KİtabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə12/12
tarix28.11.2016
ölçüsü3,72 Kb.
#315
1   ...   4   5   6   7   8   9   10   11   12

 
 
ƏDƏBİYYAT 
1.
 
X
ələfov, A. Kitabxana və cəmiyyət :monoqrafiya /A. Xələfov, elmi red. Məmmədova 
L., red. K.Aslan.-
Bakı: Azərnəşr, 2011.- 348 s. 
2.
 
M
əcidli, S.İnternet hüququ və  etikası  /S.Məcidli; elmi red. R.K. Məmmədov; rəyçi 
Ə.Sadıqov, Ə.Məmmədov.- Bakı:[Elm və təhsil], 2013.- 220, [4] s. 
3.
 
Гендина, Н. И. Формирование информационной культуры личности: от теории 
– 
к  модели  информационного  образования  /Н.И.  Гендина  //Открытое  образование.-
2007.- 
№ 1.- С. 4-10. 
4.
 
Дригайло,  С.В.  Формирование  информационной  культуры  пользователей  и 
сотрудников  библиотеки  /С.В.  Дригайло//Научные  и  технические  библиотеки.-2011.-
№1.-С. 81. 
5.
 
Хесус Лау «Руководство по информационной грамотности для образования на 
протяжении  всей  жизни»=Guidelines  on  Information  Literacy  for  Lifelong  Learning 
/Л.Хесус.- Москва :«Информация для всех», 2006.- С.16. 
6.
 
Lanning, S. Concise Guide to Information Literacy.- Santa Barbara, California: ABC-
CLİO, LLC, 2012.-p. 5. 
7.
 
Yang, H. Study on Information Literacy of College Students with University 
Library/Yang, Hai-bo, Yan-yan Zhang, and Ning Yu //Information Computing and 
Applications.- Springer Berlin Heidelberg, 2012.-414-420. 
 
 
 
 
 
 
 
А.Абдуллаева 
 

СОВРЕМЕННОЕ СОСТОЯНИЕ И ПЕРСПЕКТИВЫ ФОРМИРОВАНИЯ 
ИНФОРМАЦИОННОЙ КУЛЬТУРЫ  
В АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКЕ 
 
Р Е З Ю М Е 
В  статье  исследована  проблема  формирования  информационной  культуры  в 
Азербайджане,  были  проанализированы  результаты  опроса,  проведенного  среди 
читателей  с  целью  определить  роль  библиотек  в  этой  области,  атакже  освещена 
нынешняя  состояния  формирования  информационной  культуры  и  были  даны 
рекомендации  о  перспективах  развития.  Согласно  результатам  опроса  можно  сказать, 
что  часть  членов  общества  и  особенно  студенты  имеютнижнего  уровня  развития 
информационной культуры. 
 
 
 
 
A.Abdullayeva 
 
CURRENT STATE AND PROSPECTS OF FORMATION OF 
INFORMATION LITERACY IN THE AZERBAIJAN REPUBLIC 
 
S U M M A R Y 
The problem of formation of information literacy in Azerbaijan was investigated in 
the article, results of survey conducted among readers with the purpose to define a role of 
libraries in this area were analysed, also have been made recommendations about a present 
condition of formation of information literacy and futuredevelopment prospects. 
According to results of questionnaire part members of society especially students 
have low level of development of information literacy 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəhla QƏNBƏROVA  
F.B.Köç
ərli adına  
Respublika Uşaq Kitabxanasının direktoru 
 
ELÇİN ƏFƏNDİYEV İRSİ BİBLİOQRAFİK MƏNBƏLƏRDƏ 
 
Açar sözl
ər: Şəxsi biblioqrafiya,informasiya-axtarış imkanları, biblioqrafik metodika 

Ключевые 
слова: 
персональная 
библиография,  
методика, 
библиографии,  информационно-поисковые возможности  
Keywords:  personal bibliographic    indexes, the methods of composing of 
bibliographic indexes,  information retrieval potential 
Müasir Az
ərbaycan  ədəbiyyatının  görkəmli nümayəndəsi,  çağdaş  
ədəbi-tənqid  məktəbinin    layiqli  davamçısı,  xalq  yazıçısı,    “İstiqlal”  və  
“Şərəf”  ordenli, “Azərbaycan  Respublikasının  Əməkdar incəsənət xadimi”,  
tanınmış      ictimai-siyasi    xadim    Elçin  Əfəndiyev zəngin və  çoxşaxəli 
yara
dıcılığa    malik    ədəbiyyatşünasdır.    Elçin  Əfəndiyev  xalqımızın    tarixi,  
taleyi  v
ə  ədəbi-bədii irsi ilə  bağlı  olan    sənətkarlarımızdandır.  Elçin  
Əfəndiyevin  Azərbaycan  ədəbiyyatı  və  mədəniyyətinin  inkişafıında  xüsusi  
xidm
ətləri,  çoxsaylı  ədəbi-bədii  yaradıcılığı,  publisistik  fəaliyyəti,  xarici  
ölk
ə  ədəbiyyatından    etdiyi    tərcümələri,  dram  əsərləri,  kinosenariləri, 
ictimai-siyasi  f
əaliyyəti  onun    haqqında    çox    zəngin  sənəd-informasiya  
bazasının  formalaşmasına  səbəb  olmuşdur. Bu zəngin  sənəd  kütləsi ilkin  
m
ənbələrlə  yanaşı, biblioqrafik  mənbələrdə  də əks  etdirilmişdir. 
   
Elçin  Əfəndiyev    haqqında  ilk  şəxsi elmi-köməkçi xarakterli 
biblioqrafik göst
ərici  1997-ci ildə  peşəkar biblioqraf Bəybala  Ələsgərov 
t
ərəfindən tərtib edilərək,  M.F.Axundov    adına  Azərbaycan Dövlət 
Kitabxanası tərəfindən nəşr  edilmişdir.(1) 
Bu biblioqrafik göst
əricidə  Elçin    Əfəndiyevin 1959-1996-cı  illərdə  
Az
ərbaycan , rus, MDB və digər xarici ölkə xalqlarının dillərində çap edilmiş 
b
ədii əsərlərini,  publisistik, elmi-tənqidi  yazılarını,  o cümlədən monoqrafiya 
v
ə  elmi  məqalələrini,  həmçinin müxtəlif sessiya, simpozium və  elmi 
konfranslardakı məruzə və çıxışlarını,   müqəddimə yazdığı  və  redaktə  etdiyi 
əsərləri  əhatə  edir.  Biblioqrafik vəsaitdə  həmçinin  ədibin həyat və  
yaradıcılığı,  ictimai fəaliyyəti  haqqında  ədəbiyyat  da əks etdirilmişdir. 
Biblioqrafik  göst
ərici çox zəngin   köməkçi aparata malik  olub,  
ədibin həyat və  yaradıcılığı,    onun    əsərlərinin  nəşri,    tərcümələri,  
n
əşriyyatlar,  redaktorlar,  tərcüməçilər,  dövri  nəşrlər  və  s.  müəllifin  
əsərlərinin  nəşrilə əlaqədar olan  şəxsiyyətlər  və kollektivlər  haqqında   geniş  
m
əlumat  verir. Bu  biblioqrafik  vəsaiti  digər  elmi-köməkçi  göstəricilərdən 
f
ərqləndirən  əsas  xüsusiyyət  onun    dəqiq və  elmi-bibloqrafik  cəhətdən  
düzgün  mü
əyyənləşdirilmiş  struktur   quruluşa  malik  olmasıdır.  Belə ki,  
Bu  biblioqrafik  t
ədqiqat  bir  neçə  bölmədən  ibarət  olan  giriş  hissəsi  ilə  
yanaşı  özündə  30- dan  yuxarı  bölməni  birləşdirən  dörd  əsas   hissədən,  21  
yardımçı      göstəricilərdən  ibarət  “Köməkçi  göstəricilər”    adlandırılmış  
xüsusi  bölm
ədən  ibarətdir. 
Biblioqrafik  göst
əricinin  giriş  hissəsində  professor  Zöhrab  Əliyevin  
r
əyi,  sonra   Elçin  Əfəndiyevin  əsərlərinin  nəşri  haqqında   qısa  oçerk,   
ədibin  həyat  və  yaradıcılığının  əsas   tarixləri  və  ədib  haqqında  ədəbiyyat  
v
ə  mədəniyyət  xadimlərinin  fikirləri  təqdim  edilmişdir. 

Biblioqrafik göst
əricinin  I  hissəsində  Azərbaycan  dilində  müəllifin  
kitabları,    redaktə  etdiyi  kitablar,  dövrü  mətbuatda  və  müxtəlif  
m
əcmuələrdə  dərc    edilmiş    bədii  əsərləri,  ədəbi-tənqidi  və  publisistik  
m
əqalələri,  tərcümələri  və  əsərləri    haqqında    ədəbiyyatın    biblioqrafik  
t
əsviri  verilmişdir. 
Biblioqrafik  v
əsaitdə  bütün  mənbələr  hər  bir  bölmə  daxilində  
əlifba  sırası  ilə  qruplaşdırılmışdır. 
Biblioqrafik  göst
əricinin  II  hissəsində  ədibin  həyat  və  yaradıcılığı  
haqqında   Azərbaycan  dilində  ədəbiyyat  verilmiş  və  sənədlər  aşağıdakı  
bölm
ələr  üzrə  qruplaşdırılmışdır: 
1. H
əyat  və  yaradıcılığı  haqqında; 
2. Az
ərbaycan  Yazıçılar  İttifaqındakı  fəaliyyəti; 
3. “V
ətən”  cəmiyyətindəki  fəaliyyəti; 
4. Baş  nazirin  müavini  kimi  fəaliyyəti. 
Biblioqrafik  v
əsaitin  III  hissəsində  Elçin  Əfəndiyevin  əsərlərinin  
rus  dilind
əki  nəşrlərini  və  onun  həyat  və  yaradıcılığı    haqqında    rus  
dilind
ə  nəşr  edilmiş  ədəbiyyatı  əhatə  edir. Materialların  sistemləşdirilməsi  
əsasən göstəricinin  Azərbaycan  dilindəki  mənbələri  əhatə  edən  hissəsinə  
uyğun    şəkildə  tərtib    edilmişdir:  kitabları,    müqəddimə  yazdığı    əsərləri,  
dövri  m
ətbuat  materialları;  ədəbi-tənqidi  və  publisistik  məqalələri, ictimai  
f
əaliyyəti,  ekranlaşdırılmış  əsərləri,  filmləri  haqqında  ədəbiyyat;  həyat  və  
yaradıcılığı    haqqında    ədəbiyyat.  Bu  hissədə  materiallar  Azərbaycan  
dilind
əki  sənədlər  kimi  əlifba  prinsipi  əsasında  düzülmüşdür. 
Biblioqrafik  göst
əricinin  IY  hissəsi  ədibin  xarici  dilləedə  nəşr  
edilmiş  əsərlərini  və onun   haqqında  ədəbiyyatı  əks  etdirir. Burada  ədibin  
keçmiş  SSRİ  respublikaları  və  digər  xarici  ölkələrdə  nəşr  edilmiş  əsərləri  
v
ə  onun  həyat  və  yaradıcılığı,    eləcə  də  ayrı-ayrı    əsərləri    haqqında  
müxt
əlif  ölkələrdə  ( Bolqarıstan,  Belorusiya,  Çexiya,  ABŞ,    Almaniya,  
Türkiy
ə,  Macarıstan,  İraq,  Qazaxstan,  Polşa,  Rusiya və s.)  dərc  edilmiş  
əsərlərin  nəşrlərinin  mükəmməl  biblioqrafik  təsviri  verilmiş  və  müəllif  
haqqında  xarici  ölkələrdə  dərc  edilən  çox  saylı  mənbələr  toplanmışdır.  
Materialların  düzülüşü  ölkələrin  əlifba  sırasına  görə  sistemləşdirilmişdir. 
H
ər  bir  ölkəyə  həsr  olunmuş  bölmə  daxilində  də  mənbələrin  düzülüşündə  
əlifba  prinsipi  əsas  götürülmüşdür. 
Biblioqrafik  göst
əricidə  diqqəti  cəlb  edən  xüsusiyyət  burada  
orjinal  köm
əkçi  göstəricilər    sisteminin    yaradılmasıdır.    Belə  ki,  
biblioqrafik  göst
əriciyə  daxil    olan    çoxsaylı    və  çoxdilli  sənədlərin  
müxt
əlif    axtarış    əlamətlərinə  görə  müəyyənləşdirilməsini  təmin  etmək  
üçün  21  adda  köm
əkçi  göstərici  tərtib    edilmişdir.    Bu    göstəricilər  
vasit
əsilə  ədibin  Azərbaycan,  rus  və  xarici  dillərdə  nəşr  edilmiş  əsərlərini,  
redakt
ə  etdiyi  əsərləri,  ( kitabları  və  məqalələrini )  tərcümələrini,  onun  
əsərlərinin    redaktorlarını,    rəyçilərini,    yazıçının    senarilərini,  
s
əhnələşdirilmiş    və  ekranlaşdırılmış    əsərlərini,  nəşriyyatların,    dövri  

orqanların    adlarını,    müəllifin  əsərləri  çap  edilən  ölkələrin    adlarını    və  
t
ərcümə  edilmiş    əsərlərinin  sərlövhələrini  operativ  və  dəqiq  

əyyənləşdirmək  mümkün  olur.   Biblioqrafik  göstərici  özündə  
bütövlükd
ə  1152  adda müxtəlif  mənbəni  əks  etdirir. (4.s.125) 
Biblioqrafik  göst
əricinin  müəllifi  Bəybala    Ələsgərovun  gərgin  
z
əhməti  və  və  hərtərəfli    axtarışları    nəticəsində  meydana  gəlmiş    bu  
bibioqrafik  
əsər    Elçin    Əfəndiyev  irsinin  hərtərəfli  əhatə  edilməsində  
mühüm  nailiyy
ət  olmuşdur.  
“Elçin”  biblioqrafik  göst
əricisinin  təhlilini  bu  vəsait    haqqında  
professor  Zöhra
b  Əliyevin  aşağıdakı  sözləri  ilə  yekunlaşdırmaq  istərdik: 
“Çağdaş Azərbaycan  ədəbiyyatının  görkəmli  nümayəndələrindən  biri  olan  
Elçin  haqqında  biblioqrafik  göstərici  başqa  şəxsi  biblioqrafik  vəsaitlər  
sistemind
ə  özünəməxsus  yer  tutacaqdır  və  Azərbaycan  ədəbiyyatı  üzrə  
biblioqrafik  axtarışda  mühüm  rol  oynayacaqdır”.(3,s.9) 
Elçin  Əfəndiyev  irsinin  biblioqrafik  tədqiqinə  həsr  edilmiş  digər  
bir  biblioqrafik  v
əsait  2013-cü  ildə,    M.F.Axundov    adına    Azərbaycan  
Milli  
Kitabxanası    tərəfindən  “Azərbaycanın    görkəmli    şəxsiyyətləri”  
seriyası    ilə  nəşr    edilmişdir.    (Elçin    (Əfəndiyev    Elçin    İlyas    oğlu): 
biblioqrafiya / ixtisas red. v
ə  burax.məsul K.Tahirov, red.G.Səfərəliyeva; 
M.F.Axundov adına  Azərbaycan  Milli  Kitabxanası.-Bakı,2013.-560 s.). 
Elçin  Əfəndiyevin  ədəbi-bədii  və  ictimai fəaliyyətini  tam  şəkildə  
əks  etdirən  bu  yeni  biblioqrafik  göstərici  1959-2013-cü  illərdə  nəşr  
edilmiş    materialları    əhatə  edir. Biblioqrafik  göstərici  əvvəlki  vəsaitdən  
f
ərqli  olaraq   yenidən    işlənərək,  daha  da  təkmilləşdirilmiş,    metodiki  
baxımdan yeni tərtibatla  mükəmməl şəkildə   nəşr  edilmişdir. 
Bu  yeni  biblioqrafik  göst
əricinin  əvvəlində  “Tərtibçidən”, 
“Ədəbiyyat  yaradıcısı,  metodoloqu  və  təəssübkeşi”  adlı  AMEA-nın  müxbir 
üzvü Nizami C
əfərov tərəfindən  yazilmış çox əhatəli və məzmunlu “Oçerk” 
verilmişdir.  Oçerkdə  Nizami  Cəfərov  Elçin    Əfəndiyev    yradıcılığına 
müt
əxəssis  baxışı ilə  yanaşaraq görkəmli  yazıçının yaradıcılığını  tədqiq  və 
t
əhlil edərək,  əsərlırinin    və  kitablarının    nəşr    tarixini    göstərməklə  onu  
“böyük  
ədəbiyyat  yaradıcısı-yazıçı,    ədəbiyyatşünas-metodoloq  olmaqla  
yanaşı,  ədəbiyyatın,    xüsusilə  milli  ədəbiyyatın    böyük    təəssübkeşidir”  
adlandırmışdır.( 2.s.7) Daha sonra müəllif  fikirlərini  davam  etdirərək   
demişdir: 
...Elçinin  
ədəbiyyat    yaradıcısı    kimi    nə  qədər    böyük    uğur  
qazandığını  sübüt  edən   ən  azı  üç  texniki  göstərici  var: 
-Bunlardan  birincisi  n
əşr    olunan    kitablarının    tirajı,  tamaşaya  qoyulan  
əsərlərinin  sayıdır; 

İkincisi,  onun  bədii  istedadı  haqqında  yazılan  ədəbi- tənqidi,         elmi  
yazılar,  deyilən  fikirlərdir; 
- Üçüncüsü  is
ə  əsərlərinin  dünya  dillərinə  tərcüməsi,  dünyada  doğurduğu  
rezonansdır... (2.s.7) 

  Bu fikirl
ər Nizami  Cəfərov  tərəfindən    Elçin    Əfəndiyev 
şəxsiyyətinə, ədəbi-bədii  və  ictimai  fəaliyyətinə  verilən  ən  böyük  dəyərdir.  
 
Nizami  C
əfərov  geniş  yaradıcılıq  diapozonuna  malik  olan  Elçinn 
Əfəndiyev    yaradıcılığının    mühüm    istiqamətini  təşkil    edən  incəsənət  
sah
əsindəki  fəaliyyətini  də  yüksək  qiymətlçəndirmişdir.    Xüsusilə, 
Az
ərbaycan  və  dünya    teatrlarının    səhnəsində  tamaşaya    qoyulmuş  
əsərlərinin  və  kinossenarilərinin  bədii-estetik  dəyərləri    haqqında    da  
qiym
ətli  fikirlər  söyləmişdir. 
 
Elçin    Əfəndiyev    yaradıcılığını    yüksək  qiymətləndirən  müəllif  
görk
əmli    yazıçını    mütəffəkkir  metodoloq,  milli  ədəbiyyatımızı    dünya  
ədəbiyyatı  səviyyəsinə  qaldırmış  ədəbiyyatşünas  kimi  bədiilik,  elmilik  və  
publisistik  kimi  komponentl
ərini  dəyərləndirmişdir. 
 
Heç  t
əsadüfi  deyildir  ki,  görkəmli  yazıçı  və  ictimai  xadim  olan  
Elçin    Əfəndiyev  Azərbaycan  ədəbiyyatının    inkişafındakı    böyük  
xidm
ətlərinə  görə  Ümummilli  liderimimiz, Ulu öndər  Heydər    Əliyev  
t
ərəfindən  2003-cü  il  29  may  tarixində  “İstiqlal”    ordeni  ilə  və  
Az
ərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  tərəfindən  2013-cü   
il  11  may  tarixind
ə verilmiş  Sərəncama  əsasən  “Şərəf”  ordeni  ilə  təltif 
edilmişdir.  
 
Elçin  Əfəndiyevin  ədəbi-bədii  və  ictimai  fəaliyyəti  dövlət  başçıları  
il
ə  yanaşı,  görkəmli  elm,  ədəbiyyat,  mədəniyyət,  siyasi    və  din  xadimləri,  
öz  h
əmkarları,    müəllimləri  və  dostları    tərəfindən  də  yüksək  
qiym
ətləndirilərək  çox  səmimi,  ürəkdən  gələn  fikirlər söylənilmişdir. Bu  
fikirl
ər  içərisində  müasir  Azərbaycan  ədəbiyyatının  yaradıcılarından olan,  
xalq  yazıçısı, professor,  Elçin  Əfəndiyevin  müəllimi olmuş  Mir  Cəlalın,  
xalq    şairi  Mirvarid    Dilbazinin    və  türk  alimi, professor  Metin    Turanın  
fikirl
əri  çox  maraqlı  və  səmimidir. 
 
Görk
əmli  yazıçı  Mir Cəlal  Paşayev öz  tələbəsi  haqqında  fikirlərini 
bel
ə  ümumiləşdirmişdir:  “Elçin    ədəbiyyata  peşə  üçün  yox,  amal  üçün  
g
əlib. Ehtiraslı və  cəsurdur...” 
 
Şairə  Mirvarid  Dibazinin  də  Elçin  haqqında  söylədiyi  “ Mənim  
bütün  h
əyat  təcrübəm  göstərir  ki,  Siz  özünüz də  aqil    doğulmusunuz.  
“K
əlilə  və  Dimnə”də  belə  bir    söz    var:  “Ağılsız    adama    söz    demək  
anadang
əlmə  karın  qulağına  hikmət  dərsi  oxumaq,  su  üstünə  siir  yazmaq  
kimi  bir  şey  olardı”.  Dünya  pedaqoji  alimlərinin  fikrincə,  uşaq  kamilliyi  
d
ə,  naqisliyi  də  doğulanda  özü  ilə  gətirir.  Tərbiyə,  mühit  isə  bunları  az-
çox  inkişaf  etdirmək  qabiliyyətinə  malikdir. 
 
Əziz  Elçin!  Sizə  yaradıcılığınızda,  vəzifələrinizdə,  xalq  işinizdə,   
s
əhhətinizdə,  şadlıq,  gümrahlıq,  müvəffəqiyyətlər  arzu  edirəm”   fikirləri  
d
ə  çox  maraqlı  və  ibrətamizdir. 
 
Türk    alimi,    professor    Metin    Turan    da    Elçin    haqqında    olan  
fikirl
ərini  belə  ümumiləşdirmişdir:  “Türk    dünyasının    böyük    yazarı, 
professor-doktor  Elçin  yüzilin  yetirdiyi,  h
əm  də  sadəcə  Azərbaycan  

xalqının    deyil,    böyük    insanların    duyğularını  dilə  gətirmiş    önəmli  bir  
şəxsiyyətdir.  Türkiyədə  çap  olunan  “Mahmud  və  Məryəm”,  “Ağ  dəvə”,  
“Ölüm  hökmü”,  “Şuşa dağlarını  duman  bürüdü”,  “Sarı  gəlin”  kitabları  ilə 
yanaşı,  Ankara,  Ərzurum,  Konya  Dövlət  Teatrlarında  səhnəyə  qoyulan  
“M
ənim  sevimli  dəlim”,  “Mən  sənin  dayınam”  və  “Mənim  ərim  dəlidir”  
adlı  pyeslər  də  xalqımızın  böyük  məftunluqla  oxuduğu və  tamaşa  etdiyi  
əsərlərdəndir. 
 
Türk    xalqları    ədəbiyyatının    ulduzu,    ortaq    qürur    qaynağımız  -  
Elçin”. 
 
Biblioqrafik  göst
əricidə  “Görkəmli    şəxsiyyətlər    Elçin    haqqında”  
fikirl
ərin  ümumiləşdirilmiş  şəkildə  verilməsi  təqdirəlayiq  bir  haldır.  Hər  
bir  oxucu  bu  fikirl
ərlərlə  tanış    olarkən    Elçin    şəxsiyyəti,    yaradıcılığı,  
əsərlərinin  bədii  dəyəri,  onun  ictimai-siyasi  fəaliyyəti,    yaradıcılıq  
laboratori
yası, xarici  ölkə  ədəbiyyatı  və  mədəniyyəti  ilə  olan  əlaqələri  
haqqında  daha  ətraflı  informasiya  əldə  edir.  Belə  informasiyanın  vəsaitə  
daxil  edilm
əsi  biblioqrafik  göğstəricinin  mükəmməlliyinin  və  müəllifinin  
peşəkarlığının  göstəricisidir. 
 
Biblioqrafik  göst
əricinin  maraqlı  və  oxunaqlı   olan   “Elçinin  kitab  
haqqında  fikirləri”  və  “Elçinin  “ədəbi düşüncələri”ndən”  adlı bölmələridir. 
Doğrudur,    kitab    haqqında    müxtəlif  müəlliflər  tərəfindən  çox  qiymətli  
fikirl
ər,  kəlamlar    yazılmış    və  söylənilmişdir.  Elçin    Əfəndiyevin  “kitab  
haqqında”  olan  fikirləri öz  səmimiliyi  və  konkretliliyi  ilə  fərqlənir.  Bu  
fikirl
ər  müasir dövrümüz  üçün də  çox  əhəmiyyətli    və  müasir    şəraiti  
şərtləndirən  xüsusiyyətlərdir. “Kitab  doğmalığı”, Kitab  küskünlüyü”, “Kitab  
v
ə  illuziyalar  aləmi”, “Kitab  və  oxucu”    kimi    başlıqlar    altında    böyük  
yazıçının  fikirləri  əks  etdirilmişdir.  
 
“Kitab küskünlüyü”  başlığı  altında  böyük  yazıçının  fikirləri  çox  
maraqlıdır: “ Son  zamanlar  deyirlər  ki,  bizdə  kitaba  maraq  azalıb,  həvəs  
itib. M
ənə  elə  gəlir  ki, əksinədir. Kitab özü  bizdən  küsüb”. 
 
Elçinin  “Ədəbi düşüncələr”indən  bölməsində  isə  onun  Azərbaycan,  
rus v
ə  Avropa  yazıçı  və  şairlərinin  yaradıcılıq  xüsusiyyətləri,  ədəbi janrlar  
-  xüsusil
ə, hekayə,    poeziya,    roman    haqqında      fikirləri    lakonok    şkildə  
oxuculara    çatdırılır.  Yazıçının    ədəbi    düşüncələri  içərisində  “Sabirin  
dahiliyi”, “Dahiyan
ə  sadəlik”, “Sənətkar  ölmür”,  “Şekspir    haqqında”  
“Özüml
ə  söhbət”,  “Tanışlıq”,  “İki  dünya”  haqqında  olan  fikirləri  çox  
s
əciyyəvidir.  Bu  fikirlər  içərisində   “Kitab  cəmiyyətin  ifadəsidir”  
düşüncələri  bu  günkü  günümüzlə  səsləşən  fikirlərdir:  “Bu  gün  cəmiyyət  
başdan-başa    siyasiləşib    və  o  adam  ki,  on il  bundan  əvvəl    yatsa,  
yuxusuna  g
ətirməzdi,  indi  nadan  siyasi  mülahizələr  yürüdür. Və  bu  gün  
kitablar  da  siyasil
əşib.  Ona  görə  də  onları  oxumaq  da  mümkün  deyil”  
düşüncələri   Elçin  Əfəndiyevin  ictimai-siyasi  baxışlarının  göstəricisidir. 
 
   Biblioqrafik  göst
ərici    Elçin    Əfəndiyevin   1959-2013-cü  illərdə  
d
ərc    edilmiş    əsərlərini,    onun    haqqında    olan    ədəbiyyatı,    ədəbi-bədii,  

publisistik    yaradıcılığını,    aldığı    fəxri  fərman  və  ordenləri,  həyat  və  
f
əaliyyətinin  əsas  tarixləri,  görkəmli  şəxsiyyətlər  Elçin  haqqında, Elçinin  
kitab  haqqınfda   fikirləri,  Elçinin  “Ədəbi  düşüncələri” ndən  bölmələrini  
əks  etdirməklə  yanaşı,  üç  hissədən  ibartdir: 
 
I  hiss
ə: Əsərləri – kitablar,  dövri  mətbuatda  və  məcmuələrdə  dərc  
edilmiş əsərləri,  romanları, povestləri, hekayələri,  ssenariləri, dram,  səhnəcik 
v
ə  radio - əsərləri, ədəbi-tənqidi, publisistik  məqalələri,  habelə, müsahibələri, 
t
ərcümələri, tərtib    etdiyi,  redaktoru    olduğu  və  rəy  verdiyi  əsərlər 
sisteml
əşdirilmişdir. 
 
II  hiss
ə:  Həyat və  yaradıcılığı  haqqında  ədəbiyyatı  əhatə  edir. Bu  
bölm
ə  daxilində  -  kitablar,  Disserftasiya  və  avtoreferatlar,  dövri  
m
ətbuatda və  məcmuələrdə  çap  edilmiş  məqalələr,  ekranlaşdırılmış  əsərləri  
haqqında,  səhnələşdirilmiş    əsərləri    haqqında,  Elçinin    Xaricdə  Yaşayan 
H
əmvətənlərlə  Azərbaycan Mədəni    Əlaqələr  Cəmiyyəti  –  “Vətən”  
C
əmiyyətində  fəaliyyəti,  Elçinin  Azərbaycan  Respublikası  Baş  nazirinin  
müavini kimi  f
əaliyyəti  işiqlandırılmışdır. 
 
Biblioqrafik  göst
əricidə  bölmə  və  yarımbölmələr  daxilində  
materiallar  xronoloji  prinsip  
əsasında qruplaşdırılaraq  Azərbaycan  və  rus  
dill
ərində  sistemləşdirilmişdir. 
 
V
əsaitin    “Elektron    resurslar”    yarımbölməsində  Elçin    haqqında  
internetd
ə  verilən  materiallar  toplanaraq  əks  etdirilmişdir. Bu  yarımbölmə  
daxilind
ə  Elçin  Əfəndiyev  haqqında  müxtəlif  internet  saytlarında  çıxmış  
75  adda m
ənbənin  xronoloji  ardıcıllıqla  biblioqrafik  təsviri  verilmişdir. 
(2.S.331) 
 
“Elçin”    şəxsi  biblioqrafik  göstəricinin  III  hissəsi  köməkçi  
göst
əricilərə  həsr    edilmişdir    ki,    buraya    -  Eçinin  əsərlərinin  əlifba  
göst
əricisi, Elçin  haqqında  yazan  müəlliflərin  əlifba  göstəricisi,  Sərlövhə  
üzr
ə  təsvir  olunmuş  materialların  əlifba  göstəricisi  daxildir. Vəsaitin  bu  
hiss
əsində  də  mənbələr  Azərbaycan  və  rus  dillərində  qruplaşdırılmışdır. 
Biblioqrafik  v
əsaitdən  istifadəni  asanlaşdırmaq  və  vaxt  itkisinə  qənaət  
etm
ək  baxımından  köməkçi  göstəricilərin  əhəmiyyəti  olduqca  böyükdür.   
 
“Az
ərbaycanın  görkəmli  şəxsiyyətləri”  seriyasında  görkəmli  yazıçı,  
tanınmış  ictimai  xadim  Elçin  Əfəndiyevə  həsr  edilmiş  bu  şəxsi  elmi-
köm
əkçi  xarakterli  biblioqrafik  tədqiqat  əsəri  Azərbaycan  Milli  
Kitabxanasının    uğurlu    biblioqrafik    fəaliyyətinin  nəticəsidir.  Bu  uğurlu,   
müasir  Biblioqrafiyaşünaslıq  elminin  nəzəri  müddəalarına  əsaslanmaqla  və  
bibloqrafiyalaşdırma  metodikasına  əməl  edilməklə,  öz  mükəmməlliyi  ilə  
seçil
ən  biblioqrafik  vəsait  Milli    Kitabxananın    direktoru,    Əməkdar  
M
ədəniyyət  işçisi, tarix  üzrə  fəlsəfə  doktoru,  professor  Kərim  Tahirovun  
peşəkarlığı    və  bu sahəyə  ciddi  münasibətinin  nəticəsi  olaraq  ərsəyə  
g
əlmişdir. 

 
Elçin (Əfəndiyev Elçin İlyas oğlu)  biblioqrafik  tədqiqat  əsəri  müasir  
Az
ərbaycan  ədəbiyyatşünaslıq  biblioqrafiyası      elmini    zənginləşdirməklə, 
uğurlu  nailiyyəti  də  hesab  edilə  bilər. 
 
 
ƏDƏBİYYAT 
1.
Elçin  (Əfəndiyev    Elçin    İlyas    oğlu):  Biblioqrafiya/  Tərtibçi-müəllif 
B.A.Ələsgərov:M.F.Axundov adına Azərbaycan  Dövlət  Kitabxanası.- Bakı,1997.-206s. 
2.
Elçin  (Əfəndiyev  Elçin  İlyas    oğlu):  biblioqrafiya/ixtisas  red.və  burax.məsul 
K.Tahirov; red.G.S
əfərəliyeva;  M.F.Axundov    adına    Azərbaycan    Milli    Kitabxanası  .-
Bakı,2013.-560s. 
3.
Əliyev Z.H. Rəy //Elçin (Əfəndiyev Elçin İlyas oğlu): Biblioqrafiya/ M.F.Axundov 
adına Azərbaycan  Dövlət  Kitabxanası.- Bakı,1997.-S.9. 
4.
İsmayılova  S.P.Azərbaycanda bədii  ədəbiyyat  və  ədəbiyyatşünaslıq 
biblioqrafiyası(1965-2000-ci  illər).Bakı.:”Nurlan”, 2009.- 184s. 
 
 
Ш. Гамбарова 
НАСЛЕДИЯ ЭЛЬЧИНА ЭФЕНДИЕВА В БИБЛИОГРАФИЧЕСКИХ 
НАСЛЕДИЯХ 
 
Р Е З Ю М Е 
 
В статье анализирована система библиографических 
указателей  посвященных  жизни и творчеству видного деятеля азербайджанской 
литературы Эльчина. 
 
Sh. Gambarova 
 
THE HERITAGE OF ELCHIN EFENDIYEV IN BIBLIOGRAPHIC SOURCES 
 
S U M M A R Y 
The article analyzed the system of bibliographic indexes  on the life and literature 
activity  of a prominent figure of Azerbaijani literature Elchin. 
 
 
 
 
Aygün  HACIYEVA  
AMEA M
ərkəzi Elmi Kitabxanasının doktorantı 
 
BİBLİOMETRİYANIN  QANUNLARI 
Açar sözl
ər:  Bibliometriya,empirik qanunlar, Çipf qanunu, Pareto qanunu, Lotka 
qanunu, Bredford qanunu, Benford qanunu 
Ключевые слова: библиометрия,эмпирические законы, закон Ципфа, закон 
Парето, закон Лотки, закон Брэдфорда, закон Бэнфорда 
Key words: bibliometrics, empirical laws, Chipf  law, Pareto law, Lotka law, 
Bredford  law, Benford  law
 

M
əqalədə  bibliometriyanın  empirik  qanunları  olan  Çipf,  Benford, 
Bredford,  Lotka,  Pareto  qanunlarının  yaranmasından  bəhs  olunur,  onların 
mahiyy
əti açılır. 
Bibliometriya  (yunanca biblion-kitab, metron-ölçü, metreo-ölçür
əm) 
yeni elmi istiqam
ət, termin kimi ilk dəfə  ingilis alimi A.Priçard tərəfindən 
1967-ci ild
ə müəyyənləşdirilmişdir.  Bibliometriya riyazi və statistik üsulların 
t
ətbiqi ilə  kitabların,  dövri  mətbuatın  və  digər  informasiya  daşıyıcılarının, 
informasiya  xarakterli  materialların  öyrənilməsidir. Bibliometriya – 
formalaşdırılmış  üsulların  köməyi ilə  elmi sahələrin effektivliyi barədə 
m
əlumatların toplanılması və onların inkişafının proqnozlaşdırılması məqsədi 
il
ə  ilkin və  II növ, təkrar informasiya mənbələrinin statistik təhlili  əsasında 
s
ənədlərin öyrənilməsi ilə məşğul olan elmi fənndir.  
Bibliometriya ilk önc
ə hər hansı həcmlərin ölçülməsi nəticələrini tələb 
edir. Bu ölçm
ələr müxtəlif səbəblərlə  şərtlənən nöqsanlara malikdir. 
Bibliometriyada t
əsadüf  olunan  qanunauyğunluqlar,  təsadüfi həcmlərin 
d
ərəcələrə  bölünməsi terminlərdə  rahat  formalaşdırılır.  İnformasiyaların 
yayılması proseslərinin öyrənilməsinə dair bibliometrik yanaşmalar  C.K.Çipf  
(“Çipfin bölgüsü”), S.K.Bredford  (“Bredfordun s
əpələnmə  qanunu”), 
V.K.Bruks (“S
əpələnmə  qanunu”nun dəqiq riyazi formulu), A.Lotkun 
(mü
əlliflərin özləri tərəfindən nəşr  olunmuş  məqalələrin kəmiyyətindən  asılı 
olaraq bölünm
əsini təsvir edən “Tərs kvadrat qanunu”)  adı  ilə  bağlıdır.  Bu 
qanunların  mahiyyəti  ondadır  ki,  onların  yaradıcıları  sənəd  axınının  sistemli 
t
ədqiqinin  əsasını  qoymuş  və  bibliometriyanın  təşəkkülündə  mühüm rol 
oynamışlar [3]. 
 
Bibliometriyanın empirik qanunları: 
 
Pareto qanunu - 
italyan iqtisadçı və sosioloqu Vilfred Pareto tərəfindən 
elmi dövriyy
əyə 1897-ci ildə buraxılmış universal empirik qaydadır [1, s.31]. 
 
Pareto qanunu(Pareto prinsipi)-  v
ə  ya    80/20  qaydası  hər  hansı 
f
əaliyyətin effektivliyinin qiymətləndirilməsinin ən geniş yayılmış vasitəsidir. 
Onun mahiyy
əti ondan ibarətdir ki, 20 % cəhd  80 % nəticə verir, digər 80 % 
c
əhd isə yalnız 20 %-i reallaşdırır. Bu üsulla başa düşmək olar ki, daha çox 
s
əmərə  verən  optimal  resursları  seçməklə  az xərclərlə  yüksək nəticələrə 
çatmaq olar. H
əmçinin sonrakı  cəhdlər  lazımsız  və  qeyri-effektiv olacaq. 
80/20 faiz nisb
əti XIX əsrin  sonunda  iqtisadçı  Vilfred  Pareto  tərəfindən 
İngiltərənin o dövr əhalisinin müxtəlif təbəqələri  arasında  var-dövlətin 
bölüşdürülməsi  qanunauyğunluqlarının  tədqiqatı  zamanı  yaradılır.  Alim  bu 
disbalansı  görüb  heyrətləndirici nəticəyə  gəldi: ölkənin 80 % var-dövləti 
İngiltərənin 20 % əhalisinə məxsus idi. Daha dərin təhlil zamanı müəyyən edir 
ki,  resursların  böyük  hissəsi  azlığa  məxsusdur. Belə  nəticə  alınır  ki,  65  %   
əhalinin 10 %-nə, maddi resursların 50 %-i isə əhalinin 5 %-nə aiddir. Alınan 
r
əqəmlər təsadüfi deyildi. Müxtəlif tarixi dövrlərdə  İngiltərədə  və  digər 
ölk
ələrdə əhali arasında var-dövlətin paylanmasının tədqiqi zamanı da Pareto 
analoji n
əticələrə  gəldi.  Alim özü dəqiqliklə  izah edə  bilməsə  də, 80 / 20 

qanunu bel
ə  yaranır.  1949-cu ildə  Corc  K.Zipf  bu  qanunauyğunluğa  diqqət 
yetirdi. O, bel
ə hesab edir ki, təxminən 20-30 %  cəhd maksimum 70-80 % 
n
əticə  verə  bilər. Bununla Zipf yenidən  Pareto  prinsipini  bütün  resursların 
özünü yaratmaq 
əsaslarını  göstərməklə  açır.  Məşhur    İT    şirkəti  olan    İBM  
Pareto qanununu ilk d
əfə marketinqdə fəal tətbiq etdi [6]. 
 
Pareto qanununun vacib n
əticələri:  

Əhəmiyyətli faktorlar az, köhnəlmiş  faktorlar  isə  çoxdur  -  yalnız  vahid 
f
əaliyyət mühüm nəticələrə gətirir; 
- C
əhdlərin böyük hissəsi istənilən nəticələri vermir; 
- Biz gördüyümüz heç d
ə həmişə həqiqətə uyğun olmur - həmişə gizli faktorlar 
mövcuddur; 
- N
əticədə ümid etdiyimiz bir qayda olaraq, əldə etdiyimizdən fərqlənir; 
- Ad
ətən baş verənləri başa düşmək çox çətin və yorucudur. Bu tez-tez lazım 
olmur - 
yalnız bilmək lazımdır ki, sizin ideya işləyir ya yox. Onu işləsin deyə 
d
əyişmək və vəziyyəti ideya işləməyənə qədər dəstəkləmək; 

Uğurlu hadisələrin çoxu yüksək istehsallılıq gücünün kiçik sayının fəaliyyəti 
il
ə  şərtlənir;  uğursuzluqların  çoxu  yüksək  destruktiv  gücün  kiçik  sayının 
f
əaliyyəti ilə bağlıdır; 
- Qrup v
ə individual fəaliyyətlərin böyük hissəsi boş vaxt itkisi yaradır.Onlar 
ist
ənilən nəticəni əldə etmək üçün real heç nə vermir. 
 
Çipf qanunu-t
əbii dilin sözlərinin  sıxlığının  bölünməsinin empirik 
qanunauyğunluğudur.  Əgər dilin bütün sözlərini (və  ya kifayət qədər uzun 
m
ətnin) onların istifadəsinin azalma sıxlığına görə qaydaya salsaq, onda  "n" 
sözün sıxlığı  bu cür siyahıda onun  səliqəli nömrəsinə (bu sözün dərəcəsinə) 
əks proporsional olacaq. Məsələn, istifadəsinə  görə  ikinci söz birinci sözə 
nisb
ətən təxminən  2  dəfə daha az rast gəlinir. Üçüncü birinciyə nisbətən 3 
d
əfə daha az  və s.   Qanun Harvard Universitetinin amerikalı linqvisti Corc 
Çipfin adını daşıyır  [10]. 
 
XX 
əsrin 40-cı  illərinin  sonlarında    C.Çipf  böyük  həcmdə  statistik 
material toplamaqla sübut etm
əyə  çalışdı  ki,  təbii dilin söz bölgüsü bir sadə 
qanuna tabedir. Çipfin qanununu analitik olaraq bu cür ifad
ə etmək olar:  
 fr = c 
f
 – m
ətndə sözlərin istifadə edilmə sayı; 

– 
siyahıdakı sözlərin ardıcıl nömrəsi; 
c
 – daimi empirik h
əcm. 
 
Corc  K.Çipf (Zipf) 1949-cu ild
ə müasir axtarış sistemləri vasitəsi ilə 
m
ətnlərin  unikallılığının  yoxlanılması  alqoritmlərinin  əsasını  təşkil  edən 
qanunları formalaşdırdı və saytların axtarışının optimallaşdırılması üçün aktiv 
istifad
ə  olunmağa  başladı.  Çipf  sübut  etdi  ki,  dildə  və  ya mətndə  sözlərin 
bölünm
əsi statistik qanunauyğunluqları istisna etmir [5]. 

 
Çipf qanunu statistik olaraq 
nöqsansız  deyil.  Bu,  onun  kifayət qədər  
böyük m
ətnlərin (məqalələr massivlərinin) müqayisəsi məqsədilə  təcrübədə 
geniş tətbiqinə mane olmur [1,s.41]. 
 
 
Amerikalı  bioloq  Li  Ventyan  simvolların  təsadüfi  ardıcıllığının  Çipf 
qanununa tabe olmasını təsdiq etməklə bu qanunu təkzib etməyə çalışmışdır. 

əllif belə nəticəyə gəlir ki, Çipf qanunu mətnin semantikasına aid olmayan 
statistik fenomendir.  
 
Sonralar B.Mandelbrot bu qanunn n
əzəri  əsasını  işlədi. Onun fikrinə 
gör
ə yazılı dili kodlaşdırma ilə müqayisə etmək olar. 
 
 
 
 
 
fr

 = 
c
 

- h
əcm ( mətnin xassələrindən asılı olaraq dəyişə bilər. 
 
 
Lotka qanunu- 
"Geri  kvadratlar  qanunu"  da  adlanır.  Alfred  Ceyms 
Lotka  amerikalı  riyaziyyatçı,  fiziokimyaçı,  statistik  və  demoqraf  olmuşdur 
[11]. 
 
Elmi işçilərin sayı  N(n),  "n"  məqalə yazmışlar, proporsional olaraq 1 
/ n². 
 
 
 
 
 
N ~ 1 / n² 
 
Ölçm
ə üçün  N [q] - nəşr etmiş müəlliflər, "q" – elmi işlər. 
 
Qarşılıqlı münasibət mövcuddur        q •  N [q] = const.   [8]. 
 
A.C.Lotkanın  adı  ilə  adlandırılmış  Lotka  qanunu  Çipf  qanununun bir 
variantını əks etdirir. Lotka qanunu müəyyən qədər təsbit edilmiş elmi fənndə 

əliflərə görə nəşrlərin sıxlığını təyin edir [1,s.43]. 
 
Lotka qanunu d
əfələrlə  müxtəlif elmi fənnlərə  aid olan 
biblioqrafiyaların,  referativ  jurnalların  informasiya  massivlərində  və  s.  sınaq 
n
əticəsində  tənqid  edilmişdir.  Bu  qanunun  davamlılığı  onun  haqqında  elmi 
s
əmərəliliyin bölünməsinin əsas qanunauyğunluqlarından biri kimi danışmağa 
imkan verir. Mövcud qanun uzun müd
ət ərzində toplanmış böyük informasiya 
h
əcmində istifadə zamanı kifayət qədər dəqiq qiymətləndirmə almağa imkan 
verir, lakin riyazi statistika m
ənasında dəqiq hesab olunmur [1,s.45]. 
 
Bredford qanunu - 
n
əşrlərə  görə  bölünmənin empirik 
qanunauyğunluğudur.  Elmi  jurnalların  siyahısında  müvafiq  sorğuya  uyğun 
qr
uplaşdırılmış məqalələrin sayıdır. Müvafiq sorğuya görə məqalələrin bərabər 
sayını əks etdirən 3 zona ayırmaq olar. Bu 3 zona onları tərtib edən jurnalların 
k
əmiyyət və keyfiyyətinə görə fərqlənirlər: 

Birinci zonaya müvafiq sorğuya həsr olunmuş sahəvi jurnallar daxildir; 

İkinci zonaya müvafiq sorğuya qismən həsr olunmuş jurnallar daxildir; 

Ən  çoxsaylı  üçüncü  zonaya  müvafiq  sorğudan  mövzuca  çox  uzaq  olan 
jurnallar daxildir. 
 
Bredford qanununa gör
ə  hər bir mözu sahəsi üçün hər bir növbəti 
zonada jurnall
arın sayının dəfələrlə artırılması koeffisienti mövcuddur [4]. 

 
Bredford  qanunu  elmi  jurnallarda  istinadların  axtarışı  zamanı  əldə 
edil
ən nəticələrin eksponensial azalmasını qiymətləndirir [2]. 
 
Bredfordun paylanma qanunu çox böyük t
əcrübi əhəmiyyət kəsb edir. 
Bu qanun bu v
ə  ya digər  sorğuya  aid  bütün  nəşrlərin müəyyənləşdirilmiş 
faizini 
əhatə  olunmasının  təmin  olunması  üçün  vacib  olan  dövri  nəşrlərin 
sayını müəyyənləşdirməyə imkan verir. Bredfordun paylanma qanunu göstərir 
ki, h
ər  hansı  predmetə  görə  əsas  informasiya  axını  jurnalların  çox  olmayan 
sayı ilə müqayisədə çox toplanmır [9]. 
1934 v
ə  1953-cü illərdə  S.Bredford tətbiqi geofizikaya dair jurnal 
m
əqalələrinin təhlilini aparır. Bu tədqiqat hazırda “Bredford qanunu” adlanır 
v
ə sonrakı bibliometrik tədqiqatlar üçün əsas təşkil etmişdir. 
1948-ci ild
ə ingilis kimyaçı-sənədşünas  S.Bredford paylanmış şəkildə 
t
əsvir  etdiyi  informasiyanın  səpələnməsini  tapdı.    S.Bredfordun  paylanma 
qanunu dövri n
əşrlərdəki  ayrılmış  mövzulara  dair  məqalələrin kəmiyyət 
göst
əriciləri ilə onun mövcud mövzuya dair nizama salınmış məqalələrin dövri 
n
əşrlər  sırasındakı  yeri  ilə  asılılığını  göstərir. Bu qanuna görə  əgər bütün 
n
əşrləri məcmu şəklində birləşdirsək məlum olacaq ki, çox da böyük olmayan 
sah
əvi dövri nəşrlərdə  yalnız  1  ədəd    III  məqalə  vardır.  Mövcud  sorğuya 
uyğun  II  3 nəşr mövzu baxımından yaxın olan kifayət qədər böyük rəqəmli 
jurnallarda yerl
əşir və nəhayət daha bir III  nəşr mövzu baxımından mövcud 
sah
ə  ilə  əlaqəli olmayan jurnallarda səpələnmişdir.  Təsvir  edilmiş  paylanma 
formul şəklində göstərilir. Bu “Bredford qanunu”  adı almışdır:  
 p0:p1:p2=1:n:n² 
 n=5, A.A.  
M
əşhur müasir biblioqrafiyaşünas olan  A.S.Sokolova görə göstərilmiş 
statistik  formul  qarşılıqlı  əlaqənin vacibliyini deyil, çoxlu faktorlardan 
(mövzu, sah
ə, sənəd növü və s.) asılı olan tendensiyaları əks etdirir. Buna görə 
d
ə  Bredford  qanunundan  deyil,  qanunauyğunluğundan  danışmaq  lazımdır. 
Bredford  qanunauyğunluğu  və  sənədli üsullarla elmi tədqiqatlar elmi 
informatikada yeni v
ə  perspektiv istiqamət  açmışdır. Bu, elmmetriyadan- 
elmşünaslıq sahəsindən çıxmışdır, XX əsrin ortalarından meydana gəlmiş və 
elmi informasiya axınının və massivlərinin statistik tədqiqi ilə məşğul olur və 
hazırda bibliometriya adlanır. 
Bredford qanununun t
əcrübədə tətbiqi üçün   p - qrupların ümumi sayı 
v
ə  k - jurnalların sayının bir qrupdan digər qrupa inkişafını göstərən parametr 
anlayışlarını  ayırmaq  vacibdir.  Bu  anlayışları  bilmək bu tip suallara cavab 
tapmağa imkan verəcək: çoxsaylı jurnalların təhlili Bredford qanununu təmin 
edirmi v
ə hansı jurnallar kolleksiyanın əsasını təşkil edir [1,s.39]. 
Benford qanunu - 
fizik  F.Benfordun  adı  ilə  bağlıdır.  O,  bu  qanunu 
1938-ci ild
ə  yaratmışdır.  Lakin  bu  S.Nyukomb  tərəfindən hələ  1881-ci ildə 
t
əsdiqini tapmışdır. Benford qanunu təkdən başlayaraq qeydə alınan hər hansı 
prosesin v
ə ya çoxlu sayda hər hansı obyektlərin, rəqəmlərin siyahıya alınması 
dinamikasını göstərir. F.Benford təkcə bu qanunu formalaşdırmadı, həmçinin 

bu v
ə ya digər rəqəmsal massivdə hər bir rəqəmin meydana gəlməsi tezliyini 
hesablamağa imkan verən formulu göstərdi [1,s.34]. 
Lotka qanunu bibliometrik t
ədqiqatlar üçün nəzəri baza hesab olunur. 
Bredford qanununu is
ə  müəlliflərin fəaliyyətinin səmərəliliyinin təhlili 
m
əqsədi ilə tətbiq etmək olar. Lotka qanunu digər alimlər tərəfindən də təsdiq 
olunmuşdur.  
H
ələ  1988-ci ildə  A.Egge  bibliometriyanın  5  qanununu  ayırmışdır: 
Bredfordun I qanunu, Bredfordun II qanunu, Leymkuler qanunu, Mandelbrot 
qanunu, Lotka qanunu, Bruks qanunu v
ə  Çipf  qanunu    [7].İlk    4  qanun  bir-
birin
ə  ekvivalentdir. Bredford, Lotka və  Çipf-Mandelbrot  qanunları  əsas 
bibliometrik, elmmetrik v
ə informetrik qanunlar hesab olunur. 
 
Bel
ə  bir nəticəyə  gəlmək olar ki, göstərilən bütün bibliometrik 
qanunlar vahid bibliometrik qanunun variantlarıdır. 
 
ƏDƏBİYYAT 
1. 
Бредихин С.В., Кузнецов А.Ю. Методы библиометрии и рынок электронной 
научной периодики.- Новосибирск: ИВМ и МГ  СО  РАН; НЭИКОН, 2012. -  256с. 
2  .Писляков  В.В.  Моделирование  процесса  обращения  к  электронным 
информационным  источникам  на  основе  информетрического  закона  Брэдфорда  // 
Ученые записки Казан. гос. ун-та. Сер. Физ.-мат. науки.- 2007.- Т.149, кн.2.- С. 116-127. 
3.  Редкина  Н.С.  Библиометрия:  история  и  современность  //  Молодые  в 
библиотечном деле.- 2003.- №2.-  С. 76-86.   
4. Academic.ru / dic.nsf / fin.enc /22703 
5. Artprom.net / article / letter / rus-K.html. 
6. Constructorus.ru / uspex / zakon_pareto.html. 
7.  Egghe L.  On the classification of the classical bibliometric laws // Jour. 
Document.- 1988.- V.44.-
№1.- P.53-62.  
8. 900 igr.net / prezentatsii / filosofija / Nauka-o-nauke / 070-Zakon-obratnykh-
kvadratov-zakon Lotki.html. 
9. Ngpedia.ru / id 27784 p1. 
10. Wikipedia /org /wiki /Закон_Ципфа. 
11.Wikipedia /org /wiki / Лотка_Альфред_Джемс. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
А.Гаджиева 
ЗАКОНЫ  БИБЛИОМЕТРИИ 

 
РEЗЮМЕ 
 
В статье говорится о создании эмпирических законов библиометрии - законы 
Ципфа, Бэнфорда, Брэдфорда, Лотки,Парето, раскрывается их сут. 
 
 
 
 
 
A. Hajiyeva 
 
BIBLIOMETRY LAWS 
 
S U M M A R Y  
This article deals with the creation of Chipf, Benford, Bredford, Lotka, Pareto laws 
that being the empirical laws of the bibliometry,  their essence is opened. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Aygün ŞƏHAVƏTOVA 
Bakı Dövlət Universitetinin “Kitabxana resursları  
v
ə informasiya axtarış sistemləri” kafedrasının magistrantı 
 
KİTABXANA – İNFORMASİYA RESURSLARININ 
KOMPLEKTLƏŞDİRİLMƏSİNİN MÜASİR İSTİQAMƏTLƏRİ 
 

Açar sözl
ər:  kitabxana fondu, kitabxana-informasiya  resursları,  kitabxanaların 
müasir v
əziyyəti, komplektləşdirmə, kitabxana texnologiyaları, informasiya texnologiyaları. 
Ключевые  слова:фонд  библиотеки,  документов-информационные  ресурсы, 
приобретение,библиотечноетехнологии, информационные технологии. 
Keywords:  fund of library, document-information resource,acquisition,library 
technology, information technology. 
B
əşər sivilizasiyasının ən böyük nailiyyətlərindən olan kitablar, mədəni 
irsin,  xalqın  mənəvi sərvətinin bir hissəsi,  yazı  və  dilin,  ədəbiyyat və 
inc
əsənətin, elm və  texnikanın,  cəmiyyətin  intellektual  potensialının 
inkişafının  qüdrətli vasitəsi kimi nəsildən-nəslə  məhz kitabxanalar vasitəsilə 
keçirilir. C
əmiyyətin mühüm mədəni təsisatı,  mənəvi sərvəti və  informasiya 
bazası olan kitabxanalar müasir dövrdə olduqca mürəkkəb sosial funksiyaları 
yerin
ə  yetirməklə  əhalinin mütaliə  mədəniyyətinin  formalaşmasına  səmərəli 
t
əsir göstərirlər. Belə ki, bəşəriyyətin inkişafetdirici qüvvəsi olan bütün elmi 
n
əzəriyyələr və  texnologiyalar, kitabxanalardan bəhrələnən cəmiyyətin 
qabaqcıl ziyalı ordusu kitabxanalardan istifadə etməklə yetişmişlər. Yarandığı 
günd
ən bu günə  kimi  insanların  informasiya tələbatını  ödəmək və 
informasiyanın  gələcək nəsillərə  ötürülməsi  funksiyalarını  yerinə  yetirən və 
c
əmiyyətin  infrasturukturunda  mühüm  rol  oynayan  obyekt  olmuşdur.  Bunun 
üçün kitabxanaların yaradılmasına, qorunmasına, inkişaf etdirilməsinə xüsusi 
diqq
ət yetirilmişdir. 
Q
ədim tarixə  malik olan kitabxanalar dünyada ən böyük informasiya 
ötürücüsüdür. M
əhz bundan irəli gəlir ki, Azərbaycan öz müstəqilliyini  əldə 
etdikd
ən sonra cəmiyyətin bütün sahələrində  olduğu  kimi,  kitabxana  işi 
sah
əsində də əsaslı dəyişikliklər dövrünə başlamışdır.  
 
C
əmiyyətdə  mühüm  sosial  funksiyaları  yerinə  yetirən kitabxanalar, 
insan amilinin formalaşmasında, elmi texniki tərəqqinin sürətləndirilməsində, 
ölk
əmizin sosial-iqtisadi və  mədəni  inkişafında  yaxından  iştirak  edir,  milli 
dövl
ətçilik  ideyalarının  geniş  xalq  kütlələri  arasında  yayılmasında  geniş 
t
əşkilatçılıq  işləri  aparır.  Bu  gün  kitabxanalar  informasiyalaşmış  vətəndaş 
c
əmiyyətinin  əsas göstəricisi olan qlobal informasiya mühitinin beynəlxalq, 
milli v
ə  regional səviyyədə  informasiyanın  əmtəəyə  çevrilməsində, 
informasiya v
ə bilik bazarının yaradılması və inkişafında, təhsil sisteminin və 
s
əviyyəsinin artırılmasında aparıcı rol oynayır.  
Kitabxana  fondlarının  repertuarı,  fondun  komplektləşdirilməsi, 
m
əlumat xidmətinin təşkili  və  kitabxana siyasətinin həyata keçirilməsi 
prosesind
ə  demokratikliyin gözlənilməsi müasir mədəni cəmiyyətin vacib 
t
ələblərindəndir. Bunun üçün də  kitabxanaların  maddi-texniki  bazasının 
möhk
əmləndirilməsi,  kitabxana  binalarının  əsaslı  təmir edilməsi, xarici 
dill
ərdə  olan  ədəbiyyatla komplektləşdirilməsi,  kitabxanaların  müasir  texniki 
vasit
ələr və informasiya texnologiyaları ilə təmin olunması əsas məsələlərdən 
biridir. 
Kitabxana fondunun komplektl
əşdirilməsi  onun  formalaşdırılmasının 
t
ərkib hissəsi olmaqla kifayətlənmir, həmçinin bütün kitabxana prosesinin 

t
əşkilinin  əsasını  təşkil  edir.  Kitabxana  fondunun  komplektləşdirilməsi və 
t
əşkili,  oxuculara  ədəbiyyat  verilişi  və  tövsiyəsi, kitabxana-biblioqrafiya 
bilikl
ərinin təbliğinin  ənənəvimetodu ilə  bərabər, elektron  resursların  üzə 
çıxarılması,  uçotu,  onlardakı  dəyişikliklərin izlənilməsi, istifadəçilərə 
informasiyanın  əldə  olunması  sahəsində  özünəxidmətin təşkili  formasıdır  (1, 
s.22) . 
Kitabxana fondunun t
ərkib hissələrini hərtərəfli,  lazımi  səviyyədə 
öyr
ənmədən, təhlil etmədən komplektləşdirmə  işinin  səmərəliliyini təmin 
etm
ək və inkişaf perspektivlərini göstərmək qeyri-mümkündür. 
Müasir dünyada kitabxanalarda s
ənədli  informasiyanın  komplektləş-
dirilm
əsi,  saxlanılması  və  təqdim edilməsi  formaları  daha  sürətlə 
transformasiya olunur. M
əhz  bundan  asılıdır  ki,  kitabxana  fondlarının  çap 
əsərləri ilə  dolğun  komplektləşdirilməsi müəyyən  ərazi  baxımından 
kitabxanaların sıx koordinasiyası ilə bağlıdır. 
Bu gün Az
ərbaycanın  əksər  kitabxanaları  kitablar  da  daxil  olmaqla, 
bütün informasiya mübadil
əsini qabaqcıl texnologiyalara əsaslanaraq qurmağı 
planlaşdırır.Bunun  üçün  də  məlumatların  toplanıb  saxlanılması,  axtarış 
sisteml
əri və  informasiyaların  ötürülmə  qaydalarının  qabaqcıl  olması  ilə 
yanaşı,  kitabxana  –  informasiya və  internet istifadəçisinin “görüb oxuya 
bildiyi” d
ə vahid formatda olmalıdır (4, s. 12).  
İnformasiya  texnologiyalarının  sürətlə  inkişaf  etdiyi  bir  zamanda 
kitabxanaların  komplektləşdirilməsində  də  müasir  avtomatlaşdırılmış 
qurğulardan  istifadə  olunur. Məlum  olduğu  kimi,  kitabxana  fondlarının 
ənənəvi komplektləşdirilməsində ədəbiyyatın alınması əvvəlcə planlaşdırılır. 
Bel
ə halda, komplektləşdirmə mənbələri kitabxana kollektoru, əlaqədar 
kitab  mağazaları,  dövrü  nəşrlərin  əlaqədar abunə  agentliyi və  əvvəlcədən 
m
əlum  olmayan  ayrı-ayrı  şəxslərin və  təşkilatların  müəyyən kitabxanaya 
verdiyi kitab h
ədiyyələridir. Lakin elektron nəşrlərin, sənədlərin və  digər bu 
kimi  elektron  resursların  kitabxanalarda  komplektləşdirilməsi mənbələri və 
üsulları  xeyli  fərqlidir. Elektron  kitabxananın  ən mühüm cəhətlərindən biri 
kimi ist
ənilən  formatda  informasiya  resurslarının  komplektləşdirilmə 
imkanlarının  olmasıdır.  Elektron  sənədlərin və  digər  resursların  kitabxana 
fondlarında  komplektləşdirilməsi üçün ilk növbədə  kitabxananın  internetlə 
geniş əlaqələndirilmiş elektron kitabxanası olmalıdır.  
 
Avtomatlaşdırılmış  kitabxanaların  komplektləşdirilməsi istiqamətində: 
kitabxanaya daxil olan s
ənədlər (kitab, dövri mətbuat, qəzet, dissertasiya, 
avtoreferat, CD-ROM v
ə b.) xüsusi proqram əsasında kompüterə daxil edilmiş 
s
ənədlərin akt-uçotu həyata keçirilir. Bu kitabxanalar optik və  digər tip 
diskl
ərdə yazılan kitablar, jurnallar və profilə uyğun olan məlumat bazaları ilə 
komplektl
əşdirilə bilər. 
Elektron s
ənədlərin və digər əlaqədar resursların (məsələn: biblioqrafik 
m
əlumat  bazaları,  elektron  kataloqlar,  web-saytlar və  s.)  əsas 
komplektl
əşdirmə  mənbəyi  internet  resurslarıdır.  Bu  texnologiyadan  istifadə 

etdikd
ə tez-tez yeniləşdirilən, əlavələr edilən və pulsuz yayılan elektron sənəd 
növl
ərinin komplektləşdirilməsi əlverişli olmur (1, s. 23). 
İstənilən komplektləşdirmə  üsulunda sənədlərin profilə  uyğun  olaraq 
d
əqiq seçilməsi,  oxucu  sorğusunun  və  tələbatının  dərindən öyrənilməsi ilə 
bağlıdır.  İstər  ənənəvi, istərsə  də  elektron kitabxanaların  vacib 
probleml
ərindən biri əlaqədar  kitabxananın  profilinə  uyğun  olan  yüksək 
keyfiyy
ətli sənədlərin seçilməsidir.  
Əksər mütəxəssislər komplektləşdirmə  üçün çap əsərlərində  olduğu 
kimi elektron n
əşrlərin və resursların seçilməsini vacib hesab edirlər. Onların 
arqumentl
əri aşağıdakı fikirlərlə əsaslandırılır:  
1. Müraci
ət (axtarış, istifadə) üçün çoxlu sayda elektron informasiyalar 
t
əqdim olunur,  onların  adları  və  sayı  sürətlə  artır.  Buna  görə  də  seçmədə 
s
əhvlərin olması ehtimalı artır;  
2. 
Uzaqlaşdırılmış  şəbəkə  resursları  getdikcə  daha çox ikinci növ 
s
ənədlərlə  təqdim olunur. Məsələn: referatlar, annotasiyalar, tezislər və  s. 
T
əcrübələr göstərir  ki,  referatların  çox  hissəsi  əsasında  ilkin  nəşrin  məzmun 
keyfiyy
ətini dəqiq müəyyən etmək çətindir;  
3.Sür
ətlə  artan  elektron  resurslar  tam  şəkildə  elektron variantda dərc 
edilir. Onlar üçün referatlaşdırma metodları və mexanizmi işlənməmişdir (1, s. 
27). 
 
Deyil
ən səbəblərə  görə,  elektron  kitabxanalar  açıq  veb-saytların 
k
əmiyyətini deyil, seçmə  yolu ilə  onların  komplektləşdirmə  keyfiyyətini 
artırmağa  çalışır.  Elektron  informasiyaların  komplektləşdirmə  mənbələrinin 
seçilm
əsində peşəkar kitabxanaçının aparıcı rolunu əvəz edən başqa bir vasitə 
yoxdur. Qeyd ed
ək  ki,  kitabxanaçının  vacib  funksiyalarından biri təkcə 
komplektl
əşdirmə  prosesində  deyil, həmçinin sənədlərin təkrar 
komplektl
əşdirilməsində,  ədəbiyyatın  fonddan  çıxarılmasında  və  depozitar 
fondun t
əşkilində seçmələr aparmaqdır. 
 
Kitabxana fondunun idar
ə  edilməsində  komplektləşdiricilərin kitab 
i
şləmə  keyfiyyəti, indeksləşdirmə  məharəti,  uçotun  aparılması  optimallığı 
n
əzərdə  tutulur.  Kitabxanaçı  –  komplektləşdiricinin  fəaliyyət səmərəliliyi, 
s
ənədlərin işlənməsi tezliyi və şifrələnməsi keyfiyyəti, onların fondun struktur 
bölm
ələrinə  məqsədyönlü  çatdırılması  ilə  müəyyənləşir.  Kitabxanalarda 
komplektl
əşdirmə  şöbəsinin  işçiləri  kollektiv  işləmək prinsipinə  alışmalı, 
bütün qarşılıqlı iş proseslərinin ahəngdar yerinə yetirilməsinə nail olmalıdır (2, 
s. 104). 
 
 Komplektl
əşdiricinin  əldə  etdiyi yüksək nailiyyətlərdən istifadə 
olunmaqla g
ələcəkdə 
s
ənədlərin komplektləşdirmə 
optimallığını 

əyyənləşdirmək,  biblioqrafik  axtarış  metodlarına  yiyələnmək, nəzərdə 
tutulan sifarişləri dərindən öyrənmək məsələləri təşkil edir. Komplektləşdirici 
fondları  onun  struktur  quruluşuna,  oxucuların  sorğularına  görə  öyrənməli, 
onların həqiqi informasiya tələbatını təhlil etməli və bunun əsasında kitabxana 
üçün vacib olan 
ədəbiyyat  repertuarının  yaradılmasını  təmin 

etm
əlidir.Komplektləşdiricinin  ən mühüm vəzifələrindən  birini  oxucuların 
etibarını  qazanmaq  təşkil  edir.  Bu  etibarlılığı  o  vaxt  əldə  etmək olar ki, 
komplektl
əşdirici təchizetmə mənbələri ilə və onun əməkdaşları ilə müntəzəm, 
sıx əlaqə saxlasın və ən lazımlı sənədlərin alınmasını təşkil etsin.  
 
 
 
ƏDƏBİYYAT 
1. Rüst
əmov  Ə;  Mustafayeva  N.  Elektron  kitabxanaların  komplektləşdirilməsinin 
b
əzi məsələləri // Kitabxanaşünaslıq, 2006. – № 1. (21-31) 
2. H
əsənov M. Kitabxana fondunun yaranması, formalaşması və idarə edilməsi. Dərs 
v
əsaiti. – B.: BDU, 2004. – 143s. 
3. X
ələfov A.A. Azərbaycanda kitabxana işinin tarixi: Dərslik. III hissə.– Bakı: “Bakı 
Universiteti” n
əşriyyatı, 2010. – 432 səh. 
4. İsmayılov X.İ. Müasir dövrdə kitabxanaların metodik təminatının bəzi məsələləri // 
Kitabxanaşünaslıq – biblioqrafiya, 2012. –№ 12 (s.9-18) 
 
 
 
А.E.Шахаватова  
 
СОВРЕМЕННЫЕАСПЕКТЫ БИБЛИОТЕЧНОЕ- 
ИНФОРМАЦИОННЫЕ РЕСУРСОВ 
 
РЕЗЮМЕ 
Материально-технической  базы,  оснащенный  современной  библиотеки  и 
информационных технологий, библиотечной работы, значительный прогресс в области 
информационных технологий, новых способов для финансирования комплектование. 
 
A.E.Shahavatova  
 
MODERN ASPECTS OF LIBRARY AND INFORMATION RESOURCES 
 
SUMMARY 
Material and technical base, equipped with a modern library and information techno-
logy, library work, significant progress in the field of information technology, new methods 
for recruitment. 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
Kompüter t
ərtibatçısı:  Ulduz Manafova 
 
 
 
Jurnal Az
ərbaycan Respublikası  
M
ətbuat və İnformasiya Nazirliyində 
qeyd
ə alınmışdır. 
Şəhadətnamə № 575 .27 mart 1997. 
 
Jurnal “Müt
ərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzində 
s
əhifələnmiş və çap olunmuşdur. 
 
 
Çapa imzalanıb: ___2014 
Format: 70x100 1/16 Qarnitur: Times. 
H
əcmi: ___ç.v. Tiraj: 100. Sifariş №___ 
Qiym
əti müqavilə ilə. 
 
 
 
 
 
 
 

Document Outline

  • Ключевые слова:фонд библиотеки, документов-информационные ресурсы, приобретение,библиотечноетехнологии, информационные технологии.

Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin