Elnarə Ömərova,
İbrahimin həyat yoldaşı
ÖLÜM SEVİNMƏSİN QOY...
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.
Səməd Vurğun
Ç
ox çalışırdın, çox işləyirdin. Evə gec, yorğun gəlirdin.
Axşam qapı döyülən kimi uşaqlar yataqlarında olsalar
da, “atam gəldi, atam gəldi” deyib qapıya qaçırdılar. Onları
görəndə yorğunluğunu da unudurdun. Evinə, ailənə çox bağlı
idin. Hara getsəydin, geri dönəndə “adamın öz evi” deyirdin.
Nə vaxtdır dönmürsən…
Yayda işinin çoxluğundan istirahətə də qısa müddətlik gedir‑
dik. Amma bu yay fərqli oldu. Demək olar ki, bütün yayı gəz‑
dik, əyləndik. Elə bil hiss eləyirdin ki, tez ayrılacaqsan bizdən.
Yanvar ayında öz facebook səhifəsində status paylaşmışdın:
“Bir gün gəlir qərar verməli olursan, getmək və qalmaq.
Necə də çətindir... Bir‑birinə bu qədər yaxın və uzaq sözlər –
getmək və qalmaq... İnsan bəzən zamanın durmasını, hər şeyin
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
248
olduğu kimi qalmasını arzulayır. Amma bizdən asılı olmayan
obyektiv və subyektiv səbəblərdən qərar vermək zorunda qa‑
lırsan... Bu qərarına sevinənlər, kədərlənənlər, hə a daş kimi
soyuq baxışlarla qarşılayanlar da olur, amma qərarın yükünü
sahibi çəkir...”
Dostlarından birinin: “Qardaş, Allah amanında! Yolçuluq
haraya?” ‑sualına:
“Salam, qardaş... Bu gedişlə, deyəsən göylərədir...)”‑ cava‑
bını yazmışdın.
…Özünə dostlar qazanmışdın. Yaşından, vəzivəsindən asılı
olmayaraq, fərqli xarakterlərə malik dostlar. Anana həmişə de‑
yirdin: “Ay ana, mənim dostlarım atamın dostları kimi deyil,
ziyalı, əsl dostlardır”. Dostlarına qarşı səmimi bağlılıq, doğ‑
malıq hissi var idi səndə. Təbii ki, bu, qarşılıqlı idi.
Deyirdin ki, “mən dostlarımın, sevdiyim insanların uğu‑
runa həmişə sevinmişəm, öz uğurum kimi baxmışam. Nə yaxşı
ki, sevdiyim insanların sevincinə sevinə bilirəm. Bu, bizə Ulu
Tanrının ən böyük mükafatıdır!”
Yeni işə təyin olunandan sonra işinin çoxluğuna baxmaya‑
raq, onlarla daha sıx görüşürdün. Bəlkə də daha uzaq mənzilə
köçəcəyini hiss edirdin.
...Hər dəfə ananla, uşaqlarla “yeni mənzilinə” baş çəkəndə
dostlarının gətirdiyi gülləri görürəm. Onlarla qarşılaşıram.
Unutmayıblar, unutmurlar...
Hər şey eynidi...baxışların, duruşun, təkcə görüş yerin,
“evin” dəyişib. Biz ağlayırıq, sən gülümsəyirsən...
Artıq sənin üçün dayanan zaman
Mənimçün dolanır...
Gun olur axşam.
Vaxt kecir... sən məndən uzaqlaşırsan,
Mən sənə günbəgün yaxınlaşıram.
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
249
Dostları ilə paylaş: |