A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
130
Can dostum, könül sirdaşım İbrahim 36 yaşında dünyasını
dəyişsə də, elə bil, bu dünyanın neçə əsrlik sakini idi. O, ləya‑
qətli, sadə, səmimi, yanar ürəkli bir DOST idi... Dostun qayğı‑
sını öz qayğısı bilirdi. Mənim DOSTum təmənnasız,
ETİBARLI, GÖZÜTOX, MƏRD idi. Böyük və saf qəlbi vardı,
hər kəsi öz dilində, özünün səviyyəsində danışdırardı. Çox ça‑
lışqan, oxumaqdan doymayan bir insan idi. “Ay İbrahim, sən
nə vaxta kimi oxuyacaqsan” ‑ soruşanda ‑ “Ölənə kimi!”... –
deyə cavab verirdi.
İndiyə kimi yadımdadır... Səhər saat 10
radələri idi, telefo‑
numa zəng gəldi... “Bacı, valerian iç, bir söz deyəcəm… qurban
olum, özünü ələ al…. – Noolub axı??? – İbrahim rəhmətə gedib…
– Kim?! …. İbrahim...” Bu sözlərdən
sonra telefon əlimdən
düşdü, hönkürtüylə ağladım …Həmin dəqiqə “Ağıllı, maa bir
çay süz, qaçıram, tələsirəm,
işim çoxdur, “Xalq”a getməliyəm,
qəzet çıxan gündü, mətbəədə gözləyirlər” və s. sözləri qulağıma
gəldi, gözümün önündən bir anlıq İbrahimin gülüşü keçdi.
«Я измеряю жизнь количеством друзей» ‑ Əziz DOSTUM
İbrahim bizi tərk edəndən bəri hər gün O.Qazmanovun bu
mahnısına qulaq asıram.
Əziz dostum, səni xatırlamaq nə
qədər xoşdursa, yoxluğunla barışmaq bir o qədər çətindir.
Lakin ən çətini sənin haqqında yazmaqdır. Sevimli müğənni‑
miz İslam Rzayevin mahnısında deyildiyi kimi:
Necə nəğmə qoşum, necə dillənim,
Dost gedib, özümə gələ bilmirəm.
Elə bil, əllərim yox olub mənim,
Gözümün yaşını silə bilmirəm.
İbrahim, səndən yazmaq çox çətindir, çox… Hər sətri yaz‑
dıqca göz yaşlarımı
saxlaya bilmirəm, İbo… AMEA Rəyasət
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
131
Heyətinin 5‑ci mərtəbəsində yerləşən 508‑ci otağın pəncərəsinə
söykənib dayanmağın, gülüşün gözümün önündən getmir. Bir
ildir ki, sən yoxsan aramızda, amma inan ki,
bu bir ildə hər
gün səni xatırlamışıq, hər gün sənin “sitatlarından” misal gə‑
tirmişik, ağlamışıq, gülmüşük. Ailəm də sənin xətrini çox istə‑
yirdi. Sən həmişə mənə deyirdin “Səbiş, burda istədiyim işi
qura bilməsəm, ailəmi də götürüb xaricə köçəcəm”.
Və biz
sənin yoxluğunu, aramızdan həmişəlik getməyini – “İbrahim
xaricdədir, köçüb, orda qurub həyatını” ‑ kimi qəbul edib özü‑
müzə təsəlli veririk. Lakin heç bir təsəlli sənin yoxluğunu
unutdura bilməz. Çox az yaşadın, cəmi 36 il. Amma bu az
müddətdə həyatda çox böyük uğurlar qazandın, kişi kimi ya‑
şadın. Ən əsası isə səni tanıyanların qəlbinə bir imza atdın...
Bir DOST imzası... Səndən çox şey öyrənirdik.
Sən bizə əsl dost
necə olmalıdır, bunu öyrətdin. Ürəyimizdə haqqın böyükdür.
Onu bizlərə halal elə, DOSTUM. Allah‑taəla sevdiyi bəndələ‑
rini yanına tez aparır deyirlər. Rahat yat, Əziz DOSTUMUZ!
Dualarımız sənə cənnəti qazandırsın. Amin!
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
132
Dostları ilə paylaş: