ƏDƏBİYYAT
1. Kelsey, Todd. Social Networking Spaces: From Facebook to Twitter and
Everything in Between: A Step-by-step Introduction to Social Networks for Beginners and
Everyone Else. New York: Apress, 2010. – 509 p.
2. Əliquliyev, R.M. İmamverdiyev,Y. AbdullayevaY. F. Sosial şəbəkələr. Bakı :
İnformasiya Texnologiyaları, 2010. - 286 s.
3. Bianco, Jamie Skye. "Social Networking and Cloud Computing: Precarious
Affordances for the "Prosumer"" WSQ: Women's Studies Quarterly37.1-2 (2009): 303-12.
Web.
4. Anderson, Paul. Web 2.0 and Beyond: Principles and Technologies. Boca Raton:
CRC, 2012. Print.
5. McManus, Sean. Social Networking for the Older and Wiser: Connect with Family
and Friends, Old and New. Chichester, West Sussex, U.K.: Wiley, 2010. – 268 p.
6. Starr, Joan. California Digital Library in Twitter-Land / J. Starr // Computers In
Libraries, September 1, 2010. v. 30, no. 7. P. 23-27. ERIC, EBSCOhost Starr, Joan. 2010.
"California Digital Library in Twitter -Land." Computers in Libraries 30 (7): 23-27.
7. http://search.proquest.com/docview/749790295?accountid=148209.
8. İsmayılova N.T. E-elm mühitində bibliometrik metodların tətbiqi imkanları və
perspektivl
əri haqqında // Elektron elm problemləri üzrə I respublika elmi-praktiki konfransı,
Bakı, Azərbaycan, 15-16 noyabr 2012. s. 25-26.
9. Piwowar H. A., Priem J. The Power of Altmetrics on a CV. Bulletin of the
Association for Informations Science and Technology, 39(4), 2013, pp.10–13.
10. Munnoli S.S., Pujar S.M. Eugene to Altmetrics: A chase for virtual foot prints! //
Annuals of Library and Information Studies, vol. 60, 2013, pp. 134-139.
11. http://www.swets.com/blog/altmetrics-for-librarians-and-institutions
E.C.Mammadov,
N.T.İsmayilova,
F.S.Asgarov
THE MECHANIZMS OF IMPLEMENTATION ONLINE SOCIAL NETWORK
TECHNOLOGIES IN MODERN DIGITAL LIBRARIES
S U M M A R Y
The article examine the concept of social network, implementation of the information
communication technologies in social network procedures, formation of online social
networks. Also observed implementation of this technologies in establieshment of the modern
digital libraries and presented possible perspectives of the social digital library formation.
Э.Ч.Мамедов,
Н.Т.Исмайлова,
Ф. Ш.Аскеров
МЕХАНИЗМ ИМПЛЕМЕНТАЦИИ ОНЛАЙН СОЦИАЛЬНЫХ СЕТЕВЫХ
ТЕХНОЛОГИЙ В СОВРЕМЕННЫХ ЦИФРОВЫХ БИБЛИОТЕКАХ
Р Е З Ю М Е
В статье рассматривается концепция социальных сетей, имплементация
информационно-коммуникационных технологий, в процедурах социальных сетей,
формация онлайн социальных сетей. Так же, исследуется имплементация этих
технологий в основании современных цифровы библиотек и представляет перспективы
в формировании социальных цифровых библиотек.
Zahid
əRZAYEVA
“Kitabxana resursları və informasiya
axtarış sistemləri” kafedrasının müəllimi
Safura HACIYEVA
“Kitabxana fondu v
ə kataloqları”
laboratoriyasının müdiri
SUMQAYIT ŞƏHƏR KİTABXANALARININ SƏNƏD İNFORMASİYA
FONDUNUN KOMPLEKTLƏŞDİRİLMƏSİ PROBLEMLƏRİ
Açar sözlər: Sumqayıt şəhəri,Mərkəzləşdirilmiş Kitabxana Sistemi,
sənəd informasiya fondu, komplektləşdirilmə
Ключевые слова: Сумгаит, Централизованная библиотечная
система, документ информационного фонда, комплектования
Key words: Sumgait, Centralized Library System, the document
information collection, recruitment
Məqalədə Sumqayıt şəhər kitabxanalarının sənəd informasiya
fondunun komplektləşdirilməsi problemləri izah olunmuşdur.Mərkəzləşmiş
kitabxana informasiya
sistemində fondun formalaşmasına verilən tələblər
ətraflı şərh olunmuşdur. Statistik ümumiləşmələr aparılmışdır.
Sumqayıtda kitabxana işinin tarixi doğma şəhərin yaranma tarixi ilə
üst-
üstə düşür. 1949-cu ildə ilk kütləvi kitabxana, 1953-cü ildə uşaq
kitabxanası, 1958-ci ildə isə Mərkəzi şəhər kitabxanası açılıb. 1974-cü ildən
etibarən Sumqayıtda dövlət kütləvi kitabxanalarını özündə birləşdirən
Mərkəzləşdirilmiş Kitabxana Sistemi fəaliyyət göstərir. Hazırda Sumqayıt
şəhər MKS özündə 14 kitabxananı birləşdirir. Uzun illər Sumqayıt şəhər
MKS-
nə şəhərdə kitabxana işinin təşkili və inkişafı sahəsində misilsiz
xidmətləri olan Svetlana xanım Ağayeva rəhbərlik etmişdir. 2008-ci ildən isə
bu sistem Yeganə xanım Əhmədovanın rəhbərliyi altında fəaliyyət göstərir.
Əhalini fəal mütaliəyə cəlb etmək, siyasi, iqtisadi, hərbi durumumuzu,
tariximizi, mədəniyyət və incəsənətimizi geniş oxucu kütlələri arasında təbliğ
etmək məqsədilə MKS-də vaxtaşırı olaraq bir-birindən maraqlı tədbirlər
keçirilir. Sistem kitabxanaları daha geniş oxucu kütlələrini kitabxanalara cəlb
etmək məqsədilə öz işini Sumqayıt Dövlət Universiteti, Müəllimlər İnstitutu,
Sumqayıt Texniki Kolleci, Ağsaqqallar və Veteranlar şurası, Gənclər və İdman
Baş İdarəsi, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt Bölməsi, Sumqayıt
Təhsil şöbəsi, Əli Kərim adına Poeziya klubu, Sumqayıt şəhər Mədəniyyət evi,
Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi, H. Ərəblinski adına Sumqayıt
Musiqili Dövlət Dram Teatrı və digər mədəni-maarif müəssisələri ilə əlaqəli
həyata keçirir. Şəhər əhalisi və oxucular arasında apardığı gözəl təbliğatçılıq
fəaliyyətinə görə respublika kitabxanaları arasında Sumqayıt şəhər MKS-in
adı həmişə birincilər sırasında çəkilmişdir. Bu ənənəni bu gün də davam
etdirən Sumqayıt şəhər MKS Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən müsabiqədə iştirak edərək
respublika kitabxanaları arasında “İlin nümunəvi Mərkəzləşdirilmiş Kitabxana
Sistemi” nominasiyasında 2010-cu ilin qalibi olmuşdur. Kitabxananın
kollektivi m
üasir texnoloji vasitələrdən istifadə edərək oxucu sorğularını tez
və dolğun ödəməyə çalışır. Kitabxanaların avtomatlaşdırılması sahəsində
görülən işlər filiallarda da həyata keçirilir. Belə ki, MKS-in filiallarında da
kompüterləşdirilmiş infrastruktur qurulmuş, kitabxanaların kompyuterlə,
internetlə, WI-FI ilə təmin olunması həyata keçirilir.S. Vurğun adına Mərkəzi
kitabxana 1958-ci ild
ən fəaliyyət göstərir. 1966-cı ildən böyük şairimiz S.
Vurğunun adını daşıyır. Sahəsi 633,8 kvadratmetrdir. Kitabxana sistemə daxil
olan bütün kitabxanalara metodik r
əhbərlik edir. Mərkəzi kitabxanada 6 şöbə
f
əaliyyət göstərir: Mərkəzi kitabxanada oxucuya lazım olan kitabı tapmağa
köm
ək məqsədi ilə əlifba və sistemli kataloqlar, sistemli və ölkəşünaslıq
kartotekaları tərtib edilmişdir. 2009-cu ildə S. Vurğun adına Mərkəzi
kitabxananın veb-saytı yaradılmışdır. 2009-cu ildə kitabxanaya yeni proqram –
Avtomatlaşdırılmış Kitabxana Sistemi İRBİS–64 kitabxana proqramı
alınmışdır. Kitabxanada avtomatlaşdırılmış infrastruktur qurulmuş, elektron
kataloq v
ə elektron kitabxana yaradılmışdır. Hazırda müntəzəm olaraq
elektron kataloqun bazalarında işlər və həmçinin elektron kitabxanaya dəyərli
çap
əsərlərinin yüklənməsi davam etdirilir. Hər bir İnternet istifadəçisi
Kitabxananın Web səhifəsi vasitəsi ilə onun Elektron kataloqundan və digər
elektron resurslarından istifadə edə bilər. Kitabxananın kollektivi öz işini ali
v
ə orta-ixtisas məktəbləri, Yazıçılar Birliyinin Sumqayıt şəhər filialı, Gənclər
v
ə İdman Baş İdarəsi, Təhsili şöbəsi, kütləvi informasiya vasitələri , Əli Kərim
adına Poeziya klubu və digər mədəniyyət müəssisələri ilə əlaqəli quraraq
informasiyanı əhalinin bütün təbəqələrinə çatdırmaq, oxucuları mütaliəyə daha
f
əal cəlb etmək məqsədilə müxtəlif mövzularda disput, dəyirmi masa, ədəbi-
b
ədii gecə, oxucu konfransı, kitab müzakirələri və görüşlər keçirir. Yaxşı işinə
gör
ə kitabxana Azərbaycan KP MK-nın Keçici Qırmızı Bayrağını almış /1973,
1978/, müxt
əlif illərdə Respublika Mədəniyyət Nazirliklərinin, şəhər
r
əhbərliyinin fəxri fərmanları ilə təltif edilmiş, SSRİ Xalq Təsərrüfatı
Nailiyy
ətləri sərgisinin 3-cü Dərəcəli Diplomuna layiq görülmüş /1980/, Açıq
C
əmiyyət İnstitutu-yardım Fondunun kitabxanalar proqramı çərçivəsində
respublika kitabxanaları arasında keçirdiyi müsabiqədə /2003/ qalib gəlmişdir.
18 yanvar 1977-ci ild
ə S.Vurğun adına Mərkəzi kitabxana Azərbaycan SSR
M
ədəniyyət Nazirliyi tərəfindən respublika kitabxanaları üçün təcrübə bazası
elan edilmişdir.
S. Vurğun adına Mərkəzi kitabxananın Xidmət şöbəsi əhaliyə
abonement və oxu zalı vasitəsilə xidmət göstərir. Oxucuların müxtəlif
sorğularını tez və dolğun ödəməyə çalışır, çap əsərlərindən səmərəli istifadə
etməyə kömək edir, fondun qorunmasını həyata keçirir. Bundan başqa
Mərkəzi kitabxananın oxu zalında ödənişsiz Wi-Fi zonası yaradılmış,
kitabxanaya gələn oxucuların nootbukla, planşetlə, mobil telefonlarla
internetdən sərbəst istifadəsi təmin olunmuşdur.
Şöbə oxucuların ümumtəhsil, mədəni və peşə sorğularının ödənilməsi
üçün kitabxananın universal profilli kitab fondunu komplektləşdirir. Dövlət
vəsaiti hesabına yeni ədəbiyyatları Respublika Kitabxana Kollektorudan
almaqla, Prezident aparatından, M.F.Axundov adına Milli kitabxanadan kitab
mübadiləsi yolu ilə, nəşriyyatların və müəlliflərin bağışladıqları kitablar
hesabına kitab fondunu daim zənginləşdirir. Yeni daxil olan ədəbiyyatın
uçotunu aparır, dövrü nəşrlərə abunə işini təşkil edir, kataloq sisteminin
aparılmasına və fondun mühafizəsinə nəzarət edir.
Şöbə Mərkəzləşdirilmiş Kitabxana Sisteminə daxil olan kitabxanalar
arasında ədəbiyyat mübadiləsi aparır, depozitar fondu təşkil edir. Sistem
kitabxanaları arasında müvəqqəti kitab mübadiləsi yolu ilə oxucuların
sorğularının vaxtında və tam ödənilməsinə yardım edir. Vahid fondda lazım
olan nəşrlər olmadıqda şöbə Kitabxanalararası abonement vasitəsilə
M.F.Axundov adına Milli kitabxanadan və digər kitabxanalardan lazım olan
çap məhsullarını müvəqqəti istifadə üçün əldə edir.
Kitabxanada hər il bir sıra planlı surətdə tədbirlər keçirilmişdir.2014-cü
ildə keçirilən tədbirlərin siyahısı aşağıda xronoloji qaydada verilmişdir:
Ümumiyy
ətlə, Sumqayıt şəhər MKS-də kitabxana-informasiya
resurslarının tematik-tipoloji təhlili zamanı müəyyənləşdirdiyimiz mühüm
probleml
əri belə qruplaşdırmaq mümkündür:
Sumqayıt şəhərinin sosial-iqtisadi relyefinə uyğun olaraq neft və kimya
müt
əхəssislərinin infоrmasiya təminatının оpеrativliyi və ardıcıllığının
artırılmasında
– Kitabxana-
infоrmasiya təminatını daha da оpеrativləşdirmək üçün
informasiya axtarış sistemlərinin həm mövzu baхımından, həm də məqsəd
istiqam
əti nöqtеyi-nəzərindən daha da gеnişləndirilməsi və yеnilərinin
yaradılması;
– Münt
əzəm оlaraq oxucuların, o cümlədən mütəхəssislərin infоrmasiya
t
ələbatlarının öyrənilməsi və bunun əsasında kitabxana-biblioqrafiya
f
əaliyyətinin təşkil еdilməsi;
–S
umqayıt şəhər MKS-də kitabxanalarının kitabxana-informasiya
axtarış sistemlərini məqsəd və istiqamətinə görə daha da operativləşdirmək və
t
əkmilləşdirmək.
Yuxarıdakı tövsiyələrdən nəticəyə gəlmək olar ki, Sumqayıt iqtisadi cəhətdən
inkişaf etmiş, təsərrüfatı,iqtisadiyyatı orda çalışan mütəxəssislərin sayı gündən
gün
ə
artmışdır.
Bu
baxımdan
mütəxəssislərə
MKS-nin
m
əlumat,informasiya,axtarış sistemlərində səmərəli istifadəsini təşkil
etm
ək,sənəd informasiya fondunu zənginləşdirmək günün əsas
probleml
ərimdən biridir.
ƏDƏBİYYAT
1.
Az
ərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı // “Azərbaycan”
q
əz., 1995, 6 iyun.
2.
“Az
ərbaycanda kitabхanaların fəaliyyətinin yaхşılaşdırılması haqqında”
Az
ərbaycan Rеspublikası Prеzidеntinin sərəncamı // “Azərbaycan” qəz., 2007, 21 aprеl.
3.
“Az
ərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü
ill
ərdə inkişafı üzrə Dövlət proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası
Prezidentinin S
ərəncamı: 6 oktyabr 2008-ci il // “Azərbaycan” qəz., 2008, 6 oktyabr.
4.
Az
ərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət proqramı // “Kitabхanaşünaslıq və biblioqrafiya” elmi-nəzəri və təcrübi
jurnal, 2008, №2, s.7-30.
5. “
Kitabxanaların fəaliyyəti haqqında” statistik müayinənin nəticələri barədə: Statistik
bülleten /Az
ərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı, 2009, 86 s.
6.Mehdiyeva R. S.Vurğun adina Sumqayıt şəhər MKS-də oxuculara kitabxana-informasiya
xidm
ətinin təşkili // Kitabxanaçılıq-informasiya, 2012, №2 (8), s.93-97.
7.Tahirov K. M.F.Axundov adına Milli Kitabxananın tarixi(1923-2008-ci illər). B., 2008,
218 s.
8.Rüst
əmоv Ə.M. Rеspublikа sоrаq-infоrmаsiyа fоndlаrının аvtоmаtlаşdırılmаsı:
Mоnоqrаfiyа. B: Аzərnəşr, 1990, 220 s.
9.Sumqayıt Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2001-2010-cu illər hesabatları.
З.Рзаева,
С.Гаджиева
ПРОБЛЕМЫ КОМПЛЕКТОВАНИИ ФОНДОВ ГОРОДСКИХ
БИБЛИОТЕК СУМГАИТА
РЕЗЮМЕ
В статье освещены проблемыкомплектовании городских библиотек Сумгаита.А
также особое внимание уделено на опыт работы ЦБС.Проведенные статистические
обобщения.
Z.Rzayeva
S.Hajiyeva
PROBLEMS ACQUISITION OF SUMGAIT CITY LIBRARIES
SUMMARY
The article deals with the problem of acquisition of city libraries Sumgaita.A also paid special
attention to the experience of CLS. Conducted statistical generalizations.
Lal
ə ƏLİYEVA
Bakı Dövlət Universieti
“Biblioqrafiyaşünaslıq” kafedrasının magistranti
BİBLİOQRAFİK EVRİSTİKANIN NƏZƏRİ VƏ METODİKİ
MƏSƏLƏLƏRİ
Açar sözl
ər: Biblioqrafik evristika,biblioqrafik axtarış,sənəd
Key words: Bibliographic heuristics ,bibliographic search,document
Ключевые слова: Библиографическая евристика, библиографический поиск
документ
M
əqalədə “Evristika” haqqında ümumi məlumat öz əksini tapmışdır.
Bundan
əlavə məqalədə kitabxana-biblioqrafiya fəaliyyətində biblioqrafik
informasiyanın əldə edilməsi yolları haqqında məlumat verilmişdir.
“Evrika” r
əvayətə görə, Arximedin Sirəkuza şahı Hiyerin tacındakı
qızıl və gümüşün miqdarını təyin etdikdən sonra qışqıraraq ucadan dediyi söz,
mür
əkkəb məsələlərin həlli tapılarkən, yeni fikir və yeni ideyalar yaranarkən
razılıq və sevinc hissini bildirən ifadədir.
Evristika h
əqiqətən müvafiq köməkçi suallar vasitəsi ilə aşkar
edilm
əsini nəzərdə tutan tədqiqat və təlim üsulları, pedaqogikada evristik
müsahib
ə, mütərəqqi təlim forması kimi meydana gəlmiş və şagirdlərdə
müst
əqil təfəkkürün inkişaf etdirilməsinə yönəldilmişdir. Bu üsul Sokrat üsulu
da adlanır. Mürəkkəb qərar qəbul etmə məsələlərinin həllində evristikaya
əsaslanan üsulları öyrənir. Bu üsullar həlli tapmaq üçün lazımi axtarışların
h
əcmini azaldır və məsələ həllini asanlaşdırır. Nəzəri və praktiki məsələlərin
h
əlli ardıcıllıqla aparılır, məsələnin riyazi modeli qurulur. Düşünmə
prosesl
ərinin tədqiqi və başqa məsələlərdə istifadə olunur.
Biblioqrafik axtarışın elm üçün böyük əhəmiyyətini qəbul edən alimlər
haqlı olaraq göstərirlər ki, nə qədər ki, ədəbiyyat tarixi biblioqrafiya sahəsinə
yiy
əlik və havadarlıq edir, onun nəticəsi bir o qədər də inandırıcı və həqiqətə
yaxın mötəbər olacaqdır. Məhz hər hansı əsərin əldə edilməsi biblioqrafik
axtarışdan başlayır.
Görk
əmli alimlər hər hansı mövzusunun ilk mərhələsinin onun
biblioqrafiyasının tərtib edilməsindən başlanmasının sözsüz vacib olduğunu
q
əbul etmişlər. “Biblioqrafik axtarış” anlayışını “Ədəbi faktın müəyyənləşdi-
rilm
əsi”, “elmi-tədqiqat mövzusu üçün sənədlərin axtarılıb toplanması”
m
ənasında dərk etmişlər.
Çox böyük vaxt
ərzində “biblioqrafik axtarış” anlayışının mənası
t
əkamül prosesində dəyişikliyə uğramış və yeni məzmun kəsb etməklə
t
ədricən sabitləşmişdir. “Biblioqrafik axtarış”ın nəzəri və metodiki
m
əsələlərini əhatə edən “Biblioqrafik evristika” haqqında fikir söyləyən və
araşdırmalar aparan görkəmli alimlərdən N.Y.Ulyaninski, A.Q.Fomin,
N.V.Zdobnov, E.N.Şamurin və P.N.Berkovun adını xüsusi qeyd etmək olar.
XX
əsrin əvvəllərindən biblioqrafik evristikaya ilk xüsusi əsər
N.Y.Ulyaninski t
ərəfindən biblioqrafların II Ümumrusiya qurultayında (1926)
edil
əcək məruzənin tezisləri halında hazırlanmış, qurultayda bu məruzə başqa
bir mövzu il
ə “Biblioqrafiyanın nəticələri haqqında məsələlərin nəzəri
c
əhətdən əsaslandırılması təcrübəsi” mövzusu ilə əvəz edilmişdir. Bir neçə
ild
ən sonra (1929) «Biblioqrafik evristika” adı ilə xüsusi məqalə şəklində çap
edilmişdir. N.Y.Ulyaniskiyə görə evristika hər hansı biblioqrafiya işinin ilkin
m
ərhələsidir. Bu hər şeydən əvvəl materialın toplanmasıdır. O, biblioqrafik
axtarışın metodikasının yaradılmamasının səbəbini biblioqrafiyanın ümumi
inkişafının səviyyəsi ilə bağlayır. Biblioqrafik axtarışın metodikasını intuitiv
üsulla
işıqlandırır.
Rus alimi A.Q.Fomin yazır: “Baxmayaraq ki, ədəbiyyat tarixində
axtarış mühüm rol oynayır, amma onun metodikası qəti olaraq işlənməmişdir.
Bu m
əsələyə aid bizdə xüsusi bir əsər yoxdur”(4,s.135), biblioqrafik axtarışın
metodikasını şəxsi təc-rübəsinə əsasən işıqlandırır. Onun fikirləri N.Y.Ulya-
niskinin n
əticələrinə çox uyğun gəlir. Lakin A.Q.Fomin biblioqrafik axtarışın
tipl
ərini və onların xarakterik xüsusiyyətlərini müəyyən etmiş, tövsiyə etdiyi
sualların köməyi ilə biblioqrafiyalaşdırmada materialları müəyyən mövzu üzrə
qruplaşdırmışdı. 28 biblioqrafik axtarışın tipinin nümunəsini vermişdir. O,
biblioqrafik axtarış» anlayışını daha geniş mənada başa düşmüşdür.
A.Q.Fominin t
əcrübi-müəllimlik fəaliyyətində biblioqrafik axtarışın me-
todikası yaranmış və formalaşmışdı.
A.Q.Fominin nöqteyi-n
əzəri E.İ.Şamurinin “Biblioqrafiya işinin
metodikası” adlı kitabının beşinci fəslində öz əksini tapmışdır. Fərqli cəhət
ancaq ”axtarış tipinin sayında” özünü göstərir. Bundan sonra biblioqrafik
axtarışın bəzi cəhətləri alim və biblioqraf M.A.Briskmanın Sadavanın «Поиск
книги» kitabına yazdığı müqəddimədəöz əksini tapır. O, qeyd edir ki, "alim və
yazıçıların diqqətsizliyi, ehtiyatsızlığı nəticəsində biblioqrafik axtarış baş
ver
ir. Şübhəsiz ki, biblioqrafik faktın dəqiqləşdirilməsinin əsasında həmişə
kimins
ə səhvi və nöqsanı durur”. Əlbəttə, səhv yaxud nöqsana görə
biblioqrafik axtarışın vacibliyini izah etmək doğru olmaz. Biblioqrafik axtarış
başqa hallarda daha çox baş verir və tam aydınlığı ilə demək olar ki, heç bir
s
əhv və nöqsan üzündən aparılmır. Əlbəttə, biblioqrafik axtarışda müəllifin və
m
ənbənin düzgün verilmədiyinə rast gəlmək olur. Ancaq biblioqrafik axtarışı
s
əhvlərin aradan qaldırılmasının nəticəsi kimi şərh etmək biblioqrafik axtarışın
mübahis
əsiz olaraq elmi tərəqqinin hərəkətvericisi, çap əsərlərindən həqiqi
faktı müəyyən etmək vasitəsi kimi əhəmiyyətini azaltmaq demək olardı.
Biblioqrafik evristikanın ümumi məsələləri N.N.Berkov tərəfindən seçilmiş
əsərlərində işıqlandırılmışdır. Akademik V.V.Vinoqradov “evristika”
anlayışını nəzəri cəhətdən müstəqil sahə hesab edərək onu “ədəbi evristika”
adlandırır və onun hələ işlənməmiş, tədqiqata möhtac olan ədəbiyyatşünaslığın
yardımçı, perspektivli elmlərindən biri hesab edir.
Görk
əmli mənbəşünas, keçmiş SSRİ EA-nın müxbir üzvü N.F.Borisov
“evristika”nı yardımçı elm kimi deyil, mənbəşünaslığın tərkib hissəsi kimi
izah edir v
ə göstərir ki, biblioqrafik evristikanın nəzəri və metodiki məsələləri
biblioqraf, arxeoqraf v
ə mənbəşünas alimlər tərəfindən getdikcə
z
ənginləşdirilir (3,s.64). Tanınmış rus alimi A.A.Qreçixinin yazır: “Burası da
var ki,
ədəbiyyat tarixi sahəsində biblioqrafik axtarış həmişə bu iki dairədə-
biblioqrafiya v
ə ədəbiyyat tarixində aparılır. Belə biblioqrafik axtarışın
metodu filologiya elml
ərinə uyğun gəlir, bir-birilə çulğalaşır və ola bilsin ki,
ədəbi kitabın obyektini biblioqrafik və filoloji araşdırmaq adlandırmaq daha
doğru olardı”.
Görk
əmli alim Ə.Mirəhmədov “evristika” anlayışını belə açıqlayır:
“Evristika-
müxt
əlif səciyyədə olan ədəbiyyatşünaslıq axtarışlarının
m
əcmuusu, çox vaxt fərdi səciyyə daşıyır. Bir əsərin müəllifini, ya bir
m
əktubun, əsərin tarixini, kimə yazıldığını müəyyənləşdirmək; ədəbi mistifi-
kasi
yanı açıb izah etmək; hər hansı bir əsərin, yaxud onun yazılmasına kömək
etmiş məxəzin müəyyən bir zaman, ya məkana aid olduğunu əsaslandırmaq
(lokalizasiya); bioqrafik t
ədqiqat, prototiplərin axtarılması və i.a
Biblioqrafik evristika is
ə biblioqrafik axtarışların nəzəriyyə və
metodika-
sından bəhs edir. O, sadə və mürəkkəb səviyyədə ola bilər. Birinci
halda sad
əcə, müəyyən bir məsələyə dair ədəbiyyat seçilir, ikinci halda isə
müxt
əlif tədqiqat üsullarından istifadə yolu ilə, məsələn, adı məlum bir əsərin
mü
əllifi, sərlovhəsi, harada olduğu, hər hansı bir nəşrin qüsurlarının, yaxud az
tapılmasının səbəbləri və s. araşdırılır».
Biblioqrafik evristika tanınmış biblioqraf alim Ə.Xələfov tərəfindən
“B
ədii ədəbiyyat və ədəbiyyatşünaslığın biblioqrafiyası” (1986)(28) adlı dərs
v
əsaitində bir qədər geniş şəkildə işıqlandırılmışdır. Lakin mövzu iş təcrübəsi
əsasında işıqlandırılmamış qalmışdır. Bunu nəzərə alaraq dissertasiya işində
mövzunun faktlar
əsasında işıqlandırılması bir məqsəd kimi qarşıya qoyulur.
Biblioqrafik axtarış problemi kitabxana-biblioqrafiya fəaliyyətinin
başlıca prosesidir. Kitabxana-biblioqrafiya müəssisələrinin informasiyanın
müxt
əlif formalarından istifadə edilməsində böyük rolu və əhəmiyyəti vardır.
Müasir elm, m
ədəniyyət, incəsənət, təhsil və şəxsi təhsil sistemi dairəsinin
m
əlumatla təmin edilməsi, elmi- təcrübi problemlərin arasında biblioqrafik
informasiyanın axtarılması ən mühüm yerlərdən birini tutur.
Professor Z.H.Əliyev “Ümumi biblioqrafiyaşünaslıq” (2001) adlı dərs
v
əaitində yazır: “Biblioqrafiyalaşdırmanın və biblioqrafik xidmətin ilkin əsası
biblioqrafik axta
rışdır. Biblioqrafik axtarış müəyyən topluda nəyinsə aşkar
edilib mü
əyyənləşdirilməsi məqsədilə aparılan prosesləri nəzərdə
tutur”(2,s37).
Mü
əyyən sənəd yaxud sənədlər haqqında informasiyanın əldə edilməsi
yollarını göstərən biblioqrafik axtarış kitabxana-biblioqrafiya fəaliyyətinin
bütün formalarının ilkin əsasını təşkil edir. Kitabxana-biblioqrafiya prosesinə,
biblioqrafik v
əsaitin siyahı və xülasənin, kataloq və kartotekanın tərtibinə,
kitab s
ərgisinin təşkilinə, kitabxana fondunun komplektləşdirilməsinə soraq-
biblioqrafiya işinə, ədəbiyyatın kitabxana-biblioqrafik təbliğinə, mütaliəyə
r
əhbərliyə üzvü surətdə daxil olur. Buna görə də biblioqrafik axtarışın
metodikasına yiyələnmək, onu yaradıcılıq işinin əsası kimi anlamaq, ona
professional biliyin, kitabxana-
biblioqrafik bacarıq və vərdişin mühüm tərkibi
kimi bax
mağa imkan verir. Bununla belə biblioqrafik axtarış yalnız kitabxana-
bib
lioqrafiya işində, professional fəaliyyətdə iştirak etmir, o, həm də
müt
əxəssisin elmi axtarışının, elmi fəaliyyətinin ayrılmaz tərkib hissəsidir.
Biblioqrafiyada istifad
ə edilən bütün bu istiqamətlər nəticə etibarilə
lazım olan informasiyanın tapılması üçün biblioqrafik axtarış aparılır.
Biblioqrafiyaya müraci
ət edilən məqsədin axtarış vəzifəsini nəzərdə
tutmadığını təsəvvür etmək mümkün deyildir.
Biblioqrafik axtarış oxucu-yəni geniş ədəbiyyat həvəskarlarının
dair
əsinə, fəaliyyətinə də daxildir. İstər təcrübəli, istərsə də yeni oxucu
kataloqdan, kartotekadan, biblioqrafik v
əsaitdən istifadə etməyi bacarmalıdır.
Kitab seç
ərkən, özünün şəxsi marağını və sorğusunu ifadə etməkdə
ç
ətinliklərlə qarşılaşır. Biblioqrafik üslubu, təsviri, kitabxana təsnifatını,
isnadları başa düşmür. O, biblioqrafik axtarışı bu və ya digər ölçüdə aparmağa
m
əcburdur. Belə hallarda kitabxanaçı-biblioqrafın rolu oxucuya köməklik
etm
əkdən, onların müstəqil biblioqrafik axtarış aparmasına yönəltməkdən-
ibar
ətdir. Buna görə də müxtəlif oxucu qruplarının axtarış fəaliyyətlərinin xü-
susiyy
ətlərini bilmək və onu daim öyrənmək, biblioqrafik biliyi təbliğ etmək
metoduna yiy
ələnmək, oxucunun mütaliə mədəniyyətini tərbiyə etmək
vacibdir. Bu h
əmçinin kitabxana-biblioqrafiya işinin təşkilinə və istifadə
edilm
əsinə, mütəxəssislərin professional bilik dairəsinə daxildir.
Biblioqrafik axtarışın effektivliyi hər şeydən əvvəl biblioqrafik
m
ənbələrin vəziyyətindən, biblioqrafik vəsaitlər sisteminin axtarış
imkanlarından, həmçinin hər bir vəsaitin necə tərtib olunmasından asılıdır.
Bununla
əlaqədar kitabxanaçı biblioqrafik mənbələrin axtarış imkanlarını təyin
etm
ək vərdişinə yiyələnməlidir. Axtarışın əhatə dairəsini təcili və dəqiq təyin
etm
əyi bacarmalıdır. Bütün bu problemlər sahəvi biblioqrafiyaşünaslığın
xüsusi bölm
əsi olan «biblioqrafik evristika»da araşdırılır.
Biblioqrafik axtarış professional (kitabxana-biblioqrafiya) və professional
olmayan
(oxucuların) fəaliyyətin xüsusi növü kimi özünün bütün
çoxc
əhətliliyini biblioqrafik evristikanın obyekti kimi göstərir.
Biblioqrafik axtarışın xüsusiyyətləri hər şeydən əvvəl ondan ibarətdir ki,
oxucunun professional v
ə professional olmayan fəaliyyətinə qarşılıqlı təsir
göst
ərir, elmin və təcrübənin müxtəlif dairəsinə üzvü şəkildə daxil olur. Buna
gör
ə də biblioqrafik axtarış tədqiqatın və bir çox başqa elmlərin obyekti kimi
d
ə çıxış edir, özünü göstərir. (1,s95)
Biblioqrafik evristikanın ilkin əsasını təşkil edən biblioqrafik axtarış
problemi kitabxana-biblioqrafiya f
əaliyyətinin başlıca prosesidir. Kitabxana-
biblioqrafiya mü
əssisələrinin informasiyanın müxtəlif formalarından istifadə
edilm
əsində böyük rolu və əhəmiyyəti vardır. Müasir elm, mədəniyyət,
inc
əsənət, təhsil və şəxsi təhsil sistemi dairəsinin məlumatla təmin edilməsi,
elmi- t
əcrübi problemlərin arasında biblioqrafik informasiyanın axtarılması ən
mühüm yerl
ərdən birini tutur.
Dostları ilə paylaş: |