Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə44/67
tarix02.01.2022
ölçüsü4,35 Mb.
#2063
1   ...   40   41   42   43   44   45   46   47   ...   67
Şeyda Quluyeva,
SDU‑nin Folklorşünaslıq ETL‑nın elmi işçisi
XEYİRXAH İNSAN
B
elədir, dünya xeyirxah insanların əməlləri üzərində qu‑
rulur. Xeyirxahlıq, səmimiyyət olmasa, həyat da yoxdur.
Təsadüfi demirlər ki: Yaxşı insanlar olmasa, dünyanın nizamı
pozular.
Bu xeyirxah insanlardan biri də Sumqayıt Dövlət Universi‑
tetində iqtisadi məsələlər  üzrə prorektor işləmiş İbrahim müəl‑
lim idi. Onu prorektor işləyəndə, həm də əsl insan, həqiqi
vətəndaş kimi tanıdım. Öz səmimiliyi və təmkini ilə hamının
diqqətini cəlb edirdi. Az müddət ərzində alicənablığı ilə özünü
sevdirməyi bacardı. Onun universitetə gəlişi bir canlanmaya,
yeniləşməyə səbəb olmuşdu. Həm də tanımasa belə, insanlara
qarşı çox həssas idi. Elə bil ki, bizimlə illərlə bir yerdə işləmişdi.
Amma elələri olur ki, qarşılaşanda bir Allahın salamını verir‑
sən   sənə cavab vermir, özünü görməməzliyə qoyur. Amma
İbrahim müəllim həmişə özü birinci salam verməyə çalışardı.
Mənə də belə bir insanla görüşmək qismət olub. Belə ki, mən
Sumqayıt Dövlət Universitetinin  Folklorşünaslıq ETL‑da elmi


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
163
işçi işləyirəm, həm də universitetin yataqxanasında qalırdım.
Bir gün keçmiş rəhbərlik açarları məndən geri aldı.(İndiyə
qədər səbəbini bilmədim, bir ildən çox otaq boş qaldı) Mən
məcbur olub maaşımın yarısını kirayəyə  verməli oldum. İb‑
rahim müəllim gələndən sonra onun qəbuluna gedib dərdimi
dedim. Həmin anda mənim otaqla təmin olunmağım üçün
göstərişlər verdi və dedi:
‑Hələlik köçün. Hər şey yaxşı olacaq, bizim yataqxanamız
da tezliklə boşalacaq. Onda bu məsələyə yenidən baxarıq. Sizə
daha geniş otaq verərik. 
Mən ona öz təşəkkürümü bildirib dedim ki, buna görə çox
sağ olun, bu mənə kifayətdir. Ona mənim ömrüm çatarmı?
Sevincimin həddi‑hüdudu yox idi. Sabah dəhlizdə  rastlaş‑
dıq, ilk sözü bu oldu:
‑Müəllimə köçdünmü?
‑Yox‑dedim.
‑Günü bu gün köçün, nəyi gözləyirsiniz?
Mən hiss etdim ki, onunla sabah da rastlaşsam yenə “köç‑
dünmü?” soruşacaq. Yağışlı bir gecədə köçdüm yataqxanaya... 
Bu söhbətdən iki gün sonra onun qəfil ölümü bizi sarsıtdı.
O insan hamıya xeyirxahlıq etməyə tələsirdi... Amma onun
ömrü çatmadı arzuladığı yenilikləri etməyə... O, cəmi iki aya
yaxın prorektor işlədi. Vaxtsız ölümü Universitet əməkdaşla‑
rını yandırıb yaxdı. İndi hamı onu rəhmətlə xatırlayır. 
Belə işıqlı arzularla qəlbi dolu olan bir insanın xatirəsi hə‑
mişə yaddaşlarda qalacaq. Çünki belə insanlar ölmürlər, hə‑
mişəyaşar olurlar. Allah ona rəhmət eləsin!


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
164

Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin