KİtabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə10/12
tarix28.11.2016
ölçüsü3,72 Kb.
#315
1   ...   4   5   6   7   8   9   10   11   12

Kitabxana texnoloji 
əməliyyatlarınıbn tiplərə bölünməsi 
 
C
ədvəl 1. 
Əməliyyatın tipi 
İlkin şərtlər 
N
əticə 
         Elementar 
      Birm
ənalı 
       Birm
ənalı 
         M
əntiqi 
      Müxt
əlif 
       Birm
ənalı 
         
Yaradıcı 
      Birm
ənalı 
       Müxt
əlif 
 
 
Elementar texniki 
əməliyyatlar  –  birmənalı  ilkin  şərtlərdə  (oxucu 
t
ələbatına  uyğun  nəşrin  verilməsi, mətnin kompüter yığımı,  kitabın  fondda 
mövcudluğunun  müəyyən edilməsi) nəticənin birmənalılığı  ilə  xarakterizə 
olunur. Müxt
əlif nəticə isə ancaq səhvən alına bilər. 
 
M
əntiqi (formal  məntiqi)  əməliyyatlar  -  müxtəlif  ilkin  şərtlərdə 
(t
ələbatçını  maraqlandıran  məlumatların  dəqiqləşdirilməsi müxtəlif mənbələr 
üzr
ə  aparıla  bilər,  informasiyanın  ötürülməsi optimal əlaqə  kanalının 
seçilm
əsini tələb  edir,  informasiyanın  axtarış  proqramının  işlənilməsi, resurs 
bazasının  təhlili və  optimal alqoritm və  s. seçimi ilə  əlaqədardır)  nəticənin 
birm
ənalılığı ilə xarakterizə olunur. 
 
Yaradıcı  (evristik)  əməliyyatlar  –  eyni  cür  ilkin  şərtlərdə 
(referatlaşdırma,  prosesin  blok  –  sxeminin  işlənilməsi,  yazıların  məntiqi 
qruplaşdırılması,  kitab  sərgisi üçün illüstrasiya seçimi və  s.) müxtəlif 
n
əticələrlə  xarakterizə  olunur. Nəticənin birmənalı  olmaması  mürəkkəb 
intellektual f
əaliyyətin  evristik  xarakteri,  icraçıların  ixtisasları  arasındakı 
f
ərqlərlə, eləcə də digər şəxsi amillərlə bağlıdır. 
 
Konkret istehsal prosesinin strukturunda texnoloji 
əməliyyatların 
mür
əkkəblik dərəcəsinə  görə  tiplərə  ayrılması  əməyin  ixtisaslı  bölgüsünün 
aparılmasına, fəaliyyətin növlərinin seçilməsinə imkan verir: 
-
 
İxtisas təhsili olmayan texniki işçilərə əldə edilməsi mümkün olan 
əməliyyatlar; 
-
 
Peşəkar bilik və xüsusi bacarıq tələb edən əməliyyatlar; 
-
 
Böyük istehsal t
əcrübəsinə  və  yaradıcı  bacarığa  malik  yüksək 
ixtisaslı mütəxəssislərə mümkün olan əməliyyatlar. 
H
ər tip üzrə  əməliyyatın  xüsusi  çəkisinin  hesablanması  kitabxana 
əməkdaşlarının  optimal  kadr  və  ixtisas tərkibinin müəyyənləşdirilməsinə 
imkan verir. 
Müxt
əlif  kateqoriyalı  kitabxana  mütəxəssisləri  arasında  apardığımız 
ekspert  sorğularının  və  keçirilən tədqiqatların  nəticələrinə  əsasən  ənənəvi 
(avtomatlaşdırılmış)  kitabxana  texnologiyasının  strukturunda  texniki  – 
texnoloji 
əməliyyatların  payı  təxminən 57 %, məntiqi 33%, evristik 
əməliyyatların payı isə 10 faizi təşkil edir.(1, s.268). 

Kitabxanaçı  əməyinin  ixtisaslı  bölgüsü  məsələsi isə  xarici 
kitabxanaşünaslıqda  daha  fəal  şəkildə  tədqiq edilir. Belə  ki,  ABŞ  –  da 
f
əaliyyət göstərən  menecment  personalında  kitabxana  işçilərinin  əmək 
f
əaliyyətini  üç  kateqoriyaya  peşəkar ümümi (rəqəmin təxminən 33 % -  i); 
texniki  (21  %);  kargüzarlıq  (46  %)  bölən kitabxana əməliyyatlarının 
klassifikatorları yaradılmış və fəal şəkildə istsifadə edilir. Bu bölgüyə əsasən 
ABŞ – da kitabxana işçilərinin 45 % - ni kitabxana təhsilli mütəxəssislər (ali 
v
ə  orta təhsilli), 5 % -  ni qeyri kitabxana profilli mütəxəssislər, 50 % -  ni 
köm
əkçi personal təşkil edir. 
İFLA – nın dünya təcrübəsini əks etdirən standartına əsasən kitabxana 
personalı içərisində 33 – 40 % profil üzrə təhsil alan mütəxəssislərin olması 
kifay
ət hesab edilir. (3, s.98). 
Az
ərbaycan  kitabxanaşünaslığında  isə  əməyin  ixtisaslı  bölgüsü 
m
əsələsi  uzun müddət müzakirə  edilməmişdir.  Bunun  əsas səbəblərinə  isə 
aşağıdakıları aid etmək olar: 
  -
Əl əməyinə əsaslanan kitabxana texnologiyalarının hökm sürməsi
  -
İxtisaslı  mütəxəssisin və  texniki  icraçının  əməyini bərabərləşdirən          
tarazlanmış vəzifə məvacibləri; 
  -
Əmək bölgüsünün prinsipcə  mümkün  olduğu  iri  kitabxanaların 
kadrlarının yüksək təhsil səviyyəsi və s.  
Lakin  müasir  şəraitdə  respublika  kitabxanalarının  maddi  –  texniki və 
kadr potensialının güclənməsi, onlara dövlət qayğısının artırılması, bütövlükdə 
kitabxana  –  informasiya f
əaliyyətinin  kompleks  inkişafının  təmin edilməsi 
üçün konkret 
əməli tədbirlərin həyata keçirilməsi bu müəssisələrdə  artıq 
yuxarıda  bəhs edilən  əməyin  ixtisaslı  bölgüsü  məsələsini  inkişafın  mühüm 
amill
ərindən biri kimi ön mövqeyə  çıxarmış  və  bu prosesdə  yerli 
xüsusiyy
ətlər nəzərə alınmaqla bərabər qabaqcıl dünya təcrübəsinin tətbiqinə 
ciddi diqq
ət yetirilmiş və mühüm uğurlar əldə edilmişdir. 
Texnoloji 
əməliyyat  –  sənaye  istehsalında  elementar  texnoloji 
prosesl
ərin bölünməyən tərkib hissəsi hesab edilmir. Aviasiya sənayesi və 
maşınqayırmada  onların  bir  qayda  olaraq  drob  şəklində  bölgüsü qəbul 
edilmişdir.   
Kitabxana t
əcrübəsində  texnoloji üsul –  icraçının  fəaliyyətinin təşkili 
üsulu – 
anlayışı da öz əksini tapmışdır.                     
         Bel
əliklə, kitabxana  –  istehsal  sistemi  kimi  texnoloji  funksiyaların 

əyyən  yığımını  həyata keçirir və  texnoloji model kitabxana fəaliyyətinin 
mikroiqtisadi modeli il
ə çox yaxşı uyğunlaşır və onun strukturunda texnoloji 
blokun (resurs t
əminatı,  texnologiyanın  hazırlanması  və  təkmilləşdirilməsi, 
xidm
ətlərin, məhsulların  yaradılması,  keyfiyyətə  nəzarət, fəaliyyətin 
n
əticələrinin toplanılması və mühafizəsinin) üzə çıxarılması xeyli asanlaşır. 
 
 
ƏDƏBİYYAT 

1.İsmayılov  X.İ.  Kitabxana  işinin  təşkili  və  idarə  olunması:(Dərslik).-B.: “Nurlar”, 
2010.-328 s. 
2.İsmayılov  X.İ.  Kitabxana-informasiya  texnologiyaları:(Dərs vəsaiti).-B.: Nurlar, 
2009.-312s. 
3.İsmayılov X.İ. Kitabxana menecmentinin əsasları: (Dərs vəsaiti).-B.: BUN, 2005.-
199 s. 
4.İsmayılov  X.İ.  Kitabxanaların  idarə  edilməsinin müasir problemləri: 
Kitabxanaşünaslıq  və  biblioqrafiya: elmi-nəzəri, metodik və  təcrübi jurnal.-2009.-№1.-s.27-
39. 
5.X
ələfov  A.A.,  Qurbanov  A.İ.  Kitabxanaların  kompüterləşdirilməsinin  əsasları: 
(D
ərslik).-B.: Bakı Universiteti Nəşriyyatı, 2006.-250s.     
6.Rüst
əmov  Ə.M.,  Mustafayeva  N.  Avtomatlaşdırılmış  kitabxana-informasiya 
sisteml
əri və şəbəkələri: (Monoqrafiya).-B., 2007.-234s. 
 
 
 
 
 
 
D.H.Mahammadli 
 
 
TECHNOLOGICAL PROCESSES AND OPERATIONS IN THE LIBRARIES 
 
SUMMARY 
In the article deals about  the more important processes specific to the practice of library 
operations and the process of technological processes and operations carried out by the 
practice of library functions and responsibilities, as well as improving the current situation and 
some improvement problems 
 
 
 
Д.Г.Магомедли 
 
ТЕХНОЛОГИЧЕСКИЕ ПРОЦЕССЫ И ОПЕРАЦИИ В БИБЛИОТЕКИИ 
 
РЕЗЮМЕ 
В  статье  более  важные  процессы,  характерные  для  практики  библиотечной  работы  и 
процесс технологических процессов и операций, осуществляемых практику библиотек 
функций и обязанностей, а также улучшение текущей ситуации, а некоторые говорят. 
 
 
 
 
N
ərminə ABDULLAYEVA 
AMEA M
ərkəzi Elmi Kitabxanasının  
Az
ərbaycanşünaslıq şöbəsinin müdiri, doktorant 
 
BELARUSİYA  MİLLİ  KİTABXANASI - KİTABXANA  
İNNOVASİYALARININ MƏRKƏZİ  KİMİ 
(Elmi ezamiyy
ənin yekunları) 

 
Açar sözl
ər: Belarusiya Milli Kitabxanası, elektron bazalar, informasiya resursları, 
kitab muzeyi, müasir kitabxanada fondun t
əşkili prinsipləri 
Ключевые  слова:  Национальная  Библиотека  Беларуси,  электронные  базы 
данных,  информационные  ресурсы,  музей  книги,  принципы  организации  фонда  в 
современной  библиотеке 
Keywords:  National Library of Belarus, digital data bases, information resources, 
book museum,  principles organizing ofthe fundin a modern library 
Belarusiya  Milli  Kitabxanası  (BMK)  Xalq  Komissarları  Sovetinin 
q
ərarı  ilə  15 sentyabr 1922-ci ildə  Belarusiya Dövlət və  Universitet 
kitabxanası kimi yaradılmışdır. O, Belarusiya Dövlət Universitetinin tərkibinə 
daxil idi v
ə  ölkənin  əsas  kitabsaxlayıcısı  funksiyasını  yerinə  yetirirdi. 
Kitabxananın  ilk  direktoru  İosif  Bensianoviç  Simonov  olmuşdur  və  40 il 
kitabxanaya r
əhbərlik etmişdir. 
Kitabxananın  yeni  binası  istifadəçilər üçün 16 iyun 2006-ci ildə 
tarixind
ən  açılmışdır.  Təntənəli  açılış  mərasimində  Belarusiya prezidenti 
A.Q.Lukaşenko demişdir: “Bu unikal bina müasir memarlığın ciddi gözəlliyini 
v
ə  yeni elmi-texniki həlləri özündə  birləşdirir”.  Burda  dünya  informasiya 
resurslarına cıxış nəzərdə tutulmuşdur. Keçmiş və gələcəyin elmi və mədəni 
nailiyy
ətlərinin mühafizəsi və istifadəsi üçün, peşəkar fəaliyyət üçün, istirahət 
v
ə  vacib tədbirlərin keçirilməsi üçün hər  bir  şərait  yaradılmışdır.  Milli 
kitabxana ölk
ənin gücü və  çiçəklənməsinin təcəssümü, belarus millətinin 
yaradıcı  qüvvəsi və  enerjisi, ölkənin  əsas intellektual və  mədəni 
m
ərkəzlərindən biridir.  Ölkə paytaxtının əsas nəqliyyat magistralında yerləşən 
BMK-
nın  yeni  binasının  qarşısındakı  meydançada  ilk  belarus  naşirlərindən 
olan Fransisko Skorininin bürüncd
ən  tökülmüş  abidəsi  ucaldılmışdır. 
Kitabxananın binasının forması böyük bir almazı xatırladır, biliyin dəyərini və 
idraki al
əmin  sonsuzluğunu  simvolizə  edir.  Binanın  layihə  müəllifləri 
B.K.Vinoqradov v
ə V.V.Kramarenkodur.  
Kitabxananın əsas parametrləri aşağıdakı kimidir: 
1) kitabxananın ümumi sahəsi- 113.669 kv.m. 
2) o cüml
ədən kitabsaxlayıcı- 54.960 kv.m. 
3) hündürlüyü- 73.670 m. 
4) fondun ümumi tutumu- 14 milyon çap vahidi 
5) ümumi oxucu yerl
ərinin sayı- 2000 
6) oxu zalları-20 
7)  kitabxana  personalı  və  istifadəçilərin  avtomat.  işçi  yerləri cəmi-1500-dən 
çox 
 
BMK-
nın  40  –a  yaxın  şöbəsi  vardır  və  bir neçə  istiqamətdə 
t
əsnifləşdirilir. Bunlar:  
 
Oxuculara xidm
ət aşağıdakı şöbələrdə həyata keçirilir: 
- Kitabxana xidm
əti şöbəsi 

İstifadəçiləırin qeydiyyatı və məlumatlandırılması şöbəsi 
- KAA v
ə sənədlərin çatdırılması şöbəsi 

- R
əsmi sənədlərlə xidmət şöbəsi 

İxtisaslaşdırılmış fondla xidmət şöbəsi 
- M
əlumat-informasiya xidməti şöbəsi 
 
Sosio-m
ədəni mərkəz: 
- Qalereya-s
ərgi fəaliyyəti şöbəsi 
- M
ədəni-kütləvi tədbirlər şöbəsi 
- Beyn
əlxalq əlaqələr şöbəsi 

İctimaiyyətlə əlaqələr şöbəsi 

İdman-sağlamlıq fəaliyyəti şöbəsi  
- Ekskursiya-
metodiki iş şöbəsi 
 
İnformasiya resurslarının formalaşdırılması 
- S
ənədlərin biblioqrafik işlənməsi şöbəsi 

Avtoritet faylların milli verilənlər bazasının aparılması şöbəsi 
- S
ənədlərin indeksləşdirilməsi şöbəsi 

Kitabsaxlayıcı şöbəsi 
- Fondun komplektl
əşdirilməsi şöbəsi 

Elektron informasiya resurslarının komplektləşdirilməsi şöbəsi 
- Kitabxana s
ənədlərinin bərpası və konservasiyası şöbəsi 
- Jurnal v
ə ardı davam edən nəşrlərin mühafizəsi şöbəsi 

İxtisaslaşdırılmış fondların mühafizəsi şöbəsi 
 
İnformasiya mərkəzi 
- Analitik-
informasiya şöbəsi 
- Elmi-t
ədqiqat biblioqrafiya şöbəsi 
- Korporativ 
əlaqələr şöbəsi 

İnternet potalın dəstəklənməsi şöbəsi 

Elektron kitabxananın formalaşdırılması şöbəsi 
 
Elmi iş və nəşriyyat fəaliyyəti 

Kitabxanaşünaslıq elmi-tədqiqat şöbəsi 

Kitabşünaslıq elmi-tədqiqat şöbəsi 
- Kitabxana-
informasiya texnologiyaları şöbəsi 
- Dövri v
ə ardı davam edən nəşrlərin redaksiyası 
 
Kitabxanın birinci mərtəbəsində- atrium zonada istifadəçilər hər hansı 
bir n
əşrin  kitabxanada  mövcud  olub  olmaması  barədə  məlumat  alır, 
avtomatlaşdırılmış vasitələrdən istifadə edərək sərbəst sənəd axtarışı aparmağı 
öyr
ənirlər.  Bu  zonanın  məlumat-informasiya  aparatı  1993-cü ildən 
yaradılmağa  başlayan  elektron  kataloq,  kitabxananın  kartoqrafik  nəşrlərinin 
baş  əlifba və  sistemli kataloqunun elektron əksi olan imic kataloq və  s. ilə 
t
əqdim olunur. Kitabxanada tətbiq olunan yeni proqram təminatı  sənədləri 
müxt
əli ünsürlərə  görə  axtarmağa,  sifariş  və  istifadəçilərə  sənəd  verilişi 
prosesl
ərini  avtomatlaşdırmağa,  daha  aktual  elektron  resurslara  çıxışı  təmin 
etm
əyə  (kitabxananın  aparıcı  dünya  istehsalçılarından  əldə  etdiyi və  öz 
yaratdığı elektron və online verilənlər bazaları, çox sayda CD-ROM-da olan 
biblioqrafik v
ə  tam mətnli nəşrlər) və  s. həyata keçirməyə  imkan verir. 

Kitabxanada t
əkcə  buraya gələn oxuculara informasiya xidməti göstərilmir. 
H
əmçinin, uzaq məsafədən  kitabxananın  internet  portalında    online 
istifad
əçilərə  “Kitabxanaçıdan  soruş”  virtual  məlumat xidməti, “Sənədlərin 
elektron çatdırılması” xidmətləri də səmərəli şəkildə həyata keçirilir. 
Bu gün BMK-
nın  fondu  9  milyon  nüsxədən çoxdur və  məzmunca 
universal fonddur. Buraya Belarusiyada v
ə  başqa  bir  çox  müxtəlif dünya 
ölk
ələrində, 80-dən çox dünya dillərində  olan çap əsərləri,  əlyazmalar, 
s
ənədlərin mikrosurətləri, elektro və digər materiallar daxildir. Fondda başlıca 
milli d
əyər kəsb edən cəhət isə  yarım  milyondan  çox  belarus  dilində,  
Belarusiya 
ərazisində  və  xaricdə  belarus dilində  çap olunan milli sənədlərin 
olmasıdır. Burada belarus ədəbiyyatının klassiklərinin - V.Dunin-Martınkeviç, 
F.Boquşeviç,  Y.Kupala,  Y.Kolas,  M.Boqdanoviç  və  s. ilk nəşr  nümunələri 
saxlanılır. 
 
BMK-
nın  informasiya  resursları  -  ölkənin  ən zəngin sənəd 
eh
tiyatlarından  biridir.  Fondun  formalaşdırılması  1921-ci ildən həyata 
keçirilm
əyə  başlamışdır.  Fondun  əsası  monastr  və  kilsə  kitabxanalarının 
kolleksiyaları,  gimnaziya  kitabxanaları,  akad.  E.F.Karskiy  və  prof. 
N.A.Yançukun  belarusiyaşünaslığa,  etnoqrafiya  və  ədəbiyyata, K.Y.Qrotun 
slavyanşünaslığa,  prof.  K.K.Sluçevskinin  hüquqa,  İ.P.Kornilovun  tarix  və 
belarusiyaşünaslığa, C.M.Qoldşteynin Litva və Polşanın tarixinə dair kitablar, 
h
əmçinin Moskva və  Leninqradın  böyük    kitabxanalarının  hədiyyələri 
say
əsində  qoyulmuşdur.  Kitabxana  yarandığı  gündən belarus nəşrlərinin 
pulsuz m
əcburi nüsxəsini və SSRİ-də (1995-ci ilə qədər) çap olunan nəşrlərin 
1 m
əcburi nüsxəsini almağa başlamışdır. BMK-sı həm də BMT-nin və digər 
beyn
əlxalq təşkilatların materiallarının depozitar saxlayıcısıdır. 
 
Kitabxananın  yeni  binası  kitabxana  fondlarının  təşkilini 
optimallaşdırmağa  imkan  verdi.  Belə  ki,  ən aktual nəşrlər-  ensiklopediyalar, 
m
əlumat  kitabları  və  dərs vəsaitlərinin  açıq  fond  şəklində  təqdim  olunması 
fondla oxucunu daha da yaxınlaşdırdı. Kitabxananın miqyasının böyüklüyünə 
baxmayaraq    kitabsaxlayıcıdan  (fonddan)  kitab  və  digər sənədlərin  əldə 
olunması operativ rejimdə teleliftlərin istifadəsi ilə həyata keçirilir və 20 dəq. 
ərzində  tələb olunan ədəbiyyatı  istifadəçiyə  çatdırır.  Belarusiyada bele bir 
avtomatlaşdırılmış daşıma sistemi ilk dəfədir istifadə olunur.  
 
BMK-da müxt
əlif  əlamətlərinə  və  təyinatına  görə  (Oxucuların  təhsil 
s
əviyyəsi, elm sahəsi, sənədin növü) fərqlənən 20 oxu zalı vardır. Zallar 2000 
istifad
əçi yeri üçün nəzərdə tutulmuşdur və 3 mərtəbədə yerləşir. Bu zalların 
hamısı  sənəd  verilişinin  elektron  kafedraları,  sənədləri skaner etməyə  və 
sür
ətini  çıxarmaga  imkan  verən, elektron nəşrləri çap edən (printer) müasir 
avadanlıqlarla  təchiz  olunmuşdur.  İstifadəçilər üçün nəzərdə  tutulmuş  işçi 
yerl
əri kompüterləşdirilmişdir.  Oxu  zallarında  işləmək  üçün  rahat  şərait 
yaradılmışdır. 
 
Birinci m
ərtəbədəki zallar kütləvi oxucu kontingenti üçün nəzərdə 
tutulmuşdur: ümumi oxu zalı, ali təhsilli mütəxəssislər üçün zal, dövri nəşrlər 

zalı,  kitabxanalararası  abonement  və  sənədlərin  çatdırılması  zalı.  İkinci 
m
ərtəbədəki  oxu  zalları  fundamental  elmi tədqiqatlar üçün nəzərdə 
tutulmuşdur.  Bunlar:  belarus  ədəbiyyatı  zalı,  dissertasiyalar  zalı,  elmlər 
doktormalı  üçün  zal,  hüquqi  informasiya  zalı,  beynəlxalq təşkilatların 
s
ənədləri zalı, aztirajlı sənədlər zalı və s.-dir. Bu mərtəbədə həmçinin kataloq 
v
ə kartoteka zalı, informasiya-məlumat xidməti zalı, yeni daxil olan ədəbiyyat 
s
ərgisi və internet mərkəz yerləşir.  
 
Üçüncü m
ərtəbədə incəsənət sənədləri zalı, not və audiosənədlər zalı, 
əlyazma, nadir və  qədim nəşrlər  zalı  yerləşir.  Əksər zallar özünəməxsus 
kompleksl
ərlə,  kitabların  saxlatdırılması  üçün  kafedraların,  stellajların, 
kom
əkçi  fondun  qapalı  hissəsinin  yerləşdiyi  avanzala  malikdir.  Zallarda 
yerl
ərin sayı zalın profilindən, potensal ziyarətçi axınından asılıdır. Ən böyük 
zallar ümumi oxu zalı və ali təhsilli mütəxəssislər üçün olan zaldır. Oxu zalları 
xüsusi texniki t
əchizat, mikroiqlimə  nəzarət  sistemi,  işıqlandırma,  müxtəlif 
növ  daşıyıcılarda  olan  sənədlərlə  kompleks  iş  üçün  hər  bir  şəraitlə  təmin 
olunmuşdur.  Kitabxanada  məhdud  fiziki  imkanlı  istifadəçilər də 
unudulmamışdır.  Zəif görmə  qabiliyyətli və  gözdən  əlillər üçün hər cür 
avadanlıqla və müasir texnologiya ilə təchiz olunmuş xüsusi zal da fəaliyyət 
göst
ərir. 
 
Kitabxanada h
əmçinin  490  yerlik  konfrans  zal  da  vardır.  BMK-nın 
yeni  binasının  unikallığı  ondadır  ki,  onun  fondu  binanın  yuxarı  hissəsində 
yerl
əşdirilmişdir.  Belə  yerləşmənin  yeraltında  -  zirzəmidə  yerləşmədən 
optimallığına  görə  üstündür.  Bununla  yanaşı  fondun  perimetri  üzrə  yerləşən 
d
əhlizlər iki qat qoruma (termos prinsipi ilə) mühiti yaradır və istənilən hava 
şəraitində məkan daxilində daima eyni temperaturu saxlamağa imkan verir. 
 
Kitabxananın əsas fond saxlayıcısından əlavə Mərkəzi köməkçi fondu 
s
ənədləri, ədəbiyyatı ilə bütün istifadəçilərin üzünə açıqdır. Burada oxuculara 
d
ərsliklər, idraki və  bədii  ədəbiyyat sərbəst  şəkildə  təqdim olunur. 16000 
nüsx
ədən artıq ədəbiyyatı əhatə edir. Mərkəzi köməkçi fondun qapalı hissəsi 
35000 d
ərslik və  elmi nəşrləri  əhatə  edir. Sənədlər növbətçi  kitabxanaçı 
t
ərəfindən  oxucunun  sorğusuna  əsasən  və  oxucu biletini təqdim etməklə 
verilir. M
ərkəzi köməkçi fondun təşkili  şöbəsi BMK-nın  elektron  resurslara 
çıxışla təmin olunmuşdur: 
- elektron kataloq 
- imic kataloq- 
baş əlifba kataloqunun elektron versiyası 
-  tematik m
əlumat  bazaları-  “Belarusiya keçmişdən gələcəyə”,  “Çernobıl”, 
“Belarusiya tarixi”, “Belarusiya m
ədəniyyət və incəsənəti” 
-  faktoqrafik m
əlumat  bazaları-  “Belarusiya simalarda və  hadisələrdə”, 
“Belarusiya aliml
əri” 
- Milli dövri m
ətbuatın elektron arxivi 
- Elektron kitabxana 
- Diskl
ərin kitabxanası 
BMK-
da oxuculara bir sıra əla xidmətlər də göstərilir. Bunlar: 

- çap n
əşrlərinin hissələrinin surətinin çıxarılması 

elektron informasiyanın istifadəçinin elektron daşıyıcısına (yaddaş kartı, CD 
v
ə s.) köçürülməsi 

elektron informasiyanın çap edilməsi (printer) 
-  m
ərkəzi kpməkçi fonddan hər  hansı  bir  sənədin müəyyən bir hissəsinin 
skaner edilm
əsi 

qrupla  iş  üçün  nəzərdə  tutulmuş  auditoriyanın  BMK-nın  fondundan  olan 
ədəbiyyatla təmin olunması və s. 
 
Müasir  informasiyalaşdırılmış  cəmiyyətin tələblərinə  uyğun  olaraq 
informasiya  resurslarının  keyfiyyəti və  operativ  formalaşdırılması  BMK-nın 
əsas strateji vəzifəsidir.Kitabxana-informasiya resursları müxtəlif kateqoriyalı 
istifad
əçilərin informasiya tələbatlarını  müxtəli sənəd növləri və  onların 
analitik-
sintetik  işlənməsi yolu ilə  ödənilməsi və  formalaşdırılmasına 
yön
əlmişdir.  BMK-sı  ölkənin  ən  dolğun  və  tələb olunan fonduna malikdir. 
BMK-
da  informasiya  resurslarının  formalaşdırılması  kitabxanaların, 
arxivl
ərin, muzeylərin, informasiya xidməti mərkəzlərinin informasiya 
resurslarının  bir  yerə  toplanması  imkanlarına  əsasən yerinə  yetirilir və 
aşağıdakı funksiyaları qarşıya qoyur: 

milli  informasiya  resurslarının  maksimal  şəkildə  tam  külliyyatının 
toplanması 
- dünya 
əhəmiyyətli informasiya ehtiyatlarının toplanması 
- BMK-
nın informasiya ehtiyatlarının informasiya-axtarışı sisteminin inkişafı 
-  Milli s
ənədlərin  biblioqrafik  repertuarının  yaradılması,  dünya  biblioqrafik 
resurslarının formalaşmasında iştirak 

Geniş  miqyasda  biblioqrafik,  faktoqrafik  və  analitik  informasiyanın 
yaradılması 
- S
ənədlərin, ilk növbədə milli sənədlərin rəqəmsallaşdırılması 

Belarusiyanın  bütün  kitabxanalarını,  rəqəmsal  informasiya  resurslarını  və 
informasiya m
ərkəzlərini birləşdirən milli elektron kitabxana kimi milli 
s
ənədlərin elektron arxivinin yaradılması və s. 
 
BMK-
nın  informasiya  texnologiyaları  sistemi  kompleks  olaraq  bütün 
kitabxana-informasiya texnoloji proses v
ə  əməliyyatlarını  həyata keçirmək 
üçün n
əzərdə  tutulub və  müvafiq texniki-şəbəkə, proqram və  informasiya
linqvistik t
əminatdan ibarətdir. Bura avtomatlaşdırılmış kitabxana-informasiya 
sistemi, internet-portal, s
ənədlərin  korporativ  kataloqlaşdırılması  sistemi  və 
toplu  elektron  kataloq,  avtoritet/normativ  faylların  milli  məlumat  bazasının 
formalaşdırılması  sistemi,  nəzarət və  idarəetmə  sisteminə  çıxış,  sənədlərin 
elektron sur
ətlərinin  yaradılması  sistemi,  sənədlərin  çatdırılması  sistemi, 
s
ənədlərin bərpası  və  konservasiyası  sistemi,  nəşriyyat-redaksiya fəaliyyəti 
sistemi v
ə  s.  İnformasiya  texnologiyaları  sistemi  kompleksi kitabxana 
f
əaliyyətinin əsas istiqamətlərinin informasiya resurslarının formalaşdırılması, 
istifad
əçilərə  xidmət,  fondların  təşkili  və  mühafizəsinin təminatı 
texnologiyasına yeni noqteyi-nəzərdən baxmağa imkan verir. 

 
Dünyanın  aktiv  şəkildə  informasiyalaşdırılması,  informasiya 
texnologiyalarının inkişafı ölkənin baş kitabxanasının qarşısında yeni tələblər 
qoydu, onun c
əmiyyət həyatında  rolunun  artırılmasına  tələbat  yaratdı, 
kitabxananın  oxucularının  innovativ,  elmi  yaradıcı,  idraki  və  digər 
t
ələbatlarının  ödənilməsi və  işçi  heyətinin  əməyinin  keyfiyyət və 
operativliyinin  artırılması  üçün  lazımi  şərait  yaradılmışdır.  Belarusiya 
Prezidenti  A.Q.Lukaşenkonun  2004-cü ildə  mütəmadi fəaliyyət göstərən 
respublika v
ə  yerli dövlət idarələrində  rəhbər  işçilərinin “Dövlətin innovativ 
siyas
əti və onun reallaşdırılması yolları” adlı seminarında səsləndirdiyi təklifə 
uyğun  olaraq  Belarusiya  Respublikasının  Nazirlər Soveti tərəfindən dövlət 

əssisəsi  olan  Belarusiya  Milli  Kitabxanasının  tikilən  binasının  bazasında 
“Respublika informasiya v
ə  sosio-mədəni mərkəzin  yaradılması” 
Konsepsiyası  hazırlanmış  və  təsdiq  olunmuşdur.  Bu  konsepsiyaya  uyğun 
olaraq kitabxana respublika-informasiya m
ərkəzi kimi: 
-  vahid informasiya m
əkanı  formalaşdırır,  milli  və  xarici informasiya 
re
surslarına çıxışı təşkil edir. 
- Internet-
portalı yaradır və dəstəkləyir 
- Kütl
əyə açıq milli elektron informasiya resurslarını yaradır. 

Korporativ kataloqlaşdırma sisteminin fəaliyyətini təşkil edir, Belorusiyanın 
toplu kataloqunu, milli s
ənədlərin və  avtoritet  yazıların  verilənlər  bazasını 
aparır. 
 
Kitabxanada ekskursiya f
əaliyyətinə böyük diqqət ayrılır. Kitabxananın 
sosio-m
ədəni mərkəzinə  konfrans zal, rəsm  qalereyaları  kompleksi,  kitab 
muzeyi,  ekskursiya  meydançası,  bədən tərbiyəsi  –sağlamlıq  kompleksi,  uşaq 
oyun  otağı,  istirahət  zonası  və  s. daxildir. Sosio-mədəni mərkəzin  əsas 
elementl
ərindən biri kitab muzeyidir. Bu muzey ziyarətçilərin belarus kitab 
çapının dünya kitab tarixinin kontekstində inkişafı ilə tanış etmək məqsədilə 
yaradılmışdır.  Onun  fəaliyyətinin  əsas istiqaməti daimi və  müvəqqəti 
ekspozisiyalar vasit
əsilə kitabxanada saxlanılan 70 minlik nadir və qədim çap 
n
əşrlərinin  kitab  kolleksiyalarının,  qiymətli nəşrlərin istifadəçilər üçün 
açılması,  nümayiş  etdirilməsidir. Muzey muasir sərgi avadanlıqları  ilə  təmin 
olunmuş xüsusi aparat burada lazımi temperatur və nəmişliyi saxlamağa imkan 
verir. 
 
Belarusiya  Milli  Kitabxanası  dövlət müəssisəsi olub, özündə 
informasiya, sosio-m
ədəni və  sosio-siyasi mərkəz  funksiyalarını  özündə 
c
əmləyən müasir kitabxanadır.  Kitabxananın  yeni  binası  Belarusiyanın  vizit 
kartıdır. 
 
 
Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin