Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə49/67
tarix02.01.2022
ölçüsü4,35 Mb.
#2063
1   ...   45   46   47   48   49   50   51   52   ...   67
İbrahimin öldüyü gündən 
həyat davam eləyir
S
əhər tezdən bu nə telefon zəngidir e? İlk dəfəydi ki, belə
rahat yatırdım. Gözəl yuxular görürdüm.
‑ Alo.
‑ Mahir müəllim, salam. Çox gözəl məqaləydi. İdarəmizin
rəhbərliyi adından minnətdarlığımı bildirirəm.
‑ Kimdir? Füzuli, sənsən?
‑ Bəli, Mahir müəllim. Minnətdarlığımızı bildiririk. Çox sağ
olun.
‑ Siz də sağ olun.
Bu Füzulinin də başı xarab olub e... Mənə “Mahir müəllim”
deyir. İndi Həsən müəllimə bir xahişdir də eləmişəm. İndi
buna görə səhər saat doqquzun yarısında adamı yuxudan oya‑
darlar. Yəqin rəhbərlik yanındaymış. Ona görə özünü belə
rəsmi aparır. Gül kimi yuxu görürdüm də... İki huri mələk
vardı. Yox. Kimə danışıram ki, bunları. Qoy gözümü yumum.
Bəlkə yenidən qayıtdılar. Sonra da gedərəm redaksiyaya. Həm
minnətdarlığı ünvanına çatdıraram, həm də İbrahimlə görü‑
şərəm. Bizim də görüşməyimizdən olmaz e. Əl veririk, sonra
da başımızı başımıza vururuq. Bir‑birimizi öpmürük. Kişi ki‑
şiylə öpüşməz axı. Uşaqlıqda başımız birinin başına dəyəndə
deyirdik ki, bəs gəl bir də kəllələrimizi toqquşduraq. Keçəl ola‑
rıq, axı. Amma İbrahimlə bundan qorxumuz yoxdur. O da ke‑
çəldir, mən də. Hələ vaxt var. İş 10‑da başlayır. Bir az da yatım.
Hə... Qayıdırlar yenə. Nə gözəldirlər. Özü də iki nəfərdir.
Lap İbrahimin yeri məlum. Bah... bu nədir e... Bilsəydim tele‑
fonu söndürərədim. İldə, ayda bir namaz, onu da telefon qoy‑


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
179
maz. Yox. Deyəsən heç yerinə düşmədi bu misal.
‑ Alo.
‑ Mahir. Ay Mahir, bilmirəm necə deyim?
Ay Allah. Necə deyir desin. Amma tez desin. Yuxum yarım‑
çıq qalıb axı...
‑ Nə olub ki? Nəsə həkimlik bir işiniz var?
‑ İbrahim ölüb.
Yox. İlk olaraq “ola bilməz”, “inanmıram” demirəm. Realis‑
təm. Bircə
‑ İndi hardadır?
‑ Suraxanıda. Atası evində.
Yerimdən dururam. Hamama girirəm. Əl‑üzümü yuyuram.
Başqa vaxt 3‑4 gündən bir saqqalımı təraş edərəm. Amma dü‑
nəndən bugünə çıxan tüklərimi qırxıram. Üstündən odekolon
vururam.
‑ Maşın sürmə. Özündə deyilsən,‑ deyə yoldaşım səslənir.
‑ Niyə ki? İnanmıram. Sözdür də deyirlər.
Evdən çıxıram. Maşına minib mənə bu xəbəri çatdıranları
da yolüstü götürürəm. Yol alırıq Suraxanıya. İbrahimin qaçqın
ata ocağına. Həyətlərinə girirəm. Kişilər divar boyu dayanıb.
Balaca otaqdan qadınlar ağlayır. “İbrahim hanı?” soruşuram.
Dostu deyir ki, bəs indi məsciddən gətirmişik.
‑ Heyf.
Haşiyə:
‑ İbrahim, kisələnirsən?
‑ Hə.
‑ Burda lap məsciddəki kimidir. Atamı yuduzduranda gör‑
müşəm. Orda da belə daşdır. Uzanırsan. O üz, bu üz çevirirlər.
Kisələyirlər. Sabunlayırlar. Heç fərqi yoxdur.
‑ Oxayyy. Ay kisəçi, bir az yavaş ol. Belə getsə çirkə çıxacam.
Mahir, sən də gicləmə də... Gör nə yadına düşdü e? Orda mür‑


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
180
dəşirdir, burda kisəçi. Orda çimdirəndən sonra ölü namazı qı‑
lırlar, burda “həmişə təmizlikdə deyirlər”. Orda qəbirə qoyub
ağzına torpaq tökürlər. Burda... indi kisə qurtarsın, səni bilmi‑
rəm. Mən “Efes” pivəsi içəcəyəm. (SON)
‑ Bəs mənə niyə xəbər verməmisiniz?
‑ İstəmədik gecəylə narahat edək.
İçəri baxıram. Ortada tabut. Ətrafda da qadınlar. Anası baş
tərəfdədir. Həyat yoldaşı ortada. Əllərini tabut boyu gəzdirir‑
lər. “İbrahim, İbrahim” deyə oxşayırlar. Deməli tabutdakı İb‑
rahimdir. Mənim dostum. Bəs onda niyə otağa girmirəm.
Həmişəki kimi görüşmürəm. Başımı başına vurmuram. Yox,
olmaz. Axı, otaqda qadınlar var. Bəs, nə edim? İcazəmi alım?
Başa düşmədim. Dostumla salamlaşmağa icazəmi almalıyam.
Küçəyə çıxıram. O baş bu başa gəzirəm. Ağlayıram. Niyə ağ‑
layıram? Dostumla görüşə icazə almaq istədiyimə görəmi,
yoxsa bunun görüş yox... Yox inanmıram. Axı, mən realistəm.
Gözümlə gördüyümə inanıram. Həmişə olduğu kimi hamama
da çağırmayıb məni. Fikirləşirəm. Lap nə olursa olsun. Əgər
İbrahim o otaqdadırsa onunla həmişəki kimi görüşməliyəm.
Əgər deyilənlər düzdürsə sonra gec ola bilər. Bəlkə dəfni göz‑
ləyim? Elə ki, tabutu məzarın yanına qoydular, xalçanı açdılar,
irəli keçib diz çöküm. Qucaqlayım, başımı başına vurum, sa‑
lamlaşım. Həmişə olduğu kimi. O da desin ki, “çay içir‑
sənmi?”. Mən də “əgər şokolad varsa, içərəm” deyə naz edim.
Yox, düzgün alınmır. Əgər dəfndə belə etsəm belə çıxacaq ki,
özümü göstərirəm. Yaxşısı budur həyətə qayıdım, qardaşların‑
dan icazə alıb görüşüm.
Yenidən geri qayıdıram. Sağ olsunlar icazə verirlər. Qadın‑
ları tabutun ətrafından azca da olsa uzaqlaşdırıb özümə balaca
yer edirəm. Dizimi xalçaya qoyub başımı başına yaxınlaşdırı‑
ram. Toqquşdururam. Ağ kəfənin təmasından alnını, burnunu,


