Klassik Alman felsefesi Plan: Georq Vilhelm Hegel L. Feyerbax Imanuel Kant



Yüklə 69,18 Kb.
səhifə2/14
tarix02.01.2022
ölçüsü69,18 Kb.
#38813
1   2   3   4   5   6   7   8   9   ...   14
referat 5076 (1)

2.L.Feyerbax

L.Feyerbax (1804– 1871) Hegelin sistemini geniş şəkildə tənqid edən ilk filosof olmuşdur. L.Feyerbax «Xristianlığın mahiyyəti» adlı ən böyük əsərində idealist fəlsəfənin və dinin tənqidçisi kimi çıxış etmişdir. Görkəmli filosof fəlsəfəni materializm kimi başa düşmüş, idealizmi dinin nəzəri əsaslandırılması hesab etmişdir. Ona görə dinin əsasında etiqad, ehkamlar durduğu kimi, fəlsəfənin əsasında mühümlük, əql durur. Feyerbaxa görə, din insanın mahiyyətinin özgələşməsidir. Allaha aid edilən atributlar isə gerçəklikdə insana xas olan atributlardır. Hegeli tənqid edərək Feyerbax yazırdı ki, Hegelin fəlsəfəsindən imtina etməyən teologiyadan da imtina etməyəndir. Hegelin təlimindəki təbiət, reallıq, ideyalar tərəfindən əsası qoyulandır– deyildir. Bu isə teoloji təlimin rasional ifadəsindən başqa bir şey deyildir. Çünki teologiyaya görə, təbiət allah tərəfindən yaradılmışdır, maddi varlıqlar qeyri– maddi varlıqlar, daha dəqiq desək abstrakt varlıqlar tərəfidən yaradılmışdır.


Lakin Feyerbax Hegelin fəlsəfəsində heç nə görmür. Feyerbax sistemi dağıtdı və onu sadəcə olaraq bir kənara tulladı. Lakin müəy­yən bir fəlsəfənin səhv olduğunu müəyyən etmək, hələ onunla işi qurtarmaq demək deyildir. Millətin mənəvi inkişafına çox böyük tə­siri olan Hegel fəlsəfəsi kimi nəhəng bir irsi sadəcə etinasızlıq gös­tər­mək vasitəsilə kənar etmək olmazdı. Hegel fəlsəfəsini, onun öz mə­nasında «aradan götürmək» lazım idi, yəni tənqid onun formasını məhv etməli, onun əldə etdiyi yeni məzmunu xilas etməli idi (F.Enegels).
L.Feyerbaxın «Xristianlığın mahiyyəti» əsərində deyilirdi ki, təbiət hər hansı bir fəlsəfədən asılı olmadan mövcuddur. Təbiət elə bir əsasdır ki, onun məhsulu olan insanlar onun üzərində yetişmişdir, təbiətdən və insandan kənar heç bir şey yoxdur və bizim dini təxəyyülümüzün yaratmış olduğu ali vücudlar bizim öz mahiyyətimizin ancaq əfsanəvi inikaslarıdır. Feyerbaxın mühakimə yürütdüyü materializm atropoloji materializm adlanır. Feyerbax formaca realistdir. O, çıxış nöqtəsi olaraq insanı götürür; lakin bu insanın yaşadığı dünya haqqında o bir kəlmə də danışmır və buna görə də onun bəhs etdiyi insan daim din fəlsəfəsindəki eyni mücərrəd insan olaraq qalır. Bu insan dünyaya ana bətnindən gəlməmişdir; kəpənək baramadan çıxan kimi, bu insan da monoteist dinlərin allahından nəşət etmişdir. Ona görə də bu insan gərək dünyada tarixən inkişaf etmiş və tarixən müəyyən olan dünyada da yaşamır. Hərçənd o başqa insanlarla ünsiyyətdədir, lakin həmin insanların hər biri yenə də onun özü kimi mücərrəddir (F.Engels).

Feyerbaxın baxışları mexanizmdən fərqlənirdi. Ona görə də təbiət mexanizm deyil, orqanizmdir. Fəlsəfənin mərkəzində insan durmalıdır. «Gələcək fəlsəfənin əsas müddəaları»  əsərində o yazırdı: «Yeni fəlsəfə– insan fəlsəfəsi kimi mahiyyətçə həmçinin insan üçün fəlsəfədir».


Feyerbax insanın mənəvi varlıq kimi şərh edilməsini– (traktovkasını) rədd edir, eyni zamanda insanı ruhun və cismin vəhdəti kimi qəbul edir. Onun hətta cisim və ruhun dualizminə qarşı yazılmış əsəri də var. Onun fikrincə, insan öz təbiətinin müxtəlif təzahürləri ilə zəngindir.
İdrak nəzəriyyəsində Feyerbax sensualistdir . Onun fikrincə, reallıq bizə hissələrimiz vasitəsilə məlum olur. Varlıq hisslərin, məhəbbətin, düşüncənin, sirridir. İdrak nəzəriyyəsində antropologizm onun «obyekt» anlayışının özünün spesifik şərhində də göstərir. Feyerbaxa görə, obyekt anlayışı ilk olaraq insan ünsiyyətinin təcrübəsində formalaşır, ona görə də insan üçün birinci obyekt– digər insandır. Yəni bu «Sən»– dir. Elə başqasına məhəbbətində sevənin və sevilənin mövcudluğu faktı təzahür edir. «Məhəbbət olmayan yerdə həqiqət də yoxdur» allah yox, yalnız insan məhəbbətə layiqdir. O, dini məhəbbəti real məhəbbət hesab etmirdi. Bəzi fikirləri irəli sürən Feyerbax onlardan istifadə etmir. «İnsan təbiətin ağuşundan yenicə çıxdığı zaman hələ insan olmamış, yalnız xalis təbii vücud olmuşdur.. İnsan– insanın məhsuludur. Mədəniyyətin, tarixin məhsuludur». 
Ümumiyyətlə, Feyerbaxın antropoloji materializmi bir növ Hegelin mütləq ideya təliminə fəlsəfi reaksiyadır. Onun təlimi Hegellə bərabər K.Marksın fəlsəfəsinə böyük təsir göstərmişdir


Yüklə 69,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin