ƏDƏBİYYAT
a) Az
ərbaycan dilində
1.Əliyev Z.H. Azərbaycan Biblioqrafiyasının tarixi: dərs vəsaiti.-Bakı: bakı
univesiteti n
əşriyyatı, 2007.-190 s.
2.Yeni kitablar: biblioqrafik göst
ərici -2013\ M.F. Axundov ad. Azərbaycan Milli
Kitabxanası.-Bakı, 2014.-293 s.
b) İngilis dilində
3.World’s ‘seven billionth baby’ is born // The Guardian .-2011.-31 October.
4.
http://www.vestifinance.ru/articles/41515
c) Rus dilind
ə
5. Единая классификация литературы для книгоиздания в СССР / Гос. ком.
СССР по делам изд-в, полиграфии и кн. торговли; [Разраб. Н. Я. Азерской, С. Ю.
Калининым]. - 2-е изд., перераб. и доп. М. : Книга , 1986 - 598,[1] с.;
И.Алиева
НЕКОТОРЫЕ ОСОБЕННОСТИ СИСТЕМЫ БИБЛИОГРАФИЧЕСКИХ
ПОСОБИЙ ПО
ЭКЛОГИ И ЗАЩИТЕ ОКРУЖАЮЩЕЙ СРЕДЫ
РЕЗЮМЕ
В статье рассмотрены вопросы становления и развития системы
библиографических пособий по экология, охрана окружающей среды в Азербайджане.
Статья снабжена примерами библиографических записей документов экологической
тематики взятых из текущих библиографических указателей.
İ.Aliyeva
SOME FEATURES OF THE SYSTEM OF BIBLIOGRAPHIC INDEXES ON
ECOLOGY AND ENVIRONMENTAL PROTECTION
SUMMARY
The article discusses the formation and development of bibliographical aids on
ecology and the environmental protection in Azerbaijan. Article provided with examples of
bibliographic records of the document on ecological subjects taken from the current
bibliographic indexes.
Elçin MƏMMƏDOV
AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan
Nigar İSMAYILOVA
AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan
Firudin ƏSGƏROV
AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan
MÜASİR ELEKTRON KİTABXANALARDA ONLAYN SOSİAL
ŞƏBƏKƏ TEXNOLOGİYALARININ TƏTBİQİ MEXANİZMLƏRİ
Açar sözlər: elektron kitabxana, sosial şəbəkə, sosial elektron kitabxana şəbəkələri,
Veb2, bulud texnologiyaları
Ключевые слова: Цифровая библиотека, социальная сеть, социальная
цифровая библиотека, веб2, облачное вычисление.
Keywords:digital library, social network, social digital library, web2, cloud
computing
Məqalədə sosial şəbəkə anlayışının yaranması, yeni informasiya
kommunikasiya texnologiyalarının sosial şəbəkələşmə proseslərindəki rolu,
onlayn sosial şəbəkələrin formalaşması məsələləri araşdırılmışdır. Həmçinin
bu texnologiyaların müasir elektron kitabxanaların yaradılmasında tətbiq
məsələrinə toxunulmuş və sosial elektron kitabxana informasiya sistemlərinin
yaranma perspektivləri təqdim edilmişdir.
B
əşər yarandığı dövrdən müəyyən ənənəvi struktural elementlərə
əsaslanaraq formalaşmışdır. Bu elementlərdən ən mühümü``Şəbəkə``
(``Network``-
ing.) anlayışıdır. Tarixi hadisələrə nəzər salsaq sosial cəmiyyətin
bütün üzvl
əri daim həmfikirlərini tapmağa, müəyyən proseslərin, siyasətin,
elmin v
ə s. proseslərin birgə, korporativ formada aparılmasına cəhd
etmişdirlər. Qeyd etmək lazımdır ki, bütün mühüm tarixi, elmi, mədəni və
siyasi hadis
ələr də ``şəbəkə`` anlayışı üzərindən baş vermişdir.Müasir texniki
inkişaf metodologiyasına diqqət etsək ənənəvi anlayışın XX əsrin sonlarına
yaxın İnformasiya Kommunikasiya Texnologiyalarının baza prinsipləri kimi
formalaşmasını müşahidə etmiş olarıq. IKT istiqamətində məşhur
sosioloqlardan biri Manual Kastels (Manual Castells) qeyd etmişdir ``Şəbəkə
b
əşəri təcrübənin qədim formalarından biridir, lakin bu, bizim zəmanəmizdə
yeni h
əyata keçid etmiş, İnternet vasitəsilə idarə olunaraq, informasiya
şəbəkələrinə çevrilmişdir.``
Qeyd edil
ən istiqamətdə 1990-cı illərdə Tim Börners Li (Tim Burners
Lee) CERN (Avropa nüv
ə araşdırmaları təşkilatı, dünyanın ən iri yüksək enerji
fizikası laboratoriyası) laboratoriyasında ``Beynəlxalq Hörümçək Toru``nun
yaradılması layihəsi üzərində çalışarkən heç güman edilməzdi ki, veb
texnologiyalar sür
ətli inkişaf tempi tutacaq və artıq iyirmi il sonra Veb2
texnologiyaları formalaşacaqdır. Bu texnologiya öncəki ``Veb`` üzərindən
yaradılmasıdır, ekspertlərin fikrini dinləsək yeni əsaslı bir dəyişikliyin
olmadığı lakin mühüm istiqamət kimi istifadəçilərin qlobal informasiya
m
ühitinin formalaşdırılması, sosial şəbəkələşmə imkanlarının inkişaf
etdirilm
əsidir[1].
``Sosial şəbəkə`` xronologiyası
Bu terminin kompüter texnikası, mobil rabitə kimi mövhumların
yaranmasından sonra meydana gəldiyini fikirləşmək yanlışlıq olardı. Qeyd
olunan anlam artıq 100 ilə yaxındır ki, tədqiq edilir və sosial şəbəkə analizi bir
elm kimi çoxdan yaranmışdır, özündə sosiologiya, psixologiya, antropologiya,
idar
əetmə, kompüter elmləri, informasiya texnologiyaları elementlərini
birl
əşdirir. “Sosial şəbəkə” termini 1954-cü ildə Mançestr məktəbinin
sosioloqu Con Arundel Barns t
ərəfindən “insan münasibətləri” məcmuəsinə
daxil edilmiş “Norveç kilsə adasının sinifləri və icmaları” adlı əsərində təklif
edilmişdir [2].Müasir dövrdə isə bir neçə terminaloji nümunələrə rast gəlmək
mümkündür ki, bu da istifad
əçi kontinqentindən asılıdır, misal üçün ``onlayn
sosial şəbəkə`` (online social network OSN-ing.), ``sosial şəbəkə saytları``
(social network sites-ing.) v
ə ya ən geniş istifadə olunan ``sosial şəbəkə``
(social network-ing.)
M
əlum olduğu kimi son illərdə SŞ populyarlığı sürətlə artmışdır.
C
əmiyyətin müxtəlif sahələrində çalışan və ya sıravi şəxslər müxtəlif sosial
şəbəkə olan `Twitter`, `Facebook`, `Linkedin` və s. SŞ-də qeydiyyatdan
keçs
ələr də, onlara çox zaman bunun konsepsiyası və nə olduğu qaranlıq qalır.
Bu özün
əməxsus şəbəkə formasının ən mühüm xüsusiyyətləri dünyanın
müxt
əlif nöqtələrində olan, din, dil, sosial statusundan asılı olmayaraq eyni
maraq dair
əsinə malik insanları cəmləşdirir, əlaqələndirir, informasiya
mübadil
əsi və korporativ fəaliyyət təşkil etmək imkanları yaradır. Nəzərə
alsaq ki, kitab çapının ixtirası özündən 150 il sonra dəyişiklikləri hiss
etdirmişdir, SŞ üçün isə təxminən 15 ildən az vaxt lazım olmuşdur. Öncə qeyd
edil
ən xüsusiyyətlər bu texnologiyadan istifadə intensivliyini e-poçt, axtarış
sisteml
əri, portal və s. servislərə nisbətən artırır. Onuda qeyd etmək lazımdır
ki, bu şəbəkələrin ayrı-ayrı və qrup fərdlərə psixoloji təsiri istər pozitiv və
əksinə neqativ istiqamətdə dəyişdirilməsi üçün güclü texniki vasitədir [2].
Müasir üçlük: Veb2, bulud texnologiyaları və sosial şəbəkənin bu
mühitd
ə rolu.
Son dövrl
ərin ən mühüm texnoloji istiqamətlərindən biri də Veb 2.0
(Web 2.0) üsuludur.Bu üsul istifad
əçilərə xüsusi interaktiv əlavələr vasitəsilə
kontentin veb üz
ərindən idarəedilməsi, istifadəsini və mübadiləsinin daha da
optimal yolunu t
əklif edir.Nəzərdə saxlamaq lazımdır ki, veb bazisli üsullar
son dövrl
ərdə sərt disklərdə sazlanan proqram təminatlarına nisbətən daha
üstün istifad
ə statistikasına malikdirlər. Bu texnologiyalar istifadəçi-yönümlü
kontentin sür
ətli inkişafına təkan verərək sosial şəbəkələşmənin və bulud
texnologiyalarının gündəlik həyatımızın bir hissəsinə çevrilməsinə səbəb
olur[3].Sosial şəbəkələşmə özlüyündə böyük həcmdə şəxsi və korporativ
qeydiyyat m
əlumatlarını bulud texnologiyaları və veb üsullar vasitəsilə
qeydiyyata alır, sistemləşdirir, interaktiv mübadiləni təmin edir.Sadə formada
des
ək həm proqram təminatı, həm də sənədlər, müxtəlif verilənlər toplusu
istifad
əçinin kompüterindəki ``sərt diskdə`` deyil, ayrılmış bir virtual məkanda
yerl
əşir. Bulud texnologiyalarına əsaslanan populyar onlayn sosial şəbəkələrə
Linkedin, Facebook, Twitter, Youtube, Flickr v
ə s. nümunə gətirmək olar.
Xüsusi il
ə qeyd etmək lazımdır ki, Veb2 texnologiyasında tanınan ilk
``pioner`` sosial şəbəkə saytı ``SixDegrees.com`` olmuşdur.
Sosiallaşmanın proqram təminatları, texnologiyaları və xidmətlərinə
daha detallı (Cədvəl 1) də diqqət edək[2].
C
ədvəl 1.
Web 2.0 veb saytları
Web
2.0 Texnologiyaları
Xidm
ətlərin açılışı
Flickr, Zoto, Instagram
Foto v
ə şəkillər kolleksiyasının
idar
əedilməsi
Resurslara (şəkil, foto)
s
ərbəst giriş edilməsi və
işarələnməsi
YouTube, Google,
Video, Metacafe
Video kolleksiyalar
Video m
əlumatların
yükl
ənməsi
Joomla, Drupal
CMS
Veb dizayn v
ə menecment.
Blogger, WordPress
Bloqlar
Şəxsi müəlliflik və nəşr
edilm
ə
GoogleDocs,
Rallypoint
Ümumi yazı, redaktə imkanları
Onlayn m
ətn işlənməsi
Linkedin, Facebook,
Twitter
Sosial Şəbəkələşmə
Vahid istifad
əçinin geniş
kütl
ə ilə əlaqələndirilməsi
Sosial şəbəkənin baza elementləri
Sosial şəbəkə texnologiyaların populyarlığını, daha da sosiallaşmasını
statistik göst
əricilər və aparılan araşdırmalardan da müşahidə etmək
mümkündür, bel
ə ki, hələ 2011-ci ildə ``Facebook`` sosial şəbəkəsində 750
million istifad
əçi qeydiyyatdan keçmişdir, hal-hazırda isə istifadəçilərin sayı 1
milyard 320 milyonu keçm
əkdədir. Cənubi Koreyada ümumi əhalinin 30%-i,
onun daxilind
ə də 90% cavan kontinqentin ``Cyworld`` milli sosial
şəbəkəsinin aktiv üzvləri kimi qeydə alınmışdır. Birləşmiş Krallıq elm
adamlarının apardıqları araşdırmalara əsasən 15-17 yaş aralığında olan
uşaqların yarısı ən azı bir sosial şəbəkədə qeydiyyatdan keçmişdir.
Qeyd edil
ən texnologiyaları izləsək Pol Andersonun (Paul Anderson.
İng) ``O’Reilly Media`` təsisçisi Tim Orelli (Tim O’Reilly. ing.) fikirləri
əsasında veb2 texnologiyaları və sosial şəbəkələrin altı ideya və xassələri
mü
əyyənləşdirdiyi məlum olur. 1. İstifadəçi yönümlü kontent 2. Texniki
kontent v
ə iştirak imkanları 3.Böyük həcmli verilənlər 4.Kütlənin gücünün
idar
ə edilməsi və 5. Resursların açıqlıq məsələsi
6 Şəbəkə effekti və veb topologiya [4].
Adı çəkilən sosial şəbəkə növləri istifadəçilərə maksimum əməliyyat
imkanları yaradır və əsas element kimi hər bir istifadəçinin özünün inzibatçı
kimi kontentini idar
ə edə bilməsidir. Lakin bu ümumi anlamın daxilində bir
çox funksionallıqlar vardır, nümunə kimi ``Facebook``, ``Linkedin`` sosial
şəbəkə sistemlərində sadə istifadəçi idarəetmə funksiyalarına nəzər salaq:
``dostların əlavə edilməsi``, müxtəlif ``sosial kanallara``,maraq dairəsində olan
qrupların,individual istifadəçilərin ``izlənilməsi`` və s.
Dig
ər sosial şəbəkə sistemləri olan ``Twitter``, ``MySpace``də
kommunikasiya, blog, kiçik blog funksiyalarını daşıyırlar. Burada xüsusi
texniki imkanlar istifad
əçilərə veb interfeys vasitəsilə mətn mesajlarının SMS-
d
ən (ing., Short Message Service - Qısa Mesaj Xidməti) yararlanaraq
gönd
ərilməsi, digər imkanlara alt platformaların olması müxtəlif bloqların
yaradılması üçün virtual məkan funksiyasını daşıyır. Ümumi texniki baxımdan
izl
əsək görərik ki, sosial şəbəkədə istifadəçinin müdaxilə edə bilmədiyi yalnız
qeydiyyatdan keçirtdiyi hesabının tamamilə ləğv edə bilməməsidir(Qeyd:
istifad
əçinin öz hesabını yalnız diaktiv etmək imkanı mümkündür)[5].
Müxt
əlif funksional göstəriciləri müşahidə etsək, bütün sosial şəbəkə
sisteml
əri aparıcı ümumi funksional struktura malikdirlər. Bunlara aiddir:
1. Ana s
əhifə, adətən istifadəçilər sistemə daxil olanda ilk əsas
s
əhifəyə yönləndirilir.
2. Profil s
əhifəsi,məhdud sistem daxilində kütləvi və ya məhdud
profilin yaradılması, müəyyən şəxsi məlumatların, peşəkar bacarıqlar haqqında
informasiyanın formalaşdırılmasıdır. Burada toplanılan informasiya müxtəlif
formatlı sənədlər formasında ola bilər (şəkil, mətn, audio və s).
3. Dostluq,
əlaqəli, informasiya mübadiləsi aparılan, istifadəçilərin
siyahısnın formalaşdırılması (dost, həmkar və s.). Əsas siyahıda olan
istifad
əçilərin əlaqələrinə istinadən onlara keçid etmək, ikinci səviyyə
əlaqələrin qurulması və belələliklə şaxəli şəbəkənin formalaşması.
4. Qruplar,eyni fikirli, ideyalı, siyasi baxışlı istifadəçilərin birlikdə
toplaşması üçün virtual məkanlar. Bu qruplar struktur baxımından açıq, qapalı
v
ə yarımqapalı ola bilər.
5. Sosial
əlfəcin xidmətləri, bu xidmət növləri istifadəçilər üçün
maraqlı, vacib veb saytların toplanması, sistemləşdirilməsi və onlarla əlaqəli
şəxslərlə paylaşmasını təmin edir. Texniki tərəfdən nəzər salsaq istifadəçi hər
hansı bir veb səhifəni nəinki paylaşa bilər, həmçinin həmin veb səhifədəki
m
əlumatlarla birlikdə metaverilənlər şəklində təşkil, kateqoriyalaşdıra bilər və
ist
ənilən məkandan daxil olduqda həmin informasiyaya çıxış əldə edə bilər.Bu
bir növ geniş informasiya okeanında lazım olan məlumatların seçilməsi və
işarələnməsi funksionallığını daşıyır.Adətən istifadəçilər informasiyanı tam
oxuya bilmir, yenid
ən lazım olduqda isə axtarış etmək iqtidarında olmur. Bu
v
ə bənzər səbəblər üçün təcrübi alət hesab etmək olar[1].
Qeyd edil
ən bu funksionallıqların tətbiq edilməsi üçün mükəmməl və
dinamik texniki baza yaradılmalıdır.Onlayn sosial şəbəkə sistemləri
formalaşdırılarkən bir neçə proqram təminatı imkanlarından, verilənlər
m
ərkəzlərindən və üçüncü tərəf informasiya təminatçıları xidmətlərindən
istifad
ə edilir.Nümunə olaraq ``Facebook`` sosial şəbəkəsinin kiçik texniki
göst
əricilərini müşahidə edək.Nümunə üçün adı çəkilən onlayn sosial
şəbəkənin veb səhifəsində istifadəçilərin gördükləri xəbərlər, dostların
paylaşdıqları məlumatlar, şəkilllər, ``Bəyən`` (Like.Ing.)düyməsi, onlayn
oyunlar h
aqqında informasiyalar müxtəlif serverlərdən əldə olunur və
``HTML`` (Hypertext Markup Language. İng) Hipermətnlərin İşarələnməsi
dilind
ə formalaşdırılır.Bu sistem ``LAMP`` abreviaturalı dörd qlobal
standartdan istifad
ə edir, Linux, Apache, MySQL və PHP.Həmçinin verilənlər
bazasında proseslərin gücləndirilməsi üçün operativ yaddaşda verilənlərin keş
olunması üçün ``Memcached`` tətbiq edilir.Qeyd edilənlər ən azı 60.000
serveri v
ə 25 terabayt istifadəçi verilənlərini idarə edir.Bundan əlavə bloq,
server
əlavələri üçün C++, Erlang proqramlaşdırma dillərindən istifadə
edilir.Server strukturu üç
əsas pillədən ibarətdir, üst pillə Veb server - Apache,
alt pill
ə - MySQL serveri və orta pillə keş server - Memcached üzərindən
sazlanır.Digər yeni xarakterik nümunə kimi ```FBML`` (Facebook Markup
Language.İng.)Feysbuk İşarələmə Dilinin HTML dilinin genişləndirilməsi
kimi istifad
ə edilməsidir [1].
Nümun
əni müşahidə etdikdən sonra bizə sosial şəbəkə sisteminin
arxitekturasında nə dərəcədə mürəkkəb, əhatəli və çox şaxəli texniki
m
əsələlərin tətbiqi prinsipi məlum olur.
Önc
ə diqqətə çatdırılan baza elementləri və texniki struktur fiziki-
coğrafi sərhəd kimi mühüm baryeri aradan qaldırması, onlayn mühitin
yaranması, yerləşməsindən asılı olmayaraq istənilən məkanda olan
info
rmasiyanı zamanında əldə etməyə şarait yaratmışdır. Zaman keçdikcə
t
əsəvvür etmək heç də çətin deyildir ki, 20-30 il sonra dünya əhalisinin əksər
hiss
əsinin kompüter texnologiyalarından sərbəst istifadə bacarıqlarının daha
aydın görüntüsü formalaşır. Bu da öz növbəsində sosial şəbəkə məsələlərinin
əhəmiyyətinin sürətli yüksəlməsinə səbəb olacaqdır. Ən peşəkar
müt
əxəssisdən tutmuş evdar xanımlara kimi bu onlayn cəmiyyətlərə
qoşulması, ehtiyaclarına uyğun individual və ya qruplarla informasiya
mübadil
əsi, ünsiyyət, təlim, tədris və s. proseslərini realizə edə biləcəklər[3].
Sosial texnologiyaların modelinə diqqət etsəkbir növ ``amorf`` texniki
strukturun obrazını görmüş olarıq və bu xüsusiyyət həmin texnologiyaları
müxt
əlf fəaliyyət sahələrinə tətbiq etmə imkanlarını artırır.Bu, Viki
konsepsiyasına bənzər bir strukturu xatırlatsa da,texniki baxımdan daha şaxəli
v
ə mükəmməl funksiyalara malik elektron kitabxanaları, burada ən əsas
element kimi is
ə bu informasiya sistemlərinin sosial şəbəkə prinsipləri
üz
ərində qurula bilmə imkanlarını təqdim edə bilər. Burada da əsas vurğu
kontentin m
əhz istifadəçilər tərəfindən formalaşdırılmasına yönəlir (Veb 2
ideologiyası bazasında), bu baxımdan akademik istifadəçi qruplarının
yaradılması texnologiyası elmi fikirlərin, nailiyyətlərin, informasiya emalının,
analizinin v
ə mübadiləsi proseslərinin kollektiv aparılması üçün mühit yaradır.
Elektron kitabxana-informasiya mühitind
ə
sosial
şəbəkə
texnologiyalarının rolu və sosial elektron kitabxana şəbəkələrinin
formalaşması.
Sosi
al şəbəkə texnologiyalarının elektron kitabxana-informasiya
mühitind
ə tətbiqi məsələləri son dövrlərdə vacib struktur elementlərindən
birin
ə çevrilməkdədir.Bunun əsas səbəblərindən veb mühitin, mediyanın və s.
elmi-texnoloji al
ətlərin sürətli inkişaf tempidir. Məlum olduğu kimi kitabxana-
informasiya müt
əxəssislərinə ən çox verilən suallardan biri kimi ``Siz
işinizdən narahat deyilsiz ki, Google olduğu halda elektron kitabxanalara nə
ehtiyac vardır?`` qeyd etmək olar. Digər bir məsələ kimi ``Google``un özünün
bir elektron kitabxana kimi q
ələmə verilməsi də müşahidə edilir, sözsüz ki, bu
fikirl
ərin nə dərəcədə döğru olması sual doğurur. Müxtəlif elektron
kitabxanaşünaslar bu məsələdə individual yanaşma ilə çıxış edirlər.
Ümumil
əşdirilmiş halda qeyd edilənləri belə izah etmək olar ki, ümumi,
xüsusi, akademik v
ə s. kateqoriyalı təlabatçılar ehtiyac olan informasiyanı
müxt
əlif portativ cihazlar vasitəsilə qlobal şəbəkədə (İnternet) açıq onlayn
m
ənbələrdən, Google-dan əldə edə bilərlər,lakin ən sadə nümunəyə diqqət
ets
ək görmüş olarıq ki, bir çox açıq mənbələrdə olan informasiya kütlələrini
kiatbxanaçı-informasiya mütəxəssisləri formalaşdırmışlar və çox hallarda
onlayn c
əmiyyətdə ``informasiya memarları`` funksiyasını daşıyırlar.Elektron
kitabxana-informasiya sistemi v
ə sosial şəbəkə texnologiyaları nəinki
informasiya resurslarının, həmçinin insan resurslarının birgə fəaliyyətinin daha
etibarlı və keyfiyyətli iş prinsipini təqdim edirlər. Bu struktura həm xidmətləri
t
əşkil edən mütəxəssis, həm də həmin xidmətlərdən istifadə edən təlabatçı
qruplarını daxil etmək olar[5].
Elmi texniki t
ərəqqi çox zaman humanitar sahələrdə çalışan
müt
əxəssisləri, eləcədə kitabxanaçıları müxtəlif proseslərdə çətin vəziyyətə
salır, bunu xüsusilə post-sovet məkanında olmuş ölkələrə aid etmək olar.Bir
t
ərəfdən müəyyən baryerlər yaratsa da, digər tərəfdən inkişaf istiqamətinin
d
əyişməsi proseslərin daha dinamik getməsi, özünü inkişaf, qloballaşma
ideyalarını daşıyır və sosial şəbəkələrin formalaşması da bu müsbət
keyfiyy
ətlərin individ və toplumda yayılmasına xidmət edir.Məlum olduğu
kimi ``q
əpiyin digər üzü`` olduğu kimi burada da neqativ hallar
qaçılmazdır.Yəni müxtəlif dini, siyasi təbliğatların aparılması, anti-bəşər
fikirl
ərin yayılması çox zaman baş verən hallardandır.Lakin, indiki məqsəd
sosial şəbəkələrin elektron kitabxana-informasiya mühitinə neqativ deyil,
müsb
ət təsiretmə tərəflərini araşdırmaqdır.
Sosial şəbəkə və elektron kitabxana texnologyaları özlüyündə onların
baza prinsipl
əri olan sosial-texniki, elmi-texniki və s. elementlərlə qarşılıqlı
inteqrasiya halında formalaşırlar, bu prinsip və yanaşmalar da müasir elektron
kitabxanaların yaranması mexanizimlərinin metodologiyasınımüəyyən edir.
Elm v
ə təhsil prinsipi. Müasir cəmiyyəti irəli aparan istiqamətlərdən
biri d
ə, elm və təhsildir. Dünya təcrübəsinə nəzər salsaq görmüş olarıq ki,
qeyd edil
ən bu iki istiqamətin güclü olduğu ölkələrin güclü iqtisadi və siyasi
əsası formalaşmışdır.Kütləvi infomasiya vasitələrinin, xüsusisilə sosial
c
əmiyyət və şəbəkələrin geniş vüsət alması, bu proseslərin elektron
kitabxanalarla qarşılıqlı inteqrasiyası sürətli inkişaf tendensiyasını
formalaşdırır.
İstifadəlilik prinsipilərində yenilik – smart və portativ cihazlar.Elmi
texniki t
ərəqqi sürətlə inkişaf etdikcə informasiya texnologiyaları fonunda
sür
ətli dəyişikliklər baş verir və ən diqqəti cəlb edən proseslərdən biri də
cihazların portativləşməsi, mobil-smart texnologiyalar olur. Diqqət etsək hələ
15 il önc
ə Respublikamızda çox məhdud funksiyalara malik, ölçü və çəki
baxımından iri tutumlu mobil cihazlar istifadə edilirdi. Müasir dövrümüzdə
texniki v
əziyyətin tam əksinə görüntüsünü müşahidə etmək olar. Ölçü və
ç
əkinin kiçilməsi, vizual keyfiyyətin artması və s. səbəblər digər inkişaf edən
ekosistem onlayn sosial şəbəkə texnologiyalarının baza elementlərindən birinə
çevrilmişdir. Bu texniki imkanlar artıq klassik iedologiyanı dəyişərək elektron
kitabxananı istifadəçiyə çatdırır.
Şəbəkə prinsipi - İnternet və veb texnologiyalar.Sosial şəbəkə
anlamının yüz illik inkişaf yolunun olmasına baxmayaraq internet və veb
texnologiyalar XX
əsrin sonlarında formalaşmışdır. Bu da sosial şəbəkələrin
v
ə ümumilikdə onlayn sosial şəbəkələşməyə güclü təsir etmişdir.
Elektron idar
əetmə - İntellektual sistemlərin yaradılması və gələcək
n
əsil elektron kitabxana kataloqları.Süni intellekt məsələlərinin araşdırılması,
informasiya sisteml
ərinin daha geniş və semantik əlaqəli əməliyyatlar
aparması sosial şəbəkə elementlərinin proqram həll prosesləri üçün mühit
yaratdı.Yeni nəsil elektron kitabxana kataloqları artıq özlüyündə yalnız
informasiya insan resurslarının verilənləri deyil onların sosial mühitdə
inteqrasiyası, dinamik bir mühiti əks etdirəcəyi proqnoz edilir.
Yuxarıda qeyd olunan baza prinsiplərini nəzərə alaraq müasir elektron
kitabxana v
ə sosial şəbəkə inteqrasiyasına diqqət etsək uç əsas istiqaməti,
sosial elektron kitabxana şəbəkə modelinimüşahidə etmək olar[4].
Sosial elektron kitabxana şəbəkəsinin formalaşması məsələləri.
``Sosial elektron kitabxana şəbəskəsi`` ideyasına keçid etməzdən öncə
elektron kitabxananın özünün hər hansı bir populyar sosial şəbəkələrin birində
t
əmsil olunması, yəni buraya həmin elektron kitabxananın marketinqi, onun
haqqında əsas məlumatlar, təqdim etdiyi resurslar və s. kimi informasiyaların
daxil edilm
əsi təcrübəsni izləmək məqsədə uyğun olardı.
Elektron kitabxananın sosial şəbəklərdə təmsil olunması
Sosial şəbəkənin özünü təqdim etdiyi texniki imkanlar isə həmin elektron
kitabxana
ətrafında maraqlı olan istifadəçilərin və qrupların toplanması,
onlayn mühitd
ə müxtəlif debatların aparılması, istifadəçi maraqlarının
mü
əyyənləşdirilməsi və s. mühüm xüsusiyyətləri qeyd etmək olar. Burada açıq
informasiya mübadil
əsi imkanlarının olması elektron kitabxana resurslarının
formalaşmasına təsir edən əsas elementlərdən birinə çevrilir. Hal-hazırda ilkin
addımlar kimi bir çox elektron kitabxanalar qlobal tanınan “twitter”,
“facebook” v
ə s. sosial şəbəkələrə inteqrasiya edir. Misal üçün Kaliforniya
Elektron Kita
bxanası 2009-cu ilin oktyabr ayında qlobal sosial şəbəkələrdən
biri olan ”Twitter”
ə qoşulmuş və bununla öz istifadəçiləri üçün daha sürətli və
s
əmərəli informasiya xidmətləri təşkil etmişdir [6].
Sosial elektron kitabxana şəbəkəsi.
Sosial elektron kitabxa
na şəbəkələrinin sosial, texniki aspektləri.Bu
istiqam
ət xüsusisosial-texniki funksiyaların əlavə edilməsi ilə elektron
kitabxananın özünün sosial şəbəkə formasına çevrilməsi, və ya xüsusi sosial
aspektl
ərinin formalaşmasıdır. Məlum olduğu kimi elektron kitabxananın
başlıca funksiyalarından biri informasiya təminatının (toplanması, emalı)
aparılması və yayılmasıdır.Başqa sözlə, sosial şəbəkələşmə terminləri ilə qeyd
ets
ək paylaşmaq, əməkdaşlıq və vasitəçilikdir. Bu üç sosial fəaliyyət vasitəsi
müxt
əlif formatlı kontentin(video, audio, mətn və s.)əsas element kimi
istifad
əçinin müdaxiləsi ilə elektron kitabxananın fondunun, istifadəçi
kateqoriyalarının, profilinin və s. vacib elementlərinin formalaşmasını təqdim
edir. Ən sadə halda qeyd etmək lazımdır ki, artıq yeni nəsil elektron kitabxana
kataloqları formalaşır, bu artıq həmin kitabxananın yalnız informasiya
resurslarını təqdim edilməsindənəlavə sosial mühit və onlayn cəmiyətlərin
formlaşmasını əks etdirir.Bunun elmi-təcrübi baxımdan resurs istifadəçi
əlqələrini, həmin əlaqələrin sosiallaşmasını təqdim edir. Bu struktur sxem əsas
dörd baza sitiqam
ətinin üzərində qurmaq mümkündür[1].
1. İstifadəçi qeydiyyat məlumatları bazası
Bu baza isitfad
əçilərin ümumi, fərdi və peşə fəaliyyətlərini əhatə qeydiyyat
m
əlumatları formasında toplanılır.Bu məlumatlar klasterləşdirilərək buludlar
formasında formalaşdırılır. Funksionallıq xassələrinə görə istifadəçilər aid
olduğu qruplar, istifadə mövzuları və s. baxımdan bir biri ilə qrup, fərdi
əlaqələnir.
2. İnformasiya resurslarının (kitab, jurnal və s.) bazası
İnformasiya müxtəlif biblioqrafik sahələrə uyğun olaraq qeydiyyat
m
əlumatları bazası yaradılır.Həmin resurslar arasında semantik əlaqələr
qurulur,
əlaqəli resurslar əlfəcinləri, istinadları formalaşır.
3. Qeyd edil
ən iki bazanın əlaqəlilik prinsipi
Önc
ə qeyd edilən iki baza arasında əlaqələrin istifadəçi sorğuları, istifadəlilik
m
əsələləri, informasiya resursları və insanlar arasında sosial mühitə apran
istiqam
ətdir.Bu baza prinsipini ən sadə halda müşahidə etsək istifadəçi
sorğusu əsasında bir resursdan bir çox əlaqəli məlumatlara çıxış əldə etmək
olur. Dig
ər bir xüsusiyyət kimi, öncə istifadə şərhlərini, qeydlərini müşahidə
etm
əklə sorğu edilən resursun nə dərəcədə keyfiyyətli olması məsələsi və s. bu
kimi m
əsələləri araşdırmaq mümkündür buda artıq sosial şəbəkəyə gedən baza
istiqam
ətlərdəndir.
4. Üç
əsas baza istiqaməti üzərindən sosiallaşma prinsiplərini təqdim
edir.
Elektron kitabxananın daxilində sosillaşma məsələlərinin qurulması
prosesi baş verir. İstifadəçinin informasya axtarışı edərkən baş verən
sosiallaşma prosedurları (sosial görüntüsü)
Əsas girişnöqtələri 1. Müəlliflər:kitab müəllifi, redaktoru və s. ola
bil
ər 2. Resurs:informasiya resursu nəzərdə tutulur, bu kitab, dövri mətbuat,
audio-video s
ənəd ola bilər 3. İstifadəçi:Sorğu olunan resursla bağlı individual
isitifad
əçi və ya istifadəçi qrupuna müraciət edilməsi.
Əlavə giriş nöqtələriqeyd edilən hər üç əsas giriş vasitəsilə digər
semantik
əlaqəli sosial şəbəkə elementlərinə çıxış.Bu elemetlər 1.əsas resurda
edil
ən şərhlərə çıxış, öz qeydlərinin edilməsi , 2. həmin kitaba predmet mövzu
baxımından yaxın olan kitablara keçid,3. əsas müraciət edilən istifadəçiyə
yaxın olan digər istifadəçi qruplarına keçid və münasibətlərin yaradılması, 4.
Əsas resurs müəllifi və onun əhatə dairəsində olan, oxşar mövzularda çalışan
mü
əlliflərlə tanışlıq və s. elemntləri nümunə gətirmək olar.
Araşdırdığımız mövzuya uyğun olaraq akademik profilli elektron
kitabxananın fondu artıq mütəxəssis istifadəçilər, cəmiyyətin fəal üzvüləri,
elmi kütl
ə tərəfindən formalaşması, həçinin müxətlif istifadəçi
kateqoriyalarının bir biri ilər inteqrasiyası, sosial əlaqələrin yaradılamsı
t
əqdiqat obyektinə çevrilir.
Sosial elektron kitabxana şəbəkələrinin metrik aspektləri.Altmetriya:
Son dövrl
ərdə informasiyanın sürətli artması – istər çap, istərsə də elektron
n
əşrlərin sayının xeyli yüksəlməsi həm elmi, həm də digər ədəbiyyatın
qiym
ətləndirilməsini zəruri edir, bu məqsədlə kitabxanalarda bibliometrik
üsullardan istifad
ə edilir. Bibliometriya – biblioqrafiyaya riyazi və statistik
üsulların tətbiqi nəticəsində yaranan bir elmdir, kitabların, məqalələrin və
dig
ər nəşrlərin statistik analizi olub, tədqiqatçının, məqalələr toplusunun,
t
ədqiqat istiqamətinin və ya institutun fəaliyyətini ölçən elmi istiqamətdir [7].
Bibliometriyanınüç əsas tətbiq sahəsi mövcuddur:
-
Elmi informasiyanın əldə edilməsi – bibliometriya verilmiş istiqamət üzrə
“qaynar” mövzuların müəyyən etməklə yanaşı bu informasiyanın əldə
edilm
əsini də xeyli asanlaşdırır;
- Elmin struktur v
ə dinamikasının öyrənilməsi – bibliometrik üsullar vasitəsilə
elmin strukturunun x
əritələndirilməsi və vizuallaşdırılması yeni trendlərin,
t
ədqiqat sahələrinin və “qaynar” mövzuların aşkarlanmasına və elmin
dinamikasının öyrənilməsinə xidmət edir;
- T
ədqiqatın qiymətləndirilməsi və maliyyələndirilməsi – müasir tədqiqatçılar
t
ərəfindən tədqiqatın nəticələrinin və yerinə yetirilmə səviyyəsinin ölçülməsi
üçün üsullar yaradılır, tədqiqatın qiymətləndirilməsi üçün müqayisəli
araşdırmalar aparılır.
Bibliometriyanın tətbiqi üç mərhələdə aparılır:
- K
əmiyyət analizi – verilənlər analiz olunur və vacib informasiya əldə olunur;
- Ölçm
ə - “Nəyi ölçə bilərik?”, “Nəyi ölçməliyik?” kimi suallar
cavablandırılır, verilmiş məqsəd üçün ən uyğun ölçülər müəyyən olunur;
-
Nümayiş və interpretasiya – bu mərhələdə diaqramlar və xəritələr hazırlanır,
müşahidələrin interpretasiyası həyata keçirilir; bibliometrik indikatorların
dig
ər üsulların nəticələri ilə əlaqələndirilməsi.
2010-cu ild
ə yaranmış altmetriya (altmetrics – alternative metrics [8])
termini is
ə bibliometrik üsullara alternativ olaraq sosial şəbəkədə biliyin
qiym
ətləndirilməsi üçün istifadə olunur. Altmetriya məqalələr üçün təyin
olunmasına baxmayaraq jurnallar, müəlliflər, kitablar, verilənlər bazaları,
repozitoril
ər, prezentasiyalar üçün tətbiq oluna bilər. Altmetriya yalnız
istinadların sayına görə deyil, məqalələr üçün hesablanmış baxışlar,
yükl
əmələrin sayı, qeyd olunmuş şərhlərə əsasən qiymətləndirməni yerinə
yetirir.
Hal-
hazırda altmetrik xidmətlər göstərən müxtəlif veb-səhifələr
f
əaliyyət göstərir [9], məsələn, ImpactStory tədqiqatın qiymətləndirilməsi
üçün istifad
ə olunan veb proqramdır. Bu sistem Mendeley, Github, Twitter
kimi m
ənbələrdən məlumatı götürür və hesabat şəklində təqdim edir. Bundan
əlavə, ReaderMeter, Sciencecard, PaperCritic və s. kimi saytları misal
göst
ərmək olar.
Altmetriya kitabxanaçılar üçün aşağıdakı imkanları yaradır:
•
Repozitoril
ərin uğurunun və dəyərinin, həmçinin xidmətin
keyfiyy
ətinin qiymətləndirilməsi;
•
Kitabxana kol
leksiyasının “real dünya” tərəfindən necə qəbul
olunduğunun təyini;
•
Sifariş olunan məqaləni tapmaqla yanaşı, onun verilmiş oblastda nə
d
ərəcədə populyar olmasının nümayiş etdirmə imkanı.
Altmetriya istinadlar v
ə ya vebometriya deyil, onlardan fərqli olaraq
daha c
əld, strukturlaşmış və istifadəyə açıqdır [10].Altmetriya özündə tvitlər,
bloq müzakir
ələri, əlfəcinlər (məsələn, mendeley.com), elmi-tədqiqat şəbəkəsi,
istinadlar v
ə başqa sosial media (məsələn, friendfeed.com/altmetrics və ya
linkedin.com/groups/altmetrics-
3917723) imkanlarını birləşdirərək daha geniş
imkanlar t
əqdim edir, sosial media əsasında tədqiqatın analizinin aparılması
m
əqsədilə yeni üsullar təklif və tədqiq edir.Nəticədə sadəcə nəşrin
qiym
ətləndirilməsi deyil, həm də onun ətrafında baş verən müzakirələr,
əməkdaşlıq və əlaqə kimi müxtəlif qiymətləndirmə formalarını və istifadə
nümun
ələrini ölçməyə imkan verir.
N
əticə
Hal hazırda Respublikamızda informasiyanın toplanması, emalı,
axtarışı və əldə edilməsi istiqamətində bir çox proqresiv işlər aparılır, dövlət
proqramları qəbul edilir, müxtəlif layihələr və s. fəaliyyət istiqamətləri həyata
keçirdilir.
Lakin mü
əyyən qədər dərindən izlədikdə müxtəlif yeniliklərin tətbiqi,
standartlaşdırma, dil və qlobal inteqrasiya məsələlərində müxtəlif ciddi
ç
atışmazlıqlar hiss olunur.Bu sosial, texniki, psixoloji (buraya coğrafi aspekti
d
ə əlavə etmək olar) problemlərlə əlaqədardır.Həmçinin müasir cəmiyyətdə
informasiyanın sürətli artımı, bu artan informasiyanın idarəedilməsi üçün
yaradılan sistemlərin çoxluğu düzgün, etibarlı və keyfiyyətli mənbənin seçimi
m
əsələsini ortaya çıxarır.
Qeyd edil
ən çatışmazlıq, bunu yaradan səbəblər və əlaqəli məsələləri
araşdırdıqda, həll yollarından sosiallaşma, fikir azadlığı, özünü təqdim etmə və
bu s. elementl
ərin reallaşdırılması gündəmə gəlir. Bu baxımdan bir çox inkişaf
etmiş ölkələrdə Elektron Humanitar istiqamətlər araşdırılır, buraya ``elektron
sosiologiya``, ``elektron media``, ``semantik elektron kitabxana``, ``sosial
şəbəkələr`` və s. istiqamətləri nümunə gətirmək olar. Hal hazırda isə məqalədə
araşdırma obyekti kimi `` semantik elektron kitabxana`` və ``sosial şəbəkələr``
istiqam
ətlərinin inteqrasiya edərək respublikamızda daha yeni, perspektivli və
geniş sosial mühiti əhatə edən ``sosial elektron kitabxana şəbəkələri``
istiqam
ətinin inkişaf etdirilməsi məsələləri diqqəti cəlb edir. Bu məsələlərin
h
əlli Respublika səviyyəsində elemi, xüsusi, kütləvi və s. informasiya
mübadil
əsinin keyfiyyətini, sürətini və əhatəliliyini artırma imkanına malik
olacaqdır.
Dostları ilə paylaş: |