A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
238
ması üzür, digər tərəfdən bunu bibimə necə deyəcəyimizin
ağırlığı sıxırdı. Çünki bir anaya övladının
ölüm xəbərini
demək dünyanın yükü çəkilməz ən ağır yüküdür. O an yaşa‑
dığım hissləri heç cür sözlə ifadə etmək mümkün deyil. Sura‑
xanıya neçə çatdıq, maşını hansı sürətlə idarə etdim, yolboyu
nə düşündüm heç özüm də bilmirəm. Qəhər məni boğurdu...
Ağlaya da bilmirdim. Hönkürmək istəyirdim... Hayqırmaq is‑
təyirdim... Amma bibim o acı xəbəri məndən eşitməsin deyə,
səssiz ağlayırdım. Nəfəsim çatmırdı, içim yanırdı... İçimdən bu
acı xəbərin doğru olmaması üçün Allaha yalvarırdım. Amma
nə fayda... O artıq aramızda yox idi...
* * *
İbrahimlə təxminən yaşıd olsaq da, onunla bağlı xatirələrim
elə də çox deyil... 1999‑cu il idi... Bakı
Dövlət Universitetinə
qəbul olmuşdum. O vaxt indiki kimi informasiya texnologiya‑
ları geniş yayılmamışdı. İbrahim həmin vaxt "Respublika" qə‑
zetində işləyirdi. Hə ədə 2‑3 dəfə İbrahimin otaq yoldaşı
Nicatın yanına kompüter proqramlarını öyrənməyə gedirdim.
Həmin ərəfədə tez‑tez görüşürdük. İbrahimin nə qədər aktiv
və çalışqan olduğunu elə o vaxtdan müşahidə etmişdim. Bir
yerdə dayanmırdı, daim hərəkətdə idi. Açıqcası, qibtə də et‑
mişdim ona. "Bu qədər işi necə olur ki, bir arada çatdıra bilir"
‑ deyə düşünmüşdüm...
Ara‑sıra şəhərdə rastlaşırdıq. Heç vaxt tək olmazdı. Yaxın
dostlarından ən azı biri həmişə yanında olardı. Sonuncu dəfə
Nizami küçəsində görüşmüşdük. Ən yaxın dostlarından biri
olan Mahir Qabiloğlu da yanında idi. Bir xeyli dayanıb söhbət‑
ləşmişdik.
Bir dəfə də nənəmin yas mərasimində görüşmüşdük. Mahiri
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
239
ilk dəfə orda tanış etmişdi mənimlə. "Şair Qabilin oğlu Ma‑
hirdi. Canlara dəyən oğlandı. Dostum, qardaşımdı" ‑ demişdi.
İbrahim
elə bir insan idi ki, hamıya kömək etməyə, bacar‑
dığı qədər müşkül məsələlərini həll etməyə çalışırdı. Hə a bir
neçə dəfə dost‑tanışlarının müşkülü barədə mənə də demiş,
onların dərdinə çarə qılmaq üçün yolları birgə müzakirə et‑
mişdik. Mənim üçün də çox iş görmüşdü İbrahim. Nə vaxt ya‑
nına getsəm şən, gülərüz siması ilə qarşılaşırdım. Bu
münasibət problemimi unutmağa kifayət edirdi.
Bir gün evə gələndə "İbrahimi prorektor təyin ediblər" ‑ de‑
dilər. Sevincimin həddi‑hüdudu yox idi. Uçmaq üçün bircə qa‑
nadım çatmırdı desəm, yalan olmaz.
Ancaq bir şeyi ömrüm boyunca özümə bağışlaya bilməyəcəm.
Mən İbrahimi onun qazandığı bu uğur,
bu nailiyyət münasibətilə
təbrik edə bilmədim. Bağışla məni, İbrahim! Bağışla ki, heç ol‑
masa bundan sonra yaşayacağım ömrümdə vicdanımın mənə
verdiyi bu əzab az da olsa yüngülləşsin. Bağışla ki, axirətdə ya‑
nına gəlməyə üzüm olsun. Bağışla məni, bibioğlu... Bağışla...
* * *
14 mart 2014‑cü il... Günorta saatları... Suraxanıdayıq... İbra‑
himin ata evinin qarşısında... İbrahimin cismən aramızdan ay‑
rılmasına dəqiqələr qalmışdı. Cismən deyirəm, ona görə ki,
İbrahimin ruhu bu dəqiqə də başımızın üstündədir. Mərasimə
toplaşanlar arasında daha kimlər yox idi ki... İbrahimin dünya‑
sını dəyişməsinə Azərbaycanın
bütün gənc, orta və yaşlı nəsil
ziyalıları üzülmüşdü... Çünki İbrahim özü gənc olsa da, həm
yaşlı, həm də orta nəslin nümayəndələri ilə münasibət qurmağı,
onlara hörmət saxlamağı bacarırdı. Böyüklə böyük, kiçiklə kiçik
ola bilirdi... İbrahimin böyüklüyü də məhz onda idi.
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
240
Rahat uyu, bibioğlu... Bəlkə ideyaların, fikirlərin, düşüncə‑
lərin, planların səninlə getdi... Amma bu dünyadakı qısa öm‑
rünə sığdırdığın böyük həyat yolun həmişə var olacaq...
Təsəllim,
sənin dost, qardaş dediyin insanların bir qismi ilə
tanışlığımdır... Hər dəfə onlarla ünsiyyətdə olduqca səni xatır‑
layır, səninlə bağlı xatirələri canlandırırıq...
Rahat uyu, qardaş... Onsuz da hər gələn bir gün getməlidir...
Mənim bu dünyadan gedişim nə vaxtdır, bilmirəm... Bildiyim
bir şey var ki, axirətdə görüşəcəyik, inşallah...
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
241
Dostları ilə paylaş: