KİtabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə5/12
tarix28.11.2016
ölçüsü3,72 Kb.
#315
1   2   3   4   5   6   7   8   9   ...   12

ƏDƏBİYYAT 
 
1. Az
ərbaycanda  informatikanın  təşəkkülü.-Bakı:”Letterpress”  nəşriyyat  evi,  2010.-
172 s. 

2.  İnformasiya  Texnologiyaları  İnstitutunun  2012-ci  il  üçün  hesabatı.  Bakı: 
“İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013.- 52 s. 
3. 
“İnformasiya, 
informasiyalaşdırma 
və 
informasiyanın 
mühafizəsi 
haqqında”Azərbaycan Respublikasının Qanunu.-Bakı, 1998.-10 s. 
4. Osman Gündüz. Az
ərbaycan İnternet Resursları.-Bakı, 2006. -250 s.  
5. www.ict.az 
6. www.science.gov.az 
 
Н.И.Исмаилов 
Ф.Назим гызы 
 
ОСНОВНЫЕ НАПРАВЛЕНИЯ ДЕЯТЕЛЬНОСТИ И 
ИНФОРМАЦИОННОЕ ОБЕСПЕЧЕНИЕ ИНСТИТУТА ИНФОРМАЦИОННЫХ 
ТЕХНОЛОГИЙ НАНА 
 
Р Е З Ю М Е 
В работе широко описываются проблемы основные направления деятельности 
и информационное обеспечениеИнститута информационных технологий Национальной 
академии  наук  Азербайджана.  Для  информационного  обеспечения  сотрудников 
института  необходимо  разработать  современную  информационную  службу. 
Информационная  служба  включает  в  себя  традиционную  библиотеку,  электронную 
библиотеку  и  бесплатный  доступ  к  Интернету  для  получения  необходимой 
информации,  а  также  интеллектуальный  информационный  фонд,  динамично 
формирующийся  на  основе CDN  технологий.  Сотрудники  института  подписаны  на 
англоязычные источники, такие как IEEE, ACM, а также имеют доступ к электронным 
журналам  авторитетных  издательств Springer,Blackwell.  Сотрудники  института 
регулярно  получают  информацию  о  международных  конференциях  и  мероприятиях 
проведенных в любое время и в любом месте в области ИТ. 
 
 
N.I.Ismaılov 
 
F.Nazim gizi 
 
THE MAIN ACTIVITIES AND INFORMATION PROVISION OF THE 
INSTITUTE OF INFORMATION TECHNOLOGY OF ANAS 
 
S U M M A R Y 
       The paper extensively covers the main activities and information provision of the 
Institute of Information Technology of the AzerbaijanNationalAcademy. To ensure the 
employees of the institute with scientific and technical information, modern information 
service  should  be  developed.  İnformation  service  includes  traditional  library,  electronic 
library, and free internet access to obtain the necessary information, CDN-based dynamic and 
intelligent information foundation. The Institute employees are subscribed to English-
language sources, such as IEEE, ACM, and e-journals of authoritative publishers such as 
Springer, Blackwell are available for them. The Institute employees are aware of regularly 
scheduled international conferences and events in the field of IT anytime and anywhere. 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
R
əşad QARDAŞOV                                                             
Bakı Dövlət Universiteti “Kitabxana 
                               
resursları və informasiya axtarış  
                                                   sisteml
əri” kafedrasının baş müəllimi  
 
 
İNFORMASİYALAŞDIRILMIŞ CƏMİYYƏT ŞƏRAİTİNDƏ 
KİTABXANAÇILIQ TƏHSİLİNDƏ YUKSƏK İNFORMASİYA 
TEXNOLOGİYALARININ TƏTBİQİ İSTİQAMƏTLƏRİ 
 
Açar sözl
ər:elektron katoloq,MARC formatı,kitabxanaçılıq təhsili,məlumat bazaları 
Ключевые  слова:электронный  каталог,  формат  MARC,  научная  библиотека, 
информационные базы данных. 
Keywords:electon calatog, MARC format, library science, information bases 
Az
ərbaycan xalqının milli sərvəti olan respublika kitabxanaları sənəd-
informasiya  resurslarının  toplanıb  saxlanılmasında  və  kütləvi istifadəsinin 
t
əşkilində mühüm rol oynayır. Qlobollaşan informasiya cəmiyyətinin təhlilinə 
uyğun  olaraq  Respublika  kitabxanalarının  hüquqi  maddi-texniki və  texnoloji 
bazası  durmadan  inkişaf  edir.Xüsusilə  müstəqillik ilində  kitabxana  işi 
haqqında  milli  qanun  qüvvəyə  minmiş  (1999  mart)və“ Azərbaycan 
kitabxanalarının  fəaliyyətinin  yaxşılaşdırılması”haqqında  Azərbaycan 
Respublikası  Prezidentinin  sərəncamı  kimi  vacib  dövlət hüquqi-normativ 
s
ənədlər qəbul edilmişdir.      

S
ərəncamda ölkənin iri kitabxanalarının elektron kataloqu və elektron 
kitabxanasının yaradılması vəzifələri irəli sürülmüşdür. Bu sərəncamda 2008-
2013-cü ill
ər üzrə  kitabxanalarının  inkişafının  dövlət proqramının  işlənməsi 
z
əruri istiqamət kimi müəyyənləşdirilmişdir.  
İndi  Respublikamızda  10  mindən çox kitabxana fəaliyyət göstərir. 
Onların  xeyli  hissəsində  müasir  informasiya  texnologiyalarına  əsaslanan 
internet resurs m
ərkəzləri–lokal və  qlobal  elektron  katoloq sistemləri 
yaradılır.  2008-ci ildə  işlənib təsdiq  edilmiş  dövlət  proqramlarında 
kitabxanaların  8  inkişaf  istiqamətlərində  biri də  vertual elektron katoloq 
sisteminin  yaradılması  problemidir.  Elektron  katoloqlaşdırmanın  oxucuların 
onlayın  rejimində  informasiya  axtarışlarında    və  kitabxana daxili proseslərin 
avtomatlaşdırılmasında  həlledici  rolu  vardır.  Hazırda  respublikanın  iri 
kitabxanalarında bir neçə avtomatlaşdırılmış kitabxana-informasiya sistemləri 
(AKİS) bazasında elektron kataloqlar işlənib tərtib edilmişdir.  
VTLS,İRBİS,FOLLET  kimi  dünyada  geniş  yayılmış  AKİS-lərin 
kataloqlaşdırma,avtomatlaşdırılmış  işçi  yerlərinin  yaradılması  deyilənlərə 
əyani nümunə ola bilər. 
T
əbii ki, kitabxanalar fəaliyyətində  günbəgün  inkişaf  edən yeni 
informasiya texn
ologiyaları,  o  cümlədən  elektron  kataloqlaşdırma  mürəkkəb 
texniki-
texnoloji  kompleks  olduğundan  bu  sahədə  ixtisaslı  kadr  hazırlığına 
obyektiv  ehtiyac  yaranmışdır.  Müasir  dövrdə  kitabxanalarda elektron 
kataloqun t
ətbiqi günün vacib məsələlərindəndir.Xüsusilə  ali məktəb 
kitabxanalarında bu işə xüsusi diqqət yetirilməlidir. 
XX 
əsrin 60-70-ci illərində  ABŞ-da  Kongres  kitabxanasının 
müt
əxəssisləri İnformasiyasının “Maşınla oxunan kataloqlaşdırma” (“Machine 
readeble catalalogina - 
MARC)  proqramını  işləyib  hazırladı.  Daha  sonra 
İngiltərə, Kanada bu proqramdan müştərək istifadə üçün təşəbbüs göstərdilər. 
Bel
əliklə, İngiltərədə UKMARC, Kanadada KANMARC versiyaları meydana 
g
əldi.  Hazırda  MARC  formatının  beynəlxalq  versiyası-UNİMARC 
yaranmışdır.  Həmin  MARC  formatları  həm  ayrı-ayrı  ölkələrda həm də 
dünyada vahid informasiya mübadil
əsini təmin etmək  üçün  yaradılan 
beyn
əlxalq biblioqrafik təsvir    formatlarıdır.  AKİS-lər də  həmin formatlara 
uyğun  təşkil  edilir,  onların  ümumi  İNTERFACE  zonası  (pəncərəsi) həmin 
formatlara 
əsaslanır,  iş  mexanizmi,  fəaliyyətin təşkili  strukturu  həmin 
formatlar 
əsasında qurulur. 
Dem
əli,  kitabxanaçılıq,  kitabxana  işi,  kitabxanaçılıq  təhsili verən 

əssisələr və subyektlər İnformasiya texnologiyaları sistemində kitabxana işi 
aspektind
ən yanaşərkən ilk növbədə MARC formatları, quruluşu, yaranması, 
müasir v
əziyyəti, inkişaf perspektivləri və onların məntiqi funksional davamı– 
texniki  reallığı  olan  AKİS-lər  haqqında  ətrafli məlumat verməli,  onların 
kitabxanaçı kadrlara , gələcəyin informasiya mütəxəssislərinə mənimsədilməsi 
üçün maksimum s
əy göstərməlidirlər. 

Onu da  qeyd ed
ək  ki,  hazırda  əksər kitabxanalarda kitabxana 
prosesl
əri  (kitab  verilişi,  sifarişi,  abunə,  kataloqlaşdırma,  komplektləşdirmə, 
dig
ər proseslər vəs.) məhz MARC formatları əsasında təşkil edilən AKİS-lər 
(VTLS, VİRTUA, Liber, Library, İRBİS vəs.) həyata keçirilir. Deməli, həmin 
texnologiyalar  ali  kitabxanaçılıq  təhsili prosesində  gələcək kadrlara 
m
ənimsədilməli olan ən  başlıca,  ən  əsas mərhələdir  ki,  ali  kitabxanaçılıq 
t
əhsili prosesində  informasiya-kommunikasiya  texnologiyalarından  bəhz 
ed
ərkən ilk öncə,  yuxarıda  qeyd  etdiyimiz  kimi  göstərdiyimiz texnoloji 
m
əsələləri dərin təhlil edilməlidir. Bu prosesdə  əksər  qabaqcıl  xarici  ölkə 
kitabxanalarının,  tədris müəssisələrinin təcrübəsindən, iş  üsulundan  da 
b
əhrələnmək vacibdir. 
Ali  kitabxanaçılıq  təhsili prosesində  informasiya-kommunikasiya 
texnologiyalarının  tətbiq edilməsi zəruri olan proseslərdən biri də  elektron 
kitabxanalar,  onların  yaradılması  sahəsidir. Məhz bu sahə  kitabxana  işi 
sah
əsində  informasiya-kommunikasiya  texnologiyalarının  köməyindən 
bilavasit
ə ən çox istifadə edən sahədir. Bu, tamamilə yeni, müasir anlayışdır 
v
ə həm kitabxanaçıdan, həm də kitabxanaçılıq təhsili müəssisəsində çalışan və 
bu  işlə  məşğul  olan  hər bir kəsdən maksimum texniki-informativ bilik tələb 
edir.  Elektron  kitabxanalar  informasiyalaşdırılmış  cəmiyyət  quruculuğunun 
sosial  sifarişidir.  Elektron  kitabxanalar  oxuculara  informasiya  xidmətinini 
kompüterl
əşdirilməsinin nəticəsi olub, ənənəvi kitabxanalara alternativ  bir 
qurum deyil, yalnız bir xidmət növüdür. 
Elektron kitabxanalar uzaq m
əsafədən  oxuculara  daha  dolğun 
informasiya xidm
əti göstərərək, bu xidmətin zaman və  məkandan  asılılığına 
son qoyur. Dem
əli, bütün bu proseslərdə informativ-kommunikativ vasitələrin 
əhəmiyyəti kitabxanaçılıq təhsilində həm tətbiq edilməli, həm də tələbələrə - 
g
ələcək informasioloqlara ətraflı izah olunmalıdır. 
Kitabxanaçılıq  təhsilinin  inkişafında  bütün  bunlar  nəzərə  alınarkən 
h
ərtərəfli təhlil edilməli, onun nəzəri və  praktiki tərəfləri,  inkişaf 
qanunauyğunluqları və çatışmazlıqları aşkara çıxarılmalıdır. Elə kitabxanaçılıq 
t
əhsilinin  inkişafında  elektron  kitabxanaların  təcrübi  əhəmiyyəti də  bu 
aspektd
ə  böyük məna kəsb edir və  onun məntiqi  davamını  belə  şərh etmək 
olar: 
Elektron kitabxanalar müasir veb-texnologiya 
əsasında  fəaliyyət 
göst
ərir. Veb-texnologiya lokal və uzaqda yerləşmiş informasiya ehtiyatlarının 
inteqrasiyasını  təmin  edir.  Axtarış  və  naviqasiya vasitələri onun mühüm 
elementidir.  Axtarış  aparatı  oxucu  sorğusu  əsasında  informasiya  ehtiyatının 
veril
ənlər  bazasında  axtarış  aparmağı  təmin edən  xüsusi  modullarından 
ibar
ətdir. Naviqasiya elementləri isə  konkret sənədə  və  ya sənədin konkret 
hiss
ələrinə istinadı təmin edənhiperistinad siyahısından ibarətdir. 
Bel
əliklə, informasiyalaşdırılmış cəmiyyətdə oxucu sorğularının tam və 
dolğun ödənilməsi üçün mövcud kitabxanaların qarşısında çox mühüm tələblər 

durur. Kitabxanaların oxuculara xidməti ilə əlaqədar olaraq yeni funksiyaları 
müasir t
ələblər səviyyəsində yerinə yetirmək günün əsas tələblərindən biridir. 
Kitabxanaçılıq  təhsili və  informasiya-kommunikasiya vasitələri 
sistemind
ən bəhs edərkən müasir kitabxana işində və informasiya tələbatının 
t
əmin edilməsində  həlledici rollardan birini oynayan verilənlər  bazalarından 
danışmalıyıq.  Çünki verilənlər  bazaları  müasir  texnologiyanın  ixtirası, 
kitabxana  işi  sahəsində  əhəmiyyətli kəşflərdən  biridir.  Onların  hərtərəfli 
m
ənimsənilməsi və  təhsil prosesində  tədrisi son dərəcə  vacibdir, çünki 
g
ələcəyin  kitabxanaşünas-informasioloqu mütləq verilənlər  bazaları  ilə 
işləyəcək və  istehsalatda  bununla  qarşılaşacaq.Ümumiyyətlə  kitabxanaçılıq 
t
əhsilinə  verilən tələblərdən  danışarkən dünya təcrübəsinə  müraciət etmək 
lazımdır.Bu barədə ABŞ təcrübəsinə müraciət etmək lazımdır. 
H
əmin verilənlər bazalarından bir neçəsi barədə bəhs edək: 
1) Science Direct: bu, tamm
ətnli verilənlər bazasıdır ki, 2 500-dən artıq 
jurnal m
əqalələrini, kitab fəsilləri və 11 000-dən çox kitabı təqdim edir; 
2) EBSCO: dünyada çox m
əşhur məlumat bazasıdır ki, onun vasitəsilə 
tamm
ətnli elektron jurnal, elektron kitablar, verilənlər  bazaları  və  s. istifadə 
etm
ək olar. Onu da qeyd edək ki, EBSCO tammətnli məlumatlar  bazası 
haqqında  təhsil  ocaqları,  kitabxanaçılıq  təhsili müəssisələrində  hərtərəfli 
m
əlumatlar verilir və  onun vasitəsilə  xarici  məlumat nəşrləri, elektron 
informasiya daşıyıcılarının biblioqrafik təsviri və s. izah edilir; 
3) ProQuest: dünyada 
ən böyük elektron kitabxana Ann-Arborda 
(ABŞ-ın Miçiqan ştatı) yerləşmiş “ProQuest” şirkətinə məxsusdur. Bu elektron 
kitabxana minl
ərlə  dövri nəşri,  dissertasiyasını,  kitab  və  digər çap əsərini 
özünd
ə əks etdirir; 
4) Willey-Black Well: 2007-ci ild
ə iki böyük naşir “John Willey” və 
“Black Well” birl
əşdi və Willey-Black Well verilənlər bazası yarandı. Hazırda 
o, dünyanın ən məşhur universitet və professional naşirlərindən biridir. 
Bundan  başqa,  kitabxanaçılıq  təhsilində  informasiya-kommunikasiya 
texnologiyalarının  tətbiqi sistemində  verilənlər  bazalarının  yerini, 
əhəmiyyətini, yüksəkliyini digər verilənlər  bazalarının  adlarını  çəkməklə  də 
göst
ərmək olar: 
5) MathsciNet; 
6) Sage Journals Online; 
7) Scopus; 
8) Isi Web of Knowledge; 
9) Eudnot Web; 
10) IEEE (Institute of Electical and Electronics Engineers); 
11) ACM (Assosiation for Computing Machinery); 
12) ACS (American Chemical Society); 
13) `AIP (American Institute of Physics) v
ə s. kimi verilənlər bazaları 
informativ-kommunikativ vasit
ələrin və  texnologiyaların  köməyi ilə  təşkil 
edilir,  yaradılır,  əsas məqsəd və  funksiyaları  həyata keçirir (110). Eyni 

zamanda,  kitabxanaçılıq  təhsilinin inkişafında  informasiya-kommunikasiya 
texnologiyalarının  inkişafı  məsələlərindən bəhs edərkən, təsnifatlaşmanın 
kompüterl
əşdirilməsi  işini  həyata keçirməyin vacibliyindən  danışmaq  yerinə 
düşərdi. Lakin çox təəssüflər olsun ki, hələ  bu  iş  ürəkaçan vəziyyətdə 
informativ v
ə  kommunikativ vasitələrin köməyi ilə  elektronlaşdırılmamış, 
yalnız mətn tipli və ayrı-ayrı cildlərlə mövcud olaraq istifadəsi xeyli çətinləşir.  
İnformativ-kommunkativ vasitələri: kompyuter, kompyuterin texniki 
proqram t
əminatı,  informasiya  bazaları,  veb-texnologiyalar, digər texnoloji 
vasit
ələr vəs.  Köməkliyi ilə  informasiya cəmiyyətinin qlobal xarakteri 
z
əiflədilmişdir.  Bu  o  deməkdir ki, təmin edilməsi mümkünsüz hesab edilən 
informasiya axınının qarşısı həmin texnologiyaların köməkliyi ilə alınmış və 
bel
əliklə  qloballıqdan  əsər-əlamət demək  olar  ki,  qalmamışdır.  Bunu  nə  ilə 
sübut etm
ək olar? Bu suala cavab vermək üçün 60-70 il öncəyə  qayıdax. 
H
əmin tarixdə tutaq ki, Avropa qitəsinin hansısa nöqtəsindən məlumat, mətn 
v
ə ya elektron formada olan hər hansı informasiyanı Azərbaycanın hər hansı 
bölg
əsinə  bir-neçə  çatdırmaq  olardımı?  Cavabı  çox  sadədir-xeyr! Beləliklə 
bunu kimi yüzl
ərlə misala istinad edərək yuxarıdakı məsələni tam aydınlaşdıra 
bil
ərik.  Bir  sıra  ölkələrdə:  ABŞ,  Fransa,  İngiltərə, Meksika, Almaniya, 
Danimarka,  İtaliya,  Çin,  Türkiyə  ali  kitabxanaçılıq  təhsili proseslərini 
izl
əyərkən məlum olur ki, Kommunikasiya və  informasiya vasitələri həmin 
prosesin alt v
ə üst bazisini təşkil edir. Bu prosesdə həmin vasitələrin yerinin
rolunun  d
əyərləndirilməsi baxımından əhəmiyyəti böyükdür. 
H
əmin məlumat 
bazalarında 
informasiyanın 
yaradılması, 
yerl
əşdirilməsi və  hazırlanması  qaydaları  mürəkkəb mexanizmə  əsaslanır  və 
h
əmin mexaizmin strukturu kitabxana mütəxəssisləri tərəfindən gələcək 
müt
əxəssislərə  öyrədilməli,  ali  kitabxanaçılıq  təhsili müəssisəsinin həyata 
keçirm
əsi vacib olan əsas iş istiqamətlərindən biri olmalıdır. 
XX 
əsrin son onilliyində  informasiya və  kommunikasiya texnolo-
giyalarının  cəmiyyətin  inkişafına  təsir göstərən  əsas amillərdən birinə 
çevrilm
əsi,  informasiya  texnologiyalarının  sürətli inkişafı  cəmiyyətin 
informasiya  quruculuğu  mərhələsinə  qədəm qoymasına  şərait yaratdı. 
İnformasiyalaşdırılmış cəmiyyətdə informasiya əmtəəyə çevrilərək onu inkişaf 
etdir
ən əsas məhsuldar qüvvə kimi çıxış edir, nəticədə sənaye cəmiyyətindən 
informasiya c
əmiyyətinə  keçid  baş  verir.  Belə  bir dövrdə  kitabxanalar bə-
şəriyyətin mədəni elmi irsinin qoruyucusu,  yaradıcısı  və  ən  əsası,  müasir 
informasiya sisteml
əri ilə birbaşa əlaqə yarada biləcək mərkəz olmağa doğru 
inkişaf edir. 
Kitabxana  şəbəkələrində  elektron  ehtiyatların  kataloqlaşdırılması 
problemi daha mür
əkkəb  xarakter  daşıyır.  Bu  zaman  elektron  ehtiyatların 
t
əkcə  əldə  edilməsi, yerləşdirilməsi,  İnternetdə  istifadəsi, təqdim edilməsi 
deyil, h
əm də bütün informasiyanın həcminə görə kataloqlaşdırılması nəzərə 
alınmalıdır.  Bunları  nəzərə  almadan bütün sənəd-informasiya  ehtiyatlarının 
kataloqlaşdırılması  mümkün  deyildir.  Bu  isə  bir  sıra  sənədlərin  işlənmə  və 

istifad
əetmə  məhdudluğuna  səbəb olur. Buna görə  də  elektron informasiya 
kütl
əsini düzgün müəyyənləşdirəcək iki cəhəti:  elektron  ehtiyatların 
kataloqunn  yaradılması  və  internetə  verilən  kataloq  ehtiyatlarının  təşkilini 
xüsusi n
əzərə almaq lazımdır. 
Bel
ə  nəticəyə  gəlmək olar ki, müasir dövrdə  kitabxanalarda yeni 
kitabxana-
informasiya  texnologiyalarının  tətbiqi, kitabxana-biblioqrafiya 
prosesl
ərinin  avtomatlaşdırılması  ənənəvi kataloq və  kartoçkaların  elektron 
formaya keçirilm
əsini  zəruri  edir.  İnformasiyanın  toplanması,  məlumat ba-
zalarının  yaradılması,  saxlanması,  işlənməsi, axtarışı  və  mübadiləsi üçün 
kitabxanalarda avto
matlaşdırılmış informasiya axtarışı sistemləri tətbiq edilir. 
Elektron kataloqla
rın  yaradılması  sahəsində  görülən  işlər,  İnternet  vasitəsilə 
beyn
əlxalq informasiya şəbəkəsində axtarışlar aparılması, informasiyaya çevik 
v
ə sürətli çıxış kitabxanalarda informasiya-biblioqrafiya xidmətinin yeni for-
ma
larının tətbiqini tələb edir. 
 
ƏDƏBİYYAT 
 
1. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azər-
baycan Respublikasının Qanunu // "Azərbaycan" qəz., 1998, 23 iyun. 
2.  “Kitabхana  işi  haqqında”  Azərbaycan  Rеspublikasının  Qanunu//  “Azərbaycan” 
q
əzeti, 1999,14 mart. 
3. “M
ədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanunu // Xalq qəzeti, 1998, 
18 aprel. 
4. Az
ərbaycanda  Rеspublikasında  kitabхana-informasiya sahəsinin 2008-2013-cü 
ill
ərdə  inkişafı  üzrə  “Dövlət  Proqramı”nın  təsdiq edilməsi barədə  Azərbaycan  Rеspublikası 
P
rеzidеntinin Sərəncamı // “Pespublika” qəz., Bakı, 2008,  7 oktyabr. 
5. Az
ərbaycanda kitabхanaların fəaliyyətinin yaхşılaşdırılması haqqında Azərbaycan 
Rеspublikası Prеzidеntinin sərəncamı // “Azərbaycan” qəz., Bakı, 2007,  21 aprеl. 
6. Az
ərbaycan təhsili  ХХI  əsrin  astanasında:  Azərbaycan  Rеspublikası  Təhsil 
Nazirilyinin  sifarişi  ilə  çap  оlunmuşdur  /  Tərt.  еd:  R.Ağamalıyеv,  rеd.:  Ə.Quliyеv; 
Az
ərbaycan Rеspublikası Təhsil Nazirilyi. Bakı: Çaşıоğlu, 1998, 32 s. 
7. Abbasov A v
ə b. İnformatika, telekomunikasiya, radioelektronika üzrə terminoloji 
lüg
ət. Bakı, 2004, 295 s. 
8.İsmayılov X.İ. Kitabxana-informasiya texnologiyaları: Dərs vəsaiti. Bakı, «Nurlar» 
n
əşriyyat-poliqrafiya mərkəzi, 2009.- 312 səh. 
9.Rüst
əmov  Ə.,  Baxşəliyev  Z.  Elektron  kitabxanaların  formalaşdırılmasının  bəzi 
m
əsələləri // Kitabxanaşünaslıq və biblioqrafiya.- 2002.- №2.-s.39-49. 
10.Rüst
əmov  Ə.,  Mustafayeva  N.  Respublika  kitabxanalarında  əsas proseslərin 
avtomatlaşdırılması // Kitabxanaşünaslıq və biblioqrafiya.- 2007.- №2.- s.15-27 
11.Rüst
əmov  Ə.,  Mustafayeva  N.:  Avtomatlaşdırılmış  kitabxana-informasiya 
sisteml
əri və şəbəkələri (nəzəri və metodiki məsələlər).-B., 2007.-124-135 s. 
12.X
ələfov  A.A.,  Qurbanov  A.İ.:  Kitabxanaların  kompüterləşdirilməsinin  əsasları: 
D
ərslik.-B.: Bakı Universiteti nəşriyyatı, 2007.-200 s 
13.X
ələfov A.A., Hüseynova A.S.: Elektron kataloqun əhəmiyyəti və  təşkili 
prinsipl
əri//Bakı Universitetinin Xəbərləri (humanitar elmlər seriyası).- 2004.-№4.-s.288-290. 
14.X
ələfov A.A., Mehdiyeva N.D.: BDU-nun Elmi Kitabxanasının  elektron 
kataloqu/Bakı Universitetinin Xəbərləri (humanitar elmlər seriyası).- 2007.-№3.-s.198-201. 
 

 
Р.Гардашов 
ПРИМЕНЕНИЕ ИНФОРМАЦИОННЫХ И КОММУНИКАЦИОННЫХ 
ТЕХНОЛОГИЙ В БИБЛИОТЕЧНОМ ДЕЛЕ 
 
РЕЗЮМЕ 
В  статье  обсуждаются  требования  библиотековедения.  Исследовались  также 
применение информационных и коммуникационных технологий в библиотечном деле. 
Здесь говорить о отраженных практики США в развитие образования в нашей стране. 
 
R.Gardashov 
THE USE OF INFORMATION AND COMMUNICATION  
TECHNOLOGIES IN LIBRARIES 
 
SUMMARY 
İn  this  article  discussed  the  requirements  of  library  science.  Also  investigated  the 
application of information and communication technologies in library science. Here talk about 
reflected  USA practices in the development of education in our country. 
 
 
 
 
 
 
 
 
 
İradə ƏLİYEVA  
AMEA-
nın MEK-nın dissertantı 
 
EKOLOGİYA VƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSI ÜZRƏ 
CARİ BİBLİOQRAFİK VƏSAİTLƏR SİSTEMİNİN BƏZİ 
XÜSUSİYYƏTLƏRİ 
 
Açar sözl
ər:  ekologiya,  ətraf mühitin mühafizəsi, sənəd kütləsi, sənəd  axını,  cari 
biblioqrafik v
əsait, kitab salnaməsi, jurnal məqalələri salnaməsi, qəzet məqalələri salnaməsi, 
Birillik Az
ərbaycan  kitabiyyatı,  Kitab  Palatası,  M.  F.  Axundov  adına  Azərbaycan Milli 
Kitabxanası 
Ключевые  слова:  экология,  охрана  окружающей  среды,  докумен-тальный 
массив,  документальный  поток,  текущее  библиографическое  пособие,  книжная 
летопись,  летопись  журнальных  статей,  летопись  газетных  статей,  Ежегодник 
азербайджанской  книги,  Книжная  палата,  Азербайджан-ская  национальная 
библиотека им. М, Ф. Ахундова.  
Keywords:  ecology, environment protection, documentary array, documentary 
stream,  current  bibliographical index, book chronicle, chronicle of magazine articles, 
chronicle  of  newspaper articles,Book yearly of Azerbaijan, Book Chamber, Azerbaijan 
National Library named M.F.Axundov 
XX 
əsr ekologiya elmininn və  ətraf mühitin mühafizəsi sahəsində 
f
əaliyyətin  geniş  vüsət  aldığı  bir  dövr  kimi  qiymətləndirilməlidir. Çünki bu 

dövr dünya miqyasında əhalinin artması və bu artan əhali üçün əvvəllər insan 
yaşamayan  ərazilərin  yaşayış  yerlərinə  çevirilməsi, bir vaxtlar ancaq Qərbi 
Avropaya v
ə  Şimali  Amerikaya  xas  olan  sənayeləşminin  qlobal  xarakter 
alması və bu yolla sənaye müəssisələri tikmək, xammal əldə etmək, tullantıları 
buraxmaq prosesind
ə  daha  artıq  ərazilərin bioloji mühitinin məhv  olması  və 
çirkl
ənməsi, Birnci və  İkinci  Dünya  Müharibəsi də  daxil  olmaqla  ardı-arası 
k
əsilməyən müharibələrin  ətraf mühitə  dəhşətli dərəcədə  ziyan  vurması   
s
əciyyəvidir. 
Ətraf mühitə  ən güclü təsir göstərən  əhali  artımı  məsələəsinə  diqqət 
yetirs
ək aşağıdakı faktların şahidi olarıq. 
Bizim  eranın  başlanğıcında  yer  üzərində  300  mln.  insan  yaşayırdı. 
Sonrakı illərdə isə bi rəqəm aşağıdakı kimi dəyişdi: 
I minilliyin sonu-
400 mln. nəfər. 
1500-cü il - 500 
mln. nəfər 
1820 –ci il- 1 
mlrd. nəfər 
1900-cu il-1,6 
mlrd. nəfər 
1960-
cı il-3 mlrd. nəfər 
1993-cü il-5,65 
mlrd. nəfər 
1999-cu il-6 
mlrd. nəfər 
2003-cü il-6,3 
mlrd. nəfər 
2006-
cı il-6,5 mlrd. nəfər 
2010-cu il-6,8 
mlrd. nəfər 
2011-ci il-7,0 
mlrd, nəfər 
Proqnozlara gör
ə, 2050-ci ildə dünya əhalisi 9 mlrd., 2100-cü ildə 10 
mlrd. n
əfər olacaq. ( 3; 4). 
T
əkcə əhali artımı ilə bağlı bu rəqəmlər dünya miqyasında təbii mühitə 
nec
ə  ağır  yük  düşməsi və  gələcəkdə  ekoloji problemlərin necə  də 
k
əskinləşəcəyi barədə təsəvvür yaradır. Bundan əlavə, qlobal miqyasda səaye 
m
əhsulunun istehsalı, ətraf mühitə atılan tullantıların çoxalma dinamikası, bu 
sah
ə üzrə statistik göstəricilər də ətraf mühitlə bağlı təhlükənin necə artmasını 
sübut edir. M
əsələn, hal-hazırda dünya  miqyasında havaya buraxılan tullantı 
qazların tərkibində olan bərk tullantıların miqdarı 60 mln. tondan artıqdır. Hər 
il dünya miqyasında havaya buraxılan tullantı qazların tərkibində 100 mln ton 
kükürd iki oksid v
ə 70 mln ton azot oksidi olur ki, bunlar ətraf mühütə ciddi 
ziyan  vuran  turşulu  yağışların  əmələ  gəlməsinə  səbəb olur. Amerikan 
aliml
ərinin tədqiqinə əsasən, son 200 ildə dünyada 900 min növdən çox bitki 
v
ə heyvanın nəsli kəsilmişdir.  
(http://www.grandars.ru/shkola/geografiya/globalnye-ekologicheskie-
problemy.html) 
Bütün bu prosesl
ər  həm lokal şəkildə, ayrı-ayrı ölkələrin miqyasında, 
h
əm də  qlobal  şəkildə  ekologiyaya verilən diqqətin  artmasına,  informasiya 
t
ələbatının intensivləşməsinə  səbəb olur ki, həmin diqqət özünü aşkar şəkildə 

bu sah
ə  üzrə  sənəd-kommunikasiya sistemlərində  gedən proseslərin 
intensivl
əşməsi,  sənəd kütləsinin çoxalması, sənəd axınının artması ilə özünü 
büruza verir. Bel
ə  bir vəziyyətdə  təbii ki, ekologiya və  ətraf mühitin 
mühafiz
əsinin biblioqrafik təminat məsələləri də artan aktuallıq kəsb edir. 
Ekologiya v
ə  ətraf mühitin mühafizəsi üzrə  informasiya tələbatının 
artması  və  sahə  üzrə  sənəd-kommunikasiya  sisteminin  inkişafı  bu  sahənin 
biblioqrafik vasit
ələr  sisteminin  inkişafının  əsas  şərtidir. Sahə  üzrə  sənəd-
kommunikasiyalar sisteminin t
ərkibində  sənəd  axınının  xüsusi  əhəmiyyəti 
vardır. Bu axın ən müxrəlif nəşriyyatların, dövlət və qeyri-dövlət qurumlarının  
n
əşr  etdiyi  kitblardan  və  digər monoqrafik məşrlərdən, o cümlədən elmi-
texniki hesabatlardan v
ə  konfrans    materiallarından,  normativ-texniki 
s
ənədlərdən,  ən müxtəlif dövri və  ardı  dfavam  edən nəşrlədən ibarətdir. 
H
əmin sənəd axını daim inkişaf edir və özündə bu elm və fəaliyyət sahələrinin  
yeni istiqam
ətlərini  əks etdirir. Bu sahə  üzrə  fəaliyyət göstərən 
müt
əxəssislərin,  təhsil  alan  şəxslərin yeni sənədlərə  olan tələbatının  
öd
ənilməsində  sənəd  axınını  əks etdirən biblioqrafik vəsaitlərin mühüm 
əhəmiyyəti vardır. 
Cari biblioqrafik v
əsaitlər müxtəlif təşkilatlar tərəfindən hazırlansa da. 
onun 
əsas  funksiyası  tələbatçılara  yeni  çıxan  əsərlər barədə  məlumat 
verm
əkdən ibarətdi. Cari biblioqrafik vəsaitlər müxtəif təyinatlı olur.  Onların 
ən geniş yayılmış növləri  rəsmi dövlər uçot-qeyd vəsaitləri, digərləri ayrı-ayrı 

əssisə və təşkilatların nəşr məhsulunu əks etdirən vəsaitlərdir.  Bu vəsaitlər  
özünd
ə sənədləri müxtəlif dərinlikdə əks etdirirlər. Onlar sənəd axınını  bəzən 
mümkün q
ədər tam. bəzən isə seçmə qaydada əks etdirirlər. Müəyyən çoğrafi 
ərazidə  meydana gələn sənəd  axınının  əks etdirilməsi uçot-qeyd dövlət 
biblioqrafik v
əsaitlərinin  funksiyasıdır.  Belə  vəsaitlər müxtəlif ölkələrdə 
müxt
əlif müəssisələr və  təşkilatar  tərəfindən  hazırlanıb  nəşr  edilir.  Bir  çox 
ölk
ələrdə bu iş milli kitabxanalar,  bəzi yerlərdə özəl şirkətlər  və ya xüsusi 
olaraq t
əşkil  edilmiş  dövlət  qurumları  tərəfindən yernə  yetirilir. Sonunculara 
mi
sal  olaraq  keçmiş  SSRİ-də, sonraki dövrdə  isə  yeni Müstəqil  Dövətlər 
Birliyind
ə  fəaliyyət göstərən  kitab  palatalarnı  göstərmək olar. Ökədə  çap 
olunan bütün n
əşriyyat məhsulunun mütləq nüsxələri kitab palatalarına daxil 
olur v
ə həmin nüsxələrdən milli çap məhsulunun toxunulmaz fondu yaradılır. 
El
əcə də, həmin məhsul analtik –sintetik şəkildə işlənilir.  
Özünd
ə  digər elm sahələri ilə  yanaşı  ekologiya  və  ətraf mühitin 
mühafiz
əsi üzrə sənədləri də əks etdirən universal xarakterli uçot-qeyd (milli) 
biblioqrafik  v
əsaitlər sistemi uzun təkamül  prosesi  keçmişdir.  Nəticədə, 
dünyanın  bir  çox  ölkələrində  bu tipli  cari biblioqrafik vəsaitlərin nisbətən 
sabit  sistemi  formalaşmışdır.  Qeyd  edək  ki,  Rusiya  Kİtab  Palatasının 
ənənələrinə  əsaslanmaqla  keçmiş  sovet  məkanında,  eləcə  də  Azərbaycanda 
kitab palatası yaradılmış və cari dövlət uçot-qeyd vəsaitləri sitemi yaradılaraq 
unkişaf etdirilmişdi.  Belə vəsaitlərin əsas növlərinə kitabları, jurnal və qəzet 
m
əqalələrini,  disertasiyaları, rəylər və s.əks etdirən salnamələr (göstəricilər) 

aid edilir.SSRİ döründə həmin vəsaitlərdə  İttifaqın bütün respublikalarında, o 
cüml
ədən Azərbaycanda    çap  edilmiş  kitablar,    müdafiə  edilmiş 
dissertasiyalar,  d
ərc  edilmiş  məqalələr, rəylər, təsviri nəşrlər öz əksini 
tapmışdı.  Sənədin həmin vəsaitdə  əks  olunması  üçün  əsas meyar onun  rus 
dilind
ə olması idi.  
Vaxtı ilə Azərbaycanda formalaşmış cari uçot-qeyd biblioqrafik nəşrlər 
sistemi is
ə  bu hissələrdən ibarət  idi:1. Kitab salnaməsi. 2.Jurnal məqalələri 
salnam
əsi. 3. Qəzet məqalələri salnaməsi. 4. Rəylər salnaməsi. 5, Not 
salnam
əsi. 6.Təsviri nəşrlər salnaməsi. “Birillik Azərbaycan kitabiyyati” 
göst
əricisi isə  operativlik baximindan cari vəsaitlərə  uyğun  gəlməsə  və 
retrospektiv v
əsait  olsa  da,  onu  ardı  davam  edən vəsait kimi qəbul etmək 
mümkün
dür.  Adı  çəkilən vəsaitlərin  hamısı  uzun  müddət  ərzində  ayliq nəşr 
edilmişdir.  Eləcə  də  həmin cari salnamələr ümumi bir formada Azərbaycan 
m
ətbuat salnaməsi adi altinda toplanaraq nəşr edilirdi. (1) 
Keçmis  sovet  republikalarında  və  Azərbaycanda kitab palataları 
t
ərəfindən  hazırlanıb  nəşr  edilən cari dövlət uçot-qeyd vəsaitləri sitemində  
ekologiya v
ə ətraf mühitin mühafizəsi üzrə sənədlərin təqdim edilməsi xüsusi 
t
əsnifat sisteminə  uyğun  olaraq    təqdim edilirdi. Bir neçə  dəfə 
t
əkmilləşdirlməklə  nəşr  edilmiş,  son  variantı  1986-cı  ildə  çapdan  çıxmış  
“SSRİ-də  kitab nəşri  üçün  ədəbiyyatın  vahid  təsnifat sistemi”  adlanan bu 
t
əsnifat özündə  bütün elm və  fəaliyyət sahələrini, eləcə  də.  ətraf mühitin 
mühafiz
əsi və  ekologiyaya dair ədəbiyyatı da əks etdirirdi.(5) 
Bu t
əsnifat  Ümumittifaq  Kitab  Palatası  tərəfindən dövlət uçot-qryd 
biblioqrafiyası  orqanlarında,  mərkəzləşdirilmiş  kataloqlaşdırma,  mətbuat 
statistikası və kitab ticarəti müəssisələri üçün nəzərdə tutlmuşdu.  Bu təsnifat 
50 bölm
ədən və onun daxilində çox sayda yarımbölmələrdən  ibarətdir. Bizim 
üçün maraq k
əsb edən o faktdır ki, ekologiya  və ətraf mühitin mühafizəsinə  
dair 
ədəbiyyat  əsasən 15-ci bölmə  -  Təbiət elmləri bütövlükdə, 18-ci  -Yer 
haqqinda elml
ər və  19-cu Bioloji elmlər bölmələrində  öz  əksini 
tapmışdır.Həmin təsnifat indi də  təkminləşmiş  şəkildə  Rusiyada və  bir  sıra 
MDB ölk
ələrində  istifadə  olunur. Burada həmin təsnifat həm nəşriyyatlarda, 
h
əm kitab palatalarinda,  həm də kitab ticarəti orqanlarında tətbiq edilirdi. İndi 
onun daha t
əkminləşmiş  variantı  üzərində  işlər davam etdirilir. Bu 
salnam
ələrdə ekelogiya üzrə sənədlərin təsvir xüsusiyyətləri  ilə tanış olmaq 
üçün Ümumittifaq Kitab Palatasının nəşr etdirdiyi “Kitab salnaməsi”nin 1977-
ci il 7-ci nömr
əsinə  nəzər salaq. Bu salnamənin 17.6-“Kənd  təsərrüfatı 
bitkil
ərinin qorunması” bölməsində ekologiyaya dair əsəsrin aşağıdakı təsviri 
verilmişdir. 
Ушатинская  Р.С.  Экология  и  физиология  колорадского  жука  /  Р. 
С. Ушатннская, Г. Г. Пирковский; АН СССР, Ин-т эволюц. морфологии и 
экологии  жнвотных им. А. Н. Северцова. – М,: «Наука ,1976.-131 с. : ил.;  
21 см. и Jt.; 21 см . – Cписок лит.в конце статей с. 113-130.  -66 к.   2.150 
экз.-[76-61590]п.632.768.12  

Az
ərbaycan sənəd-informasiya tələbatçılarının  ekologiya  və  ətraf 
mühitin mühafiz
əsi üzrə biblioqrafik təminatında SSRİ, indi isə Rusiya Dövlət 
Kitab  Palatasının  cari  vəsaitlər sistemi öz mövqeyini və  əhəmiyyəti 
saxlamaqdadır.  
Oxşar  misallara  Azərbaycanda nəşr  olunmuş  “Kitab  salnaməsi”nin, 
“jurnal m
əqalələrinin salnaməsinin”, “Qəzet məqalələrinin salnaməsinin” 
sahif
əsələrində  də  rast gəlmək mümkündür.  Lakin təəsüf ki, Azərbaycan 
Dövl
ət  Kitab  Palatasının  fəaliyyətinin  dayanması  nəticəsində  ölkədə  çap 
m
əhsulunun rəsmi uçot-qeyd biblioqrafik vəsaitlərinin nəşri dayanmışdır və bu 
iş heç bir müəssisə tərəfindən həyata keçirilmir.  
T
əqribən on illik fasilədən sonra, 2005-ci ildən etibarən Azərbaycanda  
keçmiş  Palatanın  fəaliyyətinin bəzi istiqamətləri qismən dirçəldilməyə 
başlamışdır  Bu  zaman  həmin  işin  tərkib hissəsi kimi “Birillik Azərbaycan 
kitabiyyatı”nın nəşri bərpa edilmişdir. Bu işi  yerinə yetirən M. F. Axundov 
adına Azərbaycan Milli Kitabxanası  nəşr etdirdiyi uçot-qeyd biblioqrafiyası  
orqanı  olan  “Birillik  Azərbaycan  kitabiyyatı”nda    ədəbiyyatın 
t
əsnifləşdirilməsi üçün yuxarida adi çəkilən təsnifatdan imtina etdi və UOT-u 
t
ətbiq  etməyə başladı. .Hal-hazırda kitabxana tərəfindən buraxılan bütün cari 
v
əsaitlərdə  ədəbiyyatın  təsnifatı  üçün  UOT-dan istifadə  edilir. “Birillik 
Az
ərbaycan  kitabiyyatı”nda    ətraf mühitin mühafizəsinə  dair kitablar  öz 
əksini 55, 57 və 63-cü bölmələrdə tapmışdır. Həmin bölmələrdə ətraf mühitin 
qorunmasının bioloji- coğrafi və digər aspektlərinə dair kitablar da öz əksini 
tapır.    Nümunə  üçün “Birillik Azərbaycan  kitabiyyatı”nın  2001-ci il 
buraxılışına müraciət edək.  
V
əsaitin “63 Kənd təsərrцfatı.  Meшə  tяsərrцfatı.  Ovçuluq.  Balıq 
t
əsərrü-fatı” bölməsində bu kitab əz əksini tapmışdır: 
844.  Əмirov,  F.  Meшələrin ekoloji rolu [Mətn]  /Faiq  Əмirov.–  B.: 
Az
ərbaycan, 2001.- 238, (2) s.: şək.; 22 sм.- Biblioqr.: s. 223-233 (175 ad.).- 
Xülas
ə rus və ing. dillərində.- Müq. q., 400 nüs. (cildli).- [2001-69910]. 
          
Göründüyü kimi,kitabın təsviri biblioqrafik metodikaya uyğundur.  
Ekologiya v
ə ətraf mühitin mühafizəsi üzrə cari biblioqrafik vəsaitlər  
sisteminin dig
ər bir istiqaməti ayrı-ayrı kitabxanaların fonduna daxil olan yeni 
ədəbiyyatı  əks etdirən biblioqrafik göstəricilərdir. Respublikada belə 
göst
əricilər əsasən ölkə əhəmiyyətli böyük kitabxanalar tərəfindən hazirlanib 
n
əşr  edilir.  Hal-hazırda  bu  sahədə  təqdim edilən  informasiyanın  həcmi və 
dövriliyi    baxımından  xüsusi  qeyd  edilən  vəsait Axundov adina Milli 
Kitabxana t
ərəfindən nəşr  edilən “Yeni kitablar”  biblioqrafik göstəricidir. 
H
əmin vəsait 2007 –ci ildən nəşr  edilir.  Bu  vəsaitdə  materiallar 65 tematik 
bölm
ədə qruplaşdırılmışdır və ekeologiyaya dair kitablar əsasən 21. Bilologiya 
elml
əri bölməsində  əks edilir. Burada həm Azərbaycanda,  həm də  xarici 
ölk
ələrdə  dərc edilərək  kitabxananın  fonduna  daxil  olan  Azərbaycan, rus, 
ingilis,  türk,  fransiz v
ə s.dillərdə ədəbiyyat öz əksini tapmışdır.  Misal üçün 
v
əsaitin 2013-cü il buraxılışına müraciət edək: 

118. Azf-272801  
Ekologiya [M
ətn]: ali məktəblər üçün dərslik  /F.Əliyev,  A.Bədəlov, 
E.Hüseynov,  F.Əliyev;  elmi  red.  B.Budaqov  (rəyçi); red.: M.Babayev, 
N.M
əmmədov, F.Mustafayev; elmi məsl.:  Ə.Əsgərov [və  b.].-  Bakı:  Elm, 
2012.- 828 s.  (2). 
Yuxarıda  qeyd  edilən faktlar və  təqdim edilən nümunələr  ekologiya 
elmi v
ə ətrəf mühitin mühafizəsi üzrə sənəd axınının cari və ardı davam edən 
v
əsaitlərdə  əks edilməsi xüsusiyyətləri barədə  müəyyən təsəvvür  yaradır. 
Lakin qeyd eym
ək  lazımdır  ki,  ölkəmizdə  bu mövzuya dair sənəd  axınının, 
xüsus
ən də dövri nəşrlərdə dərc edilmiş materiallrın, bu mövzuya dair müdafiə 
edilmiş dissertasiyaların (onların avtoreferatlarının) biblioqrafik baxımdan əks 
edilm
əsi məsələsi təssüf ki, tam həll edilməmişdir və bu istiqamətdə hələ çox 
iş görülməlidir. 
 
Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin