İbrahim dostları Aqşin və Rafiqlə
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
114
(bəzən də Fəxri xiyabanı) göstərərək deyirdi: “Aqşin, elə bilir‑
sən orada yatanlar işlərini qurtarıb sonra ora gediblər. Əsla
yox! Çünki insan arzuları sonsuzdur, bitib‑tükənməyəndir. İn‑
sanın arzuları onun ömrünə heç vaxt sığmır ki...”. Vaxt keçdi
Akademiyada sonrakı mərhələdə işdə baş verən hadisələr
onun nə qədər haqlı olduğunu göstərdi. Bu, bəlkə də, özünün
qeyd etdiyi kimi, bir neçə kollektivdə işlədiyi üçün öz qısa öm‑
ründə əldə etdiyi təcrübənin bariz nəticəsi idi.
Son illər o, həyatında məna axtarışında idi. Bəlkə, bu səbəb‑
dəndir ki, “Facebook” səhifəsində bu fikirləri də bölüşürdü:
“Həyatımda mənasız keçən bir hə əni də beləcə yola verdim...
Məna ‑ necə də gözəl səslənir. Bəzən yaradana üsyan edərək
həyatımın mənalı olmasını istəyirəm, amma hər kəs üçün bir
formada olan məna nədənsə mənim üçün formasız olaraq
qalır! Sizcə, “məna” nədir?”. Bu məqamı əslində özünü, həyatı
dərk etməyə çalışan hər bir yaradıcı insan yaşayır. Daxilən zən‑
gin insan həyatında daima yenilik istəyində, axtarışında olur.
İbrahim də son illər çox mütaliə edir, özünü təkmilləşdirir, in‑
gilis dilini öyrənirdi, hə a istəyinin dalınca Londona qədər
gedib çıxmışdı.
“Zər qədrini zərgər bilər”. O, həqiqi ziyalılara böyük dəyər
verərdi. Məhz bunun nəticəsi idi ki, o, həqiqi ziyalılarla, alim
və yazıçılarla dostluq edirdi. Özü də doktoranturaya daxil ola‑
raq iqtisadi sahədəki biliklərini təkmilləşdirmək, əsl ziyalıların
sayını artırmaq niyyətində idi.
O həm də gözəl ailə başçısı, qayğıkeş ata idi. Mən bunu hər
dəfə oğlanları (Əli və Nizami) haqqında danışarkən bir ata
kimi işıldayan gözlərindən oxuyurdum. Amma bunun canlı
şahidi isə bir dəfə Bakı Dövlət Sirkinə birlikdə bilet alıb uşaq‑
ları apararkən orada övladlarına qayğıkeş ata kimi münasibə‑
tində gördüm. İbrahim bir zaman Hötenin bu fikrini də
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
115
bizimlə paylaşmışdı: “Ən mükəmməl qadın uşaqlarına atala‑
rının yoxluğunda ata ola biləcək qadındır”. Bu gün onun
ömür‑gün yoldaşı Elnarə xanımın zərif çiyinlərinə iki oğul öv‑
ladına İbrahimin yoxluğunda ata ola bilmək kimi çətin bir yük
də düşüb. Bu çətin yolda Allah hər zaman ona və balalarına
kömək olsun!
Kənardan İbrahimin dinə münasibətdə radikal mövqedə
durduğunu müşahidə etmək olardı. Əslində o, dinə deyil, onu
düzgün təqdim və təbliğ edə bilməyən din xadimlərinə qarşı
müxalifətdə idi. Millətinin fərqli gələcəyini düşünən, soykö‑
kümüzə sıx bağlı olan bir çox vətənpərvər ziyalılar kimi o da
islam dininin mahiyyətini dərk edərək onun düzgün təbliğ
olunmasını istəyirdi. “Budurmu ədalət?” başlığı altında pay‑
laşdığı bir yazısında qeyd edirdi ki, “Bu gün müqəddəs Rama‑
İbrahim dostları Aqşin, Səbinə və Sevillə
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
116
zan bayramı münasibətilə dünya müsəlmanları oruc tutmaq,
ibadət etmək, Allahdan bağışlanmalarını istəməklə məşğul‑
durlar. Çox az sayda ölkələrdə, Türkiyə və bir neçə müsəlman
ölkəsində aclıqla mübarizə aparan insanlara yardım etmək
üçün kampaniyalara rast gəlmək olar. Nə üçün bir neçə ölkə?
Axı, ey müsəlmanlar, Sizlər Allahdan bağışlanmağınızı oruc
tutmaq və dua etməklə bitmiş hesab edirsiniz. Yaradan sizləri
yaradanda hamınızı eyni formada yaratdı! Amma sizlər çeşid‑
lərə ayrılaraq bir‑birinizin qənimi kəsildiniz. Fikir verin, Misir
dövlətinin qonşuluğunda baş verən hadisələr elə bil heç kim
tərəfindən görünmür və ya görünürsə də önəmsənmir. Dünən
fironluq edən, bu gün isə qəfəsə düşən Misir fironu Mübarəkin
dünyanın müxtəlif ölkələrində milyardları tapılır. Amma Af‑
rikada və digər qitələrdə insanlar bir damcı suya, bir parça çö‑
rəyə möhtacdırlar. Ədalət budurmu? Bu gün Qafqaz
Müsəlmanları İdarəsi nə işlə məşguldur? Onlar da bu uşaqlara
yardım kampaniyaları təşkil edə bilməzlərmi? ...Özü də Rama‑
zan bayramı ərəfəsində. Məncə, əsl müsəlmançılıq bu insan‑
lara yardım etmək olardı! İnanın ki, tutduğunuz oruc və
etdiyiniz dualardan daha çox, insanlığa göstərəcəyiniz kömək
Sizi Allah qarşısında daha möhtərəm edəcək!”. Məncə, əlavə
şərhə ehtiyac yoxdur. Bu sətirləri oxuyan hər kəs İbrahimin nə
qədər böyük ürəyə, dini inanca sahib olduğunu dərk edə
bilər...
Əslində, İbrahimin əksər statuslarında elə bil həyatdan tez
gedəcəyinin siqnalları hiss olunur. Təəssüf ki, biz bu acı həqi‑
qəti ancaq indi hiss edirik: “Ayrılıqlar acı olsa da, bəzən getmək
lazımdır!”. Getdin... bizi öz şirin xatirələrin, incə yumorun, lə‑
tifələrinlə baş‑başa qoyub getdin. Amma, QARDAŞ, bunları
sənsiz yaşamaq o qədər çətindir ki...
...Bir neçə dəfə əlimə qələm alıb SƏNİN haqqında yazmaq
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
117
istəmişəm. Amma hər dəfə məni dərin bir kədər bürüyüb (əs‑
lində heç tərk etməyib ki məni...), əlim titrəyib. Əslində, bilir‑
sən niyə?! Səni itirdiyimizlə barışmaq istəməmişəm. Elə
bilmişəm ki, indicə gələcək və şən səsinlə deyəcəksən: “Bəsdi
işlədiniz, durun gedək bir yerdə oturaq, yemək yeyək, söhbət‑
ləşib‑dərdləşək”. O qədər darıxırıq ki o günlər üçün...
Son günlər yuxularıma çox tez‑tez gəlirsən, DOST. Sanki
Balzakın xoşladığın bu sözlərini pıçıldayırsan qulağıma: “Dü‑
nəni unutmalı, bu günü yaşamalısınız. Çünki dünən ilə bu gün
arasında bir döyüş çıxarsa, sabahı itirərsiniz!” Sənin olduğun
dünəni itirmək qeyri‑mümkündür! Sən öz qısa ömründə əməl‑
lərinlə sağlığında özünə rəhmət qazanan nadir insanlardan bi‑
risən. Bu gün sən sağlığında qazandığın mənim kimi yüzlərlə
dostunun, həmkarının qəlbində yaşayırsan və həmişə də ya‑
şayacaqsan. Biz də sadəcə bu böyük itki ilə YAŞAMAĞA məc‑
buruq...
Ruhun şad olsun, QARDAŞ!
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
118
Dostları ilə paylaş: |