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
181
dodaqlarını, çənəsini, üzünü hiss edirəm. Öpmək istəyirəm.
Amma sözləri yadıma düşür: “Kişi kişiylə öpüşməz”. Amma
bu sözü eşitmirəm. Sanki, “mən təmizəm. Cənnətə gedirəm.
Məni ağız suyunla, göz yaşlarınla mundarlama” deyir. Amma,
“sanki”...
Qohumları ayağa qaldırır məni. Həyətdən çıxıram. Təklif
edirlər ki, çadıra gedib bir stəkan çay içim. Soruşuram. Nə ilə?
Cavab verirlər ki, İbrahimin halvasıyla.
Razılaşıram. Əynimdə təzə gödəkcə var. Çay içəndə üstümə
tökürəm. Ləkəsi qalır. Yanımda oturan biri deyir: “Təzə gödək‑
çədir. Hayıf oldu”. Deyirəm ki, eybi yox, gələn mövsüm təzə‑
sini alaram. Fikirləşirəm. Əgər köhnə olsaydı, deyəcəkdilər ki,
“onsuz da köhnəydi də... bir şey itirməmisən?”. Amma təzədir.
Ona görə “Hayıf oldu” deyirlər.
Bir an düşünürəm. İbrahim cavan idi. Belə çıxır ki, ölmədi?
Hayıf oldu. Eləmi? Bəs 48 yaşında təzədən İbrahim kimisini
hardan tapım?
Bu an xəbər gəlir ki, bəs vaxtdır. Qəbiristanlığa getməliyik.
Yola düşürük. Mənzil başına çatırıq. İbrahimi qəbirə sallayırlar.
Qardaşı yanına düşür. Molla isə...
HAŞİYƏ: Uşaq bağçasındayam. Günorta yeməyini yemişik.
Yatmaq vaxtıdır. Tərbiyəçi üstümüzə qışqırır. “Hamı sağ böyrü
üstə çevrilsin. Hər iki əlini cütləşdirib başının altına qoysun.
Gözünü də yumsun”. Mən də belə edirəm. Düzdür, yuxum
gəlmir. Amma qorxuram. Tərbiyəçimdən qorxuram. Gözümü
yumub, sağ böyrüm üstə özümü yatmağa məcbur edirəm.
Hərdən gözümü açıram. Tərbiyəçi bunu sezir. Hər yanımdan
keçəndə əlini sol çiynimə qoyub adımı deyərək çiynimi tərpə‑
dir. “Mahir, yat” deyir. (SON)
Molla isə “qardaş, İbrahimi sağ böyrü üstə çevir. Üzü əks
tərəfə. Əlini sol çiyninə qoy. Hər dəfə adını deyəndə çiynini


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
182
tərpət” deyir. Beləcə üç‑dörd dəfə. Yenə fikirləşirəm. Yox, belə
olmaz. Axı, İbrahim ölmək üçün yox, yaşamaq üçün yaşayırdı.
Qəbrə də özü düşmədi. Qohumları güclə düşürtdülər. Qardaşı
da çiyninə vurub‑vurub yatızdırdı. Yuxuya gedən kimi də üzə‑
rinə yorğan örtdülər. Al qumaşdan, gül‑çiçəkdən.
Bir anlıq fikrə getdim. Mənim qardaşım yox. Oğlum yox.
Bəs mən öləndə qəbirə kim girəcək? Dözmədim. Ağladım. Yox,
hönkürdüm. İbrahimə görə yox. Nə vaxtsa sol çiynimi sığalla‑
yıb məni yatızdıracaq qardaşımı itirdiyimə görə.
“Mahir, ayıl. Özünə gəl. Yekə kişisən. Bu nədir? Ağlamağı
yığışdır”.
Eldəniz Elgündür. Əlini çiynimə salaraq özünə sıxıb. Əliylə
sol çiynimi ovuşdurur, başını başıma vurur. Özündən asılı ol‑
mayaraq bəzən yavaş, bəzən zərblə. Görəsən niyə belə edir?
İbrahimlə mənim bu cür görüşməyimdən xəbəri varmı? Yox.
Özü də başını başıma çox vurur. Bir, iki, beş, altı, 10... Biz İbra‑
himlə görüşəndə bir dəfə toqquşdururduq. Bu lap sərhədi
keçdi. Bəlkə İbrahimlə görüşmədiyim günlərin əvəzini çıxır?
Ola bilər. Bəs bizim aramızda olan bu özəl salamlaşmanı har‑
dan bilir? Həəə. Keçən dəfə demişdi axı. İbrahim burdadır. Bir
mərifətli sağlıq de, “vuraq”. Bunu da o başa salıb yəqin.
Qardaşı İbrahimin çiynini sığallayıb həmişəlik yatızdırdı.
Eldəniz isə çiynimi ovuşdurub yuxudan oyadır: “Bir bax.
Uşaqlar tonqaldan hoppanırlar. Bayramdır. Nəvələri, qızları
təbrik etmisən? Bu gün mənim qızım Leyluşun ad günüydü.
Sabah da şəhərə çıxacağam...”. 
Həyat davam edir. İbrahimin öldüyü gün dayandığı yer‑
dən...
08.04.2014


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
183

Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin