ƏDƏBİYYAT
1. Az
ərbaycanda informatikanın təşəkkülü.-Bakı:”Letterpress” nəşriyyat evi, 2010.-
172 s.
2. İnformasiya Texnologiyaları İnstitutunun 2012-ci il üçün hesabatı. Bakı:
“İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013.- 52 s.
3.
“İnformasiya,
informasiyalaşdırma
və
informasiyanın
mühafizəsi
haqqında”Azərbaycan Respublikasının Qanunu.-Bakı, 1998.-10 s.
4. Osman Gündüz. Az
ərbaycan İnternet Resursları.-Bakı, 2006. -250 s.
5. www.ict.az
6. www.science.gov.az
Н.И.Исмаилов
Ф.Назим гызы
ОСНОВНЫЕ НАПРАВЛЕНИЯ ДЕЯТЕЛЬНОСТИ И
ИНФОРМАЦИОННОЕ ОБЕСПЕЧЕНИЕ ИНСТИТУТА ИНФОРМАЦИОННЫХ
ТЕХНОЛОГИЙ НАНА
Р Е З Ю М Е
В работе широко описываются проблемы основные направления деятельности
и информационное обеспечениеИнститута информационных технологий Национальной
академии наук Азербайджана. Для информационного обеспечения сотрудников
института необходимо разработать современную информационную службу.
Информационная служба включает в себя традиционную библиотеку, электронную
библиотеку и бесплатный доступ к Интернету для получения необходимой
информации, а также интеллектуальный информационный фонд, динамично
формирующийся на основе CDN технологий. Сотрудники института подписаны на
англоязычные источники, такие как IEEE, ACM, а также имеют доступ к электронным
журналам авторитетных издательств Springer,Blackwell. Сотрудники института
регулярно получают информацию о международных конференциях и мероприятиях
проведенных в любое время и в любом месте в области ИТ.
N.I.Ismaılov
F.Nazim gizi
THE MAIN ACTIVITIES AND INFORMATION PROVISION OF THE
INSTITUTE OF INFORMATION TECHNOLOGY OF ANAS
S U M M A R Y
The paper extensively covers the main activities and information provision of the
Institute of Information Technology of the AzerbaijanNationalAcademy. To ensure the
employees of the institute with scientific and technical information, modern information
service should be developed. İnformation service includes traditional library, electronic
library, and free internet access to obtain the necessary information, CDN-based dynamic and
intelligent information foundation. The Institute employees are subscribed to English-
language sources, such as IEEE, ACM, and e-journals of authoritative publishers such as
Springer, Blackwell are available for them. The Institute employees are aware of regularly
scheduled international conferences and events in the field of IT anytime and anywhere.
R
əşad QARDAŞOV
Bakı Dövlət Universiteti “Kitabxana
resursları və informasiya axtarış
sisteml
əri” kafedrasının baş müəllimi
İNFORMASİYALAŞDIRILMIŞ CƏMİYYƏT ŞƏRAİTİNDƏ
KİTABXANAÇILIQ TƏHSİLİNDƏ YUKSƏK İNFORMASİYA
TEXNOLOGİYALARININ TƏTBİQİ İSTİQAMƏTLƏRİ
Açar sözl
ər:elektron katoloq,MARC formatı,kitabxanaçılıq təhsili,məlumat bazaları
Ключевые слова:электронный каталог, формат MARC, научная библиотека,
информационные базы данных.
Keywords:electon calatog, MARC format, library science, information bases
Az
ərbaycan xalqının milli sərvəti olan respublika kitabxanaları sənəd-
informasiya resurslarının toplanıb saxlanılmasında və kütləvi istifadəsinin
t
əşkilində mühüm rol oynayır. Qlobollaşan informasiya cəmiyyətinin təhlilinə
uyğun olaraq Respublika kitabxanalarının hüquqi maddi-texniki və texnoloji
bazası durmadan inkişaf edir.Xüsusilə müstəqillik ilində kitabxana işi
haqqında milli qanun qüvvəyə minmiş (1999 mart)və“ Azərbaycan
kitabxanalarının fəaliyyətinin yaxşılaşdırılması”haqqında Azərbaycan
Respublikası Prezidentinin sərəncamı kimi vacib dövlət hüquqi-normativ
s
ənədlər qəbul edilmişdir.
S
ərəncamda ölkənin iri kitabxanalarının elektron kataloqu və elektron
kitabxanasının yaradılması vəzifələri irəli sürülmüşdür. Bu sərəncamda 2008-
2013-cü ill
ər üzrə kitabxanalarının inkişafının dövlət proqramının işlənməsi
z
əruri istiqamət kimi müəyyənləşdirilmişdir.
İndi Respublikamızda 10 mindən çox kitabxana fəaliyyət göstərir.
Onların xeyli hissəsində müasir informasiya texnologiyalarına əsaslanan
internet resurs m
ərkəzləri–lokal və qlobal elektron katoloq sistemləri
yaradılır. 2008-ci ildə işlənib təsdiq edilmiş dövlət proqramlarında
kitabxanaların 8 inkişaf istiqamətlərində biri də vertual elektron katoloq
sisteminin yaradılması problemidir. Elektron katoloqlaşdırmanın oxucuların
onlayın rejimində informasiya axtarışlarında və kitabxana daxili proseslərin
avtomatlaşdırılmasında həlledici rolu vardır. Hazırda respublikanın iri
kitabxanalarında bir neçə avtomatlaşdırılmış kitabxana-informasiya sistemləri
(AKİS) bazasında elektron kataloqlar işlənib tərtib edilmişdir.
VTLS,İRBİS,FOLLET kimi dünyada geniş yayılmış AKİS-lərin
kataloqlaşdırma,avtomatlaşdırılmış işçi yerlərinin yaradılması deyilənlərə
əyani nümunə ola bilər.
T
əbii ki, kitabxanalar fəaliyyətində günbəgün inkişaf edən yeni
informasiya texn
ologiyaları, o cümlədən elektron kataloqlaşdırma mürəkkəb
texniki-
texnoloji kompleks olduğundan bu sahədə ixtisaslı kadr hazırlığına
obyektiv ehtiyac yaranmışdır. Müasir dövrdə kitabxanalarda elektron
kataloqun t
ətbiqi günün vacib məsələlərindəndir.Xüsusilə ali məktəb
kitabxanalarında bu işə xüsusi diqqət yetirilməlidir.
XX
əsrin 60-70-ci illərində ABŞ-da Kongres kitabxanasının
müt
əxəssisləri İnformasiyasının “Maşınla oxunan kataloqlaşdırma” (“Machine
readeble catalalogina -
MARC) proqramını işləyib hazırladı. Daha sonra
İngiltərə, Kanada bu proqramdan müştərək istifadə üçün təşəbbüs göstərdilər.
Bel
əliklə, İngiltərədə UKMARC, Kanadada KANMARC versiyaları meydana
g
əldi. Hazırda MARC formatının beynəlxalq versiyası-UNİMARC
yaranmışdır. Həmin MARC formatları həm ayrı-ayrı ölkələrda həm də
dünyada vahid informasiya mübadil
əsini təmin etmək üçün yaradılan
beyn
əlxalq biblioqrafik təsvir formatlarıdır. AKİS-lər də həmin formatlara
uyğun təşkil edilir, onların ümumi İNTERFACE zonası (pəncərəsi) həmin
formatlara
əsaslanır, iş mexanizmi, fəaliyyətin təşkili strukturu həmin
formatlar
əsasında qurulur.
Dem
əli, kitabxanaçılıq, kitabxana işi, kitabxanaçılıq təhsili verən
mü
əssisələr və subyektlər İnformasiya texnologiyaları sistemində kitabxana işi
aspektind
ən yanaşərkən ilk növbədə MARC formatları, quruluşu, yaranması,
müasir v
əziyyəti, inkişaf perspektivləri və onların məntiqi funksional davamı–
texniki reallığı olan AKİS-lər haqqında ətrafli məlumat verməli, onların
kitabxanaçı kadrlara , gələcəyin informasiya mütəxəssislərinə mənimsədilməsi
üçün maksimum s
əy göstərməlidirlər.
Onu da qeyd ed
ək ki, hazırda əksər kitabxanalarda kitabxana
prosesl
əri (kitab verilişi, sifarişi, abunə, kataloqlaşdırma, komplektləşdirmə,
dig
ər proseslər vəs.) məhz MARC formatları əsasında təşkil edilən AKİS-lər
(VTLS, VİRTUA, Liber, Library, İRBİS vəs.) həyata keçirilir. Deməli, həmin
texnologiyalar ali kitabxanaçılıq təhsili prosesində gələcək kadrlara
m
ənimsədilməli olan ən başlıca, ən əsas mərhələdir ki, ali kitabxanaçılıq
t
əhsili prosesində informasiya-kommunikasiya texnologiyalarından bəhz
ed
ərkən ilk öncə, yuxarıda qeyd etdiyimiz kimi göstərdiyimiz texnoloji
m
əsələləri dərin təhlil edilməlidir. Bu prosesdə əksər qabaqcıl xarici ölkə
kitabxanalarının, tədris müəssisələrinin təcrübəsindən, iş üsulundan da
b
əhrələnmək vacibdir.
Ali kitabxanaçılıq təhsili prosesində informasiya-kommunikasiya
texnologiyalarının tətbiq edilməsi zəruri olan proseslərdən biri də elektron
kitabxanalar, onların yaradılması sahəsidir. Məhz bu sahə kitabxana işi
sah
əsində informasiya-kommunikasiya texnologiyalarının köməyindən
bilavasit
ə ən çox istifadə edən sahədir. Bu, tamamilə yeni, müasir anlayışdır
v
ə həm kitabxanaçıdan, həm də kitabxanaçılıq təhsili müəssisəsində çalışan və
bu işlə məşğul olan hər bir kəsdən maksimum texniki-informativ bilik tələb
edir. Elektron kitabxanalar informasiyalaşdırılmış cəmiyyət quruculuğunun
sosial sifarişidir. Elektron kitabxanalar oxuculara informasiya xidmətinini
kompüterl
əşdirilməsinin nəticəsi olub, ənənəvi kitabxanalara alternativ bir
qurum deyil, yalnız bir xidmət növüdür.
Elektron kitabxanalar uzaq m
əsafədən oxuculara daha dolğun
informasiya xidm
əti göstərərək, bu xidmətin zaman və məkandan asılılığına
son qoyur. Dem
əli, bütün bu proseslərdə informativ-kommunikativ vasitələrin
əhəmiyyəti kitabxanaçılıq təhsilində həm tətbiq edilməli, həm də tələbələrə -
g
ələcək informasioloqlara ətraflı izah olunmalıdır.
Kitabxanaçılıq təhsilinin inkişafında bütün bunlar nəzərə alınarkən
h
ərtərəfli təhlil edilməli, onun nəzəri və praktiki tərəfləri, inkişaf
qanunauyğunluqları və çatışmazlıqları aşkara çıxarılmalıdır. Elə kitabxanaçılıq
t
əhsilinin inkişafında elektron kitabxanaların təcrübi əhəmiyyəti də bu
aspektd
ə böyük məna kəsb edir və onun məntiqi davamını belə şərh etmək
olar:
Elektron kitabxanalar müasir veb-texnologiya
əsasında fəaliyyət
göst
ərir. Veb-texnologiya lokal və uzaqda yerləşmiş informasiya ehtiyatlarının
inteqrasiyasını təmin edir. Axtarış və naviqasiya vasitələri onun mühüm
elementidir. Axtarış aparatı oxucu sorğusu əsasında informasiya ehtiyatının
veril
ənlər bazasında axtarış aparmağı təmin edən xüsusi modullarından
ibar
ətdir. Naviqasiya elementləri isə konkret sənədə və ya sənədin konkret
hiss
ələrinə istinadı təmin edənhiperistinad siyahısından ibarətdir.
Bel
əliklə, informasiyalaşdırılmış cəmiyyətdə oxucu sorğularının tam və
dolğun ödənilməsi üçün mövcud kitabxanaların qarşısında çox mühüm tələblər
durur. Kitabxanaların oxuculara xidməti ilə əlaqədar olaraq yeni funksiyaları
müasir t
ələblər səviyyəsində yerinə yetirmək günün əsas tələblərindən biridir.
Kitabxanaçılıq təhsili və informasiya-kommunikasiya vasitələri
sistemind
ən bəhs edərkən müasir kitabxana işində və informasiya tələbatının
t
əmin edilməsində həlledici rollardan birini oynayan verilənlər bazalarından
danışmalıyıq. Çünki verilənlər bazaları müasir texnologiyanın ixtirası,
kitabxana işi sahəsində əhəmiyyətli kəşflərdən biridir. Onların hərtərəfli
m
ənimsənilməsi və təhsil prosesində tədrisi son dərəcə vacibdir, çünki
g
ələcəyin kitabxanaşünas-informasioloqu mütləq verilənlər bazaları ilə
işləyəcək və istehsalatda bununla qarşılaşacaq.Ümumiyyətlə kitabxanaçılıq
t
əhsilinə verilən tələblərdən danışarkən dünya təcrübəsinə müraciət etmək
lazımdır.Bu barədə ABŞ təcrübəsinə müraciət etmək lazımdır.
H
əmin verilənlər bazalarından bir neçəsi barədə bəhs edək:
1) Science Direct: bu, tamm
ətnli verilənlər bazasıdır ki, 2 500-dən artıq
jurnal m
əqalələrini, kitab fəsilləri və 11 000-dən çox kitabı təqdim edir;
2) EBSCO: dünyada çox m
əşhur məlumat bazasıdır ki, onun vasitəsilə
tamm
ətnli elektron jurnal, elektron kitablar, verilənlər bazaları və s. istifadə
etm
ək olar. Onu da qeyd edək ki, EBSCO tammətnli məlumatlar bazası
haqqında təhsil ocaqları, kitabxanaçılıq təhsili müəssisələrində hərtərəfli
m
əlumatlar verilir və onun vasitəsilə xarici məlumat nəşrləri, elektron
informasiya daşıyıcılarının biblioqrafik təsviri və s. izah edilir;
3) ProQuest: dünyada
ən böyük elektron kitabxana Ann-Arborda
(ABŞ-ın Miçiqan ştatı) yerləşmiş “ProQuest” şirkətinə məxsusdur. Bu elektron
kitabxana minl
ərlə dövri nəşri, dissertasiyasını, kitab və digər çap əsərini
özünd
ə əks etdirir;
4) Willey-Black Well: 2007-ci ild
ə iki böyük naşir “John Willey” və
“Black Well” birl
əşdi və Willey-Black Well verilənlər bazası yarandı. Hazırda
o, dünyanın ən məşhur universitet və professional naşirlərindən biridir.
Bundan başqa, kitabxanaçılıq təhsilində informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi sistemində verilənlər bazalarının yerini,
əhəmiyyətini, yüksəkliyini digər verilənlər bazalarının adlarını çəkməklə də
göst
ərmək olar:
5) MathsciNet;
6) Sage Journals Online;
7) Scopus;
8) Isi Web of Knowledge;
9) Eudnot Web;
10) IEEE (Institute of Electical and Electronics Engineers);
11) ACM (Assosiation for Computing Machinery);
12) ACS (American Chemical Society);
13) `AIP (American Institute of Physics) v
ə s. kimi verilənlər bazaları
informativ-kommunikativ vasit
ələrin və texnologiyaların köməyi ilə təşkil
edilir, yaradılır, əsas məqsəd və funksiyaları həyata keçirir (110). Eyni
zamanda, kitabxanaçılıq təhsilinin inkişafında informasiya-kommunikasiya
texnologiyalarının inkişafı məsələlərindən bəhs edərkən, təsnifatlaşmanın
kompüterl
əşdirilməsi işini həyata keçirməyin vacibliyindən danışmaq yerinə
düşərdi. Lakin çox təəssüflər olsun ki, hələ bu iş ürəkaçan vəziyyətdə
informativ v
ə kommunikativ vasitələrin köməyi ilə elektronlaşdırılmamış,
yalnız mətn tipli və ayrı-ayrı cildlərlə mövcud olaraq istifadəsi xeyli çətinləşir.
İnformativ-kommunkativ vasitələri: kompyuter, kompyuterin texniki
proqram t
əminatı, informasiya bazaları, veb-texnologiyalar, digər texnoloji
vasit
ələr vəs. Köməkliyi ilə informasiya cəmiyyətinin qlobal xarakteri
z
əiflədilmişdir. Bu o deməkdir ki, təmin edilməsi mümkünsüz hesab edilən
informasiya axınının qarşısı həmin texnologiyaların köməkliyi ilə alınmış və
bel
əliklə qloballıqdan əsər-əlamət demək olar ki, qalmamışdır. Bunu nə ilə
sübut etm
ək olar? Bu suala cavab vermək üçün 60-70 il öncəyə qayıdax.
H
əmin tarixdə tutaq ki, Avropa qitəsinin hansısa nöqtəsindən məlumat, mətn
v
ə ya elektron formada olan hər hansı informasiyanı Azərbaycanın hər hansı
bölg
əsinə bir-neçə çatdırmaq olardımı? Cavabı çox sadədir-xeyr! Beləliklə
bunu kimi yüzl
ərlə misala istinad edərək yuxarıdakı məsələni tam aydınlaşdıra
bil
ərik. Bir sıra ölkələrdə: ABŞ, Fransa, İngiltərə, Meksika, Almaniya,
Danimarka, İtaliya, Çin, Türkiyə ali kitabxanaçılıq təhsili proseslərini
izl
əyərkən məlum olur ki, Kommunikasiya və informasiya vasitələri həmin
prosesin alt v
ə üst bazisini təşkil edir. Bu prosesdə həmin vasitələrin yerinin,
rolunun d
əyərləndirilməsi baxımından əhəmiyyəti böyükdür.
H
əmin məlumat
bazalarında
informasiyanın
yaradılması,
yerl
əşdirilməsi və hazırlanması qaydaları mürəkkəb mexanizmə əsaslanır və
h
əmin mexaizmin strukturu kitabxana mütəxəssisləri tərəfindən gələcək
müt
əxəssislərə öyrədilməli, ali kitabxanaçılıq təhsili müəssisəsinin həyata
keçirm
əsi vacib olan əsas iş istiqamətlərindən biri olmalıdır.
XX
əsrin son onilliyində informasiya və kommunikasiya texnolo-
giyalarının cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə
çevrilm
əsi, informasiya texnologiyalarının sürətli inkişafı cəmiyyətin
informasiya quruculuğu mərhələsinə qədəm qoymasına şərait yaratdı.
İnformasiyalaşdırılmış cəmiyyətdə informasiya əmtəəyə çevrilərək onu inkişaf
etdir
ən əsas məhsuldar qüvvə kimi çıxış edir, nəticədə sənaye cəmiyyətindən
informasiya c
əmiyyətinə keçid baş verir. Belə bir dövrdə kitabxanalar bə-
şəriyyətin mədəni elmi irsinin qoruyucusu, yaradıcısı və ən əsası, müasir
informasiya sisteml
əri ilə birbaşa əlaqə yarada biləcək mərkəz olmağa doğru
inkişaf edir.
Kitabxana şəbəkələrində elektron ehtiyatların kataloqlaşdırılması
problemi daha mür
əkkəb xarakter daşıyır. Bu zaman elektron ehtiyatların
t
əkcə əldə edilməsi, yerləşdirilməsi, İnternetdə istifadəsi, təqdim edilməsi
deyil, h
əm də bütün informasiyanın həcminə görə kataloqlaşdırılması nəzərə
alınmalıdır. Bunları nəzərə almadan bütün sənəd-informasiya ehtiyatlarının
kataloqlaşdırılması mümkün deyildir. Bu isə bir sıra sənədlərin işlənmə və
istifad
əetmə məhdudluğuna səbəb olur. Buna görə də elektron informasiya
kütl
əsini düzgün müəyyənləşdirəcək iki cəhəti: elektron ehtiyatların
kataloqunn yaradılması və internetə verilən kataloq ehtiyatlarının təşkilini
xüsusi n
əzərə almaq lazımdır.
Bel
ə nəticəyə gəlmək olar ki, müasir dövrdə kitabxanalarda yeni
kitabxana-
informasiya texnologiyalarının tətbiqi, kitabxana-biblioqrafiya
prosesl
ərinin avtomatlaşdırılması ənənəvi kataloq və kartoçkaların elektron
formaya keçirilm
əsini zəruri edir. İnformasiyanın toplanması, məlumat ba-
zalarının yaradılması, saxlanması, işlənməsi, axtarışı və mübadiləsi üçün
kitabxanalarda avto
matlaşdırılmış informasiya axtarışı sistemləri tətbiq edilir.
Elektron kataloqla
rın yaradılması sahəsində görülən işlər, İnternet vasitəsilə
beyn
əlxalq informasiya şəbəkəsində axtarışlar aparılması, informasiyaya çevik
v
ə sürətli çıxış kitabxanalarda informasiya-biblioqrafiya xidmətinin yeni for-
ma
larının tətbiqini tələb edir.
ƏDƏBİYYAT
1. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azər-
baycan Respublikasının Qanunu // "Azərbaycan" qəz., 1998, 23 iyun.
2. “Kitabхana işi haqqında” Azərbaycan Rеspublikasının Qanunu// “Azərbaycan”
q
əzeti, 1999,14 mart.
3. “M
ədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanunu // Xalq qəzeti, 1998,
18 aprel.
4. Az
ərbaycanda Rеspublikasında kitabхana-informasiya sahəsinin 2008-2013-cü
ill
ərdə inkişafı üzrə “Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan Rеspublikası
P
rеzidеntinin Sərəncamı // “Pespublika” qəz., Bakı, 2008, 7 oktyabr.
5. Az
ərbaycanda kitabхanaların fəaliyyətinin yaхşılaşdırılması haqqında Azərbaycan
Rеspublikası Prеzidеntinin sərəncamı // “Azərbaycan” qəz., Bakı, 2007, 21 aprеl.
6. Az
ərbaycan təhsili ХХI əsrin astanasında: Azərbaycan Rеspublikası Təhsil
Nazirilyinin sifarişi ilə çap оlunmuşdur / Tərt. еd: R.Ağamalıyеv, rеd.: Ə.Quliyеv;
Az
ərbaycan Rеspublikası Təhsil Nazirilyi. Bakı: Çaşıоğlu, 1998, 32 s.
7. Abbasov A v
ə b. İnformatika, telekomunikasiya, radioelektronika üzrə terminoloji
lüg
ət. Bakı, 2004, 295 s.
8.İsmayılov X.İ. Kitabxana-informasiya texnologiyaları: Dərs vəsaiti. Bakı, «Nurlar»
n
əşriyyat-poliqrafiya mərkəzi, 2009.- 312 səh.
9.Rüst
əmov Ə., Baxşəliyev Z. Elektron kitabxanaların formalaşdırılmasının bəzi
m
əsələləri // Kitabxanaşünaslıq və biblioqrafiya.- 2002.- №2.-s.39-49.
10.Rüst
əmov Ə., Mustafayeva N. Respublika kitabxanalarında əsas proseslərin
avtomatlaşdırılması // Kitabxanaşünaslıq və biblioqrafiya.- 2007.- №2.- s.15-27
11.Rüst
əmov Ə., Mustafayeva N.: Avtomatlaşdırılmış kitabxana-informasiya
sisteml
əri və şəbəkələri (nəzəri və metodiki məsələlər).-B., 2007.-124-135 s.
12.X
ələfov A.A., Qurbanov A.İ.: Kitabxanaların kompüterləşdirilməsinin əsasları:
D
ərslik.-B.: Bakı Universiteti nəşriyyatı, 2007.-200 s
13.X
ələfov A.A., Hüseynova A.S.: Elektron kataloqun əhəmiyyəti və təşkili
prinsipl
əri//Bakı Universitetinin Xəbərləri (humanitar elmlər seriyası).- 2004.-№4.-s.288-290.
14.X
ələfov A.A., Mehdiyeva N.D.: BDU-nun Elmi Kitabxanasının elektron
kataloqu/Bakı Universitetinin Xəbərləri (humanitar elmlər seriyası).- 2007.-№3.-s.198-201.
Р.Гардашов
ПРИМЕНЕНИЕ ИНФОРМАЦИОННЫХ И КОММУНИКАЦИОННЫХ
ТЕХНОЛОГИЙ В БИБЛИОТЕЧНОМ ДЕЛЕ
РЕЗЮМЕ
В статье обсуждаются требования библиотековедения. Исследовались также
применение информационных и коммуникационных технологий в библиотечном деле.
Здесь говорить о отраженных практики США в развитие образования в нашей стране.
R.Gardashov
THE USE OF INFORMATION AND COMMUNICATION
TECHNOLOGIES IN LIBRARIES
SUMMARY
İn this article discussed the requirements of library science. Also investigated the
application of information and communication technologies in library science. Here talk about
reflected USA practices in the development of education in our country.
İradə ƏLİYEVA
AMEA-
nın MEK-nın dissertantı
EKOLOGİYA VƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSI ÜZRƏ
CARİ BİBLİOQRAFİK VƏSAİTLƏR SİSTEMİNİN BƏZİ
XÜSUSİYYƏTLƏRİ
Açar sözl
ər: ekologiya, ətraf mühitin mühafizəsi, sənəd kütləsi, sənəd axını, cari
biblioqrafik v
əsait, kitab salnaməsi, jurnal məqalələri salnaməsi, qəzet məqalələri salnaməsi,
Birillik Az
ərbaycan kitabiyyatı, Kitab Palatası, M. F. Axundov adına Azərbaycan Milli
Kitabxanası
Ключевые слова: экология, охрана окружающей среды, докумен-тальный
массив, документальный поток, текущее библиографическое пособие, книжная
летопись, летопись журнальных статей, летопись газетных статей, Ежегодник
азербайджанской книги, Книжная палата, Азербайджан-ская национальная
библиотека им. М, Ф. Ахундова.
Keywords: ecology, environment protection, documentary array, documentary
stream, current bibliographical index, book chronicle, chronicle of magazine articles,
chronicle of newspaper articles,Book yearly of Azerbaijan, Book Chamber, Azerbaijan
National Library named M.F.Axundov
XX
əsr ekologiya elmininn və ətraf mühitin mühafizəsi sahəsində
f
əaliyyətin geniş vüsət aldığı bir dövr kimi qiymətləndirilməlidir. Çünki bu
dövr dünya miqyasında əhalinin artması və bu artan əhali üçün əvvəllər insan
yaşamayan ərazilərin yaşayış yerlərinə çevirilməsi, bir vaxtlar ancaq Qərbi
Avropaya v
ə Şimali Amerikaya xas olan sənayeləşminin qlobal xarakter
alması və bu yolla sənaye müəssisələri tikmək, xammal əldə etmək, tullantıları
buraxmaq prosesind
ə daha artıq ərazilərin bioloji mühitinin məhv olması və
çirkl
ənməsi, Birnci və İkinci Dünya Müharibəsi də daxil olmaqla ardı-arası
k
əsilməyən müharibələrin ətraf mühitə dəhşətli dərəcədə ziyan vurması
s
əciyyəvidir.
Ətraf mühitə ən güclü təsir göstərən əhali artımı məsələəsinə diqqət
yetirs
ək aşağıdakı faktların şahidi olarıq.
Bizim eranın başlanğıcında yer üzərində 300 mln. insan yaşayırdı.
Sonrakı illərdə isə bi rəqəm aşağıdakı kimi dəyişdi:
I minilliyin sonu-
400 mln. nəfər.
1500-cü il - 500
mln. nəfər
1820 –ci il- 1
mlrd. nəfər
1900-cu il-1,6
mlrd. nəfər
1960-
cı il-3 mlrd. nəfər
1993-cü il-5,65
mlrd. nəfər
1999-cu il-6
mlrd. nəfər
2003-cü il-6,3
mlrd. nəfər
2006-
cı il-6,5 mlrd. nəfər
2010-cu il-6,8
mlrd. nəfər
2011-ci il-7,0
mlrd, nəfər
Proqnozlara gör
ə, 2050-ci ildə dünya əhalisi 9 mlrd., 2100-cü ildə 10
mlrd. n
əfər olacaq. ( 3; 4).
T
əkcə əhali artımı ilə bağlı bu rəqəmlər dünya miqyasında təbii mühitə
nec
ə ağır yük düşməsi və gələcəkdə ekoloji problemlərin necə də
k
əskinləşəcəyi barədə təsəvvür yaradır. Bundan əlavə, qlobal miqyasda səaye
m
əhsulunun istehsalı, ətraf mühitə atılan tullantıların çoxalma dinamikası, bu
sah
ə üzrə statistik göstəricilər də ətraf mühitlə bağlı təhlükənin necə artmasını
sübut edir. M
əsələn, hal-hazırda dünya miqyasında havaya buraxılan tullantı
qazların tərkibində olan bərk tullantıların miqdarı 60 mln. tondan artıqdır. Hər
il dünya miqyasında havaya buraxılan tullantı qazların tərkibində 100 mln ton
kükürd iki oksid v
ə 70 mln ton azot oksidi olur ki, bunlar ətraf mühütə ciddi
ziyan vuran turşulu yağışların əmələ gəlməsinə səbəb olur. Amerikan
aliml
ərinin tədqiqinə əsasən, son 200 ildə dünyada 900 min növdən çox bitki
v
ə heyvanın nəsli kəsilmişdir.
(http://www.grandars.ru/shkola/geografiya/globalnye-ekologicheskie-
problemy.html)
Bütün bu prosesl
ər həm lokal şəkildə, ayrı-ayrı ölkələrin miqyasında,
h
əm də qlobal şəkildə ekologiyaya verilən diqqətin artmasına, informasiya
t
ələbatının intensivləşməsinə səbəb olur ki, həmin diqqət özünü aşkar şəkildə
bu sah
ə üzrə sənəd-kommunikasiya sistemlərində gedən proseslərin
intensivl
əşməsi, sənəd kütləsinin çoxalması, sənəd axınının artması ilə özünü
büruza verir. Bel
ə bir vəziyyətdə təbii ki, ekologiya və ətraf mühitin
mühafiz
əsinin biblioqrafik təminat məsələləri də artan aktuallıq kəsb edir.
Ekologiya v
ə ətraf mühitin mühafizəsi üzrə informasiya tələbatının
artması və sahə üzrə sənəd-kommunikasiya sisteminin inkişafı bu sahənin
biblioqrafik vasit
ələr sisteminin inkişafının əsas şərtidir. Sahə üzrə sənəd-
kommunikasiyalar sisteminin t
ərkibində sənəd axınının xüsusi əhəmiyyəti
vardır. Bu axın ən müxrəlif nəşriyyatların, dövlət və qeyri-dövlət qurumlarının
n
əşr etdiyi kitblardan və digər monoqrafik məşrlərdən, o cümlədən elmi-
texniki hesabatlardan v
ə konfrans materiallarından, normativ-texniki
s
ənədlərdən, ən müxtəlif dövri və ardı dfavam edən nəşrlədən ibarətdir.
H
əmin sənəd axını daim inkişaf edir və özündə bu elm və fəaliyyət sahələrinin
yeni istiqam
ətlərini əks etdirir. Bu sahə üzrə fəaliyyət göstərən
müt
əxəssislərin, təhsil alan şəxslərin yeni sənədlərə olan tələbatının
öd
ənilməsində sənəd axınını əks etdirən biblioqrafik vəsaitlərin mühüm
əhəmiyyəti vardır.
Cari biblioqrafik v
əsaitlər müxtəlif təşkilatlar tərəfindən hazırlansa da.
onun
əsas funksiyası tələbatçılara yeni çıxan əsərlər barədə məlumat
verm
əkdən ibarətdi. Cari biblioqrafik vəsaitlər müxtəif təyinatlı olur. Onların
ən geniş yayılmış növləri rəsmi dövlər uçot-qeyd vəsaitləri, digərləri ayrı-ayrı
mü
əssisə və təşkilatların nəşr məhsulunu əks etdirən vəsaitlərdir. Bu vəsaitlər
özünd
ə sənədləri müxtəlif dərinlikdə əks etdirirlər. Onlar sənəd axınını bəzən
mümkün q
ədər tam. bəzən isə seçmə qaydada əks etdirirlər. Müəyyən çoğrafi
ərazidə meydana gələn sənəd axınının əks etdirilməsi uçot-qeyd dövlət
biblioqrafik v
əsaitlərinin funksiyasıdır. Belə vəsaitlər müxtəlif ölkələrdə
müxt
əlif müəssisələr və təşkilatar tərəfindən hazırlanıb nəşr edilir. Bir çox
ölk
ələrdə bu iş milli kitabxanalar, bəzi yerlərdə özəl şirkətlər və ya xüsusi
olaraq t
əşkil edilmiş dövlət qurumları tərəfindən yernə yetirilir. Sonunculara
mi
sal olaraq keçmiş SSRİ-də, sonraki dövrdə isə yeni Müstəqil Dövətlər
Birliyind
ə fəaliyyət göstərən kitab palatalarnı göstərmək olar. Ökədə çap
olunan bütün n
əşriyyat məhsulunun mütləq nüsxələri kitab palatalarına daxil
olur v
ə həmin nüsxələrdən milli çap məhsulunun toxunulmaz fondu yaradılır.
El
əcə də, həmin məhsul analtik –sintetik şəkildə işlənilir.
Özünd
ə digər elm sahələri ilə yanaşı ekologiya və ətraf mühitin
mühafiz
əsi üzrə sənədləri də əks etdirən universal xarakterli uçot-qeyd (milli)
biblioqrafik v
əsaitlər sistemi uzun təkamül prosesi keçmişdir. Nəticədə,
dünyanın bir çox ölkələrində bu tipli cari biblioqrafik vəsaitlərin nisbətən
sabit sistemi formalaşmışdır. Qeyd edək ki, Rusiya Kİtab Palatasının
ənənələrinə əsaslanmaqla keçmiş sovet məkanında, eləcə də Azərbaycanda
kitab palatası yaradılmış və cari dövlət uçot-qeyd vəsaitləri sitemi yaradılaraq
unkişaf etdirilmişdi. Belə vəsaitlərin əsas növlərinə kitabları, jurnal və qəzet
m
əqalələrini, disertasiyaları, rəylər və s.əks etdirən salnamələr (göstəricilər)
aid edilir.SSRİ döründə həmin vəsaitlərdə İttifaqın bütün respublikalarında, o
cüml
ədən Azərbaycanda çap edilmiş kitablar, müdafiə edilmiş
dissertasiyalar, d
ərc edilmiş məqalələr, rəylər, təsviri nəşrlər öz əksini
tapmışdı. Sənədin həmin vəsaitdə əks olunması üçün əsas meyar onun rus
dilind
ə olması idi.
Vaxtı ilə Azərbaycanda formalaşmış cari uçot-qeyd biblioqrafik nəşrlər
sistemi is
ə bu hissələrdən ibarət idi:1. Kitab salnaməsi. 2.Jurnal məqalələri
salnam
əsi. 3. Qəzet məqalələri salnaməsi. 4. Rəylər salnaməsi. 5, Not
salnam
əsi. 6.Təsviri nəşrlər salnaməsi. “Birillik Azərbaycan kitabiyyati”
göst
əricisi isə operativlik baximindan cari vəsaitlərə uyğun gəlməsə və
retrospektiv v
əsait olsa da, onu ardı davam edən vəsait kimi qəbul etmək
mümkün
dür. Adı çəkilən vəsaitlərin hamısı uzun müddət ərzində ayliq nəşr
edilmişdir. Eləcə də həmin cari salnamələr ümumi bir formada Azərbaycan
m
ətbuat salnaməsi adi altinda toplanaraq nəşr edilirdi. (1)
Keçmis sovet republikalarında və Azərbaycanda kitab palataları
t
ərəfindən hazırlanıb nəşr edilən cari dövlət uçot-qeyd vəsaitləri sitemində
ekologiya v
ə ətraf mühitin mühafizəsi üzrə sənədlərin təqdim edilməsi xüsusi
t
əsnifat sisteminə uyğun olaraq təqdim edilirdi. Bir neçə dəfə
t
əkmilləşdirlməklə nəşr edilmiş, son variantı 1986-cı ildə çapdan çıxmış
“SSRİ-də kitab nəşri üçün ədəbiyyatın vahid təsnifat sistemi” adlanan bu
t
əsnifat özündə bütün elm və fəaliyyət sahələrini, eləcə də. ətraf mühitin
mühafiz
əsi və ekologiyaya dair ədəbiyyatı da əks etdirirdi.(5)
Bu t
əsnifat Ümumittifaq Kitab Palatası tərəfindən dövlət uçot-qryd
biblioqrafiyası orqanlarında, mərkəzləşdirilmiş kataloqlaşdırma, mətbuat
statistikası və kitab ticarəti müəssisələri üçün nəzərdə tutlmuşdu. Bu təsnifat
50 bölm
ədən və onun daxilində çox sayda yarımbölmələrdən ibarətdir. Bizim
üçün maraq k
əsb edən o faktdır ki, ekologiya və ətraf mühitin mühafizəsinə
dair
ədəbiyyat əsasən 15-ci bölmə - Təbiət elmləri bütövlükdə, 18-ci -Yer
haqqinda elml
ər və 19-cu Bioloji elmlər bölmələrində öz əksini
tapmışdır.Həmin təsnifat indi də təkminləşmiş şəkildə Rusiyada və bir sıra
MDB ölk
ələrində istifadə olunur. Burada həmin təsnifat həm nəşriyyatlarda,
h
əm kitab palatalarinda, həm də kitab ticarəti orqanlarında tətbiq edilirdi. İndi
onun daha t
əkminləşmiş variantı üzərində işlər davam etdirilir. Bu
salnam
ələrdə ekelogiya üzrə sənədlərin təsvir xüsusiyyətləri ilə tanış olmaq
üçün Ümumittifaq Kitab Palatasının nəşr etdirdiyi “Kitab salnaməsi”nin 1977-
ci il 7-ci nömr
əsinə nəzər salaq. Bu salnamənin 17.6-“Kənd təsərrüfatı
bitkil
ərinin qorunması” bölməsində ekologiyaya dair əsəsrin aşağıdakı təsviri
verilmişdir.
Ушатинская Р.С. Экология и физиология колорадского жука / Р.
С. Ушатннская, Г. Г. Пирковский; АН СССР, Ин-т эволюц. морфологии и
экологии жнвотных им. А. Н. Северцова. – М,: «Наука ,1976.-131 с. : ил.;
21 см. и Jt.; 21 см . – Cписок лит.в конце статей с. 113-130. -66 к. 2.150
экз.-[76-61590]п.632.768.12
Az
ərbaycan sənəd-informasiya tələbatçılarının ekologiya və ətraf
mühitin mühafiz
əsi üzrə biblioqrafik təminatında SSRİ, indi isə Rusiya Dövlət
Kitab Palatasının cari vəsaitlər sistemi öz mövqeyini və əhəmiyyəti
saxlamaqdadır.
Oxşar misallara Azərbaycanda nəşr olunmuş “Kitab salnaməsi”nin,
“jurnal m
əqalələrinin salnaməsinin”, “Qəzet məqalələrinin salnaməsinin”
sahif
əsələrində də rast gəlmək mümkündür. Lakin təəsüf ki, Azərbaycan
Dövl
ət Kitab Palatasının fəaliyyətinin dayanması nəticəsində ölkədə çap
m
əhsulunun rəsmi uçot-qeyd biblioqrafik vəsaitlərinin nəşri dayanmışdır və bu
iş heç bir müəssisə tərəfindən həyata keçirilmir.
T
əqribən on illik fasilədən sonra, 2005-ci ildən etibarən Azərbaycanda
keçmiş Palatanın fəaliyyətinin bəzi istiqamətləri qismən dirçəldilməyə
başlamışdır Bu zaman həmin işin tərkib hissəsi kimi “Birillik Azərbaycan
kitabiyyatı”nın nəşri bərpa edilmişdir. Bu işi yerinə yetirən M. F. Axundov
adına Azərbaycan Milli Kitabxanası nəşr etdirdiyi uçot-qeyd biblioqrafiyası
orqanı olan “Birillik Azərbaycan kitabiyyatı”nda ədəbiyyatın
t
əsnifləşdirilməsi üçün yuxarida adi çəkilən təsnifatdan imtina etdi və UOT-u
t
ətbiq etməyə başladı. .Hal-hazırda kitabxana tərəfindən buraxılan bütün cari
v
əsaitlərdə ədəbiyyatın təsnifatı üçün UOT-dan istifadə edilir. “Birillik
Az
ərbaycan kitabiyyatı”nda ətraf mühitin mühafizəsinə dair kitablar öz
əksini 55, 57 və 63-cü bölmələrdə tapmışdır. Həmin bölmələrdə ətraf mühitin
qorunmasının bioloji- coğrafi və digər aspektlərinə dair kitablar da öz əksini
tapır. Nümunə üçün “Birillik Azərbaycan kitabiyyatı”nın 2001-ci il
buraxılışına müraciət edək.
V
əsaitin “63 Kənd təsərrцfatı. Meшə tяsərrцfatı. Ovçuluq. Balıq
t
əsərrü-fatı” bölməsində bu kitab əz əksini tapmışdır:
844. Əмirov, F. Meшələrin ekoloji rolu [Mətn] /Faiq Əмirov.– B.:
Az
ərbaycan, 2001.- 238, (2) s.: şək.; 22 sм.- Biblioqr.: s. 223-233 (175 ad.).-
Xülas
ə rus və ing. dillərində.- Müq. q., 400 nüs. (cildli).- [2001-69910].
Göründüyü kimi,kitabın təsviri biblioqrafik metodikaya uyğundur.
Ekologiya v
ə ətraf mühitin mühafizəsi üzrə cari biblioqrafik vəsaitlər
sisteminin dig
ər bir istiqaməti ayrı-ayrı kitabxanaların fonduna daxil olan yeni
ədəbiyyatı əks etdirən biblioqrafik göstəricilərdir. Respublikada belə
göst
əricilər əsasən ölkə əhəmiyyətli böyük kitabxanalar tərəfindən hazirlanib
n
əşr edilir. Hal-hazırda bu sahədə təqdim edilən informasiyanın həcmi və
dövriliyi baxımından xüsusi qeyd edilən vəsait Axundov adina Milli
Kitabxana t
ərəfindən nəşr edilən “Yeni kitablar” biblioqrafik göstəricidir.
H
əmin vəsait 2007 –ci ildən nəşr edilir. Bu vəsaitdə materiallar 65 tematik
bölm
ədə qruplaşdırılmışdır və ekeologiyaya dair kitablar əsasən 21. Bilologiya
elml
əri bölməsində əks edilir. Burada həm Azərbaycanda, həm də xarici
ölk
ələrdə dərc edilərək kitabxananın fonduna daxil olan Azərbaycan, rus,
ingilis, türk, fransiz v
ə s.dillərdə ədəbiyyat öz əksini tapmışdır. Misal üçün
v
əsaitin 2013-cü il buraxılışına müraciət edək:
118. Azf-272801
Ekologiya [M
ətn]: ali məktəblər üçün dərslik /F.Əliyev, A.Bədəlov,
E.Hüseynov, F.Əliyev; elmi red. B.Budaqov (rəyçi); red.: M.Babayev,
N.M
əmmədov, F.Mustafayev; elmi məsl.: Ə.Əsgərov [və b.].- Bakı: Elm,
2012.- 828 s. (2).
Yuxarıda qeyd edilən faktlar və təqdim edilən nümunələr ekologiya
elmi v
ə ətrəf mühitin mühafizəsi üzrə sənəd axınının cari və ardı davam edən
v
əsaitlərdə əks edilməsi xüsusiyyətləri barədə müəyyən təsəvvür yaradır.
Lakin qeyd eym
ək lazımdır ki, ölkəmizdə bu mövzuya dair sənəd axınının,
xüsus
ən də dövri nəşrlərdə dərc edilmiş materiallrın, bu mövzuya dair müdafiə
edilmiş dissertasiyaların (onların avtoreferatlarının) biblioqrafik baxımdan əks
edilm
əsi məsələsi təssüf ki, tam həll edilməmişdir və bu istiqamətdə hələ çox
iş görülməlidir.
Dostları ilə paylaş: |