Mehdi Ömərov, qardaşı İBRAHİM BİZİM ÜÇÜMÜZDƏN DƏ SEÇİLİRDİ B
öyük qardaşın özündən 3 yaş kiçik qardaşını itirməsi
böyük zərbədi. Onun haqqında xatirələr yazmaq, keç‑
miş zamanda danışmaq heç də asan deyil. İbrahim uşaqlıq
vaxtında da bizim üçümüzdən seçilirdi. O, çox zirək, səliqəli,
hazırcavab, tutduğunu qoparan bir uşaq idi. İllər keçsə də, bu
müsbət xarakter onunla birlikdə böyüdü. Bugünkü kimi ya‑
dımdadır, bir gün orta məktəbdə İbrahimin sinif rəhbəri məni
dəhlizdə görüb yanına səslədi. İbrahim haqqında xoş sözlər
söylədi. Belə bir qardaşım olduğu üçün mən qürurlanırdım.
2010‑cu ildə atamı itirəndə də çox sarsılmışdıq. Bu itkidən
sonra biz bir‑birimizə daha da yaxın olduq. Ata evimiz Sura‑
xanıdadır, İbrahim isə şəhərdə yaşayırdı. O, hər hə ə bizə, ana‑
sının yanına gəlir, hamımıza dəstək olur, problemlərimizlə
maraqlanırdı. Yaşca kiçik olmasına baxmayaraq, atamızın dəs‑
tək və qayğısını ondan görürdük.
Martın 13‑cü gecəsi gələn zəng bizi ikinci dəfə sarsıtdı. Qar‑
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
242
daşım Həzi ilə Mərkəzi Klinik xəstəxanaya çatanda dayım
Kamranın İbrahimin başı üstündə durduğunu, dayımoğlu
Oqtayın isə İbrahimin ürəyini masaj etdiyini gördüm. Orda
uzanan hərəkətsiz bədənin İbrahim olduğuna inana bilmir‑
dim. Kamranın üzünün ifadəsi məni çox qorxutdu. Bu səhnə
heç vaxt gözümün önündən getməyəcək. Bir neçə saatdan
sonra Kamran həkim Oqtayla birlikdə gəlib hər şeyin bitdiyini
söylədi. Bu həyatda ikinci dəfə dayağımızı, ümid yerimizi itir‑
mişdik. Biz onu cismən itirdik, onun ruhu hər zaman bizimlə
olacaq, yaşayacaq.
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
243