Klassik Alman felsefesi Plan: Georq Vilhelm Hegel L. Feyerbax Imanuel Kant


Şellinq sxematizm, alleqorizm, simvolizm haqqında



Yüklə 69,18 Kb.
səhifə11/14
tarix02.01.2022
ölçüsü69,18 Kb.
#38813
1   ...   6   7   8   9   10   11   12   13   14
referat 5076 (1)

Şellinq sxematizm, alleqorizm, simvolizm haqqında

Mifologiya ilə incəsənət arasındakı ilişgilərin başqa tərəfini anlamaq üçün Şellinqin simvol haqqında öyrətisini gözdən keçirmək gərəkdir.

Simvol bildirən və bildirilən tayların özəl münasibətindən doğur. Şellinq yazır ki, sxematizm və alleqoriyada da bildirən və bildirilən tərəflər var. Ancaq burada onların ilişgisi başqa cürdür. Sxematizm nədir? Bunu filosof belə açır: ümumi, məsələn, üçbucaq ayrıcaları, məsələn, üçbucaq nəsnələri bildirəndə bu olur sxematizm. Xarrat üçbucaq fiquru əsasında konkret üçbucaq şeyləri düzəldir, düşünür, seyr edir. Deməli, sxematizmin rolu iş görəndə böyükdür.

Alleqoriya sxematizmin tərsidir, yəni burada ayrıca ümumini bildirir. Şellinqin belə açıqladığı alleqoriya anlayışı məsəlləri (pritçaları) da əhatə edir, çünki məsəl adi nəsnələr, olaylarla dünyagörüşü üçün önəmli ümumiləri bildirir. Örnək kimi buddist sutralarına baxmaq bəs edər.

Təmsillər də alleqoriyadır, çünki heyvanların ilişgiləri (bərabərdir ayrıcaya) ümumi olan əxlaqi ibrətləri bildirir.
Şellinqə görə, simvol sxematizmlə alleqoriyanın bir-birində əriyib yox olmasıdır. Simvolda ayrıca ilə (bildirənlə) bütüncə (bildirilən) tam şəkildə üst-üstə düşür, bir-birində əriyir, biri həm də o birisi olur. Simvol olmyan situasiyalarda isə bildirmək prosesi elədir ki, bildirən tərəf bizi bildirilənə aparıb çıxarandan sonra və ya bildiriləni bizə gətirəndən sonra, yəni işini görüb qurtarandan sonra gərəyini, dəyərini azaldır və ya itirir. Simvolda isə bildirilən tamamilə bildirənə verilib, bildirənlə bildirilən arasında heç bir fərq, ara qalmır.

Sonra Şellinq göstərir ki, yunan mifləri simvollardır, Şərq mifologiyası isə alleqorikliyə can atır. Görək bunu filosof necə doğrultmağa çalışır. Simvolda ayrıca ümumi qədər olur, çünki həm ayrıcadır, həm də ümumi. Simvolda sonlu (bərabərdir ayrıcaya) sonsuz qədər zəngindir. Görək bütün bu əlamətləri Şellinq yunan mifologiyasında necə yoxlayır.

.


Yüklə 69,18 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin