ƏDƏBİYYAT
1. Мотульский, Р.С. Национальная библиотека Беларуси: учеб. Пособие для
вузов // Р.С.Мотульский; Нац. б-ка Беларуси, Белорус. гос. ун-т культуры и искусств.-
Минск: Нац. б-ка Беларуси, 2009.-131 с.
2.
http://www.nlb.by/portal/page/portal/index/content?lang=ru&classId=4E453825
0D5643C5B725B4F04A443B66
3.
Материалы Международного конгресса «Библиотека как феномен культуры»
(Минск, 23-24 октября 2013 г.) / Национальная библиотека Беларуси; сост. А.А.Суша.-
Минск, 2013.-323 с.
Н.Д.Абдулааева
НАЦИОНАЛЬНАЯ БИБЛИОТЕКА БЕЛАРУСИ КАК ЦЕНТР
БИБЛИОТЕЧНЫХ ИННОВАЦИЙ
Р Е З Ю М Е
В статье коротко освещена деятельность Национальной библиотеки Беларуси.
Тут рассматривается история и формирование библиотеки, структура, основные
функции, новые формы и виды библиотечного обслуживания, деятельность библиотеки
как социо - культурного центра. Рассказывается о новых технологиях в
автоматизациипроцесса
обслуживание
пользователей, телелифт,Факсимильныекниги, мобильные стеллажи и о др.
библиотечных инновациях в новом информатизационном обществе.
N.D.Abdullayeva
NATIONAL LIBRARY OF BELARUSAS ACENTER OF
LIBRARY INNOVATIONS
S U M M A R Y
This articlebrieflyhighlights the activitiesof the NationalLibrary of
Belarus.Thenexamines the historyand formation ofthe librarystructure, basicfeatures, new
forms and typesof library services, library activitiesas a socio-cultural center.Highlights
newtechnologiesinprocess automationserviceuserstelelift,
Facsimilebooks,mobile
shelvingandotherinnovationsin the newlibraryinformatizationsociety.
Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə
yardımı ilə yerinə yetirilmişdir.- Qrant № EİF-RİTN-MQM-2/İKT-2-2013-7(13)-29/07/1
Adil
ə ABDULLAYEVA
AMEA-
nındoktorantı
AZƏRBAYCAN RESPUBLİKASINDA İNFORMASİYA
MƏDƏNİYYƏTİNİN FORMALAŞMASININ MÜASİR VƏZİYYƏTİ
VƏ PERSPEKTİVLƏRİ
Açar sözl
ər: informasiya mədəniyyəti, kitabxanalar, informasiya-kommunikasiya
texnologiyaları, internet resursları, anket sorğusu
Ключевые слова: информационная культура, библиотеки, информационно-
коммуникационные технологии, интернет ресурсы, анкетный опрос
Key words: information literacy, libraries, information and communication
technologies, internet resources, questionnaire
M
əqalədə Azərbaycanda informasiya mədəniyyətinin formalaşması
problemi t
ədqiq edilmiş, informasiya mədəniyyətinin formalaşmasında
kitabxanaların rolunu müəyyənləşdirmək məqsədilə oxucular arasında
keçiril
ən anket sorğunun nəticələri təhlil edilmiş, informasiya mədəniyyətinin
formalaşmasının hazırki vəziyyəti işıqlandırılmış və gələcək inkişaf
perspektivl
əri barədə tövsiyələr verilmişdir. Sorğunun nəticələrinə əsasən
dem
ək olar ki, cəmiyyət üzvlərinin bir qisminin və xüsusən də tələbələrin
informasiya m
ədəniyyəti aşağı inkişaf səviyyəsinə malikdir.
Bugün
ən demokratik və ən çox tələb olunan mədəniyyət müəssisəsi
kimi kitabxanaların qapıları sosial statusundan, gəlir səviyyəsindən,
t
əhsilindən, milliyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq hər bir
v
ətəndaş üçün açıqdı. Bundan əlavə onlar xalqın maddi-mənəvi sərvətləri və
m
ədəni potensialının mühüm tərkib hissəsi olan informasiyaları toplayır,
qoruyur v
ətəndaşların istifadəsinə təqdim edir. Kitabxanalarda informasiya
m
ənbələri içərisində kağız sənədlər üstünlük təşkil etsə də vahid informasiya
m
əkanına tamhüquqlu iştirakçı kimi daxil olmaq üçün kitabxanalar fəal
şəkildə öz fondlarını yeni elektron resurslarla formalaşdırırlar. Bu elektron
resurslara kitabxananın elektron kataloqu, tammətnli məlumat bazaları və
elektron kitabxanalar, t
ədris prosesi üçün zəruri olan elektron dərsliklər və
d
ərs vəsaitləri, ensiklopediyalar, lüğətlər, məlumat kitabçaları, eləcə də
metodik göst
ərişlər və digər elektron nəşrlər aiddir.
Ənənəvi olaraq kitabxanaların əsas məqsədinə əhalinin informasiya
t
ələbatını ödəmək, mütaliə mədəniyyətini inkişaf etdirmək və kitabxana-
biblioqrafiya aparatından, kitabxana fondundan, informasiya resurslarından
istifad
ə, sənəd axını haqqında məlumatlandırma, informasiya axtarışının
metodları, informasiya xidməti və s. proseslər daxildir. Kitabxanalar
c
əmiyyətin fəal üzvləri olan oxucularla, yəni şəxsiyyətlərlə birbaşa təmasda
olduqlarından, əhalinin maariflənməsi, mədəni cəhətdən inkişaf etməsi,
informasiya il
ə təmin olunmasında bilavasitə iştirak etməklə mədəni tərəqqiyə
xidm
ət edirlər. Kitabxanalar və kitabxana işçiləri informasiya savadlılığı və
t
əhsilin tədrisində əsas tərəfdaşlardan hesab edilir. Lakin bu prosesdə təkcə
kitabxanalar v
ə kitabxanaçıların qüvvəsi təbii ki, çox azdır. Bu prosesdə bütün
c
əmiyyət üzvləri: müəllimlər, pedaqoqlar, valideynlər, təhsil alan şəxslər
özl
əri və təhsillə əlaqəli bütün idarə və təşkilatlar yaxından iştirak etməlidir.
Hazırda kitabxanaların inkişafında sosial-mədəni dinamika müşahidə
edilir v
ə bu gün tədqiqat obyekti kimi kitabxana məkanı araşdırılır, yeni iş
prosesl
əri təhlil edilir. Kitabxananın texniki imkanlarının genişlənməsi,
oxuculara t
əqdim edilən xidmət növlərinin məzmunca keyfiyyətinin
yaxşılaşması və kəmiyyətcə artması kitabxana məkanına “sərhədsiz
informasiya al
əmi” kimi baxmağa əsas verir. Kitabxanalar müasir informasiya
c
əmiyyətində biliklərin idarə olunmasında, cəmiyyətlə-insan, insanla-
informasiya arasında qarşılıqlı informasiya kanallarının yaradılmasında və
əlaqələndirilməsində, ardıcıl olaraq təkmilləşdirilməsində, sürətlə islahatlar
aparmaq v
ə yeniləşmək vəzifəsi qarşısında dayanmışdır. [1, S.149.] Bu
v
əzifələrin müvəffəqiyyətli həlli cəmiyyətdə kitabxanaların nüfuzunun
yüks
əlməsinə xidmət edir.
Müasir informasiya-
kommunikasiya texnologiyalarının inkişafı və
geniş istifadəsi şəraitində hər bir cəmiyyət üzvünün informasiya mədəniyyəti
sah
əsində mənimsəməli olduğu bir sıra bacarıq və vərdişlər mövcuddur ki,
bunlar da aşağıdakılardır:
-
İnformasiya, kompyuter, rəqəmsal texnika və proqram təminatı, çox
böyük v
ə daim artan informasiya axını ilə işləmək vərdişləri, o cümlədən,
m
əlumatların kodlaşdırılması və ötürülməsi bacarıqları;
- informasiyaya t
ənqidi münasibət vərdişləri, yalan məlumatı, qeyri-
d
əqiq mənbələri aşkar etmək bacarığı və s. ;
-
interaktiv rejimd
ə ünsiyyət vərdişləri, qlobal şəbəkədə
kommunikasiya bacarıqları; şəbəkə etikası elementləri; şəbəkədə sosial
münasib
ətlər qurmaq bacarığı, azad və təhlükəsiz informasiya fəaliyyətini
t
əşkil etmək;
- “sür
ətli dəyişikliklər cəmiyyətində” bəzi bacarıqlar, müxtəlif sosial və
m
ədəni mühitlərdə sürətli əmək və fərdi adaptasiya (uyğunlaşma), texniki,
texnoloji, sosial, iqtisadi v
ə digər yeniliklərə tolerant münasibət;
- özünüt
əqdimat vərdişlərinin formalaşması, informasiya məkanında
mövcud t
əhlükələri qiymətləndirmək və riskləri öncədən hesablamaq, şəxsi,
sosial, iqtisadi, ekoloji v
ə informasiya sahəsində təhlükəsiz davranış modelini
yaratmaq bacarığı.
İxtira və kəşflərin sürətli artımı şəraitində, təkcə dövri nəşrlər deyil,
h
əm də digər informasiya mənbələri sayca və həcmcə artım tendensiyasını
yaşadığı bir zamanda, gələcək mütəxəssisə yalnız müəyyən biliklər vermək
mühim deyil, h
əm də onlara bu bilikləri əldə etməkçün informasiya axtarışı
v
ərdişlərini aşılamaq, fəal və effektiv şəkildə müasir informasiya-axtarış
sisteml
əri ilə qarşılıqlı əlaqə qurmaq bacarığını formalaşdırmaq lazımdır.
Lakin bu gün f
əaliyyət göstərən kitabxanaların oxucuların informasiya
t
ələbatlarını ödəyə bilməsi, onlara geniş informasiya axınında istiqamət
verm
əsi, lazımi informasiyanı əldə etməkdə və ondan istifadə etməkdə əsas
vasit
əçi rolunu oynaması və yeni axtarış vərdişlərinin əldə edilməsində yol
göst
ərməsi və biz tədqiqatçıları düşündürən digər məsələlərin tam real
v
əziyyətini müəyyənləşdirmək çox önəmlidir. Apardığımız tədqiqatın əsas
m
əqsədi Azərbaycan oxucularının informasiya mədəniyyətinin səviyyəsini
öyr
ənmək, onların bugünkü informasiya tələbatlarının ödənilməsində və
g
ələcək elmi fəaliyyətlərində kitabxanaların bir elm, informasiya və
m
ədəniyyət müəssisəsi kimi necə vasitəçilik etdiyini müəyyənləşdirməkdən
ibar
ətdir.
İlk növbədə onu qeyd edək ki, oxucuların informasiya mədəniyyətinin
s
əviyyəsini müəyyənləşdirmək məqsədilə təcrübədə geniş vüsət almış anket
üsulundan istifad
ə edilmişdir. Anket sorğusunun məqsədi:
- Oxucular t
ərəfindən “informasiya mədəniyyəti” termininin dərk
edilm
əsini və onların müxtəlif informasiya mənbələrinə münasibətinin
xüsusiyy
ətlərini müəyyənləşdirmək;
-
Peşəkar əhəmiyyətli informasiyanın müstəqil axtarışı və emalı
prosesind
ə, onlayn bazalardan istifadə zamanı oxucuların-istifadəçilərin
t
əcrübi bacarıqlarını müəyyənləşdirmək və onların yeni texnologiyalardan
istifad
ə bacarıq və vərdişlərini öyrənmək;
-
Oxucuların, gələcək mütəxəssislərin informasiya mədəniyyətinin
formalaşmasında
kitabxanaların,
kitabxana
işçilərinin rolunu
mü
əyyənləşdirmək.
Oxucuların informasiya mədəniyyəti bir tərəfdən, peşəkarcasına
əhəmiyyətli problemlərin və məsələlərin geniş dairəsini əhatə edən
informasiya t
ələbatı ilə səciyyələnir, digər tərəfdən - peşə əhəmiyyətli
v
əzifələrin həlli üçün informasiyanın qavrayışı və emalında, müstəqil axtarış
zamanı təcrübi bacarıqların səviyyəsi ilə xarakterizə olunur. Ona görə də
c
əmiyyət üzvlərinin informasiya mədəniyyətinin formalaşması probleminin
t
ədqiqi çox aktualdır.
Qeyd etm
ək istərdim ki, bu anket sorğusu 118 nəfər oxucu arasında
keçirilmişdir. Əsasən Azərbaycan Milli Kitabxanasının oxucuları olan anket
iştirakçıları içərisində ən kiçik yaşlı oxucu 16 yaş, ən yaşlı oxucu isə 67
yaşında olmuşdur. Anketdə 65 qadın, 53 kişi iştirak etmiş, onlardan 57 nəfər
ali, 23 n
əfər doktorant, 21 nəfər ali magistr, 13 nəfər natamam ali təhsilli, 4
n
əfər isə orta təhsilli olmuşdur.
İlk olaraq təqdim edilən “Kitabxanada Sizi nə cəlb edir?”sualına anket
iştirakçıları müxtəlif cavab variantlarını seçmiş və onlardan 50 %-i
kitabxanada xoş abu-hava və rahatlığın olması, 44,91 %-i elektron kitabxana,
33 %-i elektron kataloq; 22,88 %-
i internetin olması, 22,03 %-i isə “heçnə cəlb
etmir, sad
əcə tədris və ya iş fəaliyyəti ilə əlaqədar kitabxanadan istifadə
etm
əliyəm” cavab variantını seçmişdir. Bu sualda anket iştirakçıları bir neçə
cavab variantını seçmək imkanına malik olmuş və nəticələrdən də göründüyü
kimi daha çox
kitabxanada xoş abu-hava və rahatlığın olması, elektron
kitabxana v
ə elektron kataloq variantı seçilmişdir. Sevindirici haldır ki, bu gün
oxucularımız kitabxanalarda müasir texniki vasitələrin tətbiqinə müsbət
yanaşır və onlardan istifadə vərdişləri mövcuddur. Artıq müasir oxucuları
ənənəvi vasitələrdən çox elektron vasitələr cəlb edir.
Bu gün informasiya
əsrində internet ümumbəşəri sərvət kimi insana
xidm
ət etmək və hər kəsin hüquq və azadlıqlarının reallaşması, rifahının daha
da yaxşılaşdırılması üçün yaradılmış azad bir məkandır. Hər kəs bu
kiberm
əkandan istifadə edərək, öz rahatlığını və haqlarını həyata keçirmək
imkanı əldə edir, ətraf aləm haqqında tez və əlçatan bilgilərə sahib olur, ifadə
v
ə informasiya azadlığını reallaşdırır, elektron kitabxanalara daxil olaraq
mütali
ə edə bilir, distant təhsillə özünün təhsil hüququnu reallaşdırır, e-maillə
m
əlumatları operativ şəkildə alır və ötürür, elektron xidmətlər vasitəsilə dövlət
orqanlarına asan müraciət imkanları, habelə digər hüquq və üstünlüklər əldə
edir. Əhalinin günbəgün artan tələbatını hansı vasitələrlə ödədiyini,
kitabxanaların və internetin insanların həyatında yerini müəyyən etmək
m
əqsədilə anket iştirakçılarına “ Sizə lazım olan informasiyanı necə əldə
edirsiz?”
sualı ilə müraciət etdik. Sorğuda iştirak edənlər bir neçə variant seçə
bil
ərdilər və onlardan 68,64 %-i “internet vasitəsilə”, 58,47%-i
“kitabxanalardan”, 21,18 %-i “dövri m
ətbuat səhifələrindən”, 11,86 %-i
“televiziya vasit
əsilə”, 8,47 %-i “iş yoldaşlarım və yaxınlarım vasitəsilə” əldə
etdikl
ərini bildirmişlər. İnformasiya əsrində təbii ki, informasiya əldə etmək
üçün İnternetin əsas vasitə olması təəccüb doğurmur, lakin İnternetə azad
çıxışın olması kitabxanaları əvəz edə bilməz, rəyi soruşulanların 58,9 %-i
hesab edir ki, “kitabxanaların yoxluğu cəmiyyət üçün böyük itki olardı”. Odur
ki, kitabxanaların internetdən sonra insanların informasiya əldə etmək üçün
müraci
ət etdikləri əsas informasiya mərkəzi kimi seçilməsi cəmiyyətdə,
ictimai h
əyatın bütün sferalarında kitabxanaların əhəmiyyətini bir daha təsdiq
etmiş olur.
İnternet bütün dünya üzrə müxtəlif kompyuterlər arasında ünsiyyət
üçün imkan yaradan v
ə operativ informasiya mübadiləsini təmin edən qlobal
şəbəkədir. İnternet istifadəçilərin “məlumatın saxlanması, paylanması və rahat
əldə olunması” istəkləri nəticəsində yaranmış bir texnologiyadır. [2] İnterneti
bir m
əlumat dənizinə, yaxud çox böyük bir informasiya mərkəzinə-
kitabxanaya b
ənzədə bilərik. Keçirdiyimiz sorğuda da respondentlər ən çox
müraci
ət etdikləri mənbə kimi İnternet şəbəkəsini göstərmişdir, bəs internet
şəbəkəsindən istifadə bacarıqları hansı səviyyədədir? Bunu yoxlamaq
m
əqsədilə bir sıra suallarla müraciət etdik. Elektron poçtdan fəal şəkildə
istifad
ə edənlər 39,83%, “e-mail ünvanım var və bəzən işlədirəm” deyənlər
38,13 %, “e-
mail ünvanım yoxdur” deyənlər 22,04 % təşkil edir. “Elektron
Az
ərbaycan” hökumətinin təşəkkülü şəraitində elektron poçtdan istifadə
etm
əyən və hətta e-mail ünvanı olmayan cəmiyyət üzvlərinin sayının 22,04%
olması fikrimizcə kifayət qədər çoxdur. İnternetdə şəxsi veb resurslar
yaratmaq sorğu keçirilən anket iştirakçıları üçün ən çox çətinlik çəkdikləri
prosesdir des
ək yanılmarıq. Belə ki, internet saytlarında şəxsi veb resurslar
yarada bilm
əyənlər 60,16% təşkil edir. Lakin internetdən istifadə zamanı
informasiya azadlığı və informasiya təhlükəsizliyi məsələlərinə diqqət
yetirm
ək, internet etikasına riayət etmək lazımdır.
Sorğu vasitəsilə həmçinin oxucuların internetdən hansı məqsədlərlə
istifad
ə etməsi də bizi narahat edən məsələlərdən biri idi. İnternet vasitəsilə
lazımlı informasiyanı əldə edənlər 82,20%, elmi tədqiqat və şəxsi təhsil
m
əqsədilə internetdən istifadə edənlər 32,20%, internet vasitəsilə filmlərə
baxıram, oyun oynayıram deyənlər 20,33%, müzakirələrdə və internet
konfranslarda iştirak edənlər 13,55%-dir. Göründüyü kimi internet bu gün
insanların həyatında çox mühüm rol oynayır və lazımi informasiyanı əldə
etm
ək üçün müraciət edilən kütləvi qlobal vasitəçidir.
Oxucuların geniş spektrli informasiya ilə işə inteqrasiyasında kitabxana
işçiləri xüsusi rol oynayır. Respondentlərin 63,8 %-i düşünür ki, kitabxanada
lazımi informasiya mənbəyini axtarmaq və əldə etmək üçün kitabxanaçıların
köm
əyinə ehtiyac var və 36,2 % oxucu düşünür ki, onların informasiya
m
ənbələrində axtarış vərdişləri və texniki vasitələrdən istifadə bacarıqları
mövcuddur, kitabxanaçıların köməyi olmadan da istənilən informasiyanı əldə
ed
ə bilərlər.
Hazırda biz tədqiqatçıları düşündürən mühüm məsələlərdən biri də
c
əmiyyət üzvlərinin mütaliə maraqlarını müəyyənləşdirməkdən ibarətdir. Əgər
veril
ən cavabların doğruluğuna və səmimiliyinə inansaq nəticələri qənaətbəxş
qiym
ətləndirmək olar. Çünki “Siz daha çox hansı informasiyanı axtarırsız?”
sualına verilən cavablardan məlum olur ki, anket iştirakçılarının 50%-i elmi
t
ədqiqat işi ilə bağlı, 45,76 %-i tədrislə bağlı, 41,52% ölkədə və dünyada baş
ver
ən hadisələrlə bağlı, 14,40 %-i informasiya-kommunikasiya texnologiyaları
il
ə bağlı, 5,08% oxucu isə əyləncə və yumorla bağlı informasiyaya daha çox
t
ələbat duyur. Faizlərdən də görünür ki, bu gün elmi tədqiqat və tədris
m
əqsədilə informasiyaya ehtiyac duyan və bununla da başlıca elm, təhsil,
informasiya m
ərkəzi olan kitabxanalara müraciət edən oxucular üstünlük təşkil
edir.
Anket sorğusunda təqdim edilən bir neçə sual oxucuların müasir
informasiya texnologiyaları ilə işləmək üzrə təcrübi bilik və bacarıq
s
əviyyəsinin müəyyən edilməsinə yönəlmişdir. Verilən cavablara əsasən belə
bir n
əticə çıxarmaq olar ki, oxucuların əksəriyyəti xüsusən də tələbələr
informasiyanın elektron kataloqda müstəqil axtarışı və emalını, elektron
resurslardan istifad
əni bacarsalar da bu zaman bir sıra çətinliklər çəkirlər.
Yeni informasiya-kommunik
asiya texnologiyalarının tətbiqi ilə
əlaqədar kitabxanalarda daha çox elektron resurslardan - elektron kataloq,
elektron kitabxanadan istifad
ə geniş vüsət almışdır. Anketdə təqdim edilən
Elektron kataloqda s
ərbəst axtarış apara bilirsinizmi?sualına 80,50 % bəli,
19,49% xeyr cavabını vermişlər.
Sevindirici haldır ki, elektron resurslardan istifadə edənlərin sayı faiz
etibaril
ə (80,50 %) elektron resurslardan istifadə edə bilməyənlərdən çoxdur.
Elektron resurslardan istifad
ə etməyənlər əsas səbəb kimi “ənənəvi
informasiya daşıyıcıları ilə işləmək rahatdır” variantını seçmiş (15,25%),
oxucuların 12,71 %-inin fikrincə isə elektron resurslardan istifadəyə ehtiyac
yoxdur, yalnız 3,38 % istifadəçi informasiya şəbəkələrində məlumat bazaları
il
ə işləmək bacarığının olmadığını səbəb kimi qeyd etmişlər.
Xidm
əti proqramlarla (faylların DVD və CD disklərə yazılması,
arxivin, ZİP və RAR faylların yaradılması) işləyə bilirsinizmi? sualına
oxucuların 55,93% bacarıram, 28,81% bəzi çətinliklərim var; 15,25%
bacarmıram cavabını vermişdir. Baxmayaraq ki, xidməti proqramlarla
işləməyi bacaranlar üstünlük təşkil edir, lakin bu proqramlarla “işləməyi
bacarmayanlar” v
ə “çətinlik çəkənlər” heç də az deyil.
Günümüzd
ə bir çox sahələrdə mütəxəssislərin müraciət etdikləri slayd
t
əqdimatların yaradılmasına gəldikdə sorğu aparılan 118 nəfərdən PoverPoint
proqramında tam işləyə bilənlər 39,66% olsa da, təqdimat hazırlamağı
bacarmayanlar is
ə 32,20% təşkil edir. Slaydlarda təkcə mətn və şəkil qoya
bil
ənlər 23,72 %, mətn və şəkillərlə yanşı animasiya və diaqramlardan da
istifad
ə edənlər 14,40% dir. Təəssüf ki, slayd təqdimatlar hazırlaya
bilm
əyənlərin faiz göstəricisi heç də az deyil. (32,20%)
Anketd
ə iştirak edən bir sıra respondentlər “informasiya daşıyıcıları ilə
işləyərkən çətinlik çəkirsiz?” sualına 24,57% bəli, 75,42% xeyr cavabını
vermişdir. Bəli deyənlər informasiya daşıyıcıları ilə işləyə bilmədiklərinin
s
əbəbini avtomatlaşdırılmış rejimdə (elektron kataloq, elektron kitabxana,
saytlar, m
əlumat bazaları, İnternet və s.) axtarış etməyi bacarmadıqları və
informasiya m
ənbələri ilə işləyə bilmədikləri ilə izah etmişlər.
Anketin maraqlı sorğularından biri də “informasiya mədəniyəti” ilə
əlaqədar idi. Bu gün cəmiyyətdə hər bir fərdin təhsilli, dünya görüşlü, yüksək
intellektli şəxsiyyət kimi yetişməsində informasiya mədəniyyətinin əhəmiyyəti
böyükdür. Lakin t
əəssüf ki, bu gün cəmiyyət üzvlərinin əksəriyyəti, xüsusilə
d
ə gənc nəsil “informasiya mədəniyyəti” anlayışı barədə məlumatsızdırlar.
“İnformasiya mədəniyyəti” deyəndə nə başa düşürsünüz? sualını
cavablandıran oxucuların 52,54 %-i yanlış, 27,11 %-i doğru cavab vermişlər.
Bu n
əticələr ürəkaçan olmasa da reallığı əks etdirir. Hətta anketdə iştirak
ed
ənlərin 53,84%-i bu anketə qədər informasiya mədəniyyəti anlayışına rast
g
əlmədiyini bildirmişlər.
“Siz öz informasiya m
ədəniyyətinizin səviyyəsini necə
qiym
ətləndirirsiz?” sualına respondentlərdən 54,23 %-i orta, 24,57 %-i
yüks
ək, bilmirəm deyənlər 15,25 %, aşağı cavabını verənlər isə 5,93 % təşkil
edir. Lakin respondentl
ərin çoxunun informasiya mədəniyyəti anlayışını doğru
şərh etmədiklərini nəzərə alsaq öz informasiya mədəniyyətlərinin səviyyəsini
d
ə doğru qiymətləndirmədikləri ortaya çıxar.
Anketd
ə iştirak edən oxuculardan 38,13%-i informasiya axtarış
sisteml
ərində və məlumat bazaları ilə işləmək üçün məşğələlərə, köməyə
ehtiyac duyduğunu, 35,59%-i buna ehtiyac olmadığını bildirmiş, 26,27 %
oxucu is
ə bəzən cavabını vermişdir. Ancaq fikrimizcə anketin nəticələrinə
gör
ə cəmiyyət üzvlərinin informasiya mədəniyyətinə yiyələnmək sahəsində
m
əşğələlərə çox böyük ehtiyacı vardır.
Əldə etdiyimiz nəticələrdən demək olar ki, cəmiyyət üzvlərinin bir
qisminin informasiya m
ədəniyyəti aşağı inkişaf səviyyəsinə malikdir və
informasiya-
axtarış sistemləri və onlayn bazalardan istifadə sahəsindəki
bacarıqları da aşağı göstəricilərlə səciyyələnir. Cəmiyyətin informasiya
resursları və informasiya mədəniyyəti sahəsində nəzəri və təcrübi biliklərə
malik olan şəxslər, xüsusən də tələbələr təəssüf ki, azlıq təşkil edir. Hətta
kompyuter v
ə rəqəmsal texnologiyaların istifadəsi və mənimsənilməsi
s
əviyyəsi şəhər əhalisi arasında nisbətən qənaətbəxş olsa da, regionlarda bu
s
əviyyə çox aşağıdır. İnternet texnologiyaları üzrə əhatə dairəsi kifayət deyil,
h
ətta onların istifadəsi üçün xüsusi cəhd və maraq da yoxdur. Bu, əhalinin
mü
əyyən təbəqəsində informasiya yoxsulluğu üzrə təhlükənin yaranmasına və
informasiya m
ədəniyyətinin formalaşdırılması üzrə ciddi problemlərin
meydana çıxmasına səbəb ola bilər. Xüsusi qeyd etmək lazımdır ki, gənclər
əsasən əyləncə və ya əyləncə axtarışı ilə əhatə olunmuşdur və zamanlarını
sosial şəbəkələrdə keçirirlər.
T
əəssüf ki, əsas problemlər şəxsin uşaqlıq dövründən başlayır. Hazırda
uşaq və yeniyetmələrin mütaliə xarakteri dəyişmişdir. Cəmiyyətin
informasiyalaşdırılması şəraitində başlıca vəzifələrdən biri - dəyişiklikləri
t
əkcə inkişaf etməkdə olan yeni elektron cəmiyyətdə yaşayacaq oxucuların
v
ərdişlərində və simasında görmək deyil, həm də onlara yeni mədəniyyətin
elementl
ərini qəbul etməkdə köməklik göstərmək, uşaq və yeniyetmələrdə
ist
ənilən formada təqdim edilən (çap və ya elektron) mətnin oxunması
m
ədəniyyətini yüksək səviyyədə inkişaf etdirməkdən ibarətdir.
Müxt
əlif sahələrin mütəxəssisləri- psixoloqlar, pedaqoqlar, sosioloqlar-
qeyd edirl
ər ki, oxumayan, informasiya ilə işləməyi bacarmayan uşaqlar təkcə
şəxsiyyətin təşəkkülü üçün maneə deyil, həmçinin cəmiyyət üçün böyük bir
riskdir. Mütali
ə edən, səriştəli vətəndaş-Azərbaycanın milli dəyəridir. Bir
qayda olaraq, orta ümumt
əhsil məktəblərinin məzunları məktəbi bitirib ali
t
əhsil ocaqlarına qəbul olarkən təhsil prosesində problemləri başlayır. Xüsusən
d
ə informasiya ilə bağlı axtarış apararkən köməksiz qalırlar: kitabxananın
kataloq v
ə kartotekasının quruluşunu, tərkibini, onların spesifik
xüsusiyy
ətlərini bilmirlər, informasiya sorğularının ödənilməsi metodikasına
yiy
ələnməyiblər, axtarışın nəticələrini doğru təhlil edib, tələbatlarına uyğun
g
ələn dəqiq mənbəni seçə bilmirlər. Odur ki, böyüməkdə olan nəslin
intellektual v
ə mənəvi simasının formalaşmasında məktəb kitabxanasının rolu
v
ə əhəmiyyəti böyükdür. Məktəb kitabxanası kitabxanaçının müəllimlərlə
b
ərabər pedaqoji vəzifələri həll edən təhsil bölməsi kimi çıxış edir, müəllim və
şagirdlərin informasiya mədəniyyətinin yüksəldilməsi sahəsində bir
müt
əxəssis - informasiya lideri olur, müəllimlərin fasiləsiz təhsil tələbatının
formalaşmasında, onların kitab və informasiya vasitəsilə tərbiyəsində köməkçi
rolunu oynayır. Məktəb kitabxanasının rolu təhsil prosesində
mü
əyyənləşdirilmişdir: əsas və əlavə təhsil proqramlarının həyata keçirilməsi
v
ə təhsil müəssisəsindən kənarda məqsədyönlü, sistemli və istifadəçilərin
t
ələbatına uyğun üsullarla biliklərin əldə edilməsini, informasiya ilə işləmək
v
ərdişlərinə yiyələnməyi təmin etməkdir.
Ən təhlükəlisi də odur ki, informasiya mədəniyyətinin səviyyəsi çox
aşağı olan istifadəçilər informasiya fəaliyyəti sahəsindəki səriştəsizliklərindən
m
əlumatsızdılar. Onlar informasiya xidməti sahəsində xüsusi bilik və
bacarıqların dəyərini anlamır, təcrübi fəaliyyətin tədris, elmi-təcrübi, şəxsi
t
əhsil, asudə vaxt kimi müxtəlif sahələrində bu bilik və bacarıqların real olaraq
onlara nec
ə kömək edə biləcəyindən xəbərsizdilər. Şagirdlərin informasiya
m
ədəniyyətinin formalaşdırılması məsələlərinin təhlili göstərir ki,.informasiya
m
ədəniyyətinin tədrisini elə
m
əktəblərdən
başlamaq
lazımdır.
İnformasiyalaşdırma və informasiyalı cəmiyyətə keçid şəraitində şəxsin
informasiya m
ədəniyyətinin şüurlu, məqsədyönlü formalaşdırılması çox
z
əruridir. Bu da öz növbəsində, informasiya mədəniyyətinin nəzəri əsasları və
onun reallaşması proqramı daxil edilmiş müvafiq konsepsiya hazırlanmadan
mümkün deyil.
Kitabxana vasit
ələrindən istifadənin öyrənilməsi və axtarış
strategiyalarının formalaşması bu gün tədris müəssisələrini resurs mərkəzi
kimi t
əqdimetmənin perspektiv bir nümunəsidir. Tələbə və onun tələbatlarına
yön
əlmiş və bu gün daha çox üstünlük təşkil edən yanaşma informasiya-
axtarış fəaliyyətinin bütöv bir proses kimi öyrənilməsidir. Burada axtarışın
ənənəvi tədrisi, informasiyanın həmin informasiyadan biliklərin əldə edilməsi
prosesi il
ə eyni vaxtda istifadəsi başlıca ideya hesab edilir.
İnformasiya mədəniyyətinin formalaşdırılması prosesi oxuculara fərqli
yanaşmanı, peşəkar ixtisaslaşmanı nəzərə almaqla tədris proqramları və
metodikanın seçilməsini, onların informasiya tələbatı və informasiya
hazırlığını, kompyuter texnikası ilə işləmək vərdişlərinə yiyələnməyi tələb edir.
Kitabxanaya müraci
ət edən oxucuların informasiya tələbatının diapazonu
h
ədsizdir. Ona görə də informasiya təhsili üzrə tədbirlərin təşkilini üç
s
əviyyədə həyata keçirmək məqsədəuyğundur:
1. Kitabxanadan istifad
ənin ənənəvi tədrisi (kitabxanada
istiqam
ətlənmək təkcə kitabxana fondları, kataloqu, kitabxanada mövcud
xidm
ət sistemi haqqında məlumat verməklə məhdudlaşmır);
2. Biblioqrafik t
əhsil, informasiya üzrə axtarış metodları və biblioqrafik
m
ənbələrin öyrənilməsi;
3. Kompyuter texnikasının tətbiqi ilə elektron onlayn məlumat
bazalarından, elektron daşıyıcılarda olan informasiyadan istifadənin tədrisi. [4]
Kitabxana prosesl
ərinin avtomatlaşdırılması ilə əlaqədar olaraq
f
əaliyyəti yeni informasiya mühitini formalaşdıran, təkcə kitab “dənizi”ndə
b
ələdçi deyil, həm də kompyuter şəbəkələrinin naviqatoruna çevrilən kitabxana
işçilərinin informasiya mədəniyyətinin yüksəldilməsi problemi də bu gün çox
aktualdır. Elementar olaraq kitabxanaçının informasiya mədəniyyəti olmasa nə
özü professional
əməliyyatları yerinə yetirə bilər, nə də başqasında informasiya
m
ədəniyyətini formalaşdıra bilər. Yeni kitabxana-informasiya infrastrukturu
üçün el
ə mütəxəssislər lazımdır ki, həm informasiya sistemləri ilə işləmək
bacarığı olsun, əldə etdiyi informasiyanı qiymətləndirə bilsin, həm də oxcunu
informasiya bolluğu şəraitində düzgün istiqamətləndirməyi bacarsın.
Odur ki, h
ər bir kitabxanaçı-biblioqraf şəxsi təhsili üzərində müntəzəm
olaraq çalışmalı və onu təkmilləşdirməlidir. Müxtəlif məzmunlu ədəbiyyatı
mütali
ə etməli və xüsusən də ixtisas ədəbiyyatına dair bütün yeniliklərdən
x
əbərdar olmalı, yeni çap olunmuş milli və xarici jurnallarla tanış olmalı və
m
ətbuatı izləməlidir. Eyni zamanda mütəmadi olaraq müxtəlif idarə və
t
əşkilatlar tərəfindən təşkil edilmiş treninqlərdə, kurslarda iştirak etməsi
m
əqsədəuyğun olardı. Kitabxanaçı-biblioqrafların bacarıq və vərdişləri isə
onların təcrübi fəaliyyətləri nəticəsində əldə edilir. Vərdişlər adətən avtomatik
olaraq daim t
əkrarlanan proseslərin yerinə yetirilməsi ilə əmələ gəlir və xüsusi
şüurlu nəzarət tələb etmir.
Biblioqrafın fəaliyyət sferasına 2 əsas istiqamət daxildir:
-
informasiyalaşdırma istiqaməti- informasiyanın işlənməsi, qorunması,
ötürülm
əsi, biblioqrafik mənbələrin hazırlanması;
-
informasiyanı tələb edən və yaradan insana (tələbatçıya)
istiqam
ətlənmiş mədəni istiqamət- biblioqrafik xidmət.
İkinci istiqamət informasiyanın istifadəsi və yayılması prosesini,
biblioqrafın oxucu və işçilərlə ünsiyyət mədəniyyəti, biblioqrafik idarəetmə və
biblioqrafik t
əhsil verməni özündə birləşdirir. Bu ikimeyllilik biblioqrafın
informasiya m
ədəniyyətində biblioqrafik komponentin yerini və rolunu
mü
əyyən edir.
Kitabxanaçı-biblioqrafın insanlarla münasibətində səmimilik, ədalət,
s
əbr, düzgünlük, məsuliyyət, kollektivçilik keyfiyyətlərini, fəaliyyətin tərzini
əks etdirən təşəbbüskarlıq, işgüzarlıq, tələbkarlıq, dəqiqlik kimi keyfiyyətləri,
ümumi r
əftarı müəyyən edən iradə, özünə nəzarət, tarazlıq, əminlik
keyfiyy
ətləri və yaddaş, analitik qavrama kimi zehni keyfiyyətlərini də nəzərə
almaq
lazımdır.
Oxuculara xidm
ət göstərən kitabxanaçı-biblioqraf axtarış zamanı qısa
vaxt
ərzində qərara gəlməli, müxtəlif və mürəkkəb xarakterli sorğuların qeyri-
b
ərabər axını şəraitində səriştəli fəallıq göstərməli, informasiya tələbatçıları ilə
münasib
ətdə emosional sabitliyi gözləməlidir.
Bu problem xüsusil
ə region kitabxanalarında daha çox diqqəti cəlb edir.
Regionlarda mövcud olan kitabxanalarımızın fəaliyyətinə nəzər salsaq görərik
ki, bu gün regionlarda ali t
əhsilli kitabxanaçı kadrların azlığı, digər kitabxana
işçilərinin texniki vərdişlərinin və peşə səriştəsinin aşağı səviyyədə olması
regionlarda informasiya m
ədəniyyətinin formalaşmasında kitabxanaların roluna
əsaslı dərəcədə mənfi təsirini göstərir. Bu problemin həlli məqsədilə region
kitabxanaçıları üçün müntəzəm olaraq distant kursların, telekonfransların təşkili
m
əqəsədəuyğun olardı. Odur ki, şəxsiyyətin informasiya mədəniyyəti problemi
- tük
ənməzdir və kitabxanada müasir səviyyədə həll olunmalıdır.
Son zamanlar t
əhsil sahəsində baş verən dəyişikliklər, yeni islahatların
t
əhsil prosesinə tətbiqi ali məktəblərin qarşısında da yeni tələblər qoymuşdur.
Artıq ali təhsil ocaqları təkcə ali təhsilli kadr yetişdirməklə kifayətlənmir, öz
m
əzunlarının sosial həyata hazırlıqlı olmasını da təmin edirlər. Tələbədə
ümumb
əşəri, milli və mədəni dəyərlər formalaşdırmaqla yanaşı, qarşıya xüsusi
bir m
əqsəd də qoyulur-professional mədəni mütəxəssis yetişdirmək. [3]
Professional-m
ədəniyyətə aşağıdakılar daxildir:
-professional s
əriştə;
-yerin
ə yetirdiyi işin əhəmiyyətini dərk etmək;
-yüks
ək nəticələrə nail olmaq cəhdi, karyera yüksəlişinə və maddi rifaha
inam;
-öz gücün
ə güvən;
-kollektivd
ə işləmək bacarığı;
-kommunikativlik v
ə qavrama qabiliyyəti (informasiyanın qəbul
edilm
əsi, emalı və qiymətləndirilməsi, informasiya mədəniyyətinə malik
olması)
Professional m
ədəniyyətin bütün bu komponentləri informasiya
m
ədəniyyətinin mühüm tərkib hissəsini təşkil edir.
Müt
əxəssislərin yüksək səviyyəli hazırlıq sisteminə keçməsi
informasiya m
ədəniyyətinin əsasları üzrə fənlərin tədrisinə yeni yanaşmanı
t
ələb edir. Gələcək mütəxəssislər üçün informasiya mədəniyyətinin əsasları
üzr
ə zəruri keyfiyyətlərin müəyyənləşməsində təhsil standartlarına uyğun tədris
pill
əsi (orta təhsil, bakalavr və magistr pilləsi, doktorantura və s.) ilə bağlı
t
ədris-metodiki kompleksin hazırlanması mühüm əhəmiyyət kəsb edir. [5]
Bu m
əqsədlə BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin
mü
əllimləri, həm də respublikanın aparıcı kitabxana mütəxəssisləri tərəfindən
f
ənlərin tədris-metodik kompleksinin - bakalavr pilləsi üçün “İnformasiya
m
ədəniyyətinin əsasları”, magistr pilləsi üçün isə “Magistrin informasiya
m
ədəniyyəti” fənləri üzrə proqramların hazırlanması və tədrisi məqsədəuyğun
olardı.
Lakin t
əhsil müəssisələri ilə yanaşı yaxşı olardı ki, kitabxanalarda da
“İnformasiya mədəniyyətinin əsasları”nın tədrisi üzrə məşğələlər təşkil edilsin.
Bu m
əqsədlə ilk öncə informasiya mədəniyyətinin tədrisi üzrə proqram
hazırlamaq müəyyən oxucu qrupları arasında təbliğat aparmaq, onları bu
prosesd
ə iştiraka cəlb etmək zəruridir.
Oxucuların informasiya mədəniyyətinin səviyyəsini artırmaq məqsədilə
t
əşkil edilən biblioqrafik axtarış və mənbələrlə işləmək metodikası barədə fərdi
m
əsləhətlər (informasiya mədəniyyətini inkişaf etdirmək və təkmilləşdirmək
yolları barədə, dünya informasiya sistemlərindən istifadə üsullarını
mü
əyyənləşdirmək və s.); elektron və ənənəvi informasiya resurslarından
istifad
ə üzrə təcrübi məşğələlər, İnternetdən istifadə metodikası mühüm
əhəmiyyət kəsb edir. Oxucuların informasiya mədəniyyətinin inkişafına kömək
m
əqsədilə müxtəlif ədəbiyyat göstəriciləri, yaddaşlar, kitabxana üzrə bələdçilər,
soraq kitabları nəşr edilməli, elektron vasitələrlə fərdi tədrisi təmin edən xüsusi
proqramlar hazırlanmalıdır. [6] Sevindirici haldır ki, bu gün Azərbaycanın
qabaqcıl ali təhsil müəssisələrindən olan “ADA” Universitetinin kitabxanasında
t
ələbələrin informasiya mədəniyyətinin formalaşmasına xüsusi önəm verilir və
bu m
əqsədlə artıq 2013-cü ildən “İnformation literacy” (İnformasiya
m
ədəniyyəti) dərsləri tədris edilir. Öncədən müəyyən edilmiş oxucu qrupları
arasında tədris edilən bu dərslərin əsas məqsədi tələbələri kitabxananın
strukturu, informasiya m
ənbələri, fondları, məlumat bazaları ilə tanış etmək,
onlar vasit
əsilə axtarış aparmaq, onlayn məlumat bazaları ilə işləmək və
ədəbiyyat sifarişini həyata keçirmək bacarığını aşılamaqdan ibarətdir. Yeni
t
ədris həyatına qatılan gənc tələbələrin gələcək elmi fəaliyyətində və iş
h
əyatında bu bilik və bacarıqların əhəmiyyəti böyükdür.
Bel
əliklə, vətəndaşları cəmiyyətin informasiyalaşdırılması prosesinə
c
əlb etmək məqsədilə cari informasiyaya əlyetərliyi təmin etmək, bütün həyatı
boyunca şəxsin təhsilində iştirakını təmin etmək, cəmiyyət üçün intellektli və
informasiya il
ə işləməyi bacaran vətədaşlar yetişdirmək, eləcə də informasiya
m
ədəniyyətinin formalaşması mərkəzinə çevrilmək məqsədilə müasir
kitabxanalar öz prioritet funksiyalarını yenidən nəzərdən keçirməli, iş
prosesind
ə yeni iş üsullarını və dünyaca qabaqcıl təcrübəni tətbiq etməlidirlər.
Dostları ilə paylaş: |