ƏDƏBİYYAT
1.
Az
ərbaycan Respublikasının Qanunvercilik toplusu, 2004, №4, naddə 298-299,
s.143.
2. Az
ərbaycan Respublikası Statistika Komitəsi “Kitabxanaların fəaliyyəti haqqında”
statistik müayin
əsinin nəticələri barədə statistik bülleten, Bakı, 2009, 87 s.
3. Az
ərbaycan Milli Kitabxanası-90 məqalələr məcmuəsi. Bakı, 2013.-150s.
4. Əsədova R. Azərbaycan Milli Kitabxanası – məqalələr məcmuəsi, Bakı, 2013.
5. M.F.Axundzad
ə Azərbaycan Respublikası Dövlət Kitabxanasının əməkdaşlarının
əsərləri (1923-1993). Tərtib edəni: F.Məmmədov.- Bakı, 1993.- 150s.
6. Tahirov K. Dünya Milli Kitabxanaları. M.F.Axundzadə Azərbaycan Milli
Kitabxanası. Dərs vəsaiti. Bakı, 2013.- 211s.
7. Tahirov K. Axundov adına Milli Kitabxananın beynəlxalq əlaqələri//
Kitabxanaşünaslıq-informasiya.-2011.- № 1.-s 32-40
8. Az
ərbaycan kitabxanaları XXI əsrin informasiya məkanında. IIIcild.-Bakı, 2010.-
367s.
9. Kitabxanaların fəaliyyəti haqqında statistik müayinənin nəticələri barədə. Statistik
bülleten. Bakı, 2009.- 86s.
Х.Исмаилов
ПРЕМЕНЕНИЕ ИНФОРМАЦИОННО-КОММУНИКАЦИОННЫХ
ТЕХНОЛОГИЙ В
ОРГАНИЗАЦИИ ИСПОЛЬЗОВАНИИ БИБЛИОТЕЧНЫХ РЕСУРСОВ
(НА ОСНОВЕ ОПЫТА РАБОТЫ НАЦИОНАЛЬНОЙ БИБЛИОТЕКИ)
РЕЗЮМЕ
В статье освещены роли информационно-коммуникационных технологий в
организации эффэктивного использоваия библиотечных ресурсов. А также особое
внимание уделено на опыт работы национальной библиотеки им.М.Ф.Ахундова а также
междкнородный опыт соответствующих библиотек.
K.Ismayilov
APPLYING OF INFORMATION AND COMMUNICATION TECHNOLOGIES IN
THE ORGANIZATION OF THE USE OF LIBRARY RESOURCES (BASED ON THE
EXPERIENCE OF THE NATIONAL LIBRARY)
SUMMARY
The article highlights the role of information and communication technologies in the
organization of effective use of library resources. Also, special attention is paid to the
experience of the National Library after M.F.Akhundov and international experience relevant
libraries.
Sevda XƏLƏFOVA
tarix üzr
ə fəlsəfə doktoru, dosent
TƏHSİL SİSTEMİNİN İNFORMASİYALAŞDIRILMASINDA
İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARININ
ƏHƏMİYYƏTİ
Açar sözl
ər: təhsil sisteminin informasiyalaşdırılması, təhsildə İKT-nin tətbiqi ilə
bağlı dövlət siyasəti, təhsildə informasiya və kommunikasiya texnologiyalarından istifadə,
elektron t
əhsil texnologiyalarının üstünlükləri
Ключевыe слова: информатизация системы образования, государственная
политика в связи с применением ИКТ в образовании, использование информационно-
коммуникационных технологий в образовании, преимущества электронных технологий
в образовании.
Keywords: information of education system, state policy on application of ICT in
education, usage of information and communication technologies in education, advantages of
e-education technologies
M
əqalədə
respublikamızda
informasiya-kommunikasiya
texnologiyalarının müxtəlif fəaliyyət sahələrinə, xüsusilə də təhsil sisteminə
t
ətbiqi ilə əlaqədar dövlət siyasəti, qəbul olunmuş qərar, sərəncam və dövlət
proqramları haqda məlumat verilmiş, təhsil sisteminin informasiyalaşdırılması
v
ə kompüterləşdirilməsi, müxtəlif strateji əhəmiyyətli İKT layihələrinin həyata
keçirilm
əsi, təhsil şəbəkə infrastrukturunun qurulması və s. məsələlərə
toxunulmuşdur.
Bilikl
ərə əsaslanmış iqtisadiyyatın təşəkkül tapdığı şəraitdə
informasiya v
ə kommunikasiya texnologiyalarının (İKT) inkişafı ölkənin
intellektual v
ə elmi potensialının vacib göstəricilərindən biridir. Qloballaşan
dünyada ölk
ələrin rəqabət qabiliyyəti ilk növbədə onların İKT-dən səmərəli
istifad
əsi ilə müəyyənləşməklə formalaşır. Hazırda respublikamızda bütün
sah
ələrdə mütəxəssislərin informasiya və kommunikasiya texnologiyaları ilə
işləmək və onlardan düzgün istifadə etmək bacarığına çox böyük önəm verilir.
İKT biliyinə mükəmməl yiyələnməyin ən yaxşı yolu isə əsasən təhsil
mü
əssisələrindən başlayır.
Ölk
əmizdə İKT-nin inkişafı, informasiya cəmiyyətinin formalaşması
ulu önd
ər Heydər Əliyevin adı ilə bağlıdır. Onun 17 fevral 2003-cü ildə imza-
ladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-
kommunikasiya texnologiyaları üzrə (2003-2012-ci illər) Milli Strategiya" 10
il
ə yaxın müddətdə müasir informasiya texnologiyalarının Azərbaycanda
t
ətbiqi sahəsində prioritet vəzifələr müəyyənləşdirib. Əsası ulu öndər
t
ərəfindən qoyulan bu strategiya hazırda Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Hələ 2003-cü ilin dekabrında BMT və UNESCO-nun
Cenevr
ədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti
üçüncü minilliyin
əsas vəzifəsini - informasiya cəmiyyəti qurulması vəzifəsini
b
əşəriyyətin inkişafının mühüm şərti kimi vurğuladı. Azərbaycan Respub-
likasının Prezidenti İlham Əliyev həmin sammitdə çıxış edərək ölkəmizdə
İKT-nin gündəlik həyatımızın
tərkib
hiss
əsinə
çevrildiyini,
müt
əxəssislərimizin informasiya və kompüter texnologiyaları üzrə müxtəlif
layih
ələri həyata keçirdiklərini bildirmişdir. Bu gün informasiya və
kommunikasiya texnologiyaları ictimai-siyasi, sosial-iqtisadi, mədəni sahələri
əhatə edərək cəmiyyətin inkişafına güclü təsir göstərən əsas amillərdən birinə
çevrilmişdir. Hazırda informasiya və kommunikasiya texnologiyalarının
t
ətbiqinin səviyyəsi hər bir ölkənin zehni və elmi potensialının, dövlət
idar
əçiliyində şəffaflığın və demokratiyanın inkişafının, sosial-iqtisadi
probleml
ərin həllinin,
yoxsulluğun
aradan
qaldırılmasının
əsas
göst
əricilərindən hesab olunur. Son illərdə ölkəmizdə cəmiyyətin sənəd-
informasiya t
ələbatını, o cümlədən ədəbiyyata olan tələbatını daha dolğun
şəkildə ödənilməsi və bu işdə İKT-dən istifadə sahəsində bir sıra ciddi
addımlar atılmışdır.
Az
ərbaycan Prezidenti İlham Əliyevin 22 oktyabr 2005-ci il tarixli
f
ərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı
(Elektron Az
ərbaycan)" rabitə və informasiya texnologiyalarının geniş
t
ətbiqinə imkan yaradan, habelə bölgələrdə geniş yayılmasını təmin edən
mük
əmməl fəaliyyət konsepsiyasına çevrilmişdir. 11 avqust 2008-ci il tarixli
"Az
ərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı
üzr
ə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)"
t
əsdiq edilməsi haqqında sərəncam da bu sahədə həyata keçirilən dövlət
siyas
ətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Artıq İKT Azərbaycanda digər sahələrdə olduğu kimi, təhsil sistemində
d
ə geniş şəkildə tətbiq edilir. Təhsil cəmiyyətin əsas aparıcı qüvvəsi olmaqla
ölk
ələr, müxtəlif mədəniyyətlər
arasında
qarşılıqlı
anlaşmanın
yaxşılaşdırılmasına, münaqişələrin sülh yolu ilə həllinə, cəmiyyətin bütün
üzvl
ərinin fiziki və mənəvi təkmilləşdirilməsinə, iqtisadi inkişafa dəstək
olmaqla yoxsulluğun azaldılması və həyat səviyyəsinin yüksəlməsinə birbaşa
t
əsir edir. İKT-nin təhsildə tətbiqi Azərbaycan vətəndaşlarının müasir biliklərə
v
ə bacarıqlara malik olan yeni nəslinin formalaşmasına birbaşa təsir edən
yüks
ək mahiyyətli məsələdir. Son illər təhsil sistemində İKT infrastrukturunun
inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları
s
əviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən biridir. Bu dövrdə
t
əhsil sistemində İKT-nin tətbiqi sahəsində müxtəlif layihə və tədbirlər
hazırlanıb həyata keçirilmişdir ki, bu da ölkənin təhsil sahəsində aparılan
islahatların çox vacib mərhələlərindən biri olmaqla təhsil ocaqlarında İKT
infrastrukturunun qurulmasına yönəlib.
Az
ərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 avqust tarixli 355
nömr
əli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında
ümumt
əhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə
t
əminatı Proqramı (2005-2007-ci illər)” xüsusi əhəmiyyətə malikdir.
Proqramın həyata keçirilməsi nəticəsində ölkənin ümumtəhsil məktəblərinin
informasiya v
ə kommunikasiya texnologiyaları ilə əsasında qurulmasına
diqq
ət xeyli artmışdır.
Ölk
ədə informasiya və kommunikasiya texnologiyalarının təhsil
sistemin
ə inteqrasiyası və təhsil prosesinin məzmunca modernləşməsi
sah
əsində əməli işlərdən biri də 10 iyun 2008-ci il tarixində ölkə başçısı
t
ərəfindən qəbul edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında
t
əhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"dır. Bu
proqramda İKT-dən istifadə etməklə ölkəmizdə beynəlxalq standartlara uyğun
keyfiyy
ətcə yeni təhsil modelinin qurulması, vahid elektron təhsil məkanının
yaradılması və təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya
etdirilmisini
əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Dövlət proqramının əsas
m
əqsədi təhsilin bütün pillələrində müasir informasiya və kommunikasiya
texnologiyalarının səmərəli tətbiqi və istifadəsi ilə vahid ümummilli təhsil
mühitinin formalaşdırılması və bu zəmində əhalinin bütün təbəqələri üçün
keyfiyy
ətli təhsil almaq imkanlarının təmin edilməsi, habelə ölkənin təhsil
sisteminin dünya t
əhsil məkanına inteqrasiya olunması üçün şərait
yaradılmasıdır.
İKT-nin təhsildə tətbiqi, eləcə də adı çəkilən proqramın icrası
baxımından Təhsil Nazirliyi ilə Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi arasında səmərəli əməkdaşlıq mövcuddur. Təhsil sisteminin
informasiyalaşdırılmasının əsas istiqamətlərindən biri də infrastrukturun
inkişafıdır. Bu prosesdə RİTN və Təhsil Nazirliyinin yaxından əməkdaşlığı
n
əticəsində “Azərbaycan Təhsil Şəbəkəsi” (AZEDUNET) yaradılmışdır.
Dövl
ət proqramı çərçivəsində yaradılan AZEDUNET ölkəmizin təhsil
sistemini vahid bir informasiya m
əkanında birləşdirmək məqsədini daşıyır.
AZEDUNET-in
əsas məqsədi ölkənin bütün təhsil ocaqlarını vahid yüksək
sür
ətli internet şəbəkəsi çərçivəsində birləşdirməkdən ibarətdir. Vahid təhsil
şəbəkəsinin mövcudluğu ölkə çərçivəsində təhsil ocaqları arasında yüksək
sür
ətli məlumat mübadiləsini təmin etməyə imkan yaradacaq və bununla da
milli elektron t
əhsil şəbəkəsinin inkişafına təkan verəcək. Bundan əlavə,
t
əhlükəsiz informasiya sistemlərinin fəal istifadəsi ilə təhsil ocaqları ardıcıl
sur
ətdə internetə çıxışla təmin olunur.
Qeyd ed
ək ki, 2010-cu ilin Təhsil Nazirliyi tərəfindən “Təhsildə İKT
ili” elan olunmasını da Azərbaycanda bu sahədə görülən işlərin zirvəsi hesab
etm
ək olar. “Təhsildə İKT ili” çərçivəsində elektron resursların yaradılması
bar
ədə yeni layihələr və tədbirlər həyata keçirilmişdir. Artıq respublikamızda
bütün t
əhsil pillələri üçün İKT üzrə proqramlar hazırlanıb təsdiq edilmiş,
distant t
əhsil üzrə ilk eksperimentlər aparılmağa başlanılmışdır. Hazırda təhsil
por
talının informasiya resursları formalaşmaqdadır, bəzi təhsil müəssisələrinin
saytları yaradılmış və aktiv halda saxlanılır. Təhsilin idarə olunmasının
m
əlumat sistemlərinin yaradılması, informasiya və kommunikasiya
texnologiyalarının ümumtəhsil məktəblərində tətbiqi və ümumtəhsil
m
əktəbləri üçün informasiya və kommunikasiya texnologiyaları sahəsində
ixtisaslı pedaqoji, həmçinin köməkçi heyət kadrlarının hazırlanması üzrə işlərə
başlanılmışdır.
M
əlum olduğu kimi, təhsil sisteminin informasiyalaşdırlması
prosesind
ə müəllim əsas yer tutur. Təhsilin informasiyalaşdırlmasının
müv
əffəqiyyəti məhz müəllimin İKT sahəsində biliklərinin səviyəsindən və
onun bu sah
ədə olan vərdişlərinin tədrisdə tətbiqindən birbaşa asılıdır. E-tədris
v
ə təhsilin idarə edilməsi, elektron dərsliklərin yaradılması texnologiyalarının,
bu sah
ədə olan beynəlxalq standartların araşdırılması, elektron dərsliklərin
istifad
əsi, ekspertizası və qiymətləndirilməsi istiqamətində təklif və
tövsiy
ələrin hazırlanması, təlimin informasiya texnologiyalarının təhsil
mü
əssisələrində tətbiqi, bu sahədə elmi əsaslara söykənmiş tədqiqatların
aparılması məsələlərinin həlli olduqca önəmlidir. Professor Rasim Əliquliyev
qeyd edir ki, “artıq tabaşir, lövhə, kağız qələm yox, müəllimlə tələbə arasında
müasir kompüter vasit
ələri olmalıdır. Ona görə artıq müəllim öz biliklərini
ənənəvi mühazirə qaydasında yox, multimedia bilikləri şəklində təqdim
etm
əlidir”.
Dünya t
əcrübəsi göstərir ki, İKT-dən istifadə etməklə qurulan müasir
t
əhsil modeli məktəbin pedaqoji heyəti qarşısında da yeni tələblər və vəzifələr
qoyur. Mü
əllimlərin tək öz seçdikləri fundamental biliklər, pedaqogika və
psixologiya sah
əsində deyil, həm də informasiya sahəsində yenidən təlim
alması olduqca aktuallaşır. Artıq yeni nəslin müəllimlərindən konkret
öyr
ətdikləri fənnin struktur məzmununa və məqsədinə uyğun, tələbələri
individual xüsusiyy
ətlərini nəzərə alan onların harmonik inkişafını mümkün
ed
ən texnologiyaları seçib tədrisdə tətbiq etmək tələb olunur.
İKT vasitələri öz geniş imkanları ilə təhsil prosesini xeyli sadələşdirir,
onu dinamik v
ə çevik edir. "Müəllim - tələbə - dərslik" tədris modelinə
kompüterin d
ə əlavə edilməsi tədris prosesini individual proqram üzrə təşkil
etm
əyə, tələbənin dərsə marağını və istəyini stimullaşdırmağa imkan verir.
Kompüterl
ə aparılan dərslər çox cəlbedici və yaddaqalan olur. Multimedia
vasit
ələri, avtomatlaşdırılmış öyrədici sistemlər, kompüter tədris proqramları,
animasiya qrafikası, rəngarəng illüstrasiyalar öyrənənlərin idrak aktivliyinə
müsb
ət təsir göstərir.
T
ədris prosesində interaktiv lövhədən istifadə edilməsi dərsin əsas
prinsipl
ərindən birini - onun əyaniliyini təmin edir. Elektron lövhənin
sensorlu, y
əni hissiyyatlı səthinə xüsusi qələmlə və ya barmaqla yavaşca
toxunmaqlaonun üz
ərində kompüterdə mümkün olan bütün əməliyyatları
interaktiv rejimd
ə aparmaq olar. "Ağıllı lövhə, həmçinin kompüterə qoşulan
mikroskop, skaner, r
əqəmli fotoaparat, videokamera və s. qurğulardan alınan
t
əsvirləri də proyektor vasitəsilə qəbul edə bilir ki, bu da tədris
mü
əssisələrində virtual laboratoriyaların təşkilində mühüm əhəmiyyətə
malikdir. T
ələbələr kimyəvi reaksiyanın, fiziki, bioloji, coğrafi proseslərin
izahını və videogörüntülərini, müxtəlif cihazların, qurğuların, texniki
vasit
ələrin işləm prinsiplərini "möcüzəli" ekranda izləyə bilərlər. Bu isə nəzəri
metodoloji bilikl
ərin, praktiki bacarıq və təcrübələri inteqrasiya etməklə tədrisi
xeyli canlandırır, tələbələrdə yaradıcı yanaşma, düşünmə, təşəbbüskarlıq,
t
ədris materialını dərindən dərk etmə qabiliyyətini daha da artırır. "Ağıllı"
lövh
ənin bir üstün cəhətini də xüsusi qeyd etmək lazımdır ki, onun üzərində
aparılan bütün əməliyyatları, dərsin gedişini, hazırlanmış şablonları, modelləri
kompüterin daimi yaddaşında saxlamaq və dəfələrlə istifadə etmək olar. Belə
imkanlar müxt
əlif səbəbdən dərsləri buraxanlar və ya təlimdən geri qalanlar
üçün xüsusi
əhəmiyyətə malikdir. Belə ki, tələbə iştirak edə bilmədiyi dərsin
elektron variantı ilə sonradan tanış ola bilər və ya təlimdən geri qalanlar həmin
materialı tam qavrayana kimi təkrar-təkrar kompüterdə izləyə bilərlər.
İKT-nin imkanlarından tədrisdə uğurla istifadə edən müəllimlər qeyd
edir ki, interaktiv rejimd
ə keçilən dərslərdə tələbələrin mərkəzi fiqur olması
t
əmin edilir. Müəllim əsasən tələbənin konsultantı, onun fərasətini və orijinal
bacarığını qiymətləndirən, onu aktivliyə, müstəqilliyə, təşəbbüskarlığa
h
əvəsləndirən rolunda çıxış edir. Elektron tədrisdə uşaqların hamısı lövhəyə
çıxıb, müəllimin bütün tapşırıqlarını yerinə yetirməkdə həvəsli olurlar.
İnteraktiv rejimdə keçilən dərslər bütün uşaqların, o cümlədən passiv, utancaq,
mü
əyyən fiziki və ya psixoloji qüsuru olan tələbələrin dərs prosesinə aktiv
qoşulmasına şərait yaradır.
Ümumiyy
ətlə, ölkədə bütün təhsil pillələri üçün İKT üzrə proqramlar
hazırlanıb təsdiq edilmiş, distant təhsil üzrə ilk eksperimentlər aparılmağa
başlanılmışdır.
Hazırda
təhsil
portalının
informasiya
resursları
formalaşmaqdadır, bəzi təhsil müəssisələrinin saytları yaradılmış və aktiv
halda saxlanılır. Təhsilin idarə olunmasının məlumat sistemlərinin
yaradılması, informasiya və kommunikasiya texnologiyalarının ümumtəhsil
m
əktəblərində tətbiqi və ümumtəhsil məktəbləri üçün informasiya və
kommunikasiya texnologiyaları sahəsində ixtisaslı pedaqoji, həmçinin
köm
əkçi heyət (laborant) kadrlarının hazırlanması üzrə işlərə başlanılmışdır.
Lakin t
əəssüflər olsun ki, ölkənin təhsil sistemində müasir informasiya
v
ə kommunikasiya texnologiyalarının tətbiqinin hazırkı səviyyəsi istər
dinamik inkişaf edən iqtisadiyyatımızın mövcud imkanları, istərsə də dünya
t
əhsil məkanına inteqrasiya baxımından qənaətbəxş hesab edilə bilməz.
Ölk
ədə təhsil ocaqlarının kompüter avadanlığı ilə təminatındakı irəliləyişlərə
r
əğmən, bütövlükdə təhsil sisteminin informasiya infrastrukturunun səviyyəsi
h
ələ ki, günün tələbləri səviyyəsində deyil.
Müasir t
əhsil texnologiyalarının genişmiqyaslı tətbiqi ilk növbədə
t
əhsil müəssisələrinin kompüter avadanlığı ilə təminatının köklü şəkildə
yaxşılaşdırılmasını nəzərdə tutur. Tələbə (şagird) / kompüter nisbətinin
bütövlükd
ə ölkə üzrə, xüsusilə də bölgələrdə və kənd yerlərində
optimallaşdırılması qarşıda duran ən vacib problemlər sırasındadır. Lakin bu
gün ölk
ənin təhsil sisteminin bütün pillələrində kompüterlərə çıxış
imkanlarının genişləndirilməsi zərurəti ilə yanaşı, İKT avadanlığının daha
s
əmərəli istifadə olunmasının, o cümlədən texniki nəzarət və dəstək sisteminin
t
əkmilləşdirilməsinin aktuallığı qabarıq şəkildə hiss olunur. Xüsusən də rayon
s
əviyyəsində texniki nəzarət və dəstək sisteminin mövcud olmaması, yaxud
günün t
ələbləri səviyyəsində qurulmaması artıq quraşdırılmış kompüter
avadanlığından, rəqəmsal təhsil resurslarından tam səmərəli şəkildə
b
əhrələnmək imkanlarını məhdudlaşdırır.
Respublikada t
əhsil prosesində rəqəmsal texnologiyaların geniş
istifad
əsinə maneçilik törədən əsas amillərdən biri rəqəmsal şəbəkə
infrastrukturunun z
əif inkişaf etməsi, təhsil ocaqlarının ölkədaxili intranet
şəbəkəsi ilə yetərli səviyyədə əhatə olunmaması və yüksək sürətli internet
əlaqəsi ilə təmin olunmamasıdır. Belə ki, hazırda respublikanın ali
m
əktəblərində internet əlaqəsi tam təmin olunsa da, orta təhsil məktəblərinin
v
ə orta ixtisas məktəblərinin internetə çıxış imkanlarında problemlər var.
T
əhsil müəssisələrinin böyük əksərinin veb-səhifələri yaradılmamış,
mü
əssisədaxili rəqəmsal şəbəkələri, həmçinin vahid ölkədaxili təhsil portalı
formalaşdırılmamışdır. Bununla yanaşı, multimedia xarakterli dərsliklərin və
dig
ər tədris vasitələrinin işlənilməsi, yayılması və təhsil prosesində tətbiq
olunması ləngiməkdədir. İKT-nin tətbiqi üzrə elmi-metodiki bazanın
t
əkmilləşdirilməsi, ümummilli səviyyədə vahid elektron təhsil məkanının
t
əşəkkül tapması günün əsas tələbi olaraq qalır.
Az
ərbaycan Respublikasında təhsil sisteminin islahatları ilə bağlı ən
aktual m
əsələlərdən biri də İKT tətbiq etməklə təhsilin idarə olunmasının
t
əkmilləşdirilməsidir. Bu sırada təhsildə İKT-nin tətbiqi sahəsində yerli
özünüidar
ə və dövlət orqanlarının fəaliyyətini tənzimləyən normativ hüquqi
bazanın təkmilləşdirilməsi, təhsil sahəsində effektiv idarəetmə üçün zəruri
olan v
ə bu sahənin vəziyyətini xarakterizə edən elektron məlumat bazası
sistemi hazırlanıb tamamlanması xüsusi diqqət tələb edir. Həmçinin ölkənin
t
əhsil sisteminin yüksək İKT bilik və bacarıqlarına malik pedaqoji və inzibati
kadrlarla t
əminatının müasir standartlar səviyyəsinə çatdırılması
t
əxirəsalınmaz məsələ kimi qarşıda durur.
Ölk
əmizdə informasiya və kompüter texnologiyalarının, ümumiyyətlə,
elektron t
əhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi ilə əlaqədar
aşağıdakı təklif və tövsiyələri qeyd etmək istərdik:
- ölk
ə daxilində təhsilin, xüsusilə distant təhsilin inkişaf etdirilməsi
üzr
ə tədbirlərin həyata keçirilməsi: əsasən multimedia texnologiyalarının
t
ətbiqi ilə müasir elektron dərsliklərin hazırlanması və yayılmasının
genişləndirilməsi;
- bütün f
ənlər üzrə müasir elektron elmi-metodiki vəsaitlər, elektron
d
ərsliklər kompleksinin işlənilməsi və yayılması;
- elektron t
əhsil (e-Learning) resursları bazasının yaradılması və tədris
prosesin
ə inteqrasiyası;
- t
əhsildə İKT-nin tətbiqi üzrə məlumat və resurs mərkəzlərinin
yaradılması;
- vahid t
əhsil portalının yaradılması və mütəmadi dəstəklənməsinin
t
əmin olunması;
- t
əhsildə dünya informasiya resurslarından səmərəli istifadənin təşkili,
interaktiv t
ədris imkanlarından daha geniş istifadə olunmasının dəstəklənməsi.
Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolu bəşəriyyətin
g
ələcəyinə gedən yol kimi dəyərləndirirlər. Artıq alimlərin proqnozuna görə,
informasiya c
əmiyyətinin tam formalaşdığı mərhələdə insanların əsas əmək
predmeti informasiya,
əmək alətləri isə İKT olacaq. Ona görə də bu gün
respublikamızda təhsilin bütün pillələrində İKT-nin tətbiq və istifadə edilməsi,
eyni zamanda İKT-nin özünün tədris olunması, gənclərdə müstəqil şəkildə
informasiya toplamaq, analiz etm
ək, ötürmək qabiliyyətinin formalaşdırılması
on
ların gələcəkdə informasiya cəmiyyətinin qiymətli üzvlərinə çevrilməsində
mühüm rol oynaya bil
ər.
Dostları ilə paylaş: |