Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə31/67
tarix02.01.2022
ölçüsü4,35 Mb.
#2063
1   ...   27   28   29   30   31   32   33   34   ...   67
Rafiq RZAYEV, 
AMEA‑nın İqtisadiyyat İnstitutunun baş
mütəxəssisi
BÖYÜK VƏ TƏMƏNNASIZ DOST
“B
u həyatda ən böyük qazancım mənim dostlarımdır.”
Bu sözləri biz vaxtaşırı  İbrahimin dilindən eşidirdik.
O İbrahim ki, sözün əsl mənasında böyük və təmənnasız dost
idi. Dost sözü ilə təmənna sözünün yanaşı işlənməsi bəlkə də
bir çoxumuza təəccüblü gələ bilər, amma yəqin əksəriyyətimiz
də etiraf edə bilərik ki, yaşamağa məhkum olduğumuz bu
dünyada artıq insanların dəyərlər anlayışı ciddi şəkildə dəyiş‑
mişdir. Biz insanlar, hə a özümüzü dost adlandırsaq belə
bəzən bir‑birimizə nəyəsə, kiməsə görə, yaxud nələrisə, kim‑
lərisə nəzərə alaraq, bir növ “hesab‑kitab yaparaq” qiymət və
dəyər veririk. Lakin İbrahim istisna təşkil edən  insanlardan
idi. O, əsl dost, daha doğrusu, böyük dost idi. Necə ki, böyük
alimlər, böyük ictimai‑siyasi xadimlər, böyük şəxsiyyətlər və
ziyalılar olur. İbrahim də bütün bu sadaladığım şəxslərə xas
keyfiyyətləri öz varlığında birləşdirən, eyni zamanda sadə və
səmimi qalmağı bacaran, ən əsası isə insanları təmənnasız ola‑
raq sevən bir insan, böyük dost idi. Və mən inanıram ki, tanı‑
dıqlarının hamısı tərəfindən sevilən bir şəxs idi İbrahim... Bəli,


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
119
O, alimliyin bir addımlığında idi. Bir neçə ali təhsili olan İbra‑
him doktorantura təhsili alırdı və alimliyə aparan yolda
inamla irəliləyirdi... İctimai‑siyasi xadim də adlandırmaq
olardı İbrahimi. Əgər belə olmasaydı, “Xalq” qəzetinin baş re‑
daktorunun birinci müavini kimi məsuliyyətli bir vəzifəyə
layiq görməzdilər Onu. Və heç şübhəsiz ki, Onu tanıyan,
Onunla ünsiyyətdə olan hər kəs mütləq Onun ictimai‑siyasi
nöqteyi‑nəzərdən necə özünəməxsus incə, analitik bir düşüncə
və mühakimə tərzinə, hadisələri və insanları dəyərləndirmə
qabiliyyətinə malik olduğunun şahidi olmuşdur... Bizi əbədi
olaraq tərk etməsindən bir neçə ay öncə  Sumqayıt Dövlət Uni‑
versitetinin prorektoru təyin edilmişdi İbrahim. Onu bu mər‑
təbəyə yüksək intellekti, zəhmətsevərliyi, dürüstlüyü gətirib
çıxarmışdı. Yalnız Ona göstərilən bu etimad, təyin olunduğu
bu vəzifə deyil, həm də daxili aləmindəki işıq, xalqımıza, döv‑
lətimizə olan dərin sevgisi və millətimizin maariflənməsi, tə‑
rəqqisi üçün bacardığını var qüvvəsi ilə həyata keçirmək istəyi
Onun ziyalılığından, dəyərli bir şəxsiyyət olmasından xəbər
verirdi... Bilmirəm, ola bilsin İbrahim haqqındakı bu fikirlər
yalnız mənə məxsus, sırf subyektiv fikirlərdir, amma mən Onu
belə gördüm, belə tanıdım, belə dostluq etdim və çox təəssüf
ki, vaxtsız olaraq belə də itirdim...
Müdrikcəsinə deyib atalarımız: ”Yaxşı gündə düşmən gələr
dost olar, igid odur yaman gündə dayansın.” Yaman günün
dostu idi İbrahim. Onu tanıyan bir çoxları kimi, mənim də də‑
fələrlə Onun köməyinə ehtiyacım olmuşdu. İnanın ki, O, heç
vaxt heç nədə köməyini əsirgəmirdi dostlarından. Hə a Onun
bacarığını, səlahiyyətlərini aşan işləri də ciddi‑cəhdlə həyata
keçirməyə, Onun köməyinə ehtiyacı olan insanların sözünü
yerə salmamağa çalışırdı. Halbuki İbrahimin yerinə başqası ol‑
saydı, bəlkə də rahatca, müxtəlif  bəhanələr gətirərək bu işlər‑


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
120
dən  boyun qaçıra, yaxud onu yubadaraq, uzadaraq, necə de‑
yərlər insanları sadəcə “yola verə bilərdi”. Çünki kömək üçün
müraciət edənlərin bir çoxunun nə vəzifəsi, nə pulu, nə də cə‑
miyyətdə elə bir yüksək mövqeyi var idi. Amma İbrahim bu
insanların puluna, mövqeyinə deyil, onların  mənəviyyatına,
insanlığına, aralarındakı dostluğa, yaxınlığa dəyər verirdi.
Hə a imkanlı insanlardan da heç nə ummadan və inanıram ki,
heç bu barədə bir an belə fikirləşmədən bu yaxşılıqları edirdi.
Çünki bu insanlar Onu özlərinə dost bilirdilər. Və dəfələrlə şa‑
hidi olmuşam, eşitmişəm ki, İbrahim onlarla, bəlkə də yüzlərlə
insana belə təmənnasız olaraq, səmimi şəkildə köməkliklər
etmiş, onların sözünü yerə salmamışdır. Çünki O, əsl dost idi,
bizim böyük dostumuz idi. Hər bir dostun fəxr edə biləcəyi
dost idi İbrahim. Gəldiyi vaxt boşluq dolduran dost deyildi,
getdiyi vaxt yeri doldurulmayan dost idi  İbrahim...
Biz – azərbaycanlılar, adətən, dünyasını dəyişən insanlar
haqqında yalnız müsbət fikirlər söyləməyə, həmin şəxsin
ancaq pozitiv xüsusiyyətlərini xatırlamağa çalışırıq. Amma
əminəm, Onu tanıyan hər bir kəs mənimlə razılaşacaq ki, bu
fikirlərimlə mən İbrahimi ideallaşdırmağa çalışmamışam, sa‑
dəcə Ona xas keyfiyyətlərin müəyyən bir qismini dilə gətirmi‑
İbrahim və Rafiq


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
121
şəm. Təbii ki, qüsursuz olan tək Allahdır. İbrahimin də bəzi
zəif cəhətləri var idi. Lakin Onun bu cəhətləri, dəryada bir
damla kimi, o qədər cüzi idi ki, bu barədə danışmağa belə
lüzum yoxdur. Bir də İbrahimin çox siqaret çəkmək kimi zə‑
rərli bir vərdişi var idi və bununla O öz sağlamlağına ciddi
ziyan vururdu. Dəfələrlə bu mərəzdən can qurtarmağa cəhd
etsə də alınmamışdı. Bəzən mənə elə gəlirdi ki, O, həyatda qar‑
şılaşdığı və çox vaxt içinə həbs etdiyi problemlərin, haqsızlıq‑
ların acığını, üsyanını ciyərinə çəkdiyi siqaret tüstüsü ilə
canından  çıxarır, sanki bir az sakitləşirdi... Çünki O, həyatında
çox əziyyətlər çəksə də, demək olar ki, heç vaxt heç nədən şi‑
kayətlənmir, daxilindəki bu ağrı‑acını büruzə verməməyə ça‑
lışırdı. Bəlkə də, elə bunların nəticəsi idi ki, O, bizi çox erkən
tərk etdi... Bəli, belə bir insan idi İbrahim. Böyük, yaşıl bir
ağaca bənzəyirdi O. Çirkli atmosferi ‑ ətrafındakıların, dostla‑
rının mənfi enerjisini, problemlərlə dolu əhval‑ruhiyyəsini öz
canına çəkir, onlara oksigen – müsbət emosiyalar, şən əhval‑
ruhiyyə, həyat enerjisi bəxş edirdi... 
Həddən artıq həyatsevər idi, insanları ancaq yaxşılıq etməyə
həvəsləndirirdi və bunu təkcə sözlərlə deyil, öz şəxsində, öz
əməlində də nümayiş etdirirdi. Lətifə danışmaqla da arası xoş
idi İbrahimin, xüsusilə də ibrətamiz lətifələr. O bununla insan‑
larda xoş ovqat yaradır, problemlərini unutmaqda yardımçı
olurdu ətrfındakılara.  İnanın ki, Onun danışdığı bu şən lətifə‑
lərdə həm də böyük hikmətlər, insanların nöqsanlarını, naqis‑
liklərini ifşa edən dərin mənalar gizlənirdi. Biz hə a Ona
zarafatla deyirdik ki, Sən axırda lətifələr kitabı buraxacaqsan...
İnsanları çox sevirdi İbrahim. Qərbi azərbaycanlılara da xüsusi
hüsn‑rəğbəti var idi. Bu Onun yerlipərəstliyindən irəli gəlmirdi,
belə ki, Onun yaxın dostları arasında Azərbaycanın hər bölgə‑
sindən olan bir çox insanlar var idi. Sanki bu, Onun Vətən həs‑


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
122
rətindən xəbər verirdi, sanki itirilmiş tarixi torpaqlarımızın,
uşaqlığının keçdiyi, havasını udduğu kəndinin nisgilini onlarla
ovundururdu... Onun bir xüsusiyyəti də çox vaxt bizim diqqə‑
timizi çəkirdi – demək olar ki, hər zaman hər işdə tələsirdi İb‑
rahim. Sanki bu dünyanı, bizləri tez tərk edəcəyini duyurmuş
kimi tələsərək hər işə vaxt çatdırmağa çalışırdı. Bəzən nahar fa‑
siləsi ərəfəsində bizi də tələsdirərək deyirdi: “Durun getdik
yemək yeməyə, bəsdir işlədiniz, sonra gəlib davam edərsiniz.
Onsuz da bu dünyada iş qurtarmayacaq.” Sonra isə əlini iş ota‑
ğının pəncərəsindən Fəxri Xiyabana tərəf uzadaraq əlavə
edirdi: “Elə bilirsiz, orda yatan tanınmış insanlar bu həyatda öz
işlərini başa vura biliblər? Biz də çatdıra bilməyəciyik. Durun
getdik.” Və bu sözləri dedikdən sonra özü qabağa düşərək
otaqdan çıxırdı... Çox təəssüf ki, həyatda da belə oldu. Qabağa
düşdü... Bizi bu dünyada tək qoyaraq yenə tələsdi İbrahim...
Allah Sənə rəhmət eləsin! Ruhun şad olsun, böyük və tə‑
mənnasız Dostumuz! 
İbrahim, Səbinə və Rafiq


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
123

Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin