KİtabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə8/12
tarix28.11.2016
ölçüsü3,72 Kb.
#315
1   ...   4   5   6   7   8   9   10   11   12

 
ƏDƏBİYYAT 
1.Əliyev  Z.H.  Milli  biblioqrafiya  biblioqrafik  resursun  tərkib hissəsi 
kimi//Kitabxanaşünaslıq  və  biblioqrafiya: elmi ,nəzəri və  təcrübi jurnal.2000,  №2, s.94-
103,Biblioqr:5adda(N.
İ.İsmayılov, Ç.Rüstəmova, S.A.Sadıqovailəbirlikdə) 
2.Əliyev Z.H. Ümumi biblioqrafiyaşünaslıq: Dərs vəsaiti. B.: BDU, 2001,s.36-40 
3.
Борисов К.А. Перспективная модель библиографического поиска в Интернете 
//Библиог., 2009, №1, с.64-66. 
4.
Фомин А.Г. Избранное. М.:Книга, 1975,  С.125-139. 
 
 
 
L.Alieva 
 
T
HEORETİCAL AND METHODALOGİCAL İSSUSES OF 
BİBLİOGRAPHİC HEURİSTİCS 
 
SUMMARY 
In article reflected general information about bibliographic heuristics and 
bibliographic search. 
 
 
 
Л.И.АЛИЕВА 
 
ТЕОРИТИЧЕСКИЕ И МЕТОДОЛОГИЧЕСКИЕ ПРОБЛЕМЫ 
БИБЛИОГРАФИЧЕСКОЙ ЭВРИСТИКИ 
 
 
РЕЗЮМЕ 
В  статье  отражается  общая  информация  о  библиографических  евристике  и 
библиографического поиска 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
  
Orxan AGAMİRZƏYEV  
AMEA-
nın MEK-in doktorantı  
 
İNFORMASİYA MENECMENTİNİN 
 
BƏZİ PROBLEMLƏRİ 
 
Açar sözl
ər:  informasiya menecmenti, informasiya məkanı,kitabxana-informasiya 
xidm
əti, mötəbər informasiya. 
Ключевые 
слова: 
информационный 
менеджмент,информационная 
пространства, 
библиотечно-информационная 
обслуживание, 
достоверная 
информации. 
Keywords:information  management, information space, library and information 
service, reliable information. 
İnsan  cəmiyyəti  əmtəə  iqtisadiyyətindan maliyyə  iqtisadiyyatına,  maliyyə 
iqtisadiyyatından informasiya iqtisadiyyatına keçməklə XXI əsrin səciyyəsini 
qarşıya  qoydu.  İnformasiya  əmtəəyə  çevrildikcə  "cazibədarlıgı"  artır,  ciddi 
müzakir
ələrin predmetinə çevrilir, yeni nəzəriyyələr meydana çıxır. 
 
Qeyd etm
əliyik ki tarix boyu kitabxanalar cəmiyyətin informasiya 
resurslarını  toplayan,  sistemləşdirib  mühafizə  edən, məsafəyə  və  zamana 
ötür
ən ən mötəbər informasiya xidməti müəssisələri olmuşdu.(1) Kitabxanalar 
n
əinki  bu  missiyanı  layiqincə  yerinə  yetirə  bilmişdir  eləcə  də  insan 
c
əmiyyətinin mədəni inkişafında əhəmiyyətli rol oynamışdır. 
 
Bu gün informasiya c
əmiyyətinin  quruldugu  şəraitdə  informasiya 
menicmentind
ə  iqtisadi və  rasional amillər ön plana keçir. Bütün növ 
informasiya xidm
əti prosesləri iqtisadi kateqoriyalarla qiymətləndirilir və 
menecerl
ərin iqtisadi başarıq və vərdişləri  əsas ğötürülür. 
Kitabxana-informasiya f
əaliyyətinin spesifikliyi, onun mədəni, sosial, 
siyasi, psixoloji v
ə pedoqoji xassələri fəaliyyətin qiymətləndirilməsində vahid 
bir formulun işlənib hazırlanmasını daim mürəkkəbləşdirən bir amil olmuşdu. 
Bu m
əsələ  bütün dövrlərdə  mütəxəssislərin  diqqətini cəlb etmiş, 
qiym
ətləndirmə  zamanı  bir  necə  istiqamət  əsas  olaraq  götürülmüşdü:  siyasi 
(dövl
ət və  güc atributunu ifadə  edən) qiymətləndirmə  və  dəyər (maddi 
ekvivalentini) ifad
ə edən qiymətləndirmə. Deməli ənənəvi olaraq informasiya 
menecmenti iki faktordan asılıdır.1.Siyasi amillər. 2.İqtisadi amillər.(3) 

Bel
əliklə,  informasiya  menecmentinin  qarşıda  duran  mühüm 
probleml
ərindən biri də müasir və obyektiv qiymətləndirmə mexanixmlərinin 
işlənib hazırlanmasıdır.  
Kitabxana informasiya xidm
əti, eləcə  də  kitabxana informasiya 
m
əhsulu barədə  mütəxəssislərin müxtəlif fikirləri mövcuddur. Tədqiqatçı 
İ.S.Pilko yazır: “Kitabxana-sosial əhəmiyyətli sənəd, informasiyasının ictimai 
istifad
əsini təmin edən əsas və tarixən ilkin informasiya institutu, informasiya 
m
əhsulları  və  xidmətlərinin istehsalçılarından  birincisi  sayılır”.  Çoxəsrlik 
tarixi boyu kitabxanalar  -  istifad
əçilərin  informasiya  sorğularının  ödənilməsi 
istiqam
ətində öz forma və metodlarını işləyib hazırlamış və inkişaf etdirmişdi.  
“Kitabxana m
əhsulu” və  “kitabxana xidməti”  anlayışlarının  tam 
eynil
əşdirilməsi və  yaxud  onların  kitabxana  fəaliyyətinin maddiləşmiş 
m
əhsullar və  maddiləşmiş  xidmətlər nəticələri səviyyəsində  fərqləndirilməsi 
çox  geniş  yayılmışdır.(4.  s.58)  İlkin  anlayışların  həcmi və  məzmununun 
d
əqiqləşdirilməsinin nəzəri aspektlərindən  savayı,  bu  problem,  tətbiqi 
əhəmiyyətə  malikdir. Kitabxana məhsulları  və  kitabxana xidmətlərinin 
keyfiyy
ət  spesifikasının  tələbatçı  xüsusiyyətlərinin üzə  çıxarılması  onların 
çeşid dinamikasının izlənilməsini əhatə edir. 
Kitabxana xidm
əti tarixən  formalaşan  və  inkişaf  edən  sorğuların 
öd
ənilməsinə  yonəldilib. Belə  demək  olarsa,  sorğu  xidməti  yaradır,  xidmət 
m
əhsulu. Daim mürəkkəbləşən tələbat    istehlakçı  sorğusu,  böyüməkdə  olan 
informasiya kütl
əsinin içərisində  kitabxanalara da informasiya xidmətinin 
relevantivliyini v
ə informasiyanın erqonomikliyini qarşıya çıxarır. Belə nəticə 
çıxarmaq  olar  ki,  əyər  sorğu  varsa,  xidmət məhsulu törədir. Prosesin 
ardıcıllığını aşağıdakı kimi göstərmək olar.  
1.İnformasiya tələbatı. 
2.İnformasiya sorğusu. 
3.İnformasiya xidməti. 
4.İnformasiya məhsulu.(5.) 
Kitabxana   xidm
əti  müasir  texnologiyaların  verdiyi imkanları ümum 
l
əşdirərək  bir  sıra  alqoritmlərin kontekstində  həyata  keçirilir.  Sorğu  olunan 
informasiyanın  ötürülməsi  və  daşınması  imkanları  müasir  kitabxana 
xidm
ətində  ənənəvi  kitabxana  olduğundan  formaca  xeyli  fərqlənir. Lakin 
mahiyy
ət etibarılə az şey dəyişib. Hər hansı informasiya kitabxana prosesinə 
c
əlb olunursa, o artıq kitabxana informasiya məhsuluna cevrilir.  
Y.N.Stolyarov kitabxana xidm
ətini  kitabxananın  social  təyinatının 
reallaşdırılması  ilə  əlaqələndirərək, “Kitabxana xidmətlərinin standart 
spektri”ni mü
əyyənləşdirmişdir.  Abonentin,  kitabxana  fondundan,  soraq-
biblioq
rafiya  aparatından,  kitabxana  binasından,  avadanlıq  və  digər 
vasit
ələrdən istifadə  etmək hüququ; sənədlər haqqında  vacib  məlumatların 
axtarışında  abonentə  kömək edilməsi; tələb olunan sənədlərin  axtarışı  və 
çatdırılması; oxucuların tələbatlarına müvafiq sənədlər və onlarla bağlı rəylər 
haqq
ında  abonentlərin məlumatlandırılması;  abonentlər  arasında,  həmçinin 

onların  mütəxəssislərlə  maraqlandıqları  mənbələr  haqqında  ünsiyyət 
aparmalarının  təmin edilməsi; oxuculara kitabxana-biblioqrafiya biliklərinin 
öyr
ədilməsi, onlarda oxucu mədəniyyətinin formalaşdırılması  prosesləri bura 
daxildir. 
-  Konkret kitabxana fondunda konkret s
ənədin mövcudluğu haqqında 
informasiyanın əldə edilməsi; 
-  Kataloqlar sistemi v
ə  kitabxana məlumatının  digər  formaları 
vasit
əsilə  kitabxana  fondlarının  tərkibi  haqqında  tam  informasiyanın  əldə 
edilm
əsi; 

İnformasiya mənbələrinin axtarışı və seçimində məsləhətin alınması; 

Kitabxana  fondlarından  istənilən sənədin müvəqqəti istifadəsi 
m
əqsədilə əldə edilməsi; 
- KAA vasit
əsilə sənədlərin və onların surətlərinin əldə edilməsi. 
Bel
əliklə,  kitabxananın  sənəd  fondları  və  onların  birliyi  (kitabxana 
şəbəkələri və  sistemləri)  bazasında  reallaşan  xidmətlər  ənənəvi “kitabxana” 
xidm
ətləri hesab oluna bilərlər. Xidmətlərin təqdim edilməsi isə öz növbəsində 
spesifik kitabxana (biblioqrafik) m
əhsullarının  (kataloqlar,  kartotekalar, 
veril
ənlər  bazası,  biblioqrafik  siyahılar,  ədəbiyyat göstəriciləri, informasiya 
bülletenl
əri və s.) yaradılmasını tələb edir. Bununla da kitabxana fondlarının 
effektli istismarı təmin edilir. Kitabxana məhsulları və xidmətlərinin təsnifatı 
problemi t
ədqiqatçıların və praktiklərin diqqətini cəlb etsə də, hələ ki, özünün 
yekun n
əticəsindən  çox  uzaqdır.  Ədəbiyyatda  ən çox sitat gətirilmiş  təsnifat 
variantlarına uyğun olaraq, aşağıdakı xidmətlər fərqləndirilir: 
-  s
ənəd xidmətləri  –  abonentlərə  ilkin və  ikinci dərəcəli sənədlərin 
t
əqdim edilməsinin nəticəsi
-  kommunikativ xidm
ətlər  –  kitabxana  şəraitində  insanların  bilavasitə 
ünsiyy
əti (söhbət, konfrans, müzakirə  və  s.) prosesində  sənədsiz xidmətin 
n
əticəsi. 
Kitabxana servisi xidm
ətləri-sənəd və kommunikativ xidmətlərin növləri 
v
ə formaları aşağıdakılardır  
1. Fondlara açıq giriş.  
2. Maraqlara gör
ə klublar.  
3.Lektoriyalar.  
4.İxtisaslaşmış abonementlər.  
5.Oxu zallarından istifadə.  
6. Stasionardan k
ənar məntəqələr.  
7. S
əyyar kitabxanaların təşkili və s..(4) 
İnformasiya  məhsulları  və  xidmətlərində  olduğu  kimi  istənilən 
mümkün xarakteristikalardan h
ər biri (informasiya tələbatlarının  növü, 
forması,  məzmunu, məqsədi, istifadəçilərin  kateqoriyası,  informasiyanın 
xarakteri, istehsal üsulu, maliyy
ə mənbəyi, təqdimedilmə yeri, vaxtı, şərti və 
s.) kitabxana m
əhsulları  və  xidmətləri təsnifatının  müstəqil  əsası  ola  bilər. 
H
əm də  kitabxana öz servisini “xidmətlərin standart spektri” ilə 

m
əhdudlaşdırmayaraq, informasiya, təhsil və  sosial-mədəni  texnologiyaların 
m
ənimsənilməsi hesabına onun sərhədlərini genişləndirir. 
Kitabxana t
əcrübəsinə 
avtomatlaşdırılmış 
informasiya 
texnologiyalarının  tətbiqi effekti ilk növbədə  kitabxana məhsulları 
nomenklaturasının  inkişafına  və  kitabxananın  biblioqrafik  xidmətlərinin 
informasiya baza
sının  genişlənməsinə  təsir  etmiş  oldu.  Beləliklə,  ənənəvi 
kataloq v
ə  kartotekalar,  ədəbiyyatın  biblioqrafik  göstəriciləri ilə  bərabər, 
onların maşınla oxunan variantları da meydana gəlmiş oldu (kitabların, dövri 
n
əşrlərin, yeni daxil olan ədəbiyyatların, nəşrlərin xüsusi növlərinin elektron 
kataloqları,  ölkəşünaslıq  və  tematik biblioqrafik verilənlər  bazası  və  s.). 
Kitabxanada biblioqrafik xidm
ət  “elektron”  erasından  əvvəl lokal fondlarla 
m
əhdudlaşmış,  region,  ölkə, zərurət olduqda isə  daha  geniş  hüdudlar 
miqyasında  sənəd kütləsi və  axınına  istiqamətlənmişdir.  Hazırda  təkcə 
biblioqrafik çap n
əşrləri deyil, həmçinin  onların  daim  təzələnən elektron 
variant
ları,  CD  ROM-da  geniş  axtarış  imkanlarına  (biblioqrafik  yazının 
ist
ənilən elementi üzrə),  informasiyanın  çox  rahat  təqdimedilmə  üsuluna 
(istifad
əçinin fərdi kompyuterinə) və  istənilən daxilolma rejimində  (uzaq 
m
əsafə  də  daxil olmaqla) verilənlər  bazası  axtarış  mənbəyi ola bilər. Məhz 
veril
ənlər bazasına uzaq məsafədən daxil olmaq imkanı həqiqətən də axtarışın 
potensial m
ənbələrinin beynəlxalq  əhatəsini (əgər texniki və  maliyyə 
xarakterli m
əhdudiyyətlər olmazsa) real edir. “Virtual arayış” yeni biblioqrafik 
xidm
ətə çevrilir. Buna görə də, müasir biblioqrafların paylanmış informasiya 
kütl
əsində  axtarış  strategiyasını  mənimsəmələri  lokal  kitabxana  fondlarında 
düzgün istiqam
ətlənmək bacarığı kimi əhəmiyyət kəsb edir. 
Faktoqrafik m
əhsulların yaradılması və aktuallaşdırılması proseslərinin 
ağırlığına  görə, bu məhsulların  hazırlanması  kitabxanada  məhdud  şəkildə 
yayılmışdır. Əvvəl bu, istifadəçilər üçün aktual olan tematik dosyelər (yerinə 
yetiril
ən  faktoqrafik  arayışların  surətləri və  ya ilkin sənədlərin toplusu), 
ölk
əşünaslıq  məzmunlu  hadisələrin xronikası  və  salnamələr idi. Bu gün 
onların çeşidi tədris müəssisələrinin, məişət servislərinin və sosial xidmətlərin, 
turizm firmalarının, istirahət yerlərinin və s. ünvan-soraq verilənlər bazası ilə 
genişlənmişdir.  Məşğulluq  xidmətləri və  sosial müdafiə  müəssisələri ilə 
birlikd
ə kitabxanalar əmək vakansiyalarının, ünvanlı sosial yardımların və küt-
l
əvi tələbatın  digər  informasiyaları  üzrə  “elan lövhələrini” təşkil  edirlər. 
Kitabxanalarda reklam, konyuktura, kom
mersiya  informasiyasının  verilənlər 
bazasının formalaşdırılması təcrübəsi o qədər də geniş yayılmamışdır. Bu iş, 
xüsusi bilik, müvafiq resurs t
əminatını,  biznes-informasiya  bazarının 
öyr
ənilməsi üzrə ciddi marketinq tədqiqatlarının aparılmasını tələb edir. Fərdi 
sorğular  üzrə  kitabxanalarda həyata keçirilən faktoqrafik xidmətlərin 
(faktoqrafik ara
yışların) yerinə yetirilməsi əsasən kütləvi tələbat sorğusunu və 
ya xidm
ət profilini əks etdirir. 
Elmi informasiya t
ədqiqatları  ilə  yanaşı  olan  informasiyanın  analitik 
işlənməsi, informasiya  bazarının  inkişafının  perspektivli  tendensiyası  hesab 

edilm
əsinə  baxmayaraq, kitabxanalar tərəfindən elmi-analitik məhsulların 
(analitik  arayışlar  və  xülasələr, problem və  yekun məruzələrin, referativ 
t
ərcümələrin, keçirilən elmi tədqiqatlar haqqında hesabatların və s.) çeşidinin 
v
ə buraxılış həcminin kəskin şəkildə artacağını gözləməyə heç bir əsas yoxdur. 
Bu iş strukturunda ixtisaslaşmış analitik və tədqiqat altbölmələri olan federal, 
akademik kitabxanaları üçün mümkündür. Ancaq regional (universal elmi), iri 
b
ələdiyyə, ali məktəb  kitabxanaları  (və  onların  birlikləri) çap olunmayan və 
aztirajlı elmi informasiya məhsullarının (daycestlərin, kitabxanaların fəaliyyəti 
haqqında  məruzələrin, metodiki və  metodiki  -  biblioqrafik  işlərin, elmi-
praktik
i  konfrans  materiallarının,  elmi-tədqiqat  işlərinin nəticələrinin, 
informasiya-  analitik bülletenl
ərinin və  ardı  davam  edən  topluların) 
hazırlanmasında kifayət qədər fəaldırlar. Məhdud tətbiq (kitabxana) sferasına 
baxmaya
raq, elmi toplulardakı və xüsusi mətbuatda çıxan nəşrlərlə bərabər, bu 
materiallar kitabxana f
əaliyyətinin vəziyyəti və  inkişaf  perspektivləri
qazanılan  təcrübə  və  onun  metodiki  anlayışı  haqqında  unikal  mənbə  hesab 
edilir. 
Kitabxanalar  inkişafın  marketinq  strategiyasını  mənimsəyərək, öz 
f
əaliyyətlərinin  reklam  olunması  (reklam  məhsullarının  hazırlanması  və 
reklam xidm
ətlərinin təqdim edilməsi ilə) məşğul  olurlar.  Onlar  plakatlar, 
prospektl
ər, kataloqlar, vərəqələr, elanlar, informasiya məktubları,  bələdçilər 
kimi çap v
ə  elektron (kitabxanaların  saytlarında  yerləşdirilən) reklam 
m
əhsullarını  istehsal  edirlər;  firma  blankları,  bloknotlar,  ofis  ləvazimatları 
buraxır;  reklam  filmləri, nəşrləri, kompyuter təqdimatları  və  s.  hazırlayırlar. 
Kitabxanalar reklam t
ədbirlərinin: təqdimatların, mətbuat-konfranslarının, açıq 
qapı  günlərinin, ekskursiyaların,  sərgilərin,  yarmarkaların  və  s. keçirilməsini 
t
əşkil  edirlər.  Bir  sıra  kitabxanalar  xarici  təşkilatlara xidmət kimi reklam 
t
ədbirlərinin keçirilməsi, kitabxana binasında və onun nəşrlərində reklam məh-
sullarının  yerləşdirilməsi ilə  bağlı  köməkliklərini təklif edirlər. Vahid təhsil 
m
əkanında  öz  yerini  müəyyənləşdirərkən kitabxanalar istifadəçilərə  maarifçi 
xidm
ətlərini təqdim edirlər.  İnformasiya  axtarışı  metodikası,  biblioqrafik 
qeydl
ərin, ədəbiyyat siyahılarının, tədris və elmi işlərin əlyazmalarının tərtibi, 
biblioqrafik informasiya m
ədəniyyətinin,  ədəbiyyatla  iş  vərdişlərinin, sürətli 
oxu  metodikasının  formalaşması  üzrə  məşğələlərin keçirilməsi  qaydaları  ilə 
bağlı  məsləhətlər kitabxanalar üçün ənənəvi  hesab  edilir.  Kitabxanaların 
n
əzdində xarici dillərin tədris kursları, estetik inkişaf məktəbləri, lektoriyalar, 
diskussiya  klubları,  yaradıcılıq  qabiliyyətinin  inkişafına,  praktiki  bacarıq  və 
s
ənətə yiyələnməyə istiqamətlənmiş maraqlar üzrə kurslar fəaliyyət göstərir.  
Kitabxanaların  maarifləndirici fəaliyyətinin yeni və  perspektivli 
istiqam
ətlərinə-kompyuter siniflərinin təşkili, kompyuter savadının əsaslarının 
t
ədrisi, distant təlim, fasiləsiz təhsil, kadrların ixtisasının artırılması layihələri 
v
ə  proqramlarında  iştirakı  və  s. aid edilə  bilər. Kitabxanaların  nəzdində 
İnternet  mərkəzlərinin  yaradılması,  müxtəlif istifadəçi  kateqoriyaları  üçün 
müasir  informasiya  texnologiyaları  sahəsində  konsaltinq və  maarifləndirici 

xidm
ətlərin  geniş  spektrinin  inkişafını  stimullaşdırmış  oldu  (könüllülərin 
m
əsləhət xidməti, seminarlar, treninqlər, usta-siniflər,  kurs  hazırlığı).  Bütün 
bunlar kitabxana hey
ətindən maarifləndirici fəaliyyətə həvəskar deyil, müasir   
texnologiyalara peşəkarcasına yiyələnməyi tələb edir. 
M
ədəni proqramlar və  asudə  vaxt fəaliyyətinin  formaları  (festivallar, 
müsabiq
ələr, 
oyun 
proqramları, 
şifahi 
jurnallar, 
ədəbi-musiqili 
kompozisiyalar, tematik gec
ələr, oyun-viktorinalar və  s.) uzun illərdir ki, 
kitabxanaların  iş  təcrübəsində  mükəmməlləşmişdir.  Sosial-asudə  vaxt 
f
əaliyyəti texnologiyası,  onun  metodları,  vasitələri, resurs və  nəticələri 
haqqında  xüsusi  bilik;  ssenari  hazırlığında,  rejissorluqda,  işlərin təşkilində 
peşəkar  bacarıq;  yaradıcılığın  psixoloji  motivlərinin və  tamaşaçı  qavrayışı 
xüsusiyy
ətlərinin uçota alınmasını tələb edir. Asudə vaxt xidmətlərinin hazır-
lanması və təqdim edilməsi zamanı kitabxanaçılardan nəinki istedad, həmçinin 
xüsusi  hazırlıq  tələb olunur. Ümumiyyətlə, xidmət  işinin  təşkili  kitabxana 
personalı  tərəfindən informasiya mühəndisi xüsusiyyətlərinə  malik  olmasını 
t
ələb  edir.  Sorğunu  öyrənmək (fərdi, qrup, social, psixoloji), onun təminatı 
m
əqsədilə məhsulu (informasiya məhsulunun hər hansı bir növünü) müəyyən-
l
əşdirmək və  ya istehsal etmək, xidmət  işinin  forma  və  metodlarını 
modell
əşdirmək informasiya menecmentinin  vəzifələridir.   
 
Kitabxana-
informasiya  fəaliyyətinə  yeni  texnologiyaların  tətbiqi  yeni 
tətbiqi istiqamətlərin meydana gəlməsinə səbəb oldu. Kitabxana təcrübəsində 
bu  istiqamətlərdən  biri  də  elektron-elm hesab edilir. Bibliometriya, 
informetriya, elmmetriya, vebmetriya kimi e-elmd
ə ilk mənbəyini kitabxana-
informasiya f
əaliyyətindən  alır,  zənginləşir  və  informasiya cəmiyyətində  öz 
yerini tutur.Bu istiqam
ətdə  Avropa və  Amerika kitabxanalarinin təcrübəsi 
diqq
ətəlayiqdir. Eləcədə  Türkiyə  kitabxanaçılarinin  bu  mövzuda  tədqiqatları 
son dövrl
ərdə sahəvi mətbuatda tez-tez çap olunur. 
 
Qeyd olunan istiqam
ətlərdə  preoritetlərin müəyyənləşdirilməsi, 
metodikanin öyr
ənilməsi və  tətbiqi bir sira amillərdən  asılıdır  ki,  onların  ən 
mühüm olanlarını  aşagıdakı kimi müəyyənləşdirmək olar. 
1.Müasir  texnologiyaların  öyrənilməsi  hesabına  yeni  informasiya 
m
əhsullarının əldə edilməsi. 
2.İstehlak  bazarının  öyrönilməsi və  yeni informasiya məhsullarının 
istehlakı bazarının yaradılmasını təmin etmək. 
3.Yeni  texnologiyalarla v
ə  yeni bazar münasibətləri  şəraitində  çalışan 
müt
əxəssis heyətinin komplektləşdirilməsi və  uzunmüddətli  peşəkarlıgın 
t
əmin edilməsi.(6.) 
      Qeyd olunan üç istiqam
ətdə  keyfiyyətli ugurların  əldə  edilməsi 
hesabına  kitabxana  -informasiya fəaliyyətində  mütamadi innavativ tətbiqi 
n
əticələr əldə etmək olar. 
Müasir kitabxana-
informasiya  xidmətinə  yeni  imkanlar  yaradan  e-
elmin tətbiqi məsələləri  də  kitabxana mütəxəssislərindən yüksək peşəkarlıq  
tələb  edir.  Hal-hazırda  kitabxana-informasiya fəaliyyəti göstərən mütəxəssis 

çoxfunksianal bir f
əaliyyətin mərkəzində  durur. Yüksək  peşəkarləq  anlayışı 
müt
əxəssisdən bir neçə  dildən istifadə  edəbilmək,  kompyuter  başarıqlarına 
malik olmaq, kommunikasiya vasit
ələrindən istifadə  edəbilməklə  yanaşı 
m
əlumat  axtarış  sistemlərindən, elmi istiqamətlərdən xəbərdar olmaq və 
analitik qabiliyy
ətlərə  malik olmaq tələb  edir.    Burada  informasiya  istehlakı 
bazarının, 
oxucu 
maragının, 
yeni 
informasiya 
məhsulunun 
modell
əşdirilməsi,qlobal informasiya məkanında  məzmunlu  iştirakın  təmin 
olunması, müxtəlif resurslara müxtəlif vasitələrlə əlçatarlıgın təmin olynması, 
informasiya 
əmtəəsinin qiymətləndirilməsi,  əmtəənin tələbi törətməsi və  bir 
çox dig
ər məsələlər öz əksini tapa bilər.  
 
İnformasiya  menecmenti  sahəsində  mütəxəssislərin  hazırlanması 
zamani iki istiqam
ət qarşıya çıxır. 
1.Funksianal informasiya mü
əssisəsinin idarə olunması. 
2.Yeni infirmasiya xidm
əti müəssisəsinin yaradılması və fəaliyyətinin 
t
əmin edilməsi.(4.s.41) 
 
Birinci istiqam
ətdə  menecer informasiya müəssisəsinin funksianal 
m
əqsədlərini, xidmət istiqamətlərini, informasiya təlabatçısının  ehtiyaclarını, 
sifarişçinin (iş verənin)  tələblərini, resus imkanlarını, mütəxəssis potensialını, 
işin  təşkili  və  idarəetmə  təlimatları  ilə  tanış  olmalı  və  müvafiq olaraq 
idar
əetməni həyata keçirməlidir.Bu istiqamətdə  mütəxəssislərin  hazırlanması 
t
əcrübəsi  genişdir.Əslində  sözü güdən menecment fəaliyyət  ğöstərən 
formalaşmış bir strukturun idarəedilməsindən ğedir. 
İkinci istiqamət fərqlidir. Diqqəti cəlb edən və çox sayda suallar ortaya çıxaran 
ikinci istiqam
ətdir. İnformasiya bazarına daxil olmaq məqsədi ilə informasiya 
xidm
əti göstərmək istəyəm  menecer  aşagıdakı  ilkin  hazırlıq  mərhələsini 
keçm
əlidir. 
1.İnformasiya  resurs  bazası  yaratmalı  və  ya hər  hansı  resus  bazasına 
əlçatarlıgı təmin etməlidir. 
2.Xidm
ət göstəriləcək  informasiya  istehlakçılarının    istiqaməti, 
xüsusiyy
ətləri və informasiya xidmətinin forması müəyyənləşdirilməlidir. 
3.Xidm
ət  bazarında  alternativ  xidmətlərin çeşidi  ilə  tanış  olmalı  və 
müvafiq qiym
ət siyasəti həyata keçirməlidir. 
4.İstehlak  bazarının  imkanları  proqnozlaşdırılmalı  və  rasional 
idar
əetmə büdcəsi müəyyənləşdirilməlidir.(5.) 
 
Bunlar 
əsas tələblərdir.Əlbətdə bunlardan əlavə informasiya xidmətinin 
texniki v
ə texnolojı təminatı, göstərilən informasiya xidmətinin mötəbərliyi və 
t
əhlükəsizliyi, xidmət göstərən personalın yüksək peşəkarlıgı və bur çox diğər 
göst
əricilər müasir informasiya menecmentində  tələblər  şəkilində  qarşıya 
çıxır. 
 
Bu s
əbəbdəndir ki hətda yüksə  profesianal informasiya mütəxəssisi 
(informasiya müh
əndisi) ikinci istiqamətdə  öz  ğücünü  sınamaqda  çox  da 
maraqlı  deyil.  Dünya  informasıya  bazarının  konyukturunun  öyrənilməsi 

göst
ərir ki, nə  qlabal, nə  də  lokal  informasiya  şəbəkələrinin  yaradılmasında  
ğüclü maraqlı tərəflərin iştirakı olmadan ugur qazanmaq mümkün düyil. 
Ğöründüyü  kimi  müasir  tələbləri ödəyəbiləcək informasiya xidməti 
müassis
əsini  ğeniş mənada həyata keçirmək son dərəcə çətin və mürəkkəbdir. 
B
əlkə  də  elə  bu səbəbdəndir ki dünyada  sözün  əsil mənasında  geniş  profilli 
informasiya xidm
əti göstərə biləcək  müəssisə cəmi bir neçədir və onları hamı 
tanıyır. 
 
Qlobal informasiya m
əkanına  genış  kütlənin  əlçatarlıgı  ilə  paralel 
informasiya kütl
ələrinin "çirklənməsi" prosesi sürətlə  baş  verməkdədir. XX 
əsrin 60-70-ci illərində  xüsusı  informasiya  xidməti  zamanı  mütəxəssisin 
m
əhsuldar zamanını informasiya axtarışına sərf etməməsi məqsədi ilə müxtəlif 
metodlar t
ətbiq edilməyə  başlandı.  Müasir  informasiya  xidməti 
müassis
ələrinin  yaranmasından  çox-çox  qabaq  dünya  kitabxanaları  ənənəvi 
kitabxana xidm
əti ilə  yanaşı  faktoqrafik  və  informasiya xidmətini həyata 
keçirmiş,  ilk  bibliometrik  təhlillər, referativləşdirilmiş  məlumat  bazaları 
yaratmış,  məlumatın  seçilib  paylanmasını  həyata  keçirmişdi.  Məqsəd 
informasiya t
əminatını  sürətli, keyfiyyətli və  rasional həyata keçirmək idi. 
Xüsusil
ə  mütəxəssislərə  keyfiyyətli informasiya xidmətini həyata keçirmək 
c
əmiyyətin ümumi  inkişafını  dəstəkləmək kimi qiymətləndirilir, elmi texniki 
inkişafı sürətləndirmək adlandırılırdı. 
İnformasiya  proseslərinin sürətlənməsi,  informasiyanın    gündəlik 
h
əyata və  iqtisadiyyata artan təsiri  informasiyanın  kapitallaşmasını  təmin 
etdikc
ə kitabxana-informasiya fəaliyyətinin qiymətləndirilməsi problemi daha 
da aktuallaşır. 
Müasir dövrd
ə  informasiya kütləsinin  çoxalması  və  ğetdikcə  dahada 
böyük sür
ətlə artma tendensiyaları informasiyanın idarə olunması məsələlərini 
gönd
əmə ğətirir və aktual edir. 
 
Qlobal informasiya m
əkanında baş verən prosesləri liberal-demaktatik 
nailiyy
ətlərin ifadəsi  kimi  təqdim edənlər hər növ "informasiya 
kütl
əsinin"mövcudluq hüququnu müdafiə  edir.    Əğər  əmtəənin  alıcısı  varsa 
dem
əlı onun özünü təqdim etmək hüququ da var.Bu zaman "əmtəə və ehtiyac" 
kateqoriyqları arasında manipulyasiya aparılır. Əmtəə ehtiyacı ödəyən olaraq 
çıxış etmir, ehtiycı törədan olaraq çıxış edir. 
 
Bu  baş  verən proseslər  informasıyanın  əmtəələşməsi və  bazar 
münasib
ətlərinin  qanunlarına  tabe  olması  kimi  anlaşılır,  İqtisadi  amillər və 
maddi maraqlar sosiai v
ə  əxlaqi  kateqoriyaları  arxa  plana  çəkir. Bu zaman 
m
ədəni insan cəmiyyətinin keçmiş oldugu tarixi təcrübəni inkar etmiş oluruq.   
 
Bizi 
əhatə edən dünyanın təbii informasiyası canlı aləmin yaranmasının 
ilkin s
əbəbi,  onların  inkişafının  və  təkmilləşməsinin  şərti  olmuşdu. 
İnformasiya insanlar və təbiət arasında münasibətin əsasıdır. O əlaqələrin və 
vah
id  dünya  informasiya  mobil  birliyinin  yaranmasının  substansiyasıdır. 
informasıya  özünə  münasibətin,  əksetdirmənin və  münasibətlərin universal 

meydanı  kimi  bizim  içimizdə,  bizim  aramızda  və  bizim kənarımızdadır. 
İnformasiya kainatın ümumi generativ əsasıdır. 
 
Göründüyü kimi  informasiya menecmentinin h
əyata keçirilməsi, 
prosesl
ərin idarə olunması elə bir kimpozisiya tələb edir ki. sosial, əxlaqi və 
b
əşəri normalardan kənara  çıxmamaqla  bazar  münasibətlərinə  öyrənərək 
informasiyanın  əmtəə  xassəsini    düzğün  qiymətləndirmək, konyukturu 
öyr
ənmək,  müasir  texnoloğiyararın  ğeniş  tətbiqini həyata keçirmək,  ehtiyacı 
öür
ənmək və ehtiyacı törətmək və bir çox diğər əməliyyat və prosesləri həyata 
keçirm
ək deməkdir. 
Bu gün Az
ərbaycanda yüksək texniki imkanlara malik bir neçə 
informasiya mü
əssisəsi  fəaliyyət göstərir və  onların  fəaliyyəti ilə  tanışıq. 
Lakin  onların  heçbiri  müstəqil informasiya  menecmenti ilə  məşgul  deyil 
bel
əki funksional müəssisədirlər və fəaliyyət istiqaməti  öz funksionallıgı ilə 
m
əhdudlaşdırılır. 
 
 Müasir, qlobal informasiya m
əkanı  indiyəqədər müvcud olan 
streotipl
əri  dagıtdı.  İnformasiyanın  gücünü  ğöstərdi,  informasiyasızlıgın  da 
acizlıyini.  Bu  şərtlər daxilində  hər  bir  xalqın  milli-mədəni identifikliyini 
t
əqdim və  təmsil edən müvafit informasiya strateğiyası  lşlənib  hazırlanır  və 
biz bu istiqam
ətdə bir qədər ğecikdiyimizi etiraf etməliyik. 
 
Az bir müdd
ətdə  aşagıdakı  istiqamətlərdə  əməli  işlərin görülməsi 
vacibdir. 
-Az
ərbaycan alimlərinin kiber məkana təqdimi 
-Az
ərbaycam elminin nailiyyətlərinin kiber məkana təqdimi. 
-Az
ərbaycan reallıqlarının kiber məkanda təqdimi. 
-Az
ərbaycan  istehlakçıları  üçün  akademik  informasiya  məkanın 
yaradılması 
-Az
ərbaycan preoritetlərinin kiber məkana təqdimi və  s. sahələrdə 
t
əəssüf ki xeyli boşluqlar mövcuddur. 
 
Bu istiqam
ətlərin hər birinin tənlili və  tətbiqi  haqqında  ğeniş  şərhlər 
verm
ək olar. Elece də  qlobal informasiya məkanında  reytinq 
texnologiyalarının  öyrənilməsi və  tətbiqi,  informasiya  hücumlarının 
öyr
ənilməsi və mühafizə tədbirləri, informasiya üstünlüyünün əldə edilməsi və 
bir çox istiqam
ətlərdə layihələr işləyib hazırlamaq olar. 
 
M
ərkəzin Strateji fəaliyyət planını əyər nəzəri təhlil etsək iki ana xət 

əyyənləşdirilə bilər. 
1.Az
ərbaycanı kiber məkanda təmsil edən resurs bazasının yaradılması; 
2.Qlobal informasiya  m
əkanında  davamlılıgı  təmin edən proqram-
texniki t
əminatın yaradılması. 
Bu iki istiqam
ət biri-birini tamamlamalı və dəstəkləməlidi. 
 
Haqqında  danışılan  mark-21  informasiyanın  təqdimatı  üçün 

əyyənləşdirilmiş  ügurlu  bir  platformadı.  Lakin  bu  platformanın 
umumrespublika platformasına çevrilməsi üçün məqsədli və sistemli fəaliyyət 
ğöstərmək tələb olunur. 

 
Geniş  diapazonlu  məlumat prosesləri ilə  məşgul  olan  mütəxəssislər 
informasiyanın nəzəriyyəsi, informasiyanın modelləşdirilməsi, informasiyanın 
psixolojı  təsir mexanizmləri, informasiya məkanının  ,  informasiya  mühitinin 
t
əhlili, informasiya əmtəəsi və  bir  çox  diğər nəzəri məsələlərdə  hazırlıqlı 
olması tələb olunur. 
 
Qeyd olundugu kimi Az
ərbaycan  istehlakçısı  üçün  akademik 
informasiya m
əkanın  formalaşdırılması  əhəmiyyətlidir.  Bunun  üçün  lazımlı 
informasiya  resurslarının  təmərgüzləşdirilməsi,  müvafiq  axtarış  sistemlərinə 
uygunlaşdırma,  məsafədən xidmət  işinin  təşkili  kimi  tədbirlər ilk növbədə 
h
əyata keçirilməlidi. 
 
Dünya t
əcrübəsində  bu istiqamətdə  xeyli ugurlar  əldə  edilib.Əyər bu 
t
əcrübəni nəzəri təhlil etsək  onları  iki  qrupda  ümumiləşdirmək olar. 
Mühafiz
əkar sistemlər və inteqrasiya olunmuş sistemlər.Bu sistemlərin müsbət 
v
ə  mənfi cəhətləri barədə  ğeniş  danışmaq  olar.  lakın  qeyd  edək ki bütün 
ugurlar maliy
ələşmədən, sosial sifarışdən və düzgün menücmüntin təşkilindən 
asılıdır. 
 
 
Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin