xanda məndən hündür, cüssəli, gülərüz, saçı tökülmüş biriylə
rastlaşdım. Həsən müəllim “Mahir tanış ol. İbrahim Ömərov‑
dur. Qəzetimizin texniki direktorudur”
Getdik şam elədik, yenidən redaksiyaya qayıtdıq. Bu cür
şam yeməkləri üç‑dörd dəfə təkrarlandı. Amma sanki İbrahimi
yüz ildi ki, tanıyırdım. Artıq Həsən müəllimin kabenitində
oturmaqla fəaliyyətimi məhdudlaşdırmırdım. Beşinci mərtə‑


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
171
bəyə qalxıb İbrahimin ota‑
ğına girirdim. Mənim 41,
onun isə 30 yaşı vardı.
Amma özünü 50‑60 yaşlı biş‑
miş adam kimi aparırdı. Tez
çay gətizdirir, şokolad kon‑
fetləri ortaya tökürdü. Hələ
şkafına göz eləyib “müəl‑
lim,yaxşı viskim var, bəlkə
bir 50 qram...” deyə işarə də
edirdi.
Atamın ölümündən sonra
əsəb xəstəsi olmuşdum. Dep‑
ressiyadan çıxa bilmirdim.
Ağzımı açmağımı görür‑
düm. Danışmağa qoymurdu.
“Dur getdik Şıxova balıq ye‑
məyə. Müdiri də get özün
yola gətir” deyirdi. Həsən müəllimlə müdir‑işçi məsafəsini
saxlayırdı. Amma demə məsələlər başqa məcraya yönəlirdi.
Bunu nə Həsən müəllim, nə də mən bilirdim. Bilsəydik onu
həmən “Xalq qəzeti”ndən, ümumiyyətlə həyatımızdan uzaq‑
laşdırardıq. Bu haqda sonra...
Günlərin bir günü Həsən müəllim soruşdu ki, “Mahir, bu
İbrahim necə oğlandır?” Dedim ki, ay Həsən müəllim, pis ol‑
saydı işə götürməzdin ki? Bir də beş ildir yanında çalışır, mən
onu iki aydır tanıyıram. Amma sonra başa düşdüm ki, İbra‑
himə güvənmək olarmı mənasında soruşur. İbrahimi hardasa
12 ildir ki, tanıdığı, sınağa çəkdiyi mən Mahirlə paralel və ya
müqayisəsinə cavab almaq istəyir. “Hə. Bizim adamdır. Təmiz
oğlandır”.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
172
Beləcə “Xalq qəzeti”ndə Mahir Həsən müəllim dostluğuna
üçüncüsü də əlavə olundu. İbrahim Nizami oğlu Ömərov.
Hər dəfə otağına girəndə yanında müxtəlif adamlar olurdu.
Qarşılarında çay, konfet. İçəri girmək istəməyəndə, təkid
edirdi.
“Mahir, tanış ol. Fikrət müəllimdir, Rzayev. Professordur.
Görkəmli alim, pedaqoq. DOSTUMDUR. Fikrət müəllim,
Mahir xalq şairi Qabilin oğludur. Bizim qəzetdə informasiya
şöbəsinin müdiridir. İstəyirəm siz də dost olasınız”.
“Mahir, tanış ol, professor Buludxan Xəlilovdur. ADPU‑nun
filologiya fakültəsinin dekanı. DOSTUMDUR. İstəyirəm siz də
dost olasınız”
“Mahir, tanış ol, professor, şərqşünas Məsiağa Məhəmmədi.
Əla kişidir. DOSTUMDUR. İstəyirəm siz də dost olasınız.”
“Mahir, tanış ol. Mehman müəllimdir.”, “Mahir, tanış ol,
şair Səlim Babullaoğludur”, “Mahir, tanış ol Azər Sarıyevdir”,
“Mahir, tanış ol, Cavanşirdir. Dostum yox e... Bir yana gedəndə
ailəmi qardaşlarıma yox, ona tapşırıram”. “Tanış ol, Xaqanidir,
Əfqandır, Nüşabədir...” Hamısını böyük fəxrlə təqdim edirdi.
Bəziləri özlərindən kiçik olmasına baxmayaraq, İbrahimi dost
kimi qəbul edirdilər, ərk edirdilər, şıltaqlıq edirdilər. Elə biri
mən özüm.
Hamısını da “Dostum” deyərək böyük fəxrlə təqdim edirdi.
Sanki “Dostlar dünyası”na düşmüşdüm. Hər dəfə bir məclisdə
oturanda görürdüm ki, 31 yaşı olmasına baxmayaraq İbrahim
artıq qocalıb, müdrikləşib. Babası ona həmişə deyirmiş ki, “İb‑
rahim, əsl ziyalılarla dostluq elə”. O da bu sözə qulaq asmışdı,
asırdı.
Həsən müəllimə isə daha çox yaxınlaşırdı. Əlbə ə ki, bir
yerdə işləyirdilər. Amma vaxt keçdikcə onlar arasında ata‑oğul
doğmalığı hiss edirdim. Artıq dairədə mən yox idim. İkisiydi.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
173
Zəng edib deyirdilər ki, gedirik “obed”ə, gəl filan yerə. Gedirik
bağa, sən də gəl. Dənizə gedirik, səni də götürəkmi? Yaddan
çıxartmırdılar məni.
Həsən müəllimin bir xasiyyəti vardı. AzTV‑dən bilirdim.
Dediyini eləsən, ərkini başa düşsən, sənin də hər hansı bir
sözün onun üçün qanun idi. Düzdür hər adama da ərk elə‑
mirdi. Biri mən idim, biri də İbrahim. Mən yavaş‑yavaş aradan
çıxmışdım. He düz əməlli işə də gəlmirdim. Atama belə ərkö‑
yünlük eləməmişdim. Sanki Həsən müəllimin iki oğlu vardı
biri ərköyün, biri isə ağıllı, sözə baxan. İbrahim mənim də və‑
zifəmi yerinə yetirirdi.
Vaxt keçdikcə mən də İbrahimi öz dostlarımla tanış etməyə
başladım. “Qaynım Ramiz Əkbərov. Polkovnik, həkim. Baca‑
nağım Rəfail. Baldızımın oğlu Nahid Zairov cərrah‑podpol‑
kovnik. Cəlil Qaryağdı – heykəltaraş. Mərhum Cəlal
Qaryağdının oğlu. Və ən nəhayət jurnalist Eldəniz Elgün.”
Ziyalılarla çox maraqlanırdı. Onlar haqqında söhbət edir‑
dim. Anarı, Fikrət Qocanı, Elçini, Səməd Vurğunu, Osman Sa‑
rıvəllini və digər görkəmli ziyalılarımızı adından tanısa da, mən
onları insan kimi İbrahimə təqdim edirdim. Mənfi, müsbət cə‑
hətlərini açırdım. Atamın adı gələndə isə yanıb‑tökülürdü.
“Axı, mən səni niyə vaxtında tanımadım. Kişi məni tanı‑
saydı səni çoxdan oğulluqdan çıxarardı. Gələcəkdi hər gün
bura. O yeyib‑içən, mən yeyib‑içən. Deyəcəkdi Şamaxıya
gedək! Gedəcəkdim. Deyəcəkdi Amerikaya gedək! Yenə gedə‑
cəkdim. Sən necə adam olmusan ə? Arağı gizlətmisən. İçməyə
qoymamısan. Heyf. Mənim atam da şairdir. Nizami Məmməd‑
canlı. Onunla da tanış edəcəkdim.”
Hər dəfə beləcə təəssüflənirdi. Artıq bir‑birimizə çox bağ‑
lanmışdıq. Gündə iki dəfə zəngləşməsəydik elə bilirdim ki,
nəsə çatışmır. Bütün günü də qarışqa kimi çalışırdı. İngilis di‑


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
174
lini mükəmməl öyrənirdi. Mən onu tanıyanda iki ali məktəbin
bakalavr pilləsini, bir ali məktəbin isə magistraturasını bitir‑
mişdi. İngiltərəyə gedib öz şəxsi hesabına üç aylıq kurs keç‑
mişdi. Gəlib Akademiyanın doktoranturasına qəbul
olunmuşdu. Paralel olaraq Milli Elmlər Akademiyasında çalı‑
şırdı. Kitablar tərtib edirdi. Hamısında da “İ.Nizamioğlu” im‑
zası qoyurdu. Deyirdim ki, bütöv yaz da adıvı. Deyirdi ki,
”yox. Atamı itirdim, onun adını yaşatmalıyam. Biz tərəfdə ki‑
şilər 56‑57 yaş yaşayır. Mənim də maksimum 20 ilim qalıb. Hər
şeyi çatdırmalıyam. Oğlanlarıma yüksək təhsil verməliyəm,
xaricdə oxutdurmalıyam”.
Birinci sinifdən onlara repetitor tutmuşdu. Müdafiə etməyə
hazırlaşırdı. Jurnalistlər üçün tikilən binada ev almaq istəyirdi.
Ona görə yox ki, ehtiyacı vardı. On il idi ki, “Xalq qəzeti”ndə
çalışmışdı, baş redaktorun 1‑ci müavini vəzifəsinə qədər ucal‑
mışdı. İstəyirdi ki, etdiklərindən nəsə bir xatirə qalsın. Və
Həsən müəllim növbəti dəfə onun da adını siyahıya salsın.
Nəhayət... Günlərin bir günü gəldi ki, bəs qəbuldaydım.
Təhsil naziri Mikayıl Cabbarov məni qəbul etdi. Bir saat söhbət
elədi. Ondan əvvəl də 7‑8 ay idi ki, təzə təhsil naziri haqqnda
yazılar yazırdı. Nəsə vurulmuşdu onun fəaliyyətinə. Mən isə
öz köşə yazılarımda o cümlədən Mikayıl Cabbarovu da tənqid
edirdim. Az qalırdı ki, yumruğu başıma vursun ki, bəsdir
də...əl çək də ondan. Yazmağa başqa mövzun yoxdur? Qoy iş‑
ləsin də. O qədər işləməyən var, yazmırsan, işləyəni də ruhdan
salmaq istəyirsən. İlk yazılarımı üç nəfər oxuyurdu, İbrahim,
həyat yoldaşım Sevinc, bir də Eldəniz Elgün. Amma Mikayıl
Cabbarovun adı olan yazılarımı İbrahimə göstərmirdim.
Nazir onu qəbul edəndən sonra Sumqayıt Dövlət Universi‑
tetinə prorektor təyin etdi. Yox elə bilməyin ki, İbrahimin rüş‑
vət verməyə pulu, ya tapşırtdırmağa day‑dayısı vardı. Mikayıl


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
175
Cabbarov da təmiz adamdır. Sadəcə DOSTLARI vardı. Mikayıl
müəllimin də xoşuna gəlmişdi. Özü işləyən adam olduğu üçün
İbrahim kimi gənc, enerjili adamlara ehtiyacı vardı. Mikayıl
müəllimin bütün atdığı addımlardan danışırdı mənə. Özü də
ağızdolusu. Hər dəfə də deyirdi ki, görərsən Mikayıl müəllim
təhsilimizi nə yüksəklərə qaldıracaq. Mən də qulaq asırdım,
bir mütərəqqi adam kimi sevinirdim də. Amma nə edim ki, qə‑
ləmi əlimə alanda ilhamım tam əks tərəfə çevrilirdi. Tikanlı
sözlər kağıza düzülürdü. Özümdən asılı deyildi. Yenə gəlirdi
ki, “Mahir işin olmasın da Mikayıl müəllimdə. Səndən xahiş edi‑
rəm. Bax, qaqaşını da aparıb prorektor qoydu. Sabah daha da
yüksəldə bilər. Amma xəbər tutsa ki, biz dostuq, ətrafındakılar
bunu başqa cürə yoza bilərlər. Səndən xahiş edirəm, Mikayıl
Cabbarov haqqında yazma. Yaz e, yaxşı yaz”. Hə a Eldəniz El‑
günə dəfələrlə tapşırmışdı ki, Mahir təhsil nazirliyi haqda yazsa,
qoyma çapa versin. Ölümünə iki gün qalmış isə Məsiağa Mə‑

Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